Azərbaycan xalqinin maddi VƏ MƏNƏVİ MƏDƏNİYYƏTİNİn qəDİm köKLƏRİ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə57/100
tarix23.01.2018
ölçüsü4,8 Kb.
#21976
1   ...   53   54   55   56   57   58   59   60   ...   100

125
     ""Avesta"nın və Zərdüştün nə Azərbaycana, nə də türklərə heç bir dəxli 
yoxdur.Bu.fars,İran abidəsidir.Bunu belə bilmək, belə də qəbul etmək lazımdır."
                                                    
      Ekranda Suraxanıdakı  atəşgah  mütəlif  tərəflərdən görüntülənir.Kamera-
nın  obyektivi  bu  abidənin  kitabəsinin  üzərinə,daha  sonra  isə  damına  bərkidilmiş 
üçdişliyə tuşlanır.
      Diktor mətni:
      "Bu  gün  Azərbaycanda  tədqiqatçılar  arasında  hər  bir  qədim  sənət 
abidəsində  zərdüştiliyin  izlərini  axtarmaq  və  görmək  meyli  çox  güclüdür. 
Suraxanıdakı atəşgədəni də zərdüştiliyin,yəni atəşpəəstliyin abidələrindən biri kimi 
görən və buna inanalar heç də az deyil. Halbuki. bu abidənin hind dilində yazılmış 
kitabəsindən  açıq-aydın  görünür  ki,bu  abidə  bir-neçə  əsr  öncə  hindli  zəvvarlar 
tərəfindən  tikilmiş  Şiva  məbədidir.Bu  məbədin  hindlilərin  müharibə  və  intiqam 
tanrısı  Şiva  məbədi  olmasını  onun  üzərindəki  üçdişli  də  sübut  edir.Məsələ
burasındadır ki,üçdişli Şivanın simvollarından biridir."
                                                      
      Ekranda  üçdişli  tutmuş  Şiva  heykəlinin  təsviri  görünür.Diktor  kadr 
arxasından sözünə davam edir:
      "Bir  sözlə,  Suraxanıdakı  abidənin  nə  atəşpərəstliklə,nə  də  zərdüştiliklə 
heç bir əlaqəsi yoxdur.Eləcə də kökü ən azı 5 min il öncəyə qədər uzanan və hələ 
qədim  şumerlər  tərəfindən  qeyd  edilən  Novruz  bayramını  da  zərdüştiliklə 
bağlamağa çalışanlar var."
                                                       
      Ekranda  Azad  Nəbiyev  peyda olur.Ekranın  altında  onun  adı,soy adı  və 
elmi dərəcəsi yazılır.O deyir:  
      "İlin müəyyən fəsillərində xalqın birgə əməyini yekunlaşdıran, yeni əmək 
mövsümünün başlandığını tərənnüm edən nəğmələr mövsüm nəğmələri içərisində 
xüsusi yer tutmuşdur.Türk tayfaları içərisində hələ qədimlərdən ilin iki mövsümü -
yazın gəlişi,yəni əmək mövsümünün başlanması və məhsul yığımının başa çatması 
ilə  bağlı  mərasimlər  keçirilmişdir.Hər  iki  mərasimdə  mövsümün  xarakterik 
cəhətləri ilə bağlı nəğmələr oxunmuş,ayinlər icra edilmişdir.Əslində mövsümi mə-
rasimlərlə  bağlı  nəğmələrin  yaranması  insanın  əmək  həyatının  başlanması  ilə 
bağlı  olmuş,zaman  keçdikcə  o,yeni-yeni  etiqadlarla,görüşlərlə,təsəvvürlərlə 
bağlanmışdır.
           Daha qədimlərdə təbiətin oyanmasına xoşbəxtlik və səadət rəmzi kimi baxan 
insanlar  yazın  gəlişi,havaların  istiləşməsi,  təbiətin  yenidən  canlanması, 
yaşıllaşması  ilə  bağlı  nəğmələr  yaratmışlar.Qədim  insanların  mövsümlərlə  bağlı 
ilkin nəğmələri nisbətən sonralar Novruz mərasimi ətrafında cəmlənmişdir.Novruz 
mərasimi  və  onun  tarixindən  müxtəlif  tədqiqatçılar  bəhs  etmiş,  bəziləri  onu 
zərdüştiliklə,digərləri isə islam dini ilə bağlamışlar.


126
           Din xadimləri onu Həzrət Əlinin xəlifəlik taxtına çıxdığı gün-yeni gün kimi 
qələmə  verib  islamla  bağlı  mərasimlərdən  birinə  çevirməyə  çalışmışlar.Sonralar 
Novruz adını qəbul edən bu mərasim hələ zərdüştilikdən əvvəl mövcud olmuşdur. 
Qədim  farslar  zərdüştiliklə  bu  mərasimlər  sistemini  xalqın  hafizəsindən  silə 
bilmədikdə  onu  özünküləşdirmək,mərasimi  zərdüştiliklə  bağlamaq  istiqamətində 
səylər göstərmişlər.Lakin bütün cəhdlərə baxmayaraq,Novruz mərasiminin ayrı-
ayrı  ayinlərində  zərdüştilikdən  çox-çox  qədim  təsəvvürlər  qorunub  saxlanmış, 
onların bir qismi dövrümüzədək gəlib çıxmışdır. Məsələn, su üstündən tullanmaq, 
üzərlik yandırmaq, qırx açardan su tökmək və sairə kimi ayinlər su kultu ilə bağlı 
olub,.daha ilkin təsəvvürlərin izlərini qoruyur."
                                                             
          Ekranda tədqiqatçı  rəssam Elçin Aslan görünür.Alt tərəfdə onun adı, soy adı 
və məşğuliyyəti qeyd edilir.O deyir:
          "Novruz  yurdumuzda  keçirilən  ən  qədim  və  ən  geniş  yayılmış  kütləvi 
mərasim  şənliyidir.El  arasında  bu  bayram  "İlbaşı"  və  "İlbaşında"  adları  ilə  də 
məşhur olmuşdur."  
                                                            
          Ekranda Novruz bayramında qalanan tonqalın üzərindən atlanan gəncləri əks 
etdirən süjet canlanır.
          Diktor mətni:
"Bəzi  tədqiqatçıların  fikrincə,  novruz  bayramı  zamanı  tonqal  üzərindən 
atlanılması  zərdüştiliklə bağlıdır.Lakin bu fikir kökündən yanlışdır.Cünki mərasim 
zamanı tonqal üzərindən atlananlar "Ağırlığım,uğurluğum odda yansın!"-deyirlər 
ki,  zərdüştiliyə  görə  oda  belə  demək  günahdır.Çünki  bu  dinin  kanonlarına  görə 
atəş müqəddəsdir, ona hətta insan nəfəsi belə toxunmamalıdır, insan öz nəfəsi ilə 
müqəddəs  odu  murdarlaya  bilər.  Od  üstündən  hoppananların  isə  belə  demələri 
odun təmizləyici qüvvəyə sahib olması barədə əski türk inancı ilə bağlıdır.
  Məsələn, Türk xaqanının yanına göndərilən Bizans heyətinin başçısı olmuş 
Menandrın  yazdığına  görə,onları  xaqanın  yanına  aparmamışdan  öncə  odla 
təmizləmə  mərasimindən  keçməyə,  yəni  iki  od  arasından  keçməyə  məcbur 
etmişdilər. Təbii ki, oda bu münasibət zərdüştilərin münasibətindən köklü surətdə 
fərqlənir. 7 -ci əsrin başqa bir yunan müəllifi Feofilat Simokattanın yazdıqları da 
çox maraqlıdır."
                                                   
     Ekranda peyda olan aktyor əlindəki kitabdan oxuyur:
     "Türklər hər şeydən çox oda ehtiram edirlər,hava və suya da ehtiramları 
böyükdür,torpağa həsr edilmiş himnlər oxuyurlar.Sitayişi isə "Tək Tenqri" adlan-
dırdıqları yeri və göyü yaradana edirlər.Ona at,qoc və öküz qurban verirlər.
                                                               
                Ekranda  Binəqədi  rayonundakı  Yanardağdan  görüntülər  canlanır.Bu 
görüntüləri mifoloq alim,mərhum Mirəli Seyidovun şəkli əvəz edir.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə