131
Xanlıqlar dövrünün bir sıra əlyazmaları XX əsrin 30-40-cı illərinədək
(repressiyalaradək) İrəvandakı Göy məscidin kitabxanasında saxlanılırdı.
Azərbaycan tədqiqatçısı İsa Əzimbəyov 1929-cu ildə dərc etdirdiyi "Tiflis, İrəvan
və Naxçıvan SSR-in müsəlman kitabələri" məqaləsində yazır ki, o, İrəvandakı Göy
məsciddə olarkən Hacı Mirzə Hüseynlə (1868-1938) tanış olmuşdur. Mirzə Hüseyn
ağa onu olduqca zəngin kitabxana ilə tanış etmişdir. İ.Əzimbəyov həmin kitabların
bir qisminin adlarını öz məqaləsində vermişdir. İrəvanda həkim ailəsində doğulan
və istedadlı şərqşünas alim kimi tanınan Mirzə Hüseyn ağa Bağdadda və Nəcəfdə
mükəmməl təhsil almışdı. Məqalələri Türkiyədə və İranda dərc olunmuşdu. 1938-
ci ildə bir çox azərbaycanlı ziyalılar kimi, Mirzə Hüseyn ağa da represiyaya məruz
qoyularaq Kaluqa şəhərinə sürgün edilir və bir qədər sonra sürgündə vəfat edir.
Onun zəngin kitabxanası və əlyazmaları ermənilər tərəfindən qarət edilib
yandırılmışdır [121,67,73].
Şərq poeziyasının görkəmli nümayəndələrinin əsərləri irəvanlı şairlər
tərəfindən tərcümə edilir və ədəbi məclislərdə qiraət ustaları tərəfindən oxunurdu.
İrəvanlı tərcümanlar haqqında ilk məlumat Məhəmməd Hüseyn İrəvaniyə aiddir.
O, 1657-ci ildə Sədi Şirazinin "Gülüstan" əsərini Azərbaycan dilinə tərcümə
etmişdir. Həmin tərcümə hazırda Təbrizin Mərkəzi Kitabxanasında (N
Q
2941)
saxlanılır [121,545].
İstər xanlıqlar dövründə, istərsə də rusların işğalından sonrakı illərdə
irəvanlı yazarların əsərləri xarici dövlətlərdə çap olunurdu. Bu, ilk növbədə
İrəvanda mətbəənin olmaması ilə bağlı idi. Fazil İrəvaninin "Qızılgül və bülbül"
adlı əsəri 1812-ci ildə Sankt-Peterburqda erməni və rus dillərində, 1826-cı ildə
Parisdə erməni dilində, 1832-1833-cü illərdə iki dəfə dalbadal fransız dilində,
1892-ci ildə alman dilində çap olunaraq İrəvanlı Xocens Markar Geğamyanın
"orijinal əsəri" kimi erməni, rus, fransız, alman oxucularına təqdim edilmişdir.
Əsəri fransız dilinə Vayye de Floribal, alman dilinə Yoze fon Hammer tərcümə
etmişlər. Fransalı tədqiqatçı 1892-ci ildə məsələyə aydınlıq gətirərək bildirmişdir
ki, "Qızılgül və bülbül" türk müəllifi Fazil İrəvaninin əsəridir. Xocens Markar
sadəcə olaraq onu erməni və rus dillərinə tərcümə edəndən sonra "öz əsəri" kimi
çap etdirmiş, dünya oxucularını çaşdırmışdır. Kitabın əsl müəllifı bəlli olduqdarı
sonra belə ermənilər "Qızılgül və bülbül" 1950-ci ildə yenə də erməni müəllifinin
əsəri kimi Freznoda (ABŞ) çap etdirmişlər [121, 544]. Yerli müəlliflər öz əsərlərini
başqa yerlərdə, başqa dillərlə yanaşı, ana dilində də çap etdirmişlər. Bu ilk
təşəbbüsü Molla Hüseyn İrəvani göstərmişdir. Onun 201 səhifəlik şəkilli
"Müseyibnamə" kitabı 1888-ci ildə Təbrizdə çap olunmuşdur. Bir il sonra Təbrizdə
Mirzə Ağa Əli Həkimi İrəvaninin növbə və qəzəllərindən ibarət divanı çap olunub.
239 səhifəlik bu divan Azərbaycan və fars dillərində nəşr edilib [121,544].
2001-ci ildə Tehranda "Zəfa" nəşriyyatı tərəfindən Səməd Sərdariniyanın
245 səhifəlik "İrəvan müsəlman yurdu olmuşdur" kitabı çap olunmuşdur. Müəllifın
uzun illər apardığı araşdırmalarının nəticəsi olan bu kitab tarixi Azərbaycan
132
torpaqlarında süni surətdə bir erməni dövləti qurulduğunu, yüzilliklər boyu
Azərbaycan şəhəri olan İrəvanın Ermənistan Respublikasının paytaxtına necə
çevrildiyini tarixi-elmi faktlarla əks etdirir. Kitabın son hissələrindəki bölmələrdə
ermənilərin İrəvanda törətdiyi soyqırımlarından nicat tapmış bir sıra ailələr
haqqında sənədlərə və fotoşəkillərə əsaslanan materiallar təqdim edilmiş, İrəvanın
məşhur Göy məscidi və digər məscidləri, Ermənistanda qalıqları mövcud olan
islam abidələri, İrəvanın alimləri və ruhaniləri, görkəmli şəxsiyyətləri, şair və
yazıçıları haqqında məlumatlar verilmişdir. "İrəvan müsəlman yurdu olmuşdur"
kitabının maraqlı cəhətlərindən biri də İrəvanın tanınmış şairi Mirzə Müslüm
Qüdsinin İrəvana həsr etdiyi 300 beytlik məsnəvisinin burada dərc edilməsidir.
S.Sərdariniya M.M.Qüdsinin adıçəkilən məsnəvisi də daxil olan divanının
nüsxəsinin mərhum Hacı Məhəmməd Naxçıvaninin kitabxanasında 2814 saylı
bölmədə saxlanıldığını qeyd etmişdir. Kitaba, həmçinin, "İrəvani" imzası ilə yazan
şairlərdən Aşuftə İrəvani, Aşub İrəvani, Çeşmə İrəvani, Hiccət İrəvani, Dəlil
İrəvani, Fəxri İrəvani, Qüdsi İrəvani, Nazim İrəvani kimi şairlərin əsasən İrəvanın
vəsfinə həsr olunmuş şeirləri daxil edilmişdir [Mədətli E.Səməd Sərdariniyanın
245 səhifəlik "İrəvan müsəlman yurdu olmuşdur" kitabı. Tarix və onun
problemləri, 2002, №2, s. 196-199].
Orta əsrlərdə İrəvan xanlığının ərazisində bir sıra aşıq məktəbləri
formalaşmışdır. Bunlardan ən zəngini Göyçə aşıq məktəbidir. Göyçə aşıq
məktəbinin banisi Miskin Abdal (1470-1535) Şah İsmayıl Xətainin dəvəti ilə şah
sarayına getmiş və orada aşıqlar məclisinə başçılıq etmişdir. Miskin Abdalın
gəraylı, qoşma, divan və təcnisləri XV-XVl əsr türkdilli şeirimizin nadir
nümunələri hesab edilir. Bu məktəbin parlaq simalarından biri də Ağ Aşıq adı ilə
tanınan Aşıq Allahverdi (1754-1860) olmuşdur. Göyçənin Kərkibaş kəndində
yaşayan Ağ Aşıq Aşıq Alının (1800-1911) ustadı olmuşdur. Bir çox saz havalarının
yaradıcısı olan Aşıq Alı isə Azərbaycan aşıq sənətinin korifeyi Aşıq Ələsgərin
(1821-1926) ustadı olmuşdur. Ermənilər 1918-ci ildə Aşıq Ələsgərin şagirdi Aşıq
Nəcəfin belinə qaynar samovar bağlayıb ağlasığmaz bir işgəncə ilə öldürmüşlər
[Sazlı-sözlü Göycə. Bakı, 1999, səh.13].
Gümrü aşıq məktəbinin ən tanınmış simalarından biri Aşıq Tüccar (1780-
1860) olmuşdur. O, həm dastançı, həm də yaradıcı aşıq kimi şöhrət tapmış, çoxlu
şagird yetişdirmişdir. XVIII əsrdə yaşadığı bəlli olan Aşıq Beymuraz uzun müddət
Gümrüdə aşıqlıq etmiş, əfsanəvi haqq aşığı kimi şöhrət qazanmış, haqqında çoxlu
rəvayətlər yaranmışdır. O, XVIII əsrin sonlarında Gümrü şəhərinin yaxınlığındakı
"Beş müqəddəs" qəbiristanlığında dəfn edilmişdir. Onun qəbri ziyarətgaha
çevrilmişdir. Erməni vandalları həmin qəbiristanlığı da yer üzündən silmişlər.
Gümrüdə yazıb-yaradan aşıqlardan biri də Şirəkli Həsən olmuşdur. 1692-
ci ildə Ağbabanın Qaraçanta kəndində anadan olan Həsən ərəb, fars və gürcü
dillərini mükəmməl bilirmiş. Sonralar Gümrüdə yaşayan Həsən Leyli adlı bir qıza
aşiq olsa da, qızı ona vermirlər. Bundan sonra Həsən başını götürüb Sarıqamışa