Azərbaycan xalqinin maddi VƏ MƏNƏVİ MƏDƏNİYYƏTİNİn qəDİm köKLƏRİ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə42/100
tarix23.01.2018
ölçüsü4,8 Kb.
#21976
1   ...   38   39   40   41   42   43   44   45   ...   100

90
           Ekranda Leonard Vullinin “Haldeylərin Ur şəhəri”kitabının üz qabığı,sonra 
isə müəllifin şəkli görüntülənir.
           Diktor mətni:
           “İkiçayarasında  uzun  müddət  arxeoloji  qazıntılar  aparmış  və  şumerlərin 
qədim  Ur  şəhərinin  qalıqlarını  üzə  çıxarmaqla  məşhurlaşmış  görkəli  amerikalı 
arxeoloq  Leonard Vulli qazıntılar zamanı “Nuh tufanı”nın izlərini aşkarlamış və 
beləcə sözügedən olayın mif olmadığını sübut emişdir.Deməli, Həzrət Nuh gerçək 
tarixi  şəxsiyyət  olduğu  kimi,tufan  da  qədimdə  baş  vermiş  geçək  bir  hadisədir. 
Madam ki,bu belədir,deməli,xristian və müsəlman tarixçilərin Yafəsin tüklərin ilk 
şahı  olması  və  böyük  bir  dövlətə  başçılıq etməsi  barədə  söylədiklərinə  tam  ciddi 
yanaşmaq lazımdır."
                                                           
           Ekranda üzərində mixi yazılar olan gil kitabələrin təsvirləri canlanır.
            Diktor mətni:
            “Təsadüfi  deyil  ki,  qədim  şumer  mənbələri    ölkəmizin  ərazisində  mövcud 
olan  və  Şumer  dövləti  ilə  iqtisadi-siyasi  əlaqələr  saxlayan  bir  dövlətdən  söz 
açmaqdadır. Söhbət mixi yazılarda Aratta adı altında yad edilən və Şumer ilə eyni 
dövrdə mövcud olmuş qədim bir dövlətdən gedir.”
                                                                
            Ekranda Yusif  Yusifovun “Qədim Şərq tarixi”kitabı, ardınca isə alimin öz 
şəkli görüntülənir.
            Diktor mətni:
            “Görkəmli  Azərbaycan  alimi,qədim  şərq  tarixinin  gözəl  bilicisi,mərhum 
Yusif  Yusifovun  yazdığna  görə,Eramızdan  əvvəl    3-cü  minillikdə  Azərbaycanda 
dövlət qurmlarının meydana gəldiyi müşahidə olunur.”
                                                             
          Ekranda peyda olan aktyor alimin şəklinin fonunda əlindəki kitabdan oxu-
yur:
           “Cənubi Azərbaycan İkiçayarasına yaxın bir ərazidə yerləşirdi.İkiçayarası-
nın qədim Azərbaycan tayfaları ilə erkən siyasi münaqişələri və iqtisadi əlaqələri 
Şumer-Akkad mixi yazılarında əks olunmuşdur.Bu qaynaqlar göstərilən hadisələrlə 
əlaqədar  Aratta  ölkəsini,kuti,lullu  və  su    tayfalarını  yad  edir.Uruk  şumer  şəhə 
dövləti  Aratta  ilə  iqtisadi  əlaqələr  yaratmaq  və  hətta  ölkəni  özünə  tabe  etmək 
istəyirdi.Akkad hökmdarları kuti və lullu tayfalarının İkiçayarasına müdaxiləsiniə 
qarşı  mübarizə  aparırdılar.Şumerlər  və  akkadlar  Cənubi  Azərbaycan,onun  təbii 
sərvətləri barədə müəyyən təsəvvürə malik idlər.”
                                                             
          Ekranda Firidun Ağasıoğlu peyda olur.Altda onun adı,soy adı və elmi dərə-
cəsi yazılır. O deyir:


91
           “Aratta dövləti Azərbaycan ərazisində yerləşirdi.Şumer və Aratta dövlətləri 
arasında  əlaqələr barədə  “En-Merkar  və  Aratta  hökmdarı”,  “En-Merkar  və  En-
Sukuşsiranna”, “En-Merkar və Luqlbanda”, “Luqalbanda və Hurrum dağı” kimi 
bir  neçə  şumer  dastanında  əks  olunmuşdur.  Sözügedən  dastanların  və  digər 
mənbələrin  təhlili  Arattanın  ərazisinin  Cənubi  Azərbaycanın  ərazisi  ilə  üst-üstə 
düşdüyünü,onun  cənub  sınırlarının  Qəzvin  və  Həmədandan  keçdiyini  söyləməyə 
əsas verir.”
                  
            Ekranda mixi yazılar görünür.
            Diktor mətni:
            “Aratta  Cənubi  Aərbaycanda  miladdan  öncə  3-cü  minilliyin  birinci 
yarısında  meydana  gəlmiş  ilk  dövlt  qurumu  idi.Bu  dövlətin  Şumer  dövləti  ilə 
diplomatik, siyasi və iqtisadi əlaqələri ümumdünya diplomatiya,siyasət və iqtisadi 
əlaqələr  tarixinin    başlanğıc  nöqtəsidir.Aratta  və  Şumer  şahları  arasındakı 
yazışma isə tarixin ilk diplomatik sənədləridir.”
                                                           
            Ekranda  Şumer və Arattanın xəritəsi görünür.
            Diktor məni:
            “Mixi  yazılardan  belə  aydın  olur  ki,  Şumerə  hökmranlıq  edən  Uruk 
sülaləsindən En-Merkar,bugünkü dillə desək, Merkar xan Aratta xanından Uruka 
tabe  tabe olmağı tələb etmiş,Aratta xanı da öz növbəsində Uruku və bütün Şumer 
şəhərlərini  özünə  tabe  etmək  üçün  tədbirlər  görmüşdür.Mənbələrin  məlumatına 
görə,Şumer  xanı  Arattanı  ziyarət  etmiş,bu  iki  dövlətin  başçıları  arsında  daim 
məktublaşma  aparılmış,sami  tayfalarının  Şumerə  hücumları  zamanı  Merkar  xan 
Aratta  xanına  kömək  üçün  müraciət  etmiş,o  da  Şumerdən  yardım  əlini 
əsirgəməmişdir.Hətta Şumerin dağıdılmış məbədlərini bərpa etmək üçün ora tikinti 
materialları və sənətkarlar göndərmişdir.”
                                                           
           Ekranda Yusif Yusifovun şəkli görünür.
           Diktor mətni:
           “Yusif  Yusifovun  yazdığına  görə,  Arattada  çoxtanrıcılıq  mövcud 
idi.Şumerdə olduğu kimi,Arattada da İninni və Utu kultları geniş yayılmışdı.Məh-
suldarlıq  və  çobanlar    tanrısı  Dumuzi  də  böyük  hörmət  görməkdə  idi.Bundan 
başqa  Lama adlı  bir ilahəyə  də sitayiş  edilirdi.İldırım və  şimşək  tanrısı İşkur  da 
sitayiş edilən tanrılardan idi.”
           Ekranda yenidən Firidun Ağasıoğlu görünür və deyir:
            “Zəngin  yeraltı  faydalı  sərvətləri  olan  Arattanın  əhalisi  qızıl,gümüş,  qur-
ğuşun,  mis,  dağ  daşı,  lacivərd  istehsal  edirdi.  Qiymətli  metallardan  hazırlanan 
əşyalar və lacivərd Şumerə ixrac edilirdi.”


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə