|
Azərbaycan xalqinin maddi VƏ MƏNƏVİ MƏDƏNİYYƏTİNİn qəDİm köKLƏRİ
113
Türk dillərinin praformasını bərpa etmək cəhdində olanlardan biri də
Şerbak idi.O bir neçə yüz praformanı bərpa etmiş, bu zaman belə hərəkət
etmişdi..."
Ekranda yazılır:
Yakut dilində Türkmən dilində Praforma Mənası
---------------------------------------------------------------------------------------
ıır aar aar arıqlamaq
ııs ıış ıış iş
aas aaş aaş aşmaq
---------------------------------------------------------------------------------------------
Diktor mətni:
"Yakut türkcəsində arıqlamaq mənasında olan "ıır" kəlməsi ilə türkmən
dilindəki eyni mənalı "aar" kəlməsini tutuşduran alim üstünlüyü "aar" formasına
verir və onu praforma hesab edir.
Yakut türkcəsində:ııs,türkməncə:ıış,praforma:ıış,mənası iş.
Yakut türkcəsində:aas,türkməncə:aaş,praforma:aaş,mənası aşmaq.
Şerbak bu yolla türk dillərinin praformasının məhz oğuz ləhcəsi olduğu
nəticəsinə gəlmişdir.Bu nəticənin doğruluğunu Azərbaycan folklorşünaslarının
topladıqları və Mezolit dövründən Tunc və Dəmir dövrlərinə qədər uzun bir zaman
məsafəsini əhatə edən çox sayda folklor nümunəsi də təsdiq etməkdədir."
Ekranda kurqanlar,qutu və küp qəbirlər görüntülənir.
Diktor mətni:
"Son Eneolit-ilk Tunc dövündən başlayaraq əcdadlarımızın öz ölülərini xü-
susi qaydalar əsasında basdırması,qəbirlərə müxtəlif məişət və ərzaq əşyalarının
qoyulması,məzarların üstündə kurqnlar,menhirlər,baş daşları ucaltması həmin
dövrdə axirət,ölüm və həyat ilə bağlı ideyaların xüsusi aktuallıq qazanmağa
başladığını sübut edir.Təsadüfi deyil ki,Tunc dövrünün şah əsəri olan "Bilqamıs
dastanı"nda ölüm və əbədi həyat axtarışı ideyaları ön planda yer almaqdadır."
Ekranda Elməddin Əlibəyzadə peyda olur.Ekranın alt tərəfində onun adı,soy
adı,elmi dərəcəsi yazılır.O deyir:
"İnsan niyə yox olmalıdır?O,niyə həyatdan köçməli,ölüb getməlidir?Onun
əbədi yaşaması,həyat sürməsi niyə də mümkün olmasın?Tanrılara "əbədi həyat"
verilib,nə üçün insanlara verilməsin?Buradan da dastanın şah damarı sayılan
"əbədi həyat",ölməzliyə qovuşmaq problemi ortaya çıxır,problem bəşəri səviyyəyə
yüksəlir."Bilqamıs dastanı"nda bu problem ilkin və əsaslı şəkildə həllini tapıbdır.
Bilqamısı yaxalayan ağır kədər,qəm-qüssə öz əksini dastanda belə tapıb:
114
Mən də öləcəyəmmi bi gün Enkidu kimi?
Qorxu canımı alır,qüssə yeyir içimi.
Başqa bir yerdə isə oxuyuruq:
Ölüm məni qorxudur,qoymur dayanım rahat,
Tapa bilərəmmi mən,görən,əbədi həyat?"
Ekranda görümnən aktyor əlindəki kitabdan oxuyur:
" Səhraları gəzirəm,yollar olub məskənim,
Necə susum,dayanım,dincliyim yoxdur mənim.
Mənim əziz dostumun artıq çırağı sönmüş,
Mənim dostum Enkidu daha torpağa dönmüş.
Əqrəb,sənə rast gəldim,söylə necə eləyim,
O dəhşətli ölümün üzünü heç görməyim?1"
Ekranda yenidən Elməddin Əlibəyzadə peyda olur və deyir:
""Bilqamıs dastanı"nda iki ağı deyilir.Birinci ağı Bilqamısın dilindən
dostu Enkidunun ölüsü üstündə deyilir.İki hissədən ibarət uzun "dildem"dir, 50-52
misradır.Əvvəlinci hissədə Enkidunun doğulması,keçib gəldiyi həyat yolu,bütün
çətin,keşməkeşli mübarizə və qələbə səhnələri yığcam şəkildə məharətlə
xatırlanır.Ağı dastanda bədii cəhətdən çox təsirli işlənib.Bunun özü dastanın
içində yeni və orijinal yolla deyilmiş bir dastandır.Bilqamıs söyləyir ki, Enkidunun
ölümünə hamı yas tutub,göz yaşı tökür,bu ölümə dağ-daş da ağlayır.
Ağının ikinci hissəsi üç bənddir,Bilqamısın öz göz yaşları,öz ah-naləsinin
tərənnümüdür."
Ekranda Elməddin Əlibəyzadəni əvəz edən aktyor oxuyur:
" Ey hasarlı Urukun qocaları,eşidin!
Dostum Enkidu üçün mən göz yaşı tökürəm,
Ağını arvadlar tək hay salıb hönkürürəm:
"Ağır,güclü baltamı,dayağımı,arxamı,
Əyilməz xəncərimi,dözümlü qalxanımı,
Bayram bürüncəyimi,cəlallı paltarımı
Şər iblis ,yağı iblis mənim əlimdən aldı!
Səhrada heyvanları və vəhşi eşşəkləri
Qovan qardaşım mənim!
Səhraları dolaşan Enkidu,dostum mənim-
Kiçik qardaşım mənim!
Birlikdə uca-uca dağlara çıxdığımız,
Buğanı ikilikdə məhv edib yıxdığımız,
İndi bu nə yuxydur gəlib səni çuğlayıb?
Məni də eşitmirsən,üzünü zülmət alıb."
Dostları ilə paylaş: |
|
|