Azərbaycan xalqinin maddi VƏ MƏNƏVİ MƏDƏNİYYƏTİNİn qəDİm köKLƏRİ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə32/100
tarix23.01.2018
ölçüsü4,8 Kb.
#21976
1   ...   28   29   30   31   32   33   34   35   ...   100

69
müddətdə  bu  göstəricilər  birbirinin  mənasını əvəz  etmişdir.Yəni  yeni  mənasını 
bildirməklə,köhnə-ilkin mə-nasında da qeyri-fəal şəkildə xidmət göstərmişdir.
            Yönlük  və  yerlik  hallarının  Azərbaycan  dili  tarixində  müəyyən  dövrlərdə 
qeyri-sabitliyi də anoloji prosesin nəticəsidir.,yəni “a”morfemi yerlik vəzifəsindən 
yönlük  funksiyasına  keçdiyi  zaman  əzəllər  ikimənalı  olmuşdur.Hətta  bu  qeyri-
differensiallıq,görünür,o  qədər  çəkmişdir  ki,şumercədə  xüsusi  yerlik-yönlük  hal 
yaranmışdır.Çıxışlıq halı şəkilçisinin yerlik,yerlik halı şəkilçisinin yönlük məzmuna 
keçməsi  bu  halların  arasında  üçbucaqlı  məna  əlaqəsi  yaranmasına  səbəb 
olmuşdur.Bunun  nəticəsidir  ki,Azərbaycan  dili  tarixinin  təşəkkülü  dövründə,ümu-
miyyətlə,məkani  halların  hər  biri  o  birilərinin  mənasını  ifadə  etmişdir.Məsələn 
“Kitabi Dədə Qorqud”da oxuyuruq: “...Günlüyü yer yüzünə tikdirmişdi.” Burada 
“yüzündə”  əvəzinə  “yüzünə”işlənmişdir.Eyni  mənbədə  belə  bir  ifadəyə  rast 
gəlirik:  “Topuğunda  sarmaşanda  qara  saçlum.”burada  isə  “topuğuna”  əvəzinə 
“topuğunda”
işləndiyinin  şahidi  oluruq.Şah  İsmayıl  Xətaidə  də  “muna”,yəni  buna  əvəzinə 
“munda”,yəni bunda ifadəsi ilə rastlaşırıq: “Munda əqilli kimsa gülməz.”Bənzər      
halı  Nəsimi  yaradıcılığında  da  müşahidə  etmək  olar:  “Sorma,ey  dilbər,mana...” 
Əslində belə olmalıdır: “Sorma,ey dilbər,məndən””
                                                                
            Ekranda Elməddin Əlibəyzadə peyda olur və deyir:
            “Təsəvvür edin ki,arada 6500 illik zaman məsafəsi var.Amma tellər,bağlar 
qırılmayıb.Müasir  dilimizin  qayda-qanunlarının  çox  dərin  kökləri  üzə  çıxır.Ayrı-
ayrı  ifadə şəkilləri,şairin  özünə poetik  müraciətləri  və sairə  də  ulu şumer dili  ilə 
müasir  Azərbaycan  –türk  və  ümumən  türk  dilləri  arasında  əbədi  tellər,bağlar 
olduğunu təsdiq edir.”
                                                               
            Ekranda kurqan təsvirləri əks olunur.
            Diktor mətni:
            “Şumerlər  öz  ölülərini  kurqanlarda  basdırırdılar  və  kurqana  “kur”,yəni 
gor  deyirdilər.Onlar kurqan  mədəniyyətini  də  özləri  ilə  Azərbaycandan  aparmış-
dılar.Təsadüfi deyil ki,Azərbaycanın Ağstafa rayonu ərazisindən tapılan kurqanlar 
şumer  kurqanlarından  daha  qədimdir  və  son  Eneolit  dövrünə  aiddir.Şumer 
kurqanları  isə  Tunc  dövrünün  məhsuludur.Yeri  gəlmişkən  qeyd  edək  ki,Tunc 
dövründən  başlayaraq  Azərbaycanda  da  kurqan  qəbirlərinə  daha  geniş  rast 
gəlinməyə başlanmışdır.”
                                                               
             Ekranda Rəşid Göyüşov görünür və deyir:
             “İlk Tunc dövrünə aid qəbir abidələri Mingəçevir.Qəbələ,Vardanlı,Xoşbu-
laq,Xankəndi,Gəncə və Xanlar zonalarında öyrənilmişdir.
             Mingəçevirdə  üzə  çıxarılan  sadə  torpaq  qəbirlərdə  skelet  bükülü 
vəziyyətdə,müxtəlif istiqamətlərdə dəfn edilmişdir.Hər qəbirdə,skeletin baş tərəfin-


70
də  bir  gil  qab  qoyulmuşdur.Xoşbulaqda  isə  daş  örtüklü  kurqan  tipli  qəbirlər 
vardır.  Kurqanların    altında  dördkünc  qazılmış,planlı  və  küncləri  yarımoval 
düzəldilmiş  qəbirlər  yerləşir.Bu  qəbirlərdə  skelet  arxası  üstə  oynaqları  bükülü 
vəziyyətdə,başı qərbə doğrudur.Belə qəbirlərdə, bir qayda olaraq,qara rəngli,küpə 
formalı  üçqulplu  qablara  daha  çox  təsadüf  olunur.Nəhayət,  kurqanlarda  tək 
qəbirlərlə yanaşı, kol-lektiv dəfn adətinə də rast gəlinmişdir.”
                                                              
               Ekranda şumer mixi yazıları ilə yazılmış gil kitabə və şumer mədəniyyəti 
nümunələrinin təsvirləri bir-birini əvəz edir.
                Diktor mətni:  
                “Qeyd  etdiyimiz  kimi,şumerlər  özlərinini  “kəngər”  və  “kanq”  alandır-
mışlar.Qonşuları  isə  onlara  “qarabaş”  və  ya  “qarapapaq”  demişlər.Maraqlıdır 
ki,bu gün də Azərbaycanın qərb hissəsində,Qazax-Qarabağ-Naxçıvan-Maku xətti
üzrə  onlarca  “Kəngərli”,  “Kəngər”  adlanan  kəndlərimiz  var.Görkəmli 
coğrafiyaşünas  və  etnoqraf  alim  Vəliyev-Baharlının  yazdığına  görə,qarapapaq 
tayfaları da kəngərlilərdən olmuşlar.
                 Tanınmış  şərqşünas  alim  Süleyman  Əliyarov  “kanqlı”  və  “kəngər” 
etnonimlərinin sinonim olduğunu bildirmişdir.Görünür,elə bu səbəbdən  də şumer 
mixi  yazılarında  “kəngər”adı  əvəzinə  bəzən  “kanq”  adı  işlənmişdir.Bu  etnonim 
sonuncu  dəfə  mixi  yazılarda  eramızdan  əvvəl  2-ci  minillikdə  yad  edilmiş,bundan 
sonra mixi yazılarda kəngərlər barədə heç bir məlumata rast gəlinməmişdir.Lakin 
eradan əvvəl  5-ci əsrdə qələmə alındığı məlum olan “Avesta”da “kanqlı etnonimi 
ilə  yenidən  üzləşirik  ki,həmin  kitabda  bu  etnonim  turanlıların,yəni  türklərin 
sinonimi kimi işlənir.” 
                                                                  
                  Ekrandakı təsvirləri “Dədə Qorqud” filmindən oğuzların həyatlarından 
bəhs edən süjetlər əvəz edir.
                   Diktor mətni: 
                   “Eramızdan əvvəl  3-2-ci minilliklərə aid mənbələr kəngərlərlə suvar-
ların qonşuluqda yaşadıqlarını bildirməkdədir.Həmin qaynaqlardan belə bəlli olur 
ki,kəngərlər 
İkiçayarasının 
cənubunda,suvarlar 
isə 
şimalında 
yaşamışlar.Maraqlıdır  ki,1-2-ci  əsrlərə  aid  mənbələr  də  bu  iki  türk  boyunun 
qonşuluqda,fəqət əvvəlki yurdlarından bir xeyli aralıda, Xəzər dənizi sahillərində 
yaşadıqlarını  qeyd  etməkdədir.Söhbət  Ptolomeyin  qeydlərindən  gedir.O  bu  iki 
xalqın  Xəzər  sahilində,  Qafqaz  dağlarından  Dərbəndə  kimi  uzanan  geniş  sahədə 
yaşadıqlarını yazmışdır.
                     Orta əsr mənbələri kəngərləri oğuzlarla birlikdə yad etməkdədir.Mə-
sələn,10-cu əsr salnaməçisi  Konstantin Baqryanorodnıy oğuz tayfalarından olan 
beçeneklərin 
bir 
hissəsinin 
Kanqar,yəni 
kəngər 
adlandığını 
bidirməkdədir.Qiyasəddin  Qeybullayevin  yazdığına  görə,Kanqlı  tayfasının  oğuz-
Səlcuq  birləşmələrində  yer  aldığını  qeyd  edilmişdir.Moravçikin  də  fikrincə,oğuz-
beçenek tayfasının bir qismi kanqlı adlanmışdır.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə