|
![](/i/favi32.png) Azərbaycan xalqinin maddi VƏ MƏNƏVİ MƏDƏNİYYƏTİNİn qəDİm köKLƏRİ
74
Ekranda peyda olan aktyor əlindəki kitabdan oxuyur:
“Qodu palçığa batmışdı,
Qarmaladım çıxartdım.
Qızıl qaya dibindən
Qırmızı gün çıxartdım.
Yağ verin yağlamağa,
Bal verin ballamağa.
Qodu gülmək istəyir,
Qoymayın ağlamağa.”
Ekranda Rəşid Göyüşov görünür.O deyir:
“Tarixdə Eneolitdən sonra gələn dövr Tunc dövrü adlanır.Bu dövr eradan
əvvəl 4-cü minilliyin sonu və 3-cü minilliyin əvvəllərindən başlayaraq eradan əv-
vəl 2-ci minilliyin əvvəllərinədək davam edir.Misin qalay və ya sürmə ilə qarışı-
ğından alınan tunc daha möhkəm və əlverişli metal olduğundan-insan fəaliyyətinin
bütün sahələrinə yarmışdır.Ondan müxtəlif növ silahlar,əmək alətləri,məişət ava-
danlığı,bəzək əşyaları və sairə hazırlanmışdır.Arxeoloji tədqiqatlar göstərmişdir
ki, Azərbaycan ərazisi Tunc dövrü abidələri ilə zəngindir.”
Ekranda Rəşid Göyüşovu H.Cəfərov əvəz edir.O deyir:
”Azərbaycan ərazisində Tunc dövrü bir neçə inkişaf mərhələsi keçmişdir.
Həmin mərhələlər şərti olaraq ilk,orta və son Tunc dövrləri adlanılar.Bu mədəniy-
yətin əsas təşəkkül və yayılma sahəsi Kür-Araz ovalığıdır.Lakin Kür-Araz mədə-
niyyətinə xas olan əlamətlər daha geniş ərazidə təmsil olunmuşdur.Bu mədəniyyə-
tin izlərinə Qafqazdan başqa Anadolu yaylası,Şimali İran.,Suriya və s.ərazilərdə
tə-sadüf edilmişdir.Şübhəsiz ki bu mədəniyyət Kür-Araz ovalığında formalaşmış
təd-ricən ətraf ölkələrə yayılmışdır.
Kür-Araz mədəniyyətinə uyğun gələn ilk Tunc dövrü Azərbaycanda era-
dan əvvəl 4-cü minilliyin ikinci yarısından 3-cü minilliyin sonuna qədərki dövrü
əhatə edir.Ölkəmizin bu dövrə aid Babadərviş,Göytəpə,Qarahacılı,Ağtəpə,Üçoğ-
lan,Cüttəpə,Dəyirmanyeri,Mişarçay,Qaraköməktəpə,Günəştəpə,Xantəpə,Kültəpə,
Sərkərtəpə və sairə kimi yaşayış məskənləri bir qayda olaraq çay kənarında,bulaq-
ların yaxınlığında,başqa sözlə yaşayış və təsərrüfat üçün əlverişli sahələrdə,strate-
ji baxımdan yaxşı mühafizə edilən təbii təpə üzərində salınırdı.Füzuli rayonu ərazi-
sindəki Qaraköməktəpə,Təbriz yaxınlığındakı Yanıqtəpə,Urmiya ətrafındakı Göy-
təpə kimi bəzi yaşayış məskənləri qalın müdafiə divarı ilə əhatə edilmişdi.
Bu
dövrün
Cüttəpə,Üçoğlan,Qarahacılı,Qaraköməktəpə,Qobustandakı
“Dai-rə” və sairə kimi bəzi yaşayış məskənləri əvvəllər yaşayış olmayan
sahələrdə,Kül-təpə, Babadərviş, Yanıqtəpə, Göytəpə və sairə kimi məskənlər isə
75
Eneolit dövrü kəndlərinin yerində yaranmışdı. Bu məskənlərdə bir neçə tarixi
dövrün izləri qal-mışdır. İlk Tunc dövründə əhalinin sayı artmış, yaşayış
məskənləri daha böyük sahəyə,bir çox halda 3 hektardan artıq sahəyə malik
olmuşdur. Tikinti texnikasında Eneolit dövrünün ənənələri,Yəni dairəvi və
düzbucaqlı binaların inşası davam etdi-rilmişdir.Lakin binalar həm ölçü
baxımından,həm də davamlılıq baxımından xeyli fərqlənirdi.Evlərin və təsərrüfat
tikililərinin bünövrəsi əsasən daşdan,divarı çiy kərpicdən inşa edilmiş, binaların
bir qismi isə çubuqdan hörülüb suvanmışdır.Mingə-çevir ərazisində yarımqazma
tipli evlərə də təsadüf edilmişdir.Binanı qızdırmaq və yemək hazırlamaq üçün
nəzərdə tutulmuş ocaqlar evin mərkəzində və ya künclə-rində qurulurdu.Xüsusi
quruluşlu ocaq qurğuları Kür-Araz mədəniyyətinin səciy-yəvi əlamətlərindən
biridir.Gildən hazırlanmış ocaq qurğuları əsasən nal şəklində-dir.Başqa tip ocaq
qurğuları da geniş yayılmışdı.”
Ekranda ilk Tunc dövrünə aid yaşayış evlərinin və məhəllələrinin qrafik təs-
virləri görüntülənir.
Diktor mətni:
“İlk Tunc dövrünün yaşayış məskənlərindən,xüsusən də ətrafına müdafiə
sədləri çəkilmiş məskənlərdən ilk şəhərlər kimi söz açmaq mümkündür.Şumer şə-
hərlərinin yaşıdı,hətta daha qədim olan bu şəhərlərin İkiçayarasının erkən şəhər-
ləri ilə əsas ümümi cəhətlərindən biri müdafiə sədlərinin qurulması idi.Bu ba-
rədə “Bilqamıs dastanı”nın akkad variantında maraqlı məlumat bulunmaqdadır.”
Ekranda peyda olan aktyor əlindəki kitabdan oxuyur:
“O hər sirri bilərdi,o hər şeyi görərdi,
Yeri su basmasından bizə xəbər verərdi.
Uzun yollar dolaşıb,yorulub əldən düşdü,
Başına gələnləri sal bir qayaya döydü,
Sonra hasara alıb,adını Uruk qoydu.
Müqəddəs Eananın qalası oldu Uruk.
Divarlara nəzər sal,bürcləri düzüm-düzüm,
Bu cür səddə bərabər sədd görməz əsla gözün.
Keçmişin yadigarı bu qədim divara bax,
İştarın mənzilinə-Eanaya gəl çıxaq.
Heç gələcək şahlar da tikə bilməz bu sayaq.
Çıx Uruk qalasının divarı üstə, yeri,
Gor bünövrə necədir,necədir kərpicləri.
Divar bişmiş kərpicdən bərk hörülüb başa-baş,
Yeddi müdrikmi qoyub qalanın himinə daş?”
Dostları ilə paylaş: |
|
|