123
Diktor mətni:
"Şumer dastanının qeydə alındığı gil kitabə qırıq olduğundan dastanın ardı
məlum deyil.Odur ki,"Məlikməmməd nağıl"ının zümrüd quşunun belində uçuş
hissəsindən sonrakı hissəsini müqayisəyə çəkmək doğru olmaz.Bu epizoda qədrki
hissəni müqayisəyə çəkəsi olsaq, nağılda qara qoç və ağ qocla,eləcə də divlərlə
bağlı süjetlərin sonrakı dövrlərin əlavəsi olduğunu görə bilərik. Qara və ağ
qoçların işıqlı və qaranlıq dünyalarla əlaqəsi əski türk mifik təsəvvürləri ilə
bağlıdır ki,bu barədə irəlidə söhbət açılacaqdır.Divlərə,eləcə də zamanla ilanın
əjdahaya,qartalın isə zümrüd quşuna çevrilməsinə gəlincə, bəzi folklorşünas
alimlər bu motivlərdə,ilk növbədə də div surətlərində zərdüştiliyin təsirini görürlər
və onlar qismən haqlıdırlar.Fəqət bu təsir bəzilərinin düşündüyü kimi birbaşa
"Avesta" ilə bağlı deyildır.Ümumiyyətlə, istər Azərbaycan folklorunda istərsə də
bədii yaradıcılığında sezilən və zərdüştiliklə səsləşən motiv və süjetlərin "Avesta"
və zərdüştiliklə birbaşa bağlılığı yoxdur.Bütün bu motiv və süjetlər Azərbaycan
ədəbiyyatında fars şairi Əbülqasim Firdovsinin "Şahnamə"sinin təsiri ilə ortaya
çıxmışdır."
Ekranda Zərdüştün"Avesta" və Ə.Firdovsinin "Şahnamə" kitabları görünür.
Diktor mətni:
"Təsadüfi deyil ki,nə şifahi, nə də yazılı ədəbiyyatımızda "Avesta termino-
logiyasına daxil olan bircə dənə də olsun söz və ifadəyə rast gəlinməmişdir.
Ədəbiyyatımızda rast gəlinən və zərdüştiliklə bu və ya digər dərəcədə bağlı olan
məfhumların hamısı yeni fars dilinin,başqa sözlə, "Şahnamə"nin qələmə alındığı
dilin nümunələridir."
Ekranda yazılır:
----------------------------------------------------------------------------------------------------
"Avesta"da "Şahnamə"də
----------------------------------------------------------------------------------------------------
1. Ahura Məzda Hörmüzd
----------------------------------------------------------------------------------------------------
2. Anqra Manyu Əhrimən
----------------------------------------------------------------------------------------------------
3 Dayva Div
----------------------------------------------------------------------------------------------------
4 Qayomarta Kəyumərs
----------------------------------------------------------------------------------------------------
5. Yima Cəmşid
----------------------------------------------------------------------------------------------------
6. Zaratuştra Zərdüşt
----------------------------------------------------------------------------------------------------
124
7 Aryana İran
----------------------------------------------------------------------------------------------------
8 Turyana Turan
----------------------------------------------------------------------------------------------------
9 Tranqasyan Əfrasiyab
----------------------------------------------------------------------------------------------------
10 Xuvaşxatra Keyxosrov
----------------------------------------------------------------------------------------------------
Diktor mətni:
""Avesta"nın dili ilə yeni fars dili arasında göylə yer qədər fərq var və bu
dillərdə eyni məfhumları ifadə edən söz və adlar da bir-birindən çox fərqlənir.Belə
ki, "Avesta"da xeyir tanrısının adı Ahura Məzda,şər tanrısının adı isə Anqra Man-
yu ikən, "Şahnamə"də onlar müqabil olaraq Hörmüzd və Əhriməndir.Azərbaycan
ədəbiyyatında Hörmüzd və Əhrimən adlarına sıx-sıx rast gəlindiyi halda, nə Ahura
Məzda, nə də Anqra Manyu adlarına bircə dəfə də rast gəlinməmişdir.Eləcə də
"div" sözü nağıllarımızda çox işlənir,fəqət "dayva" kəlməsinə yaxın bircə kəlmə
belə yoxdur."Şahnamə"dən hər kəsə bəlli olan Kəyumərs,Cəmşid,Zərdüşt,Əfra-
siyab, Keyxosrov kimi adlarla həm folklorumuzda,həm də yazılı ədəbiyyatımızda
üzləşə bilirik,halbuki,Qayomarta,Yima,Zaratuştra,Tranqrasyan və Xuvaşxatra kimi
adlar yalnız və yalnız dar mütəxəssilər dairəsinə məlumdur.Eləcə də ədəbiy-
yatımızda "Avesta"dakı Aryana və Turyana ölkə adlarna heç rast gəlinmir."Şahna-
mədəki İran və Turan adları hər bir Azərbaycan türkünə məlumdur.
Təkcə bu fakt "Avesta"nın Azərbaycan türklərinə heç bir aidiyyatı olmadı-
ğını,əcdadlarımızın ədəbi yaradıcılığına zərrə qədər də təsir etmədiyini sübut
edir..Odur ki, ədəbiyyatımızda izlərinə rast gəlinən zərdüştilik motiv və süjetləri
islamdan sonrakı təsirlər kateqoriyasına daxil edilməli və yeni fars ədəbiyyatının
təsiri kimi gözdən keçirilməlidir.Təbii ki,"Məlikməmməd nağılı"ndakı və digər
nağıllarımızdakı div surətləri də islamdan sonrakı dövrün əlavələridir."
Ekranda Nizami Cəfərov peyda olur.Ekranın alt tərəfində onun adı.soy adı
və elmi dərəcəsi yazılır.O deyir:
"Hər şeydən əvvəl qeyd edək ki, Azərbaycan ədəbiyyatı qədim türk ədə-
biyyatının diferensiyasının nəticəsidir.Bu isə o deməkdir ki, qədim türk ədəbiy-
yatında ehtiva olunmayan onun etnokültüroloji hüdudlarından kənara çıxan hər
hansı ədəbi abidə Azərbaycan ədəbiyyatının hadisəsi sayıla bilməz.Azərbaycan
ədəbi-ictimai təfəkkür tarixinin sonrakı dövrlərində "Avesta" ideyalarının müəyyən
dərəcədə ehtiva olunması bu abidənin İran mədəniyyətinin faktı olmasını inkar
etmir."
Ekranda dilçi alim Firidun Ağasıoğlu görünür.Ekranın alt tərəfində onun
adı, soy adı.elmi dərəcəsi yazılır.O deyir: