|
![](/i/favi32.png) Azərbaycan xalqinin maddi VƏ MƏNƏVİ MƏDƏNİYYƏTİNİn qəDİm köKLƏRİ
108
Yaş oldu
Üst-başım.”
Ekranda ocaq başına yığışmış milli geyimli qızlar görünür.Onlardan biri
ocaqdakı daşların üstünü közlərlə örtə-örtə oxuyur:
“Qodu daşı,
Odu daşı,
Qodu kəssin
Yağışı.”
Sonra qızlar birlikdə oxuyurlar:
“Budu daşı,
Bulutların
Kudu daşı,
Bişirmişəm
Xəmiraşı.
Qonaq gəlsin
Godu başı,
Gətirsin
Qızıl günü,
Aparsın
Yağışı.
Qodu daşı,
Odu daşı,
Qodu kəssin
Yağışı.”
Ekranda eyni səhnə yenidən,fəqət bu dəfə səssiz təkrarlanır.Kadr arxasın-
dan diktorun səsi eşidilir:
"Folklorşünas alimlərimizin illərlə fədakarlıqla,böyük zəhmətlər bahasına
toplayıb yazıya köçürdükləri folklor nümunələri tariximizin minillər öncələrə aid
mərhələlərinin inanc və təfəkkür tərzini öyrənmək baxımından nə qədər böyük
önəm daşıyısa, dilimizin minillər öncəki vəziyyətini,onun terminologiya və
leksikonunun,morfoloji və sintaktik quruluşunu tədqiq etmək baxımından da bir o
qədər qiymətlidir.Sözügedən nümunələr xalq ədəbiyyatımızın,onun janrlarının
inkişaf dialektikasını öyrənmək üçün zəngin material verməkdədir.Ən əsası isə, bu
nünunələr türk dillərinin,onların ləhcə və şivələrinin praformasının,başqa sözlə ən
qədim kökünün oğuz türkcəsinin Azərbaycan variantı olduğunu sübut etməkdədir."
Ekranda akademik N.Marrın şəkli görüntülənir.
Diktor mətni:
"Böyük dilçi alim,akademik Marr vaxtilə yazırdı..."
109
Şəklin fonunda yazılır:
"Türk dillərinin mənşəyi nəinki aydınlaşmayıb,bu məsələyə heç
toxunulmayıb da.Türk dillərinin genezisi,yəni mənşəyi məsələsi əslində heç vaxt və
heç kim tərəfindən diqqət mərkəzinə çəkilməyib.Hamıya bəllidir ki,türklər Asiyanın
dərinliklərindən baş alıb gəliblər,deməli orada yaranıblar.Ədəbi fəallıqları ilə
türklər 6-cı əsrdən bəllidir,çinlilər isə,türkləri ondan min il əvvəl də belə
tanıyırmışlar,elə bunun əsasında da mütəxəssislər bizi öyrədirlər ki,türk dilləri öz
konservatizmi ilə seçilir.Belə ki, 6-cı əsrə aid abidələr müasir dövrdə mövcud olan
dialektləri özündə əks etdirir.Belə çıxır ki,türk dilləri min üç yüz il ərzində,demək
olar ki.dəyişməyib.Onu da nəzərə alsaq ki,türk dilləri öz təbii mühafizəkarlığını
əvvəlki minilliklərdə də hifz edə bilərdilər ,yəni çinliləin "zəhmət çəkib" onlar
haqqında məlumat verdikləri dövrdə də,ondan qat-qat qədim dövrlərdə də.
Bu belədir.Hələ o da məlumdur ki,əsil izahın olmaması üzündən bu səbəb
başqa dillərlə əlaqədar da tətbiq edilir...Lakin dillər təbiətin məhsulu deyil,dillərdə
təbiətdən alınma xüsusi cəhətlər yoxdur.Hətta konservatorluğun da öz tarixçəsi
var. Bir sözlə,türk dillərinin mənşəyi məsələsi çoxdan həlli çatmış elmi problemdir.
Dilin öyrənilməsində və onun tam dərkində bunsuz irəli bircə addım atmaq
mümkün deyil. Necə ki, türklərin kütləvi surətdə Asiyada yaşadığı faktı,-
əslində,hec bunu da demək olmaz,-əsasında məhz Asiyanın onların əcdadlarının
vətəni olması ideyası ilə elmi cəhətdən razılaşmaq olmaz...Aydın məsələdir
ki,türklərin və türk dilinin yaranması və inkişafı taleyi ilə müqayisədə bəşəriyyətin
tarixi yaddaşının çox qısa bir dövrünə aid olan faktın əsasında Asiya türklərin ana
kök vətəni kimi qəbul edilə bilməz... Deməli, türkoloqların ümumi rəyinə görə, türk
dillərini fərqləndirən belə statik vəziyyətə və konservatorluğa nail olmaq üçün bu
dillər böyük bir ictimai fəaliyyət və dinamik dil yaradıcılığı prosesindən keçməli
idi."
Diktor kadr arxasında yazılanları oxuyur.
Ekrandakı yazılar itir şəkil isə qalır.Kadr aexasından diktorun səsi gəlir:
"Akademik Marr türk dillərinin tədqiqində hind-Avropa dilçiliyinin
metafiziki metodlarının tətbiqinə etiraz edərək yazırdı..."
Ekrandakı təsvirin fonunda yazılır:
"Bu ki,"quyu"dur və hindavropaçıların "quyu"sundan onunla fərqlənir ki,
hind-Avropa dilçiləri öz sahələrində çox dərin qatlara gedib çıxıblar və indi
yoldan dönmək istəsələr də. öz dahilərini yerlə bir etmədən buna nai ola
bilməzlər.Öz dil sistemlərinin dərinliklərinə enməyə macal tapmamış türkoloqların
"quyu"su ilə ortada ümumi bir cəhət var;hər ikisinin metodu formal xarakter
daşıyır,canlı və zəngin materiallar ümmanında səslərin maddi reallığına
110
əsaslanır,hind-Avropa dilçiləri isə türklərin ayağı altında ləngər vuran insanın ilk
doğuluş yerindən beşəlli yapışaraq, zəngin türk dilini türklərin...təsərrüfat və
ictimai həyatı ilə əlaqələndirə bilmirlər."
Diktor kadr arxasından yazılanları oxuyur.
Ekrandakı təsviri növbə ilə görüntülənən Qobustan və Gəmiqaya təsvirləri
əvəz edir.
Diktor mətni:
"Şübhəsiz ki,akademik haqlı idi.Onun türkoloqların türk dilini türklərin
təsərrüfatı,ictimai həyatı ilə üzvi surətdə əlaqələndirməli olduqları fikri ilə
razılaşmamaq olmur.Döğrudan da dilimizin ən qədim qatlarının üzə
çıxarılmasında əcdadlarımızın ən qədim təsərrüfat,məişət və ictimai həyatları
haqqındakı məlumatları incələməyin böyük rolu var və məhz qədim daş dövründən
başlayaraq ulu babalarımızın həyat və fəaliyyətlərinin ayrı-ayrı sahələrini
araşdırmaqla, çağdaş dilimizdə həmin sahələri ifadə edən sözlərin ilkin köklərini
bərpa etmək,dilimizin ən ilkin qatlarına qədər enmək mümkündür.Əldə olan zəngin
folklor nümunələrimiz bunun üçün ölçüyəgəlməz material verir.Bu baxımdan
ovsunların verdiyi material daha qədim qatlara enməyə imkan yaradır."
Ekranda Azad Nəbiyev görünür və deyir:
"Ovsunların yaranmasında xalq inanclarından geniş istifadə edilmişdir.
Ovsunların bəzilərini ilk baxışda inanca bənzər xüsusiyyətlərinə görə ayırmaq çox
çətin olur.Onların toplanmasına nisbətən yeni başlanmışdaır.Əldə olan
materiallar əsasında bu maraqlı janrı aşağıdakı mövzular üzrə qruplaşdırmaq
olar; təbiət hadisələrini ram etmək üçün yaranan ovsunlar,insanın yaşayışını təmin
edən bitki və heyvanları qorumaq üçün yaranan ovsunlar,insanların gündəlik
məişətləri və sağlamlığı ilə əlaqədar ovsunlar."
Ekranda peyda olan aktyor oxuyur:
" İt qapma. Nəzərbağlama ovsunu
---------------------------- -----------------------------
İt üstü, Qoltuğunda üzərlik
İtin üstü, Asdırmışam,
İtin gözünə Kürəyində qaratikan
Tüstü. Basdırmışam.
Üfü,üfü,üfü. Qalxan sındıran
Gözünə,
Qorxu sındırma Kəl çattadan
------------------------------------- Sözünə
Dostları ilə paylaş: |
|
|