Azərbaycan xalqinin maddi VƏ MƏNƏVİ MƏDƏNİYYƏTİNİn qəDİm köKLƏRİ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə39/100
tarix23.01.2018
ölçüsü4,8 Kb.
#21976
1   ...   35   36   37   38   39   40   41   42   ...   100

84
                                                                 
          Ekranda  Rafiq  İmraninin  “Muğam  Şumerdən  başlayır”  kitabının  üz  qabığı 
görünür və rast muğamından bir parça səslənir.
                                                                  
          Ekranda  Rafiq İmrani  peyda  olur,Ekranın  alt tərəfində  onun  adı,soy  adı  və 
elmi dərəcəsi yazılır.O deyir:
          “Cığamış  təsvirində  biz  dünyanın  ən  qədim  orkestrini  və  qədim  musiqi 
alətlərimizi görürük.O dövrdə musiqi mədəniyyəti çox yüksək səviyyədə olmuşdur 
və  bunu  amerikalı  mütəxəssislərin  üzə  çıxararaq  çözə  bildikləri  qədim  şumer 
notları sübut edir.Sözügedən notlarda ifadə edilən musiqi özünün professionalizmi 
ilə  seçilir  və  öz  səs  ssteminə  görə  Azərbaycan  musiqisinə  tam  uyğun 
gəlir.Tədqiqatlar  nəticəsində  məlum  olmuşdur  ki,azərbaycan  muğamının  kökləri 
şumer mədəniyyətinə dayanır.”
                                                                  
          Ekranda  Soltan  Hacıbəyovun  “Karvan”simfonik  suitasının  sədaları  altında 
hərəkət edən karvan görüntülənir.    
                                                                   
          Ekranda üst-üstə yığılmış çox sayda qalın  kitab görünür və bu görüntünü ki-
tabxana rəfləri və onlarda yan-yana düzülmüş coxlu kitab görüntüsü əvəz edir.
          Diktor mətni:
                                                                
          “Azərbaycanda  qurulan  ilk  dövlət,onun  qurulma  tarixi  və  ilk  xaqanları 
haqqında dəqiq söz söyləyə bilmək üçün yetərincə yazılı məlumat vardır.Lakin təd-
qiqatçılar bu məlumatları nədənsə gözardı etmiş və ya onları ciddiyə almamışlar. 
Həqiqət isə budur ki, bu məlumatlar müxtəlif minilliklərə və əsrlərə aid olsalar da 
bir-biri  ilə  üst-üstə  düşməkdə,bir-birini  tamamlamaqdadırlar.Həmin məlumatlara 
əsasən,Azərbaycanda xaqanlıq institutunun təsisi və dövlətçilik tarixinin başlanğıcı
Nuh  tufanından  sonraya  təsadüf  edir  və  bilavasitə  Nuh  əleyhissəlamın  adı  ilə 
bağlanır.Azərbaycanın və ümumiyyətlə türklərin ilk xaqanı kimi isə Həzrət Nuhun 
oğlu,samilərin Yafəs,türklərin isə Olcay adı ilə tanıdıqları şəxsin adı çəkilir.” 
             Ekranda  Musa Kağankatlının “Alban tarixi”kitabı görünür.Kitab açılır  və 
səhifələr bir-birini əvəz edir.
             Diktor mətni:
             “8-ci əsrdə yaşmış alban tarixçisi Musa Kağankatlı özünün “Alban tarixi” 
kitabında Yafəsin soyu və bu soyun hakimiyyəti altında olan torpaqlar barədə çox 
maraqlı və qiymətli məlumatlar verilməkdədir.”
                                                              
             Ekranda peyda olan aktyor əlindəki kitabdan oxuyur:


85
             “Qardaşlar  Nuhun  təkidi  ilə  bir-birini  qarət  etməyəcəkləri  barədə  and 
içdikdən sonra Nuhun Yafəsə təyin etdiyi sahə şimalda Midiyadan Qadriona qədər 
uzanıb,Midiyanı Babildən ayıran dəclə çayının aşağı axarına qədər idi.”
                  
             Ekranda yenidən “Alban tarixi” kitabı görünür.
             Diktor mətni:
             “Bu məlumatdan göründüyü kimi,8-ci əsr tarixçisi Yafəsə verilən torpaq-
lardan  söz  açarkən  Midiyanın  adını  çəkir.Midiya  isə  eramızdan  əvvəl  7-5-ci 
əsrlərdə  Azərbaycan  ərazisində  mövcud  olmuş  dövlətin  adıdır.Müəllif  bununla 
sadəcə  sözügedən  əraziyə  işarə  etmişdir.  O,kitabının  “Yafəs  və  Arandan 
başlayaraq  3-cü Vaçaqana qədər Albaniyada hakim olan hökmdarların siyahısı”  
adlı  7-ci  fəslində  Yafəsi  Albaniyanın,yəni  Azərbaycanın  ilk  xaqanı  kimi  təqdim 
edir,ondan hökmdar kimi söz açır. Kitabının 2-ci fəslində Yafəsin soyundan və bu 
soyun hakim olduğu ölkələrdən danışarkən Musa Kağankatlı yenə də Azərbaycanı 
birinci sırada göstərir və ilk iki yerə Atropatena və Albaniyanı,yəni Azərbaycanın 
cənub və şimalını yerləşdirir.
           Ümumiyyətlə,  bu  ardıcıllıq  eyni  mövzuya  toxunmuş  əksər  xristian 
müəlliflərin  əsərlərində  var.Bu  baxımdan  4  –cü  əsr  tarixçisi  Pamfilanın  oğlu 
Yevseviyin yazdıqları da maraq doğurur.”
                                                           
           Ekranda yazılır:
           “...Bunlar  isə  Nuhun  üçüncü  oğlu  Yafəsin  soyundan  olan  xalqlardır. 
Midiyadan Speriyaya,okeandan Akvelona qədər onlar belə düzülmüşlər; midiyalı-
lar,albanlar,qarqarlar..,sarmatlar..,meotlar,iskitlər,tavriyalılar..,bastaranlar..
           Yerləşdikləri  ölkələr  isə  bunlardır;Midiya,Albaniya,Meotiya,Sarmatiya, 
Taorvaniya, İskitlər ölkəsi...”
           Diktor kadr arxasından yazılanları təkrar edir.
                                                                                                                                                     
          Ekranda üst-üstə yığılmış çox sayda qalın  kitab görünür və bu görüntünü ki-
tabxana rəfləri və onlarda yan-yana düzülmüş coxlu kitab görüntüsü əvəz edir.
          Diktor mətni:
          “Bənzər fikrə Portlu İppolitdə də rast gəlirik. O da Yafəs oğullarından söz 
açaraq  onların  torpaqlarını  sıralayarkən  Midiya  və  Albaniyanın  adını  ilk  sırada 
çəkir.”                                                            
                                                           
          Ekranda  Abbasqulu  Ağa  Bakıxanovun  “Gülüstani-İrəm”  kitabının,daha 
sonra isə müəllifin şəkli  göüntülənir.
          Diktor mətni: 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə