96
Diktor mətni:
"Musəvilik dinini qəbul etmiş xəzər xaqanı İosif ona xəzər türklərinin
mənşəyi barədə verilən sualın cavabında bildirmişdi ki,xəzələr Toqarmanın 10
oğlundan biri olmuş Xəzərikin nəslindəndirlər.Maraqlıdır ki, xaqan İosif
Toqarmanın,yəni Həzrət Nuhun nəvəsi və Azərbaycanın 4-cü şahının digər oğulla-
rının da adını cəkmişdir.Bu oğulların da hər biri özünün adı ilə adlandırılan bir
türk xalqının soybabası olmuşdur."
Ekranda dilçi alim Firidun Ağasıoğlu görünür.Alt tərəfdə onun adı,soy
adı,atasının adı yazılır.O deyir:
"Xaqan İosif yazdığı məktubda xəzərlərə yaxın qohum olan 10 soyun adını
çəkir.Həmin soylar bunlardır: Uyğur,Turis,Avar,Oğuz,Bizal,Trna,Xəzər,Yanur,
Bulqar və Savir."
Ekranda Abbasqulu Ağa Bakıxanovun şəkli görünür:
Diktor mətni:
"Abbasqulu Ağa Bakıxanova görə isə, Türk, Bulqar və Xəzər Yafəsin oğul-
larıdır.O,daha 6 oğulun adını çəkir ki,onların adları xaqan İosifin ondan təqribən
1000 il öncə çəkmiş olduğu adlardan fərqlənir."
Ekrandakı şəkli mixi yazı mətnlərinin təsvirləri əvəz edir.
Diktor mətni:
"Xəzər xaqanının çəkdiyi türk soy adlarından erkən mixi yazılarda,yəni
eradan əvvəl 3-2-ci minilliklərə aid mətnlərdə subarların adına rast gəlirik.Əslində
İosifin məktubunda bu soyun adı "savir" şəklindədir.Fəqət sözügedən soyun adına
müxtəlif mənbələrdə "savir", "sabir", "sibir", "suvar", "subar " şəklində rast
gəlinir.Eradan əvvəl 3-cü minilliyə aid mətnlərdə "subir" forması işlənməkdədir.
Bu türk xalqı adını Azərbaycan toponimikasında suvar şəklində əbədiləşdirmişdir.
Söhbət "Biləsuvar" toponimindən gedir."
Ekranda Biləsuvar rayonu və şəhərindən mənzərələr canlanır.
Ekranda yenidən Firidun Ağasıoğlu görünür və deyir:
"Mixi yazılardan belə aydın olur ki,subarlar İkiçayarsının şimlında
yaşayırdılar və şumerlərin qonşusu olmuşlar.Şumerlər ikiçayarasının cənubuna
Subar ölkəsinin ərazisindən keçərək gəlmişdilər."
Ekranda yenidən mixi yazılar görüntülənir.
Diktor mətni:
97
"Mixi yazılarda subarlarla eyni dövrdə "türk" adını daşıyan xalqdan da
söh-bət açılır. Eradan əvvəl 2-ci minilliyə aid aşşur mixi yazılarında onların adı
"turukku" kimi çəkilir.Akkad və aşşur mənbələrindən belə məlum olur ki, bu xalq
Cənubi Azərbaycan və Şərqi Anadolu ərazisində yaşayırdı və Arattada məskun idi.
Turukkular Aratta ilə Aşşur arasında qalan ərazilərə sahib olmaq uğrunda
aşşurlarla mübarizə aparırdılar."
Ekranda tanınmış Azərbaycan alimi,mərhum Zelen Yampolskinin şəkli
görüntülənir.
Diktor mətni:
"Türklərin adının Azərbaycan sakinləri kimi hələ eradan əvvəl akkad və
aşşur mixi yazılarında "turukku" kimi qeyd edildiyini ilk dəfə təsbit edən tanınmış
alim Zelen Yampolski olmuşdur. O,türklərin mənşəyi və ilk ana yurdu barədə o
vaxta qədər rus-sovet tarixşünaslığında mövcud olan rəsmi baxışlara qarşı
çıxaraq bildirmişdi ki,akkad mənbələri "türk" etnoniminin qeydə alındığı ən qədim
yazılı mənbələrdir. Eradan əvvəl birinci minilliyə aid Urartu mixi yazılarında da
eyni xalqın adı,eyni ərazinin sakinləri kimi qeyd edilmişdir.Urartu mənbələrində
həmin xalqın adı "turuxi" kimi çəkilr."
Ekranda yenə də Firidun Ağasıoğlu peyda olur və deyir:
"Aşşur mənbəlrində rast gəlinən "turukku"etnonimi "türk"etnik adının
aşşur dilindəki səsləniş və yazılış formasıdır.İlk dəfə Zelen Yampolski tərəfindən
söylənilən fikrə sonralar Yusif Yusifov,Qiyasəddin Qeybullayev kimi Azərbaycan
alimləri də şərik çıxmışlar."Türk"adına erkən orta əsrlərə aid hind qaynaqlarında
turukka", Xotan mətnlərində "ttrruki",Tibet mənbələrində "druq" və "druqu"
formasında rast gəlmək mümkündür."
Ekranda Yusif Yusifovun şəkli görüntülənir.
Diktor mətnu:
"Mərhum alimimiz Yusif Yusifovun yazdığına görə,eramızdan əvvəl 2-ci
minilliyin əvvəlində Urmiya gölü hövzəsində yaşayan türklərin aktiv siyasətə
qoşulması başlayır.Onlar Zaqroş dağlarını aşaraq İkiçayarasına daxil
olurdular.Türklər Aşağı Zab çayının yuxarı axarında yerləşən Raniyə düzənliyinə
çıxır və burada yaşayan hürrilərlə ünsiyyətə girirdilər.Ümumiyyətlə,onlar bu ərazi
uğrunda mübarizə aparırdılar və bununla da İkiçayarasının şimalında yaranmış
Aşşur dövlətinin sərhədlərində təhlükə yaradırdılar."
Ekranda mixi yazılar görüntülənir.
Diktor mətni:
Dostları ilə paylaş: |