|
![](/i/favi32.png) Azərbaycan xalqinin maddi VƏ MƏNƏVİ MƏDƏNİYYƏTİNİn qəDİm köKLƏRİ
105
Dutum,dutum,
Mənəm dutum
Dutum,dutum,
Bacım,dutum.
Ucaboy maral inək,
Qarnı bir xaral inək,
Doymursan tayalardan
Südü bir aral inək."
Ekranda yenidən Azad Nəbiyev görünür və sözünə davam edir:
"Əmək nəğmələri qrupuna daxil olan ovçu nəğmələri də əcdadlarımızın
ovçuluq həyaının müxtəlif cəhətlərinin öyrənmək baxımından faydalıdır."
Ekranda aktyor peyda olu və oxuyur:
" Ova gedən
Ovun tuş.
Ovun olsun
Maral,quş."
Ekranda xalça toxuyan qızlar görünür.
Diktor mətni:
"Peşə və məşğuliyyətlə bağlı əmək nəğmələri içərisində toxuculuq və
xalçaçılıqla bağlı hana nəğmələri mühüm yer tutur.Hana nəğmələri bilavasitə əmək
prosesində ,yəni ilmə vurularkən və döyülərkən söylənən nəğmələrdir:
Kəndəlaşı dərmişəm,
Dərib yerə sərmişəm.
Üzül boyağım,
Düzül boyağım,
Kətan içindən
Süzül boyağım.
Əzildi,
Üzüldü,
Qırx taxçaya
Düzüldü.
Əgər ovçu nəğmələrinin kökü mezolit dövrünə qədər uzanırsa,hana
nəğmələri
Neolitin
sonları,Eneolitin
əvvəllərində
förmalaşmağa
başlamışdır.Sayaçı və sağın nəğmələrinin isə formalaşma dövrü kimi ilk Tunc
dövrü qəbul edilə bilər.Müəyyən vəznə və ritmə tabe olan bu tip nəğmələrin bir
106
qismi dövrümüzədək heç bir dəyişikliyə uğramadan və ya cüzi dəyişiklikərlə gəlib
çata bilmişdir."
Ekranda Azad Nəbiyev görünür və deyir:
"Əmək nəğmələri içərisində balıqçı nəğmələrinin də özünə məxsus yeri var.Bu
nəğmələrin dəniz və çay əttafında yaşayan tayfaların şifahi poeziyasında ilkin
inkişaf mərhələlərində yarandığı ehtimal edilir.balıqçı nəğmələri çox qədim
"Vətəgə nəğmələri" adlı 40 nəğmədən ibarət olmuşdur."
Ekranda "Əhməd haradadır?" filmindən Leylanın atası ilə birlikdə göldə
balıq tutma səhnəsinin əks olunduğu süjet əks olunur.Bu səhnəni torla balıq tutan
balıqçılarla bağlı başqa bir süjet əvəz edir.
Kadr arxasından alimin səsi eşidilməkdə davam edir:
"Vətəgəyə işə gələnlər bu nəğmələri öyrənməmiş balıq ovuna çıxmazlarmış.
Bu nəğmələr ayın doğmasını tərənnüm edən nəğmə ilə başlayır."
Azad Nəbiyevin səsini aktyorun kadr arxasından eşidilən səsi əvəz edir:
" Yahu,hu,hu,
Hu,hu,Yahu.
Gecədən yola düş gəl,
Sübh üstü sala düş gəl.
Ay çıxsın tora baxsın,
Avarçım dora baxsın.
Yel babam nənnidədir,
Giriş ver kirişləyək.
Babamı nənni üstə,
Yelpik ver yelpikləyək."
Ekranda görünən Azad Nəbiyev deyir:
"Fitlə başlayan bu nəğmələr xüsusi nəqarətli xorlarla qurtarmışdı.Toru
yığarkən,külək,firtina qoparkən oxunan balıqçı nəğmələi də olmuşdur.Toru atdıq-
dan sonra ov gözləyən balıqçıların sevgi nəğmələri daha geniş yayılmışdır.Bu
nəğmələr balıqçıların şəxsi arzu və istəkləri ilə bağlı motivləri əks etdirir.balıqçı
nəğmələrində mifoloji təsəvvürlərin mühafizəsi-dəniz adamlarının,su pərilərinin,
onqonların,tanrıların təsviri çox qüvvətli olmuşdur."
Ekranda peyda olan aktyor oxuyur:
" Tor doldu.
107
Tarım oldu.
Qayığım
Yarım oldu.
Toru atan,toru çək,
Doru açan,doru çək.
Salı salan,salı tut,
Toru salan,toru tut.
Hu,hu,yahu,
Yahu.hu,hu.
Tor doldu,tarım oldu.
Qayığım yarım oldu.
Yahu,hu,hu,
Hu,hu,yahu.
Ekranda baramadan ipək saplarının alınması, ipək şalların boyanması və
üstlərinə bəzək vurulması prosesini əks etdirən süjet görüntülənir.
Kadr arxasından Azad Nəbiyev sözünə davam edir:
"Xalq arasında "gümçü nəğmələri" adı ilə tanınan ipəkçi nəğmələri də
böyük maraq doğurmaqdadır.Bu nəğmələrdə barama,onun əhəmiyyəti ,barama
qurdlarının bəslənməsi,onlara qulluq edilməsi,baramanın bəd nəzərdən qorunması
, insan həyatına gözəllik gətirməsi, dolanacaq vasitəsi olması və sairə tərənnüm
olunur.
Əldə edilən ipəkçi nəğmələrində baramaçılıq və ipəkçiliklə bağlı bir sıra
etiqad və görüşlər əks olunmuşdur.Başqa janrlarda bəzən nəzərə çarpan bir
xüsusiyyət gümçü-ipəkçi nəğmələrində də özünü göstərir.Gündəlik müşahidə
zamanı söylənən nəğmə sonradan tapmaca şəklinə düşmüş və hafizələrdə belə
yaşamışdır.
Bir quşum var alaca,
Gedib qonar ağaca.
Özünə bir ev tikər,
Nə qapı qoyar,nə baca."
Ekranda "yağış yağdırmaq" və "yağış dayandırmaq" ovsun-ayinlərinin əks
olunduğu epizod təkrar göstərilir.Çay qırağında durmuş milli geyimli qızlar
görünür.Onlar xorla deyirlər:
“Suda daşım,
Baba daşım,
Gələr,getməz
Yağışım.
Suda daşım,
Yaş başım,
Dostları ilə paylaş: |
|
|