76
Ekranda Rəşid Göyüşov görünür və deyir:
“İlk Tunc dövründə binalar və onlara bitişik inşa olunmuş təsərrüfat
tikililəri çox zaman ümumi bir kompleks təşkil erir və təbii ki,bu komplekslər ayrı-
ayrı ailə-lərə məxsus idilər.Yaşayış və təsərrüfat tikililəri ilə yanaşı, ibadət,dini
ayinlərin ic-rası üçün də xüsusi binalar mövcud olmuşdur.Məsələn,Sərkərtəpədə
çiy kərpicdən tikilmiş dairəvi quruluşlu böyük ibadət evi üzə çıxarılmışdır.Bina
səliqəli suvan-mış,əhənglə ağardılmışdı,divarının qarşısına mehrab ucaldılmış,dini
ayinlər zamanı istifadə olunmuş saxsı qablar düzülmüşdü.
Yaşayış məskənlərində xüsusi sənətkarlıq məhəllələri yaranırdı.Əslində sə-
nətkarlıq sahələrinin meydana gəlməsi hələ Eneolit dövrünün son mərhələsində
başlamış,ilkTunc dövründə isə həm dulusçuluğun,həm də metallurgiyanın inkişafı
ilə əlaqədar xüsusi sənətkarlıq məhəllələri meydana gəlmişdi.”
Ekranda Tarix muzeyinin öncə xaricdən,daha sonra isə daxildən görüntüləri
canlanır.Muzeyin əməkdaşı eksponatları nümayiş etdirə-etdirə deyir:
“ Kür-Araz mədəniyyəi dövrü insanları sənətkarlığın müxtəlif sahələri ilə
məşğul olmuş,ənənəvi sənət nümunələrini yeni dövrün tələbləri səviyyəsində
yaratmış və inkişaf etdirmişdir.Onların içərisində dulusçuluq sənəti xüsusi yer
tuturdu.Kür-Araz mədəniyyətinin dulusçuluq məmulatı bir çox əlamətləri ilə,yəni
forması,tipi,hazırlanma texnologiyası və sairə ilə seçilirdi .Dulus çarxından
istifadə nəticəsində bu dövrdə məhsuldarlıq daha da artmışdı.Qabların forma və
növ müxtəlifliyi,estetik dəyərinin yüksəkliyi,dulus çarxının varlığı sənətkarlığın
yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir.Qabların səthinin
pardaqlanması və şüyrələnməsinin yeni sirlərinə bələd olmaqla dulusçular əsl
sənət nümunələri yaratmışdılar.
Bu dövrün mühüm yeniliklərindən biri metallurgiya və metalişləmənin
sürətlə inkişafıdır.Azərbaycanın ilk Tunc dövrü yaşayış məskənlrində metallurgiya
və metalişləmə ilə bağlı texnoloji proseslərin bütün mərhələlərini əks etdirən arxe-
oloji materiallar-soba,buta,parç,qəliblər və hazır məhsul tapılmışdır.Məsələn
,Baba-dərviş yaşayış məskənində metaləridən soba üzə
çıxarılaraq
öyrənilmişdir.Tuncdan muncuq,qolbaq və sairə kimi bəzək və biz,iynə,bıçaq və
sairə kimi məişət əşyaları ,əmək alətləri və silah nümunələri,qızıldan isə Xankəndi
və
Xaçınca
kurqanla-rından
tapılmış
bəzək
əşyaları
kimi
şeylər
düzəldirdilər.Metallurgiyanın inkişafı ilə əlaqədar olaraq daş alətlərin məişət və
təsərrüfatda istifadəsi getdikcə azalırdı.”
Ekranda H.Cəfərov görünür.O deyir:
“Tunc dövründə yerli əhalinin dünyagörüşündə və bədii təfəkkürünün
inkişafında mühüm yeniliklər baş verir və bunlar ətraf aləmə.axirət dünyasına
mifik aləmə inam,qəbir abidələri-kurqanlar və sairə,dəfn məasimi,ölülərin yanına
77
müxtəlif avadanlığın qoyulmasında,məişət və təsərrüfat avadanlığının naxışlan-
masında və nəhayət çoxsaylı qaya təsvirlərində özünü göstərir.”
Ekranda qayaüstü rəsmlər bir-birini əvəz edir və ən sonda Qobustandakı Ya-
zılı təpənin 24 №-li daşında cızılmış maral şəkli görüntülənir.
Diktor mətni:
“Son Eneolit və ilk Tunc dövrü qaya təsvirləri üçün xarakterik olan əsas
cəhətlərdən biri təsvirlərin realistikliyldir.Bu dövrdə ən çox rast gəlinən petroqlif-
lər müxtəlif maral və aslan təsvirləridir. Qobustandakı Yazılı təpənin 24 №-li
daşında cızılmış realistik səpkili maral silueti özündən əvvəlki dövrlərə aid təsvir-
lərdən öz gözəlliyi ilə fərqlənməkdədir.Eyni sözləri Böyükdaşın yuxarı mərtəbəsin-
dəki 59 №-li daşda təsvir edilən qoşa maral təsviri barədə də söyləmək olar.”
Ekrandakı maral təsvirini sözügedən qoşa maral təsviri əvəz edir.Daha
sonra Sibir və Altayın maral daşlarının təsviləri,ardınca isə Pazırıq xalcasındakı
maral təsvirləri görüntülənir.
Diktor kadr arxasından sözünə davam edir:
“Bu motivlər sonrakı minilliklərdə türklərin yayıldığı bütün bölgələrdə,yəni
Avropanın içlərindən uzaq Sibir,Altay və Qobi çollərinə qədər səpələnmiş və elmi
ədəbiyyata “İskit maral daşları” adı altında düşmüş daşlarda,daha sonra isə iskit
zərgərlik və xalça sənətində yüzillər boyu davam edərək təkmilləşmişdir.Qobustan
marallarının elmi baxımından əsas önəmi ondadır ki,bu təsvirlər iskit-türk
mədəniyyətinin köklərinin bilavasitə Azəbaycan ərazisi ilə bağlı olduğunu söylə-
məyə ciddi əsas verir.Onsuz da bu mədəniyyətin ən qədim nümunələri Cənubi
Azərbaycan ərazisindəki Ziviyə kurqanından tapılmışdır və bu fakt istər-istəməz
iskit incəsənətinin ölkəmizlə bağlı olduğuna dəlalət edir.Fəqət Qobustan təsvirləri
eynən Soyuqbulaq kurqanları kimi bu mədəniyyətin daha dərin köklərini gözlər
önünə sərməkdədir.
Ekranda tədqiqatçı alim X.Mahmudova peyda olur.Ekranın alt tərəfində
onun adı,soy adı və elmi dərəcəsi yazılır.O deyir:
“Maral daşları iskitlər dövrünün incəsənətini,ideologiyasının və sosial
həyatının öyrənilməsi baxımından əvəzsiz mənbədir.20-ci əsrin 70-ci illərindən
geniş tədqiq edilməyə başlayan bu daşlar təkcə Asiyada deyil,Avropada təsbit edil-
mişdir.Belə abidələrə Kabarda-Balkar ərazisindəki Qızburun-1 kurqanında, Rumı-
niyada ,Dinoqeti-Tarvan adlı yerdə,Bolqarıstanda,Almaniyada,Gürcüstanda,Şərqi
və Mərkəzi Qazaxıstanda,Baykal gölü ətrafında və Monqolustan ərazisində rast
gəlinmişdir.
Maral daşları iskit qəbilələrinin özünəməxsus incəsənət nümunələridir.Bu
nümunələr özündə sözügedən xalqın dini və kosmoqonik dünyagörüşü ilə bağlı
olmuşdur.”
Dostları ilə paylaş: |