|
![](/i/favi32.png) Azərbaycan xalqinin maddi VƏ MƏNƏVİ MƏDƏNİYYƏTİNİn qəDİm köKLƏRİ
88
Mən nəfəsliyi açdım,üzümə işıq düşdü.
Baxdım sakit dənizə,gördüm qəzəbi sönüb,
Bütün bəşəriyyətsə tamam torpağa dönüb.
Yerlə yeksan olmuşdu dünya dümdüz dam kimi,
Mən diz çökdüm,yaş tutdu gözlərimi...”
Ekranda Elməddin Əlibəyzadə görünür:
““Bibliya”ya əsasən Nuh gəmini Tanrının göstərişi ilə düzəldir,onun bütün
yırtıqlarını içdən və çöldən qətranlayır.,heyvanları və ərzaqla birlikdə ailəsini
gəmiyə yığır.7 gündən sonra yağış tökür və 40 gün davam edir. “Bilqamıs
dastanı”nda da eyni şeylər təsvir edilir.”
Ekranda alimi əvəz edən aktyor oxuyur:
“Mənim nəyim var idisə,o gəmiyə yüklədim,
Nə gümüşüm vardısa, o gəmiyə yüklədim,
Nə qızılım vardısa, o gəmiyə yüklədim,
Nə heyvanım vardısa,o gəmiyə yüklədim.
Külfətimi,nəslimi yığışdırdım gəmiyə,
Çöl heyvanlarını da yerləşdirdim gəmiyə...”
Elməddin Əlibəyzadə aktyoru əvəz edir.
““Bibliya”da deyilir ki,yağış kəsdikdən sonra Nuh qırx gün də gözləyir,sonra
pəncərədən qarğa buraxır. Bilmək istəyir ki,su çəkilibmi,quru yer varmı?Qarğa
uçub gedir,quru yer tapmayıb yenidən geri dönür.Bir müddət sonra yenidən
qarğanı buraxır və o,axşam dimdiyində zeytun budağı ilə qayıdır.Nuh başa düşür
ki,artıq su çəkilməyə başlayıb.Qarğanı növəti dəfə buraxanda o gedib qayıtmır.Şu-
mer dastanında da bənzər olay təsvir edilib.”
Yenidən aktyor görünür:
“Baxırdım sahillərə,görüm nə var orada.
On iki mənzillikdə göründü bir ada.
Həmin Nisir dağında dayandı bizim gəmi,
Dağ gəmini saxlayıb tutmuşdu dayaq kimi.
Düz iki gün gəmini qoymadı tərpənməyə,
Üç-dörd gün qoymadı,dağ gəmini saxladı,
Beş-altı gün də keçdi gəmini buraxmadı.
Yeddinci gün gələndə mən göyərçin çıxarıb buraxdım göyə,
Göyərçn uçdu,uçdu,gedib döndü geriyə,
Qonmağa yer tapmadı bir də geri qayıtdı.
89
Qaranquşu çıxarıb,onu buraxdım göyə,
Qaranquş uçdu,uçdu,gedib döndü geriyə,
Qonmağa yer tapmadı bir də geri qayıtdı.
Mən quzğunu çıxarıb, onu buraxdım göyə,
Quzğun yol gedib tapdı suyu çəkilmiş yeri.
Orda yedi,qığladı,daha dönmədi geri.
Mən çıxıb dörd tərəfin dördünə qurban verdim,
Qalxıb dağın başına göylərə alqış dedim.”
Ekranda peyda olan Elməddin Əlibəyzadə deyir:
“Dastanda deyilənlərdən göründüyü kimi,Ubar Tutunun oğlu Utnapişti
gəmini tərk edər-etməz qurban verir.”Bibliya”da eyni şeyi müşahidə edirik.Nuh
gəmidən çıxıb,səcdəgah düzəldir,Tanrıya qurban kəsir.”
Ekranda Naxçıvaın mənzərələri bir-birini əvəz edir və ən sonda Həzrət Nu-
hun məzarı nümayiş etdirilir.
Diktor mətni:
“Tövratda Nuhun gəmisinin yan aldığı dağın Anadolunun şərqindəki Ağrı
dağı olduğu bildirilir.Qurani –Kərimədə isə söhbət Cudi dağından
gedir.”Bilqamıs dastanı”nda isə bu dağ Nisir dağıdır.Bu halda söhbət
Naxçıvandakı Nəhcir dağından gedir.Azərbaycan rəvayətlərində isə belə deyilir:
Nuhun gəmisi öncə Cudi dağına,daha sonra Ağrı dağına yan alır,sonra
Haçadağa toxunub onun zirvəsini parçalayıb haçalayır və ən sonda Nəhcir dağna
ilişib dayanır.Nuh gəmidən burada endiyi üçün əraziyə Nuhçıxan deyilir.Hər
halda,fakt budur ki,Nuhun qəbri Naxçıvandadır və minillərdir ki,xalq tərəfindən
ziyarət edilir.Nuhun Naxçıvanla bağlılığı barədə mötəbər mənbələrdən biri də 1-2-
ci əsrlərdə yaşamış Roma tarixçisi Ptolomeyin yazdıqlarıdır.O, Nuhun Nuksua-
nada,yəni Naxçıvanda yaşayıb burada öldüyünü,burada yerdən duz çıxarmaqla
məşğul olduğunu qeyd etmişdir.
Maraqlıdır ki,Naxçıvanda duz mağarası kimi tanınan və minillərdir duz
çıxarılan mağarada aparılmış arxeoloji tədqiqatlar burada duz istehsalına minillər
öncə,yəni təqribən Həzrət Nuh dövründən duz çıxarıldığını göstərmişdir ki,bu da
Ptolomeyin məlumatını təsdiq edir.
Deyilənlərə Səlcuqlular dövründə peyğəmbərin qəbrinin üzərində sərdabə
tikildiyini,sonrakı əsrlərdə bir çox səyyahların bu sərdabəni ziyarət edərək
əsərlərində bu barədə qeydlər etdiklərini əlavə etmək lazımdır.Yəni bu şəxsin heç
də mifik şəxsiyyət deyil,real tarixi şəxsiyyət olduğu heç bir şübhə oyatmır.”
Ekranda dəvə karvanını hərəkətini göstərən süjet nümayiş etdirilir və Soltan
Hacıbəyovun “karvan simfonik suitasının sədaları eşidilir.
Dostları ilə paylaş: |
|
|