|
Azərbaycan xalqinin maddi VƏ MƏNƏVİ MƏDƏNİYYƏTİNİn qəDİm köKLƏRİ
45
“Xalçadakı ilahənin qarnı iki kameralı əsvi edilmişdir.Bunda məqsəd bir
yandan onun hamilə olduğunu diqqətə çatdırmaq,digər yandan diqqəti buna
çəkərək söhbətin Umaydan getdiyini vurğulamaqdır.Çünki,artıq qeyd etdiyimiz
kimi qədim türk dilində qadın bətninə “umay” deyilirdi.Ən maraqlı cəhətlərdən
biri isə odur ki, bu təsvirdə ağac ilahənin qarın nahiyəsində deyil, boğaz
nayihəsində təsvir edilmişdir.Bunun da səbəbini bilmək üçün qədim türk dilindəki
omonimlər sistemindən xəbərdar olmaq lazımdır.
Məsələ burasındadır ki, qədim türk dilində “boğaz” kəlməsi təkcə insan
bədəninin gövdəsini başla birləşdirən hissəsinə deməmişlər,eyni zamanda bu kəlmə
ilə hamiləliyi də ifadə emişlər.Bu gün də Azərbaycan türkcəsində hamiləlik
mənasında “boğaz” kəlməsi işlənməkdədir.Eyni kəlmə əski türk yazılı abidələrində
daha məhsuldar olmuşdur.”
Ekranda “Oğuznamə”nin uyğur variantının birinci səhifəsinin təsviri
görüntülənir.
Diktor mətni:
“Məsələn,“Oğuznamənin uyğur variantında bu kəlməyə “töl boğaz” söz
birləşməsi şəklində rast gəlirik.”
Ekrandakı təsvirin fonunda yazılır:
“TÖL BOĞAZ BULDİ, KÜNLERDEN SONQ,KECƏLƏRDƏN SONQ
YARUDİ.”
Bir qədər aşağıda isə bu cümləni Azərbaycan türkcəsindəki tərcüməsi
yazılır:
“O,DÖL BOĞAZ OLDU,GÜNLƏR,GECƏLƏR SONRA YÜKÜNÜ YERƏ
QOYDU.”
Diktor hər iki cümləni oxuyur.
Ekranda yenidən Quba xalçası görünür.
Diktor mətni:
“Bu xalçada diqqəti çəkən daha bir maraqlı məqam Umay ilahəsini
ətrafını 22 çiçəyə bənzər elementin bəzəməsidir.Çox güman ki,bu,22 oğuz boyuna
işarədir.Məsələ burasındadır ki,oğuz boylarının sayını 24 kimi qeyd edən
Yazıçıoğlu Əlidən fərqli olaraq Mahmud Kaşğarlı onların sayını 22 göstərmişdir.”
46
Ekrandakı xalça təsvirini bir vaxtlar Macarıstanın paytaxtı Budapeştdəki
əntiq mallar mağazasında saxlanılan,19-cu əsrə aid Şirvan xalçasının təsviri əvəz
edir.
Diktor mətni:
“Bir vazxtlar Macarıstanın paytaxtı Budapeşt şəhərindəki əntiq mallar
mağazasında saxlanılan və haqqında Azərbaycan elmi ictimaiyyətinə sənətşünas
alim Rasim Əfəndi tərəfindən məlumat verilən,19-cu əsrdə toxunmuş Şirvan
xalçasında da oğuz boylarına işarə edilməkdədir.Beləki bu xalçanın üzərindəki 3
romba bənzəyən 8 bucaqlı fiqurlardan ən altdakında 24 qarmaqvari işarə gözə
dəyir.Ola bilsin ki,bunlar 24 oğuz boyunu təmsil edir.
Diqqəti ən çox cəlb edən isə xalçanın alt tərəfindəki simmetrik şəkildə iki
dəfə təkrarlanan 3 oxdur.Görünür bu oxlar, haqqında “Oğuznamə”də söz açılan
üçoxları təmsil edir. “Oğuznamə”də deyilir...”
Ekrandakı xalça təsvirinin fonunda peyda olan aktyor əlindəki kitabdan
oxuyur:
“Oğuz Kağanın yanında ağ saqqallı,ağ saçlı bir kişi vardı.Xeyirxah,müdrik
bir kişi idi,yuxu yozan,qeybdən xəbər verəndi.Onun adı Uluğ Türük idi.Günlərin
bir günü o,yuxuda bir qızıl yayla üç gümüş ox gödü.Bu qızıl yay gündoğandan
günbatanacan uzanmışdı,üç gümüş ox isə quzeyə tərəf qanadlanmışdı.Oyandıqdan
sonra Uluq Türük yuxuda gördüklərini Oğuz kağana bildirdi.Söylədi:
-Ay Kağanım,sənin ömrün olsun uzun!Ay Kağanım,qoy ədalət olsun sənə
qanun!Göy Tanrı mənə yuxumda bildirdi.Qoy yuxum çin olsun!Aldığın torpağı
sənin uruğuna versin!
Oğuz Kağan Uluq Türükün sözünü bəyəndi,öyüdünü dinlədi,öyüdünü tutub
əməl elədi.Sonra sabah olunca,böyük qardaşları,kiçik qardaşları çağırtdırıb
gətirtdi.Onlara belə söylədi:
-Könlüm ov istəyir.Qocalıqdan yox məndə daha taqət.Gün,Ay,Ulduz,siz
gündoğana tərəf gedin,Göy,Dağ,Dəniz,siz də günbatana tərəf gedin.
Bundan sonra üçü gündoğana,üçü də günbatana doğru getdi.Gün,Ay,Ulduz
çoxlu vəhşi heyvan,çoxlu quş ovlayıb,sonra yoldan qızıl bir yay tapdılar.Yayı
götürüb,atalarının yanına gəldilər.Oğuz Kağan sevindi,güldü,onu üç hissəyə
böldü. Dedi:
-Ay böyük qardaşlar,yay sizin olsun.Oxları göylərə atın!
Bundan sonra Göy,Dağ,Dəniz çoxlu vəhşi heyvan,çoxlu quş ovlayıb,sonra
yoldan üç gümüş ox tapdılar.Götürdülər,atalarına verdilər.
Oğuz Kağan sevindi,güldü,oxları hər üçünün arasında bölüşdürdü.Belə
söylədi:
-Ay kiçik qardaşlar oxlar sizin olsun.Yay oxu atdı.Sizlər olun oxlar tək.”
Ekranda Şirvan xalçasının üzərindəki üç ox təsviri iri planda görüntülənir.
Diktor mətni:
47
“Dastandan belə məlum olur ki,Oğuz Kağan yayı verdiyi oğullarının
nəslini
Bozoklar,oxları
verdiyi
oğullarının
nəslini
isə
Üçoklar
adlandırmışdır.Deməli,sözügedən Quba xalçası üçok, yəni üçox tayfasının
yaratdığı çeşnilərdəndir.”
Ekrandakı təsviri 24 xanalı Anadolu türkmən xalçasının təsviri əvəz edir.
Diktor mətni:
“Anadoluda geniş yayılmış 24 xanalı türkmən-oğuz xalılarındakı xanaların
sayı da 24 oğuz boyunu ifadə etməkdədir.”
Ekrandakı 24 xanalı Anadolu xalısını Altaydakı Pazırıq kurqanından
tapılan xalçanın ümumi görüntüsü və ayrı-ayrı elementlərinin təsvirləri əvəz edir.
Diktor mətni:
“20-ci əsrin ortalarında Altayda yerli türklərin “Pazırıq”,yəni “Basırıq”
ad-landırdıqları yerdə qazıntı aparan rus arxeoloqları iskitlərə aid qədim bir
kurqandan Hamını heyrələndirən əşyalar tapdılar.iskit-saqa boylarına məxsus bu
sənət nümunələri içərisində salamat qalmış və rəngini itirməmiş bir xalı da var
idi.”
Ekranda dilçi alim Firidun Ağasıoğlu peyda olur.Ekranın alt tərəfində onun
adı,atasının adı və elmi dərəcəsi yazılır.O deyir:
“Pazırıq xalısı adı altında bu gün Sakt-Peterburqun “Ermitaj”muzeyində
saxlanılan və nümayiş etdirilən bu xalının yaşı miladdan əvvəl 5-ci əsrə aid
edilir.180 x 200 santimetr ölçüsündə olan Pazırıq xalısını üzərindəki naxışların-at
və maralların ortasındakı çərçivədəki 24 xananın anlamı bir çox alimin tədqiqat
mövzusuna çevrilmişdir.”
Ekranda yenidən Pazırıq xalısının ümumu görüntüsü çanlanır.
Firidun Ağasıoğlu kadr arxasından deyir:
“Tədqiqatçılar bir-birindn xəbərsiz bunun 24 oğuz boyu ilə bağlı olduğunu
söyləmişlər.”
Ekranda Nəsir Rzayev görünür və deyir:
“Qədim Şərqdə yazı mədəniyyəti üç inkişaf mərhələsi keçmişdir.Birinci
mərhələ piktoqrafik yazıların,yəni təsvirli yazıların yaranması və inkişaf dövrüdür.
Bu dövrdə piktoqrafik yazıların ortaya çıxması qədim insanların magik təfəkkürü
ilə üzvü surətdə bağlı olmuşdur.Piktoqramlar magik təfəkkürün məhsuludur.Magik
təfəkkür isə ibtidai şüur səviyyəsində olan insanların təxmini və şərti anlayışlarının
Dostları ilə paylaş: |
|
|