Azərbaycan xalqinin maddi VƏ MƏNƏVİ MƏDƏNİYYƏTİNİn qəDİm köKLƏRİ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə31/100
tarix23.01.2018
ölçüsü4,8 Kb.
#21976
1   ...   27   28   29   30   31   32   33   34   ...   100

67
birmə-nalı  şəkildə  sübut  edən  çox  sayda  əvəzsiz  maddi  mədəniyyət  nümunəsi 
tapılmışdır.”    
                                                              
            Ekrandakı xəritə öncə müxtəlif təbiət mənzərələri,daha sonra isə Qobustan 
və Gəmiqayanın qayaüstü təsvirlərindən seçmələrlə əvəz olunur.Təsvirlər növbə ilə 
ekranda canlanır.Buna paralel olaraq diktor mətni davam edir:
            “Əlverişli  təbii-coğrafi  şəraiti  olan  Azərbaycan  ərazisi  dönyada  insanın 
formalaşdığı  ilk  məskənlərdəndir.Arası  kəsilmədən  yaşayış  məskəni  olmuş  bu 
torpaqbəşər  tarixinin    müxtəlif  mərhələlərini  özündə  əks  etdirən  zəngin  abidələr 
ölkəsidir.
            Söhbət ən azı 2 milyon illik bir tarixdən getsə də,onun yalnız son 5 min ili 
yazılı mənbələrdə bu və ya digər dərəcədə əks olunmuşdur.Ondan öncəki tariximi-
zin mənzərəsini isə arxeoloji abidələr və kökü minilliklərin dərinlikləinə qədər uza-
nan zəngin folklor nümunələri əks etdirir.”
          Ekranda  “Azərbaycanfilm”in  istehsalı  olan  “Yeddi  oğul  istərəm” 
filmindən bir qadının atlıların dalınca su atması səhnəsi çanlanır.
          Diktor mətni:
          “Bu gün Azərbaycanda,eləcə də digər türk ölkələrində bir kəsi yola salarkən 
arxasınca su atmaq adəti yaşamaqdadır.Belə hesab olunur ki,yolçunun arxasınca 
su atmaq yolun uğurlu olmasına kömək edir.  Şumer ədəbiyyatının şah əsəri olan 
“Bilqamıs”dastanında  eyni  adət  və  inancın  izlərinə  rast  gəlinmişdir.Bu  isə  o 
deməkdir ki,yola çıxan adamın ardınca su atmaq adətinin ən azı 5 min il yaşı var.”
                                                       
                    Ekranda peyda olan aktyor əlindəki kitabdan oxuyur:
                     “Sabunlu köklər ilə bədənini yudu o.
                     Öz qamətinə layiq gözəl paltar geydi o.
                     Sinəsinə yaraşan boyunbağı da asdı
                     Belinə qurşaq vurub,başına tac qoydu o.
                     İgidlərin ardınca bir cam təmiz su atdı.
                     Pillələrlə çıxıb o evin damına qalxdı.”
                                                                
                     Ekranda yenidən Tofiq Hacıyev görünür.O deyir:
                     “Türk  dillərindəki  bir  sıra  köməkçi  sözləin  əslini  şumer  dilində 
tapmaq mümkündür.Məsələn ,türk dillərindəki çoxaltma mənasında  işlənən “ən” 
ədatının şumercədə “yüksək”, “qam”, “kahin”mənalarında “an” kəlməsi müstəqil 
leksik  vahid  kimi  çıxış  edir.  “Kimi”,  “gibi”  qoşmalarının  məqamında  da 
şumercədə  müqayisə  bildirmək  üçün  “qi-qim-qimi”  variantlarında  çıxış  edən 
ünsürün işləndiyi də məlumdur.”
                                                                


68
            Ekranda  İraqın  Kərkük  şəhərindən  və  İraq  türkmənlrinin  həyatından 
görüntülər canlanır.
            Diktor mətni:
                                                              
            “Qədim  şumerlərin  birbaşa  nəsilləri  olan  İraq  türkmənləri  bu  gün  də 
İraqda,əsasən  Kərkük,  qismən  də  Mosul,Ərbil  və  Süleymaniyyə  şəhərlərində 
yaşayırlar  və  türk  dilinin  oğuz  qrupuna  daxil  olan  Azərbaycan  türkcəsinin  fərqli 
bir  şivəsində  danışırlar.Bu  üzdən  onları  İraq  azərbaycanlıları  da 
adlandırırlar.Sayları  3  milyondan  artıqdır.İranın  cənubunda  yaşayan  kəngərlilər 
də  şumerlərin  birbaşa  varislərindəndir.Onlar  da  Azərbaycan  türkcəsinin 
şivələrindən birində danışırlar. Sayları 1 milyona yaxındır.”
                                                             
           Ekranda  “Yeddi oğul  istərəm” və  “Dəli  Kür”filmlərindən Novruz bayramı 
ilə bağlı səhnələr canlanır.
           Diktor mətni:
           “Bir çox Şərq xalqlarının,ik növbədə də türk xalqlarının hər il mart ayında 
sevə-sevə  keçirdikləri  Novruz  bayramının  təşəkkülü  və  tarixi  ilə  bağlı  bir  çox 
mülahizələr  irəli  sürülmüşdür.Bəziləri  onu  zərdüştiliklə,bəziləri  isə  İslamla,daha 
dəqiq  demsək,Həzrət  Əlinin  doğum  günü  ilə  bağlamağa  çalışmışlar.Həqiqət  isə 
budur ki,sözügedən bayram barədə ilk yazılı mənbələr 5 min il öncəyə aid şumer 
mətnləridir ki,bu mətnlərdən eyni bayramı martın 21 –də şumerlərin qeyd eməkdə 
olduqları  və  bu  bayramın  məhsuldarlıq  və  cobanlar  tanrısı  Dumuzu  şərəfinə 
keçiildiyi məlum olur.Şumerlər həmin bayramı eyni tanrının adı ilə Dumuzu bay-
ramı adlandırırdılar.Bununla bağlı ayrıca bir mifik süjrt də var idi və həmin süjet 
barədə  Lipin  və  Belov  birgə  qələmə  aldıqları  “Gil  kitabələr”adlı  kitablarında 
məlumat  verməkdədirlər.Süjetin  qısa  məzmunu  belədir:  Yeraltı  ölülər  dünyasının 
hakimi  Ereşkiqal  məhsuldarlıq  və  çobanlar  tanrısı  Dumuzunu  öz  qaranlıq 
dünyasında  əsir  edir.Bu  səbəbdən  də  yer  üzündə  bütün  çiçəklər  solur,ağacların 
yarpaqları tökülür. Sevgi tanrısı İninni Dumuzunu xilas etmək üçün yeraltı dünya-
ya enir,7qapı keçir və uzun sərgüzəştlərdən sonra Dumuzunu əsirlikdən xilas edir. 
Bu martın 21-də baş verir.Həmin gün ağaclar yenidən çiçək açır,təbiət oyanır.”
                                                             
           Ekranda Tofiq Hacıyev görünür və deyir:
           “Şumer  dilində  yerlik  hal  üçün  işlənən  “ra”şəkilçisi  “ra”  və  “ru” 
formasında  türk  dillərində,  o cümlədə,  Azərbaycan dilində  eyni  mənada fəaliyyət 
göstərmişdir.  Məsələn,sonra,yuxarı  və  sairə.Şümer  dilinin  çıxışlıq  halındakı 
“ta”,yerlik  halındakı  “a”  yenə  maraq  doğurur.Azərbaycan  dilində  yerlik  və 
çıxışlıq,yönlük və yerlik hallarının sistem şəklində bir-birini əvəz etməsinin şahidi 
oluruq.Deməli,bu qrammatik hadisənin kökü onunla bağlıdır ki,vaxtilə “ta” ,“da” 
şəkilçisi  çıxışlıq  məzmunu  bildirmiş,sonralar  çıxışlıq  halı  kim  “tan”,  “dan” 
müəyyənləşərkən,o  ,  “ta”,  “da”  yerlik  halı  vəzifəsinə  keçdiyi  zaman  xeyli 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə