Azərbaycan xalqinin maddi VƏ MƏNƏVİ MƏDƏNİYYƏTİNİn qəDİm köKLƏRİ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə47/100
tarix23.01.2018
ölçüsü4,8 Kb.
#21976
1   ...   43   44   45   46   47   48   49   50   ...   100

100
            Ekranda dilçi alim İ.Məlikov peyda olur.Ekranın alt tərəfində onun adı,soy 
adı və elmi dərəcəsi yazılır.O deyir:
            "Ön  Asiyanın  qədim  dillərindən  olan  xatt  dilində  tərtib  edilən  və  eradan 
əvvəl    3-2-ci  minilliklərdə  qələmə  alınan  mətnlər  ilk  dəfə  Qroznı  və  Forrer 
tərəfindən  öyrənilmiş,  daha  sonra  isə  ,bu  işi  İohannes  Fridrix,  Laroş, 
Kemmenhuber,  Dyakonov,  Dunayevskaya  və  başqaları  davam  etdirmişlər. 
Sözügedən  dilin  leksik  fondunda  türkcə  ilə  ortaq  olan  bir  sıra  sözlərə  təsadüf 
olunur ki, bu da həmin etnosların hələ Tunc dövründə Kiçik Asiya ərazisində cox 
yaxın ictimai-siyasi,mədəni və iqtisadi əlaqədə olduqlarını göstərir."
                                                              
            Ekranda  yazılır:
            "Xatt dilində              Türk dilində
            ------------------------------------------
           kud                              qut (can,ruh)                           
           takkıl                           taxıl
           tek                               tik (tikmək)
           aşaq                             acıq
             kuru                           gör (görmək)
             kuba                           qanmaq (anlamaq)
             -------------------------------------------------------
             Kadr arxasından alimin səsi eşidilir.O,sözünə davam edərək deyir:
             "Kud. Xatt dilində bu söz əksər hallarda "li-kud" və "li-kuddu" formasında 
işlədilib  ki,  mənası  onun  canı,  onun  ruhu  deməkdir.Türk  dilindəki    can,  həyat 
gücü,ruh mənalarını verən "qut" kəlməsi ilə üst-üstə düşür.
            Takkıl.  Tədqiqatçı  Dunayevskaya  bu  sözün  kökünün    tullamaq,səpmək 
mənasını  verən  "kıl"  kəlməsi  olduğunu,"tak"  hissəciyinin  isə  sözönü  olduğunu 
ehtimal etmişdir.Kammenhuber isə  haqlı olaraq göstərmişdir ki,bu sadə sözdür və 
"səpmək",  "dağıtmaq"  mənalarında  işlənmişdir.  Bu  söz  türk  dilində    dağılmaq, 
dağıtmaq  və dənli bitki mənalarında işlənən "taxıl" sözü ilə paralellik təşkil edir. 
 Başqa  bir  paralel  isə  ana  dilimizdəki  "tik"  sözünün  verdiyi  mənanı  verən 
"tek"  kəlməsidir.Acıq  mənasını  verən  "aşaq"  və  görmək  mənasında  olan  "kuru" 
sözləri də bu qəbildəndir.
  Yeri gəlmişkən qeyd edək ki,eyni kəlməyə "kar" və "kur" formalarında şu-
mer dilində də rast gəlinir.
   Qanmaq  mənasında  olan  "kuba"  kəlməsi  şumer  dilində  "ka"  şəklində 
qeydə alınmışdır."
                                                    
  Ekranda yenidən İ.Məlikov görünür və sözünə davam edir:


101
  "Xatt dili ilə türk dilinin  əlaqəsi təsadüfi ola bilməzdi və bu,böyük ictimai-
siyasi  nüfua  malik  iki  dilin  uzunmüddətli  əlaqəsinin  bəhrəsindən  başqa  bir  şey 
deyildir.
   Bənzər hal türk dili ilə Ön Asiyanın başqa bir dili olmuş hett dili arasında 
da müşahidə edilir.Eradan əvvəl  2--ci minilliyə aid hett mixi yazı mətnlərində də 
bir çox türk sözünə rast gəlmək mümkündür."
                                                     
 Ekranda yenidən yazılar peyda olur:
 "Hett dili                       Türk dili
---------------------------------------------------
   te                                 de (demək,danışmaq)
   tür                                dürmələmək  
   atta                               ata
   anna                             ana"
-----------------------------------------------
 Kadr arxasından alimin səsi gəlməkdə davam edir:
 "Te.  Bu  kəlmə  hett  dilində  danışmaq,söyləmək,  demək  anlamlarında 
işlənmiş, Urartu kitabələrində "ti" formasında qeydə alınmışdır.   
 Tür.  Sözün  hett  dilindəki  mənası  bağlamaq,bükmək,sarımaq,üzləməkdir. 
Ana dilimizdəki "dürmələmək" sözü ilə üst-üstə düşür."
                                                     
   Ekranda  "Yeddi  oğul  istərəm"  filmindən  öküzlə  yer  şumlanması  və  dən 
səpilməsi,eləcə də "Böyük dayaq" filmində taxıl biçilməsi səhnələri canlanır.
    Diktor mətni:
    "Qədim şumer kitabələrində bu gün də dilimizdə işlənməkdə olan "arpa", 
"saman", "su", "tum", "şum" və sairə bu  kimi əkin-biçinlə bağlı kəlmələrin qeydə 
alınmış  olması,eləcə  də  5  min  öncəyə  aid  şumer  qaynaqlarında  Arattada,  yəni 
bugünkü  Azərbaycan  ərazisində  buğda  və  noxud  əkildiyinin  bildirilməsi,    hələ 
Neolit  və  Eneolit  dövrlərindən  zəngin  əkinçilik  mədəniyyətinə  sahib  olan 
xalqımızın  üstəlik  bu  mədəniyyətin  izlərini  dilimizin  qədim  qatlarında  
faktlaşdırmış  olması  şübhəsiz  ki,ana  dilimizin  geniş  imkanlarından  və 
konsevativliyindən xəbər verməkdədir. Məhz bu konservativlik sayəsində dilimizin 
daha  qədim  qatlarında  əksini  tapmış  bir  sıra  arxetiplər  dövrümüzədək 
qorunmuşdur.Bu hal dünyanın başqa dillərində ya müşahidə olunmur,ya da çox az 
müşahidə olunur.
    Ön Asiyanın ən qədim dilləindən olmuş xatt dilində türk dilindən alınma 
taxıl  kəlməsinin  olması  qədim  xalqların  əkinçilik  mədəniyyətini  məhz 
əcdadlarımızdan  öyrəndiklərinin  ən  gözəl  sübutudur.Təsadüfi  deyil  ki,  qədim 
yunan  tarixçisi  Herodot    iskitlərə,  yəni  tüklərə  göydən  endirilən  hədiyyələr 
içərisində  kotanın,  xamıtın  adlarını  ilk  yerdə  çəkməkdədir.Ümumiyyətlə  dilimiz 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə