127
texniki vasitələrlə, əvvəlkilərdən fərqlənən yeni əsərlər yaratmışdır. Böyük ölçülü
kətan üzərində yağlı boyalarla işlənilib sonradan divara yapışdırılmış bu əsərlər,
əslində, realist monumental boyakarlığın ilkin nümunələri idi. Məhz buna görədir
ki, bu əsərlər yüksək qiymətləndirilir və "Asiya boyakarlığının ən yüksək
nümunəsi" hesab edilir [Bax: Kərim Kərimov. Göstərilən məqalə].
Özlərini dünyanın "mədəni xalqı" kimi qələmə verməyə çalışan ermənilər
Şərqin nadir sənət incisi olan Sərdar sarayını da 1918-ci ildə yerlə - yeksan
etmişlər.
İrəvan xanlığının ərazisində mövcud olmuş məscidlərin hər biri nadir
memarlıq nümunəsi idi. Tədqiqatlar göstərir ki, islami dəyərlərin həyat normasına
çevrildiyi İrəvan şəhərində Şah İsmayıhn omri ilə I5IO-cu ildə möhtəşom məscid
ucaldılmışdır. Məscidin geniş həyəti, çarhovuzu, hündür minarəsi olmuşdur. Şah
İsmayıl məscidi kimi tanınan bu məscidin içərisinə ermənilər 1918-ci ildə
azərbaycanlıları doldurmuş, üstlərinə neft tökərək yandırmışlar [113,449].
İrəvanda müsəlman abidələrini tədqiq edən Azərbaycan arxeoloqu İsa
Əzimbəyov 1929-cu ildə dərc etdirdiyi məqaləsində qeyd edir ki, o, Sərdar
sarayının yaxınlığında Şah Abbasın fərmanı ilə tikilən məscidi görmüşdür.
Yarıuçuq vəziyyətdə olan məscidin həyətindəki mədrəsədə bir neçə qaçqın ailəsi
yaşayırdı. O, məscidin üzərindəki aşağıdakı misranı çətinliklə oxuduğunu yazır:
"Zəmane Şah Abas cənnətməkan,
Əz u kəşt abad mulke-cahan" [Известия Азкомистариса, выпуск 4,
1929, səh. 299]. M.Əzimbəyov həmin ərazidə Şah Abbas məscidindən daha qədim
birməscidin olduğunu da yazır. Şah Xudabəndə tərəfшndən inşa etdirilən həmin
məscid onun adı ilə adlandırılmışdır. Bişmiş qırmızı kərpicdən tikilən həmin
məscidin üzərindəki kitabədə onun 1685-ci ildə Şah Süleyman Səfəvi dövründə
təmir edildiyi göstərilmişdir [Известия Азкомистариса, выпуск 4, 1929, səh.
299].
Rusiya imperiyasının İrəvan xanlığını işğal etməsi ərəfəsində təkcə İrəvan
şəhərində 8 məscid mövcud olmuşdur. Şopenin verdiyi məlumata görə, həmin
məscidlərdən 2-si qalanın içərisində, 6-sı - Zal xan, Novruzəli xan, Sərtip xan,
Hüseynəli xan, Hacı İnamverdi, Hacı Cəfər bəy məscidləri isə qaladan bayırda
yerləşirdi [95,468]. Məscidlərin içərisində ən möhtəşəmi və Azərbaycan
memarlığının nadir incisi olan Hüseynəli xan məscidi, yaxud Göy məscid idi.
Divarlan göy rəngli kaşı ilə üzləndiyi üçün bu məscid Göy məscid adlanırdı.
İrəvandakı mərkəzi örtülü bazarıa üzbəüz yerləşən həmin məscid 1760-1768-ci
illərdə Hüseynəli xanın hakimiyyəti dövründə inşa edilmişdir. Göy məscid öz
kompozisiyası və əsas ibadətxanasının formasına görə 1616-cı ildə Şah Abbas
dövründə Gəncədə inşa edilən Cümə məscidinə bənzəyirdi. Onun ölçüləri 97,2x66
m idi. Məscidin həyətində fəvvarəli daş hovuz tikilmiş, ətrafına sıx kölgəli ağaclar
əkilmişdi. Həmin məscidi ermənilər 1988-ci ildə yandırmışlar. Son vaxtlar onun
yerində miqyasca ən dəfə kiçik bir məscid inşa etmiş, adını da "Fars məscidi"
128
qoymuşlar.
Qədim İrəvandakı Zal xan, yaxud şəhər məscidi (inşa edildiyi tarix məlum
deyil) və Novruzəli xan məscidi bir-birinə bənzəyirdi və Göy məsciddən kiçik idi.
Digər üç məscid isə XVII-XVIII əsrlərdə inşa edilmişdi [bax: bölmənin sonu, şəkil
13,14,15,16, 17, 18, 19, 20. 21].
Rəcəb paşa məscidi 1725-ci ildə, Abbas Mirzə məscidi isə Hüseynqulu
xanın dövründə - XIX əsrin əvvəllərində inşa edilmişdi. İkimərtəbəli binası və
çoxlu hücrələri olan Zal xan məscidi indiki İrəvan mehmanxanasının yaxınlığında
yerləşirdi. İkinci dünya müharibəsindən sonra məscidin təyinatı dəyişdirilmişdir.
Hazırda həmin binada Rəssamlar evinin sərgi salonu yerləşir.
XX əsrin birinci yarısınadək İrəvanda bir neçə məscid fəaliyyət
göstərmişdir. Abbasqulu xanın tikdirdiyi Təpəbaşı məscidi, İrəvan qadınlar
klubunun yaxınlığında yerləşən Əsəd ağanın tikdirdiyi məscid, Körpübulaq
məscidi ermənilər tərəfindən dağıdılaraq yer üzündən silinmişdir. Hacı Müzəffər
ağanın tikdirdiyi Çətirli məscid isə 1988-ci ildə yandırılaraq məhv edilmişdir [113,
452; bax: bölmənin sonu, şəkil 23].
Əvvəllər yəhudi sinaqoqu olmuş, XIX əsrin sonlarında ermənilər
tərəfindən pulla alınmış və "erməni kilsəsi"nə çevrilmiş memarlıq abidəsi bu gün
də Bakının mərkəzində qorunub saxlanıldığı halda, XX əsrin əvvəllərində İrəvanda
mövcud olmuş 8 Azərbaycan məscidinin hamısı erməni vandalları tərəfindən yerlə
- yeksan edilmişdir.
İrəvan şəhərində hər biri nadir memarlıq abidəsi olan 8 hamam mövcud
olmuşdur. Erməni müəlliflərin yazdıqlarına görə, bu hamamların hamısının
salonları Şərq üslubunda tikilmiş, hər birinin günbəzi olmuş və yuxandan
işıqlandırılmışdır. Bişmiş kərpiclə və əhəng məhsulu ilə hörülmüş hamamların
hamısı hazırda dağıdılmış J.Şopen isə hamamların adlarını belə vermişdir: 1. Şəhər
(Şəhri) hamanm; 2. Şeyxülislam hamamı; 3. Mehdi bəy hamamı; 4. Hacı Bəyim
hamamı; 5. Təpəbaşı hamamı; 6. Hacı Əli hamamı; 7. Hacı Fətəli hamamı; 8.
Kərim bəy hamamı [95, 469].
İrəvan xanlığı dövründən bugünədək külli miqdarda dekorativ-tətbiqi
incəsənət nümunələri, o cümlədən daş və ağac üzərində bədii oyma, döymə metal
məmulatı, xalçalar, saxsı qablar və naxıştikmələr qoıunub saxlanılmışdır. Təəssüf
ki, bu cür sənət nümunələrinin böyük əksəriyyəti hazırda Ermənistan
Rcspublikasının ərazisində mövcud olan muzeylərdə və digər saxlanan yerlərdə
"ermənilərə məxsus" sənət nümunələri kimi nümayiş etdirilir. İrəvan xanlığında
dekorativ incəsənət növləri arasında xalçaçılıq xüsusi yer tuturdu. Qarabağ və
Təbriz xalçaçılıq məktəbinə daha yaxın olan İrəvan xalçaçılıq məktəbinin
nümunələri zaman-zaman xarici ölkələrə daşınmış, erməni kolleksionerlərinin
malına çevrilmişdir. Bu gün "Yerevan xalçası", adı altında dünya bazarlarına
çıxarılan xalçaları azərbaycanlı ilmə ustaları toxumuşlar. Xalça, kilim, palaz, şəddə
və s. toxumaq tarixən qoyunçuluqla məşğul olmayan ermənilərin milli