|
![](/i/favi32.png) Azərbaycan xalqinin maddi VƏ MƏNƏVİ MƏDƏNİYYƏTİNİn qəDİm köKLƏRİ
115
Ekranda peyda olan Elməddin Əlibəyzadə deyir:
"İnsanların ölümünə yas saxlamaqla yaranan matəm nəğmələri - ağı janrı
bizə,"Bilqamıs dastanı"ndan qalıb,tarixən inkişaf edib gəlib.Bu gün də elə.matəm
məclislərində qadınlar - bizim analar ağı deyir,məclis aparırlar.Məgər
bu,Bilqamısın yaşadığı dövrlə bu gün arasındakı qırılmaz əlaqə,mənəvi bağlılıq
deyilmi?"
Ekranda yenə də Elməddin Əlibəyzadəni aktyor əvəz edir və əlindəki
kitabdan oxuyur:
" Sel gəldi beldən oldu,
Qan qusdu yeldən oldu.
Vay düşdü sarayıma,
El gəldi harayıma.
Dirsəkli,dirəkliydin,
Sən aslan biləkliydin.
Hay vergil harayıma,
Vay düşdü sarayıma.
Oğul hey,
Oğul hey,
Oğul hey,
Oğul hey!"
Ekranda Azad Nəbiyev peyda olur.Ekranın alt tərəfində onun adı,soy adı,
elmi dərəcəsi yazılır.O deyir:
"Nəğmələrin icərisində yas və dəfn mərasimi ilə bağlı nəğmələr də
vardır.Bu nəğmələr xalqın kədəri, hüznü ilə yaranmışdır.Xalq baş verən kədəri
nəğmələrdə ifadə etməklə bir tərəfdən mərasimin keçirilməsini rəsmləşdirmiş,digər
tərəfdən gələcəyə ümidlə baxmış,iztirabı, kədəri yüngülləşdirmişdir.
Yas nəğmələrinin mühüm hissəsini ağılar təşkil edir.Yas mərasimlərində
oxunan ağılar bu gün təkcə bayatı şəklində yayılmış nümunələrlə məhdudlaşmır.
Xalq içərisində onlardan daha əvvəlki dövrlərdə yarananlardan da dövrümüzədək
gəlib çıxanları var."
Ekranda yenidən görünən aktyor oxuyur:
" Mən öldüm ağlamaqdan,
Bağa su bağlamaqdan.
Bağda yarpaq qalmadı,
Yarama bağlamaqdan.
116
Altımda kilim yandı,
Od düşdü,kilim yandı.
Canım oğul deməkdən,
Ağzımda dilim yandı."
Ekranda folklorşünas alim B.Abdullayev peyda olur.Ekranın alt tərəfində
onun adı,soy adı və elmi dərəcəsi yazılır.O deyir:
"Qədim zamanlarda ölənin yaxın adamları saçlarını yolub onun üstünə
qoyarmışlar.Saçın insanın həyatını,ömrünü təmin edən,hətta öləndən sonra onu
dirildən vasitələrdən olması barədə miflər var."
Ekranda cənazə üstündə saç yonan qadınları əks etdirən süjet canlanır.Sü-
yet bitər-bitməz ekranda yazılır:
"Qədim Azərbaycanda ölən qəhrəmanlar üçün ağlamaq bir adət olmuşdur.
Həmin günü camaat bir yerə toplaşardı.Bu toplaşmaya "yuq" deyirdilər.
Toplananlar üçün qonaqlıq düzələrdi,xüsusi dəvət olunmuş yuğçular isə ikisimli
qopuz çalıb,oynayardılar.Yuğçu əvvəlcə qəhrəmanın igidliyindən danışıb,onu
tərifləyirdi.Sonra isə qəmli havaya keçib şanlı qəhrəman üçün ağı
deyərdi.Toplaşanlar da hönkür-hönkür ağlayardı...Ölünü ağlamaq,cənazəsi
üstündə saç yolmaq adət halını almışdı.
Əbdürrəhim bəy Haqverdiyev"
Ekranda mixi yazılı gil kitabələr görüntülənir.
Diktor mətni:
"Maraqlıdır ki,qəhrəmanın cənazəsi üstündə ağlayaraq saç yolmaq
adətinin də ən azı 5 min il yaşı olduğunu söyləmək üçün əldə təkzibedilməz fakt
mövcud-dur. Əlbəttə ki,söhbət "Bilqamıs dastanı"nda söylənilənlərdən gedir."
Ekranda peyda olan aktyor əlindəki kitabdan oxuyur:
" O kəslər ağlayar ki,qədim adamlar kimi
səninlə öyünərdi,
O kəslər ağlayar ki,sənə öz süfrəsində
bir vaxt çörək verərdi.
Ayağına ətir-yağ çəkən kəniz ağlayar,
Sənə şərab içirən qulun göz yaşı axar,
Canına zeytun sürtən yava qadın ağlayar,
Sənin məsləhətinlə özünə arvad tapıb,
Nigah otağına ilk qədəm basan ağlayar,
Qardaşların ağlayar,bacı kimi hay salar,
Yaslara batar tamam,nalə çəkib saç yolar!"
117
Ekranda görünən Elməddin Əlibəyzadə deyir:
"Bilqamısın söylədiyi ağının ruhu da, fikir yönümü və ifadə biçimi də ondan
təxminən 2000 il sonra Alp Ər Tonqanın ölümünə qoşulmuş ağılara uyğun
gəlir.Alp Ər Tonqanın ölümünə ağılar dördlüklə və 7 heca ilə kəkk olunub,bu
ölçüdə daha asan qalıb,yayılıb."
Ekranda Nizami Xudiyev peyda olur.Ekranın altında onun adı,soy adı və
elmi dərəcəsi yazılır. O deyir:
"Eradan əvvəl 1-ci minilliyin ortalarından etibarən ümumi türk ədəbi
dilinin ünsürləri fəaliyyətə başlayır və regional türk ümumxalq dillərinin,bunun
ardınca isə ədəbi dillərin formalaşmasına təsir edir.Qədim türk şerinin mükəmməl
şifahi örnəkləri meydana çıxır ki, bunların müəyyən hissəsi sonrakı dövrlərdə
yazıya alınmışdır.Turan hökmdarı,farslaın Əfrasiyab adlandırdıqları Alp Ər
Tonqanın ölümünə həsr olunmuş ağı Mahmud Kaşğarlının divanında əks
olunmuşdur."
Ekranda Nizami Xudiyevi əvəz edən aktyor oxuyur:
" Alp Ər Tonqa öldümü,
İsiz ayun kaldımu,
Ödlək öcin aldımı?
İmdi yürək yırtılır..."
Ekranda yenidən Nizami Xudiyev görünür və deyir:
"Biz bu ağının eradan əvvəl 1-ci minilliyin ortasından eramızın 1-ci
minilliyinin ortasına qədərki dövrünə aid Azərbaycan dili nümunəsi olduğunu
iddia etmirik,amma fakt budurki,qədim Azərbaycan dilinin fonetik,leksik və
qrammatik quruluşu buna bənzər olmuşdur."
Ekranda Nizami Xudiyevi Elməddin Əlibəyzadə əvəz edir və deyir:
"Alp Ər Tonqa miladdan öncə 7-ci əsrin qüdrətli Turan-türk hökmdarı
və qəhrəmanı olub.O,qeyri- adi ağlına,tədbirinə və mərdliyinə,müdrikliyinə görə
böyük hörmət və ehtiram qazanmış,şöhrət tapmışdır.İran-Turan müharibələrində
əfsanəvi qəhrəmanlıq göstərmiş və bu onu dastanlaşdırmışdır."
Ekranda Mahmud Kaşğarlı "Divan"ının üz qabığı görünür.Kitab yavaş-
yavaş açılır və səhifələr bir-birini əvəz edir.
Diktor mətni:
Dostları ilə paylaş: |
|
|