92
Ekranda mixi yazılar görüntülənir.
Diktor mətni:
“Şumer mənbələrindən belə görünür ki,həmin dövrdə Arattada yazıdan
istifadə edilirmiş.Şumerdə olduğu kimi burada da dövlət institutları fəaliyyət
göstərir,elm və təhsilə xüsusi əhəmiyyət verilirdi.Şumerlər Arattanı “saf ənənələr
ölkəsi” adlandırırdılar ki,bu da əcdadalarımızın yüksək əxlaqi və mənəvi
keyfiyyətlərindən xəbər verir.Mənbələrdən o da məlum olur ki,ölkədə buğda və
noxud becərilirmiş.”
Ekranda Şumer və Arattanın xəritələri canlanır.
Diktor mətni:
“Mənbələrdən belə aydın olur ki,Şümerlə Aratta arasındakı sərhəddə
“Qaradağ” adlı dağ yerləşirmiş.Bu halda söhbət bugünkü İraqla İran sınırında,
Süleymaniyyə zonasında yerləşən Qaradağdan gedir.”
Ekranda yenidən mixi yazılar görüntülənir.
“Arattada mədəniyyət,incəsənət və sənətkarlıq o qədər yüksək səviyyədə
idi ki, Şumer şahları saray və məbədlərin tikintisində arattalı ustalara üstünlük
verirdilər.En-Merkar,yəni Merkar xan ilahə İninniyə dua edərək ondan arattalı
usataların onun üçün çalışmalarını xahiş etməkdə idi.”
Ekranda peyda olan aktyor əlindəki kitabdan oxuyur:
“Ey mənim xanım ağam ilahə İninni!
Qoy Aratta adamları mənə Urukda qızıl və gümüşü ustalıqla emal etsinlər,
təmiz lacivərd parçalarından ,qızıl-gümüş qatışığından,təmiz lacivərddən Urukda-
açıq təpədə,sən yaşadığın “Anşan evində” qoy məbəd tiksinlər!
İşıqlı “Kiparın” ortasını-sən yaşadığın yeri Aratta adamları qoy mənim
üçün bəzəsinlər!
Aratta adamları dağlardan dağ daşlarını qoy mənim üçün gətirsinlər,qoy
mənim üçün böyük ibadətgah tiksinlər!
Qoy mənim üçün böyük məbəd ucaltsınlar!
Böyük məbədi - tanrılar məbədini qoy mənim üçün parıldatsınlar!
Qoy mənim ayinlərimi Kulabda mənim üçün düzgün ifa etsinlər!
Qoy mənim üçün işıqlı dağa bənzər “abzu” qursunlar!
Qoy mənim üçün meşəli dağa bənzər “eredu” təmizləyib hazırlasınlar!
Qoy mənim üçün dərin uçuruma bənzər işıqlı ibadədgah-”abzu” düzəltsin-
lər !”
Ekranda mixi yazılar görüntülənir.
93
Diktor mətni:
“Maraqlıdır ki,En-Merkar qasid vasitəsilə Aratta şahına məktub
göndərərək ondan özünə tabe olmasını, Uruka qızıl,gümüş, lacivərd və çox sayda
usta gön-dərməyi tələb etmişdi.Aratta hökmdarı En-Sukuşsiranna, yəni
Sukuşsiranna xan ağsaqqallar şurasını toplamış,onlardan məsləhət istəmişdi,şura
da ona tabe olmağı məsləhət görmüşdü.Fəqət Aratta hökmdarı bununla razı olmur
və kahin Urqirnuna-nı Uruku ələ keçirmək məqsədi ilə qoşunun başında Şumerə
göndərir.Lakin ən son məqamda Aratta ordusu məğlub olur.
Buna baxmayaraq Aratta hökmdarı yenə tabe olmur və Şumer elçisi Luqal-
bandaya diplomatiya tarixinin ilk siyasi bəyanatlarından biri hesab edilən siyasi
bir cavab verir.”
Ekranda yenidən aktyor peyda olur və oxuyur:
“Mən ali kahinəm və təmiz əl,yəni ilahə İninni tərəfindən təyin olunmuşam.
Xoşsifət İninni həqiqətən məni Arattaya – saf ənənələr ölkəsinə gətirdi,məni sanki,
böyük darvaza kimi onun önündə qoydu.Məgər Aratta Uruka tabe ola bilərmi?”
Yenidən mixi yazılar görünür.
Diktor mətni:
“Gördüyümüz kimi,arattalılar siyasətdə din faktorundan çox məharətlə
istifadə edirdilər.Maraqlıdır ki,Uruk hökmdarının qasid vasitəsilə göndərdiyi
ultimatumda da eyni motivlərdən istifadə edilmişdir.”
Mixi yazıları aktyor əvəz edir və oxuyur:
“Qasid, mənim adımdan Arattanın ali kahininə de ki,onun şəhərinin əhalisini
vəhşi göyərçinlər kimi ağacdan hürküdərəm,onları quş kimi yuvada
tutaram,satılmış qul kimi mən onu öldürərəm.,dağılmış şəhər kimi onun toz
torpağını yığaram.Arattanın əhalisi tanrı Enlilin lənətinə gəlmişdir,ilahə İninninin
Arattaya qəzəbi tutmtşdur.”
Ekranda Aratta və Şumerin xəritəsi görünür.
Diktor mətni:
“Şumer mənbələrindən göründüyü kimi,Aratta xanı həm də baş kahin olmuş-
dur.Bu isə o deməkdir ki,həmin dövlət teokratik bir dövlət imiş.Mixi yazıların
təhlili göstərir ki,Arattanın Şumer şəhər dövlətləri üzərində dini hökmranlığı
mövcud imiş və əsas dini ibadətgahlar da bu ölkədə yerləşirmiş.Bu üzdən də bir
dünyəvi hökmdar olan Uruk xanı baş məbədlərin öz ölkəsinə daşınmasında və ya
da Arattanı özünə tabe etməklə dünyəvi güclə yanaşı dini hakimiyyət gücünə də