Azərbaycan xalqinin maddi VƏ MƏNƏVİ MƏDƏNİYYƏTİNİn qəDİm köKLƏRİ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə33/100
tarix23.01.2018
ölçüsü4,8 Kb.
#21976
1   ...   29   30   31   32   33   34   35   36   ...   100

71
                Tarixi mənbələr kəngərlilərin adını Azərbaycanla bağlamaq ənənəsi ba-
xımından    çox  genişdir.Məsələn,orta  əsrlərə  aid  erməni  tarixçilərinin  verdiyi 
məlumatlardan  belə  məlum  olur  ki,kəngərlər  Qərbi  Azərbaycandakı  Kəngər 
dağlarında,eləcə  də  Albaniya  ,yəni  Şimalı  Azərbaycan  ərazisindəkə  kəngərlər 
ölkəsində yaşamışlar.Erməni mənbələrinin birində deyilir ki,482 –ci ildə erməni və 
iber  ordusu  Kəngərlər  ölkəsində  fars  ordusu  ilə  müharibəyə  girişmişdilər.  “7-ci 
əsr  erməni  coğrafiyası”ndan  belə  məlum  olur  ki,Göyçə  gölündən  şimala  yrləşən 
torpaqlar Kəngərlər ölkəsi adlanmışdır.
                Tarixi  mənbələr  18-ci  əsrdə  kəngərlilərin  bir  hissəsinin  Gürcüstan 
ərazisindən  Qarabağa  köçdüyünü qeyd edir.Naxçıvan ərazisindəki  kəngərlilərdən 
6-cı əsrə aid bir anonim Suriya mənbəyi sönbə açmaqdadır.”
           Ekranda Rəşid Göyüşov peyda olur və deyir:
           “Eneolit dövrünün dini dünyagörüşünü öyrənmək baxımından Əliköməktə-
pədə tapılan dairəvi otağın böyük əhəmiyyəti var.Otağın divarları gillə suvanmış, 
üstündən  isə  ağ  gillə  şirələnmişdir.Hamar  divarda  həndəsi  xarakterli  naxışlar 
çəkil-mişdir.Bu bina çox güman ki,ovsun mərasimlərinin keçirilməsi üçün istifadə 
edilmişdir..  Daşdan  və  gildən  düzəldilən  insan    fiqurları  Eneolit  dövrünün  ən 
maraqlı abidələridir.”
                                                                
           Ekranda “Bilqamıs dastanı” kitabı görünür.O açılır və vərəqlər bir-birini 
əvəz edir.
            Diktor mətni:
            “Eneolit  dövrünə  aid  ən  maraqlı  mərasimlərdən  biri  də  müxtəlif  insan 
fiqur-ları ilə bağlı olmuşdur. Bilqamıs dastanının məzmunundan belə görünür ki, 
Eneolit    dövrü    sakinləri,  eləcə    də  sonrakı  dövrdə  şumerlər  bu  gil    heykəlləri  
günəş  tanrısı Utuya qurban vermişlər.”
                                                                 
            Ekranda peyda olan aktyor əlində tutduğu kitabdan oxuyur:
            “Bilqamıs özü gildən bir heykəlcik düzəltdi.
              Sonra taxtadan böyük bir masa da çıxartdı.
              Əqiqdən qayrılmış qabı balla doldurdu.
              Lacivərddən düzəlmiş qabı yağla doldurdu.
              Masanı bəzəyərək Utu üçün apardı.”
                                                                 
             Ekranda ocaq başına yığışmış milli geyimli qızlar görünür.Onlardan biri 
ocaqdakı daşların üstünü közlərlə örtə-örtə oxuyur:
           “Qodu daşı,
             Odu daşı,
             Qodu kəssin 


72
             Yağışı.”
            Sonra qızlar birlikdə oxuyurlar:
          “Budu daşı,
            Bulutların
            Kudu daşı,
            Bişirmişəm
            Xəmiraşı.
            Qonaq gəlsin 
            Godu başı,
            Gətirsin
            Qızıl günü,  
            Aparsın
            Yağışı.
            Qodu daşı,
            Odu daşı,
            Qodu kəssin 
            Yağışı.”
                                                             
             Ekranda eyni səhnə yenidən,fəqət bu dəfə səssiz təkrarlanır.Kadr arxasın-
dan diktorun səsi eşidilir: 
              “Günəş  tanrısı  Utunun  adı  Azərbaycan  folklorunda  bu  yaxın  zamanlara 
qədər  “Qodu”  şəklində  yaşamışdır.  Bilqamıs  Utuya  bal,yağ  kimi  yeməli  şeylər 
apardığı  kimi,Azərbaycanda  da  Qodu  üçün  xəmiraşı  bişirilməliymyş.Qeydə  alın-
mış “Qodu-Qodu”nəğmələri içərisində bal və yağın xatırlanması xüsusi maraq do-
ğurmaqdadır.”
                                                              
             Ekranda peyda olan aktyor əlindəki kitabdan oxuyur:
             “Qoduya qaymaq gərək,
               Qablara yaymaq gərək,
               Qodu gün çıxarmasa,
               Gözlərin oymaq gərək.
               Yağ verin yağlamağa,
               Bal verin ballamağa,
               Qodu gülmək istəyir,
               Qoymayın ağlamağa.”
                                                             
             Ekranda “Bilqamıs” dasanının üz qabığı görünür.
             Diktor mətni:


73
             “5 min il öncə Günəş tanrısı Utuya bal və yağ qurbanlığı verən Bilqamıs 
bu  mərasim zamanı gildən heykəl düzəltdiyi kimi,Azərbaycan türkləri də 20ci  əs-
rin  ortalarınadək  “Bal  verin  ballamağa,yağ  verin  yağlamağa”-  deyərək  “Qodu-
Qo-du” mərasimi keçirərkən, müqəvva düzəldərmişlər.”
                                                               
             Ekranda tanınmış rəssam və tədqiqatçı Elçin Aslan peyda olur.Ekranın al-
tında onun adı,soy adı və məşğuliyyəti yazılır.O deyir:
             “Azərbaycanda  vaxtsız  və  uzun  müddət  yağan  leysan  yağışına  son  qoy-
maq,  günəşi  çağırmaq  məqsədi  ilə  icra  olunan  kütləvi  xalq  tamaşası  “Qodu-
Qodu” günəş tanrısına həsr olunurdu.Vaxtilə yaşlılar tərəfindən göstərilən bu 
                                                                  8
əsatiri  tamaşa,get-gedə  ilkin  önəmini  itirmiş  və  20-ci  yüzilin  əvvəllərində  subay 
gənclər  və  uşaqlar  tərəfindən  oynalınan  hərəkətli,sözlü-nəğməli  bir  oyuna 
çevrilmişdir.  Oyun  iştirakçıları  müqəvva  Qodunu  qapı-qapı  gəzdirib,onun  şəninə 
təriflər deyir,  məzəli səhnələrdə kuklanı çomaqla vurub “öldürür”,sonra  yenidən 
“dirildirdilər.”
                                                                
               Ekranda Nəsir Rzayev görünür və deyir:
               “Tunc  dövründə,eramızdan əvvəl  3-2-ci  minilliklərdə  Azərbaycanda gü-
nəş kultu çox geniş yayılmışdı.O vaxt günəş tanrısının  bir sıra simvolları məişət-
də,ictimai həyatda tətbiq edilərək bədii yaradıcılığa daxil olmuşdur.Tunc dövrünün 
sonunda əmək məhsuldarlığının artması,istehsalın,maldarlığın inkişafı varlanmaq-
da olan qəbilə və ailə başçılarının,əcdadların hüququnu genişləndirir,yeni dini eti-
qadların  yaradılmasına  səbəb  olurdu.Odur  ki,günəş  tanrısının  “funksiyasında” 
yeni    elementlər  ortaya  çıxırdı.Onlardan  biri  günəş  tanrısının  əcdadlara  və 
bununla  əla-qədar  olaraq  ölülərə  himayəkarlıq  göstərməsi  idi.Bunun  nəticəsində 
cəmiyyətdə  “atalar  kultu”  və  “ölülər  kultu”  kimi  yeni  ideoloji  tendensiya 
yaranırdı.Bununla əlaqədar olaraq qəbir daşları günəş rəngli oxra ilə boyadılırdı 
ki,qəbir  isti,işıqlı  ol-sun,  axirət  evinə  dirilik  bəxş  edilsin  və  ölüləri  kurqanlarda 
dəfn  etməyə  başlayırdı-lar.Kurqan  qəbirlərinin  yerləşdirilməsində  vahid  bir 
sistemə,  “şüa  sistemi”nə  riayət  edilirdi.Kurqanların  daxilində  də  kromlexlər 
tikilirdi.
            Görkəmli  arxeoloq  Hummel  Xanlar  rayonunun  kurqanlarını  tədqiq 
edərkən,  onların  səpələnmiş  halda  deyil,müəyyən  ərazidə  toplanmasına  diqqət 
yetirmişdir.  O,  qərara  gəlmişdir  ki,bütün  qəbirlər  bir  nöqə  ətrafında-  günəş 
şüasının  çevrə  boyu  yayılması  istiqamətində  tikilmişdir.Onun  kəşf  etdiyi  bu 
qanunauyğunluq  “şüa  sistemi”  adlanır.Alimlər  bu  sistemin  Orta  Asiya 
kurqanlarına da aid olduğu fikrini irəli sürmüşlər. 
            Təsərrüfatda günəşə ehtiyac olanda,onu buludlar arxasından çıxarmaq la-
zım gələndə,günəşə təsir etmək üçün ovsun ayini keçirilir və “Qodu-Qodu”nəğmə-
si oxunurdu.”  


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə