Azərbaycan xalqinin maddi VƏ MƏNƏVİ MƏDƏNİYYƏTİNİn qəDİm köKLƏRİ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə58/100
tarix23.01.2018
ölçüsü4,8 Kb.
#21976
1   ...   54   55   56   57   58   59   60   61   ...   100

127
                Daha sonra ekranda yazılır:
                "Oda inam, qeyd olunduğu kimi, əski və müxtəlifdir.Teleutlar inanırdılar 
ki, hər bir ocaqda yaşayan "ot ana"dan başqa daha böyük,yüksək od tanrısı vardır. 
Həmin od tanrısı daşın içində yaranan oddur ki,üç ocaq sahibidir, xanıdır.Həmin 
od tanrısı da dağ ruhu ilə birgə yaşayır.Altaylılarda dağa həsr olunmuş dualarda -
alqışlarda odun daşla-dağla əlaqədar olması gözə açıqca çarpdırılır.
                                                                            Mirəli Seyidov"
               Diktor yazılanları olduğu kimi təkrarlayır.
                                                              
               Ekranda yenidən Yanardağ görünür.
               Diktor mətni:   
     "Əski  türklərin  mifik  görüşlərindən  söz  açan  Türkiyə  alimi  Əbdülqadir 
İnan  yazır  ki,əski  türklər  odu  yaratmağı  onlara  yuxarı  dünyanın  sahibi  Ülgenin 
öyrətdiyinə  inanmışlar.  Altay  əfsanələrində  deyilir  ki,  Ülgen  göydən  bir  ağac,bir 
qara daş gətirir və quru otu ovcinda əzir, daşları bir-birinə vurur,qığılcımdan od 
yaranır,insanlar ondan odu yaratmağı öyrənirlər."
                                                     
     Ekranda Herodotun "Tarix" kitabı görünür.Kitab açılır və səhifələr bir-bi-
rini əvəz edir.
      Diktor mətni:
      "Herodotun  yazdığına  görə,  iskit  panteonunda  Tabiti  adlı  bir  ilahə  də 
olmuş  və  o  odun  və  ailə  ocağının  hamisi  hesab  edilib.Tanınmış  qaraçay-balkar 
alimi  Miziyev  bununla  əlaqədar  bildirir  ki.qaraçay-balkar  qadınları  yaxın 
zamanlara  qədər  odun  və    ailə  ocağının  himayəçisi  sayılan  Tobadıya  sitayiş 
etmişlər."
                                                     
      Ekranda yenidən Yanardağ görüntülənir.
      Diktor mətni:
      "Gördüyümüz  kimi,  qədim  türk  mifik  təfəkküründəki  odla  bağlı  inanc 
sistemi zərdüştiliyin kanonlarından bütün parametrləri ilə fərqlənir.Azərbaycanın 
zərdüştliyin  mərkəzi  hesab  edənlər  belə  bir  fakta  da  istinad  edirlər  ki, 
Atropatenanın,  yəni  Azərbaycanın  paytaxtı  qədim  Şiz  şəhərində  içərisində  əbədi 
odun yandığı bir məbəd olmuşdur.Lakin bu halda unudulur ki,zərdüştilərin fikrincə 
günəş  çıxan  zaman  od  yandırmaq  günahdır.Od  yalnız  gün  batdıqdan  sonra 
yandırılmalıdır.İçərisində  əbədi  od  yanan  məbədlər  isə  manixeylərin  "manıstan" 
adlanan məbədləri olmuşdur ki,bu da tamam başqa söhbətin mövzusudur.Bir sözlə
Folklorumuzda  ilk  baxışdan  zərdüştiliklə  səsləşən  kimi  görünən  motiv  və  süjetlə-
rin,eləcə  də  nağıllarımızdakı,o  cümlədən  "Məlikməmməd  nağılı"ndakı  div 
surətlərinin "Avesta" ilə birbaşa bağlılığı yoxdur."    


128
                                                      
  Ekranda müxtəlif qoç heykəlləri görüntülənir.
  Diktor mətni:
  ""Məlikməmmədin  nağıl"ında  rast  gəldiyimiz  qara  və  ağ  qoçlarla  bağlı 
motivə gəlincə, bunlardan ağ qoç qəhrəmanı işıqlı dünyaya, qara qoç isə qaranlıq 
dünyaya  aparmalıymış  Məlikməmməd  ağ  qoça  minməyi  bacarmadığı  üçün  qara 
qoç  onu  qaranlıq  dünyaya  aparır.  Burada  qədim  türk  kosmoqonik    inanc 
sistemində  xüsusi  yeri  olan  üçlü  dünya  modelinin-yuxarı,yəni  işıqlı  dünya,orta 
dünya  və  aşağı  dünya,yəni  qaranlıq  dünya  modelinin  şahidi  oluruq  ki,qoçlar  bu 
modeldə  dünyalar  arasında  mediator,yəni  vasitəçi  rolunu  oynayırlar.Məhz  bu 
inancın  nəticəsidir  ki,  əski  türklər  qəbir  üstlərinə  qoç  heykəlləri  qoyar  və 
inanarmışlar ki, bu qoç ölünü o biri dünyada müşayiə edəcəkmiş."
                                                      
 Ekranda sənətşünas alim Rasim Əfəndi görünür.Ekranın alt tərəfində onun 
adı,soy adı və elmi dərəcəsi yazılır.O deyir:
 "Azərbaycanda  daş  qoç  fiqurları  xüsusilə  geniş  yayılmışdır.onlara 
Azərbaycanın  ən  ucqar  sərhədlərindən  tutmuş  şimal  qərbinədək  bir  çox  yerlərdə 
rast gəlirik.Bu fiqurlar vaxtilə Qərbi Azərbaycanda,yəni bugünkü Ermənistan əra-
zisində  də  geniş  yayılmışdı.Eyni  abidələrə  Gürcüstanın  azərbaycanlılar  yaşayan 
ərazilərində  də  təsadüf  edilir.Daşdan  yonulmuş  qoç  fiqurlarımız  haqda  ilk  yazılı 
məlumatlara  biz  hələ  19-cu  əsrin  əvvəllərində  rast  gəlirik.  1834-  cü  ildə 
Azərbaycanda  olmuş  fransız  səyyahı  Dyubua  de  Monpere  Qarabağda  çoxlu  daş 
heyvan fiqurları gördüyünü və yerli əhalinin onlara çox böyük hörmət bəslədiyini 
qeyd etmişdir.
  Daş  qoç  fiqurlarımız  haqda  maraqlı  qeydlərə  biz  rus  alimi  Sısoyevin 
yazılarında da rast gəlirik. 1926-1927-ci illədə Azərbaycanın Naxçıvan, Ordubad, 
Laçın  və sairə bölgələrində olmuş Sısoyev yazır  ki,yerli əhali  burada tez-tez rast 
gəlinən qoç fiqurlarını müqəddəs sayaraq onlara sitayiş edir.Onlar hətta bəzən bu 
fiqurları qədim qəbiristanlıq xarabalıqlarından,dağlardan gətirib hörmət  əlaməti 
olaraq öz qohumlarının məzarı üstünə qoyurlar."
                                                   
 Ekranda yazılır:
 "...Naxçıvanın  şərqində  köhnə  qəbiristanlıq  yaxınlığında    qırmızı  daşdan 
yonulmuş,uzunluğu 62  santimetr,eni 40  santimetr  qıvrım  buynuzlu  bir  qoç  fiquru 
gördüm.Burada uşağı olmayan qadınlar arasında belə bir şayiə yayılmışdır ki,kim 
bu qoçun ayaqları arasından sürünərək o biri tərəfə keçsə,mütləq uşağı olacaqdır. 
                                                                 V.M.Sısoyev."
 Diktor yazılanları təkrarlayır.
                                                  
Ekranda yenidən peyda olan Rasim Əfəndi sözünə davam edir:


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə