61
“Məsələn,şumerlər Tanrıya “Dinqir” dedikləri halda əski türk dilində bu
kəl-mə “Tenqri” formasında qeydə alınmışdır. Əski türk mənbələrində “od”
kəlməsi “ut”şəklində yazıldığı halda, şumer mətnlərində eyni kəlmə “ud”kimi
yazılmışdır. Şumercədəki “D” cingiltili səsinə əski türkcədəki “T” kar samitinin
uyğun gəlməsini dərin mənasında olan “diriq-terik”qarşıdurmasında da müşahidə
edə bilərik.Bu halda “Q-K” qarşıdurması da diqqəti çəkir.Eyni hal “taq-tak”
münasi-bətlərində də özünü göstərir.”
Ekranda yenidən Oljas Süleymenovun şəkli peyda olur.
Diktor mətni:
“Şumer dilinin morfologiyasından söhbət açan Oljas Süleymenov həmin
dilin morfologiyasına istinadən “məsdər +k =isim”türk sözdüzəldici sxeminin
qədimliyi haqqında fikir söyləyərək maraqlı nəticələrə gəlmişdir.”
Ekrandakı şəkli aşağıdakı yazılar əvəz edir:
Şumercə Türkcə
---------------------------------------------------
URU QURmaq,QURUluş
URUQ QURĞU,tikili,şəhər
YÜZÜ ÜZmək
YÜZÜK ÜZGÜ,ÜZən,su quşu
EŞTİ EŞİTmək
QEŞTUQ qulaq
TURU DİRİ olmaq
TURUQ DİRİLİK,həyat
----------------------------------------------------
Diktor mətni:
“Şumercə “uru” türkcədəki “qur” feli ilə üst-üstə düşür. Şumer dilində bu
felə “q” sözdüzəldici şəkilçisi artırmaqla feldən isim düzəldilmişdir.Nəticədə yeni
“uruq”kəlməsi yaranmışdır ki,bu kəlmə dilimizdəki “qurğu” kəlməsinə uyğundur
və tikili,şəhər mənalarını da ifadə edir.Eyni yolla,yəni “k” və ya “q” sözdüzəldici
şəkilçisinin artırılması ilə üz, üzmək mənasında olan “yüzü” felindən üzgü,
üzgüçü vəya da su quşu mənalarını verən “yüzük” kəlməsi törəmişdir.
Bu sözlərdən göründüyü kimi ortada.5 min illik bir fasilə olsa da şumer
dilinin sözləri ilə bugünkü dilimizin sözləri arasında fərq o qədər də böyük
deyildir.Feldən isim düzəldilməsi mexanizmi də,bu zaman işlədilən sözdüzəldici
şəkilçilər də eynidir.”
Ekranda Elməddin Əlibəyzadə peyda olur və deyir:
62
“Artıq 19-cu əsridən dünya tarixində yeni bir elm sahəsi-Şumeşünaslıq
yaranıb və inkişaf etməkdədir.Dünyanın bi çox görkəmli şumerşünas alimləri
yetişib və fəaliyyət gösərir. Bu sahədə qarşıya çıxan ilk problem şumerlərimn
kimliyi,hansı müasir xalqların əcdadları olması problemidir. Problem ətrafında
çoxlu mübahisəli fikir və mülahizələr də söylənib və söylənilir.Bu,təbiidir;lakin bir
həqiqət gün kimi aydındır ki,əsas şumerşünasların fikir və rəyləri üst-üstə düşür,
bir-birindən xəbərsiz gəldikləri nəticələr bir nöqtədə birləşir:Şumerlər dünyanın
ilk sivilizasiyalı xalqıdır;şumerlər müasir türk xalqlarının əcdadlarıdır.”
29
Ekranda Oljas Süleymenovun şəkli əks olunur.
Diktor mətni:
“Oljas Süleymenovun araşdırmalarından belə məlum olmuşdur ki, şumer
dilində türk dilinə xas olan nümunəvi “imperativ + en və ya an şəkilçisi =keçmiş
zaman feli sifəti “ sxemi də mövcud olmuşdur.Bu isə ümümi sintaktik quruluşdan
xəbər verməkdədir.Ümumi cəhətlərdən biri də şumer dilində rastlanan “ra”
yönlük hal şəkilçisinin Orxon-Yenisey kitabələrində hələ məhsuldar şəkilçi kimi
çıxış et-məsidir.Eyni şəkilçi bu gün də dilimizdə işlənir.Məsələn,ora,bura...
Oljas Süleymenov 60 şumer sözünü türk sözləri ilə müqayisə edərək, hər iki
dilin leksikonunun eyni bazaya malik olduğunu göstərmişdir.Özü də bu halda
həmin 60 söz Dyakonovun nümunə kimi göstərdiyi 100-dən bir qədər artıq şumer
sözü içərisindən seçilmişdir.Bu isə o deməkdir ki, 5 min öncəki türk dilində,yəni
şümer dilində mövcud olmuş sözlərin ən azı 60 faizi bu gün də öz yaşarlılığını
sürdürməkdədir.Məsələn...”
Ekranda yazılır:
Şumercə Türkcə
---------------------------------------------------
AB,EB EV,OBA
EŞ EŞİK
ED GET
ZAQQİN YAXIN
QULŞE GÜLÜŞ
ME MƏN
QAŞ QUŞ
DEŞ DEŞİK
UŞ ÜÇ
HAME NƏ,NƏMƏNƏ
EN ƏN
-------------------------------------------------------
Diktor mətni: