Azərbaycan xalqinin maddi VƏ MƏNƏVİ MƏDƏNİYYƏTİNİn qəDİm köKLƏRİ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə59/100
tarix23.01.2018
ölçüsü4,8 Kb.
#21976
1   ...   55   56   57   58   59   60   61   62   ...   100

129
"Gəncə,Qazax,Ağdam,Laçın  rayonlarında  olan  daş  qoç  fiqurlarının  da  bir 
çox özünəməxsus xüsusiyyəti vardır.Bu ərazinin  daş qoç fiqyrları daha çox uzaq 
keçmişlərin  arxaik   sənət   nümunələrini   xatırladır.  Uzunluğu   80-90 santimetr
hündürlüyü  50-60  santimetrə  çatan  bu  abidələr  öz  monumentallığı,  formalarının 
ümumiləşdirilmiş bir səpgidə icrası ilə diqqəti cəlb edir. 
Naxçıvan,Ordubad,Şahbuz,Gədəbəy  və  Qərbi  Azərbaycan  ərazisindəki 
kəndlərdə təsadüf edilmiş daş qoç fiqurları başqa yerlərdəki bu  tipli abidələrdən 
həm real təsviri, həm də zəngin bədii tərtibatı ilə fərqlənir.Həmin ərazidə olan daş 
qoç fiqurları ölçü etibariylə də çox müxtəlifdir.Onlardan ən böyüyünün uzunluğu 
150  santimetr,hündürlüyü  110  santimetr,ən  kiçiyinin  uzunluğu  45  santimetr,
hündürlüyü 30 santimetrdir.
Sözügedən  fiqurların  dekorativ  bəzəklərini  nəbati,həndəsi  ornament 
motivləri, yazılı, bəzi hallarda isə əsl mənada süjet xarakterli kompozisiyalar təşkil 
edir.Bu  fiqurların  dekorativ  bəzəkləri  orta  əsr  Şərqinin  ən  gözəl  monumental 
əsərləri  kimi  dəbdəbəli  yox,  yığcam  və  lakonik  bir  səpgidə  icra  edimişdir.  Bu 
bəzəklərə  yaxından  baxdıqda  onlar  sanki  canlanır,diqqəti  daha  çox  cəlb  edir  və 
dəqiqləşir."
                                                   
Ekranda bir  vaxtlar Qərbi  Azərbaycanın  Sisiyan rayonunun Urud kəndində 
olan,1577-ci il tarixli qoç fiqurunun şəkli görüntülənir.
Kadr arxasından səsi eşidilən alim sözünə davam edir:
"Bu  daş  qoç  fiqurlarının  Azərbaycanın  başqa  yerlərində  təsadüf  edilən  bu 
tipli  abidələrə  nisbətən  xeyli  real  təsvir  olunmasına baxmayaraq  onlara da  uzaq 
keçmişin  sənətinə  xas  olan  ənənəvi  priyomlar  nəzərə  çarpır.  Bu  cəhətdən  Qərbi 
azərbaycanın Sisiyan rayonunun Urud kənd qəbiristanlığında yerləşmiş 1577-ci il 
tarixli qoç fiquru xüsusilə diqqəti cəlb edirdi.
Sözügedən  fiqurun  dekorativ  bəzəkləri  qoçun  belində  stilizə  edilmiş  nəbati 
naxışlardan  və  sağ  yan  hissəsində  həkk  olunmuş  süjetli  kompozisiyadan 
ibarətdir.Üfiqi  bir  səpgidə  qoçun  quyruq  hissəsindən  tutmuş  boynunadək  uzanan 
bu  kompozisiyada  məzar  daşlarında  tez-tez  rast  gəlinən  ov  səhnəsi  təsvir 
edilmişdir.Kompozisiyanınən  maraqlı  hissəsi  qoçun  sağ  ayağı  tərəfdə  döşdə 
oyulmuş  təsvirlərdir.Burada  elə  bil  ki,  mehrab  qarşısında  durub  iki  əlini  yuxarı 
qaldırmış  dik  papaqlı  bir  kişi  təsvir  edilmişdir.Alimlər  bu  tipli  dini  ayinləri 
şamanizmlə əlaqələndirirlər."
                                                   
Ekranda yenidə Rasim Əfəndi görünür və deyir:
"Maraqlı  burasıdır  ki,bu  süjet  Urud  kəndində  təsadüf  edilən  daş 
sənduqələrin  əksəriyyətində  əks  olunmuşdu.Bu  motiv  Orta  Asiyanın  digər  türk 
xalqlarının bədii yaradıcılığında da geniş yayılmışdır.Azərbaycan  mədəniyyətinin 
Mərkəzi Asiyanın türk xalqlarının mədəniyyəti ilə sıx bağlılığını təkcə bu motivlər 
deyil,elə  qoç  fiqurlarının  özü  də  göstərir.Məsələ  burasındadır  ki,indiyə  qədər 
tapılmış  daş  qoç  fiqurlarından ən  qədimləri hələlik  Xakasiya,Qazaxıstan.Tuva  və 


130
sairə yerlərdn tapılmışdır. Onlardan bəzilərinin yaşı eradan əvvəlki 2-ci minilliyə 
aid edilir."
Ekranda  Cənubi  Azərbaycanın  Göytəpə  yaşayış  məskənindən  tapılan  və 
e.ə.10-cu əsrə aid edilən qoç fiqurunu təsviri canlanır.
Alim kadr arxasından deyir:
"Daş  qoç  fiqurlarına  bundan  əlavə  Cənubi  Azərbaycan  və  Şərqi  Anadolu 
ərazilərində  də  rast  gəlinmişdir.Son  vaxtlar  belə  fiqurlara  Avropanın  ən  ucqar 
yerlərində,İspaniyanın şimal əyalətlərində də təsadüf edilmişdir.
Elmi araşdırmalar göstərir ki,müxtəlif forma və şəkillərdə qoçu təmsil edən 
fiqur,qabartma  və  oymalara  Azərbaycanda  hələ  eradan  əvvəl  10,6,3  və  sairə 
əsrlərdə  təsadüf  edilmişdir.Cənubi  Azərbaycan  ərazisində  Göytəpədən 
tapılmış,eramızdan əvvəl 10-cu  əsrə aid daş  qoç  fiquru ölkəmizdə  tapılan hələlik 
ən qədim qoç fiquru hesab edilir."
                                                    
Ekranda yenidən peyda olan rasim Əfəndi sözünə davam edir:
"1946-1947-ci illərdəMingəçevirdən tapılan və eradan əvvəl 4 -3-cü əsrlərə 
aid edilən qoç fiqurları da böyük elmi dəyərə sahibdir." 
                                                     
Ekranda yenidən çox sayda qoç heykəli görünür.
Diktor mətni:
"Haqqında  söhbət  ediən  bu  fiqurların  qəbirüstü  abidə  kimi  orta  Tunc 
dövrün-dən, yəni  eradan  əvvəl  2-ci  minillikdən etibarən geniş yayıldığını nəzərə 
alsaq,  qoçlarla  bağlı  motivin  "Məlikməmməd  nağılına  məhz  həmin  dövrdə  və  ya  
da sonra ,yəni son Tunc dövründə daxil olduğunu söyləyə bilərik."
                                                    
Ekrandakı qoç heykəl təsvirlərini at heykəl təsvirləri əvəz edir.
Diktor mətni:
"Təqibən orta Tunc dövründən etibarən qəbir üstlərinə at fiqurlarının qoyul-
ması  da  dəbə  minmişdir.Bu  da  əski  türk  mifologiyasında  ata  da  mediator,  yəni  
dünyalar arasında vasitəçi kimi xüsusi funksiya biçilməsi ilə bağlı olmuşdur.
Rəşidədinin  "Oğuznamə"sində  Oğuz  xanın  zülmət  olkəsinə-Qara  Xuluna 
səfəri,bu  səfərin  atlarla  bağlı  olması,Altay  və  Sibir  türklərinin  əfsanələrində 
qəhrəmanın  atının  yeraltı  dünya  sakinləri  tərəfindən-əsasən,Erlik  xanın  qızları, 
yəni  albastılar  tərəfindən  oğurlanması  və  qəhrəmanın yeraltı  dünyaya  enərək  atı 
ilə birlikdə geri dönməsi kimi motivlər məhz bu mifik təsəvvürlə bağlı olmuşdur.
Eyni  süjet  ən  incə  detallarına  qədər  xakas  türklərinin  "Altun  Cağa  və  Çis 
Sibaldey" əfsanəsində də təkrarlanır.Qeyd etmək lazımdır ki. bu motiv şamanizmlə 
birbaşa bağlıdır."
                                                   


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə