Azərbaycan xalqinin maddi VƏ MƏNƏVİ MƏDƏNİYYƏTİNİn qəDİm köKLƏRİ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə38/100
tarix23.01.2018
ölçüsü4,8 Kb.
#21976
1   ...   34   35   36   37   38   39   40   41   ...   100

82
           Bu  pirin  adı  təsadüfi  olaraq  “Dədə  Günəş”  adlandırılmamışdır.Günəş 
Azərbaycanın ən qədim kultlarındandır.Bu kult Tunc dövründə çox böyük tərəqqi 
tapmışdı.”
           Ekranda Qobustanın gəmi təsvirləri canlanır.
           Diktor mətni:
           “Günəş  kultundan  söhbət  düşmüşkən  Qobustandakı  gəmi  təsvirlərini  də 
unutmamaq  lazımdır.Şumer  gəmilərinin  prototipi  olan  bu  gəmilərin  uclarındakı 
günəş  təsvirləri  diqqəti  çəkməkdədir.Şumer  mifologiyasında  bu  qayıqlar  günəş 
tanrısı  Utu  ilə  əlaqəli  təsəvvür  edilmişdir.Şumerlər  inanıdılar  ki,ölən  insanlar 
ölülər  dünyasına  belə  qayıqlarda  yollanırdılar.Bunun  üçün  onlar  Kur  çayını 
keçməli idilər.Sonradan bu mifiloji təsəvvür qədim sami və yunan mifologiyalarına 
da  keçmişdir.Onun  izlərinə  hətta  Amerika  hindularının  əfsanələrində  də  rast 
gəlinməkdədir.Maraqlıdır ki,qədim yunan tarixçisi  Herodot iskit xaqanlarını Kür 
çayının yuxarı axrında kurqanlarda basdırmaq adətindən söz açmışdır. 
             Görünür,şumelərin bu dünya ilə o biri dünyanı bir-birindən ayıran Kur,yə-
ni  Kür  çayı  barədə,eləcə  də  ölüləin  bu  çayı  günəş  qayıqlarında  keçməsi  barədə 
təsəvvürləri  əski  vətənlərindəki  real  hadisənin  yeni  vətəndə  əfsanələşdirilməsi  ilə 
meydana gəlmişdir.Hər halda belə düşünməyə ciddi əsaslar vardır.Əvvəla,Qobus-
tanın  gəmi  təsvirləri  və  Herodotun  iskit  xaqanlarının  dəfni  ilə  bağlı  verdiyi 
məlumat,eləcə də Kür çayının yuxarı axarında son Eneolit dövrünə aid Soyuqbulaq 
kurqanlarının  aşkar  edilməsi  bu  versiyanın  ciddi  bir  versiya  olduğunu 
göstərir.Deyilənlərə kurqanlaın “şüa sistemi”nə uyğun yerləşdiyini də əlavə etmək 
lazımdır.” 
             Ekrandakı gəmi təsvirlərini Qobustanın öküz təsvirləri əvəz edir.
             Diktor mətni:
             “Tunc dövründə insanların dünyagörüşündə baş verən köklü dəyişikliklər 
Qobustanın həmin dövrə aid qayaüstü təsvirlərindən çox aydın hiss edilir.Əvvəlki 
dövrlərdən  fərqli  olaraq,bu  dövrdə  artıq  öküz  təsvirlərinə  rast  gəlinmir.Bu  isə  o 
deməkdir ki,onlar artıq sitayiş obyekti olmaqdan çıxmışdılar.Bunu o fakt da təsdiq 
edir ki,əgər Mezolit və Neolit dövrü insanlarının rasionun nümayiş etdirən heyvan 
sümükləri  arasında  öküz  sümüklərinə  rast  gəlinmirdisə,  Eneolit  və  ilk  Tunc 
dövrünə  aid  məskənlərdən  tapılan  sümük  qalıqları  içərisində  iribuynuzlu 
malqaraya aid sümüklərə də rast gəlinir.  Bu isə o deməkdir ki,həmin dövrlərdən 
etibarən  öküzləri  yeməyə  başlamışlar.Çünki  artıq  onları  müqəddəs  varlıq  hesab 
etmirdilər.Bir sözlə,öküz kultu yerini tədricən günəş kultuna vermişdir.”
                                                             
            Ekranda “Bilqamıs dastanı kitabı göünür.Kitab açılır və səhifələr bir-birini 
əvəz edir.
            Diktor mətni:  


83
            “Tunc  dövründə  günəş  kultunun  öküz  kultunu  üstələməyə  başlamasını  və 
hətta həmin dövrdə öküzün kəsilərək günəşə qurban verildiyini yazılı mənbələr də 
təsdiq  etməkdədir.Bu  baxımdan  şumer  ədəbiyyatının  şah  əsəri  hesab  edilən 
“Bilqamıs dastanı”nda təsvir edilən bir olay deyilənlərə ən gözəl sübutdur.”
                                                                       
           Ekranda peyda olan aktyor əlindəki kitabdan oxuyur: 
          “ “Dostum,mən də görürəm buğada çılğınlığı,
                Bizi qorxuda bilməz onun bu azğınlığı. 
                O buğanı ikimiz bir yerdə öldürərik,
                Mən onun ürəyini çıxardaram yerindən,Utuya apararam.
                Buynuzuna zeytun yağı doldurub ,Luqalbandaya çatdıraram. 
                Sən onun quyruğunun yapış yoğun yerindən, 
                Alnına,peysəinə xəncər vuracağam mən.”
                Enkidu hərləyərək onun dalınca qaçdı,
                Quyruğunun lap yoğun yerindən o yapışdı.
                Bilqamıs öz dostunun igidliyini gördü,
                Buğanın alnına,peysərinə xəncər vurdu. 
               Gətirdilər qoydular Utunun qarşısına,
               Bir az kənarda durub,səcdə etdilər ona.”
                                                               
           Ekranda    Gəmiqaya  təsvirləri  bir-birini  əvəz  edir,sonda  isə  ekranda  yallı 
rəqsini təsvir edən petroqliflər görünür.
            Diktor mətni: 
            “Tunc  dövünə  aid  təsviri  sənət  nümunələri  və  piktoqrafik  yazılar  kimi 
Ordubad rayonu ərazisində yerləşən Gəmiqaya təsvirlərinin  böyük əhəmiyyəti var.
Buradakı  yallı  rəqsləri  xüsusi  önəm  daşımaqda  və  kökü  ən  azı  Mezolit  dövrünə 
qədər uzanan bu rəqsin Tunc dövründə də dəbdə olduğunu göstərməkdədir.Fəqət 
dövrün  təsviri  sənəti  və  musiqi  mədəniyyətini  öyrənmək  baxımından  Təbriz 
yaxınlığındakı  Cığamış  yaşayış  məskənindən  tapılan  və  eradan  əvvəl    3-cü 
minilliyə aid edilən bir daşın önəmi heç bir ölçüyə sığmır.” 
                                                                
           Ekranda Cığamış daşı və onun üzərindəki musiqiçilər qrupu təsvir edilir.
           Diktor mətni: 
            “Bu  daşın  üzərindəki  təsvir  özünün  realistliyi  və  yüksək  sənət  nümunəsi 
olması  ilə  seçilr.Lakin  həmin  təsviri  əhəmiyyətli  edən  onun  təkcə  bu  məziyyəti 
deyil,həm  də    daşıdığı  informasiya  yüküdür.Təsvirdə  Azərbaycanın  qədim  musiqi 
alətlərindən  olan  cəng,qara  zurna,qoşanağara  və  saxsı  qablarda  ifa  edən 
musiqiçilər  qrupu,başqa  sözlə  dünyanın  elmə  məlum  ən  qədim  orkestrı,eləcə  də 
eynən  bu  günkü  xanəndələr  kimi  əlini  qulağının  dibinə  qoyub  mahnı  ifa  edən 
müğənni  təsvir edilmişdir.Bu  tapıntı  sayəsində  qədim  musiqi  mədəniyyətimiz,
alətlərimiz,ifaçılıq və vokal sənətimiz barədə müəyyən təsəvvür əldə etmiş oluruq.”


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə