173
112]. Mənbələrdə II İraklinin bacısının da girov verilənlərin içərisində olduğu qeyd
edilir [220, 42; 112, 111-112].
Azad xanın başçılıq etdiyi əfşar və əfqan qoşunları Azərbaycanın şimalını
tərk edən kimi II İrakli yenidən Azərbaycana qarşı işğalçılıq siyasətini davam
etdirdi. R.V.Qriqoryan 1752-ci ildə II İraklinin guya İrəvan xanığına yürüş etdiyini
yazır [214,30]. Əslində isə, qeyd olunan vaxt II İrakli İrəvan xanlığına deyil,
Azərbaycanın о zaman on nüfuzlu xanı olan və Azərbaycanı vahid dövlət halında
birləşdirməyə çalışan şəkili Hacı Çələbiyə qarşı yenidən yürüş təşkil etdi. Hacı
Çələbi xanla təkbətək qarşılaşmaqdan ehtiyat edən gürcü çarı bir sıra Azərbaycan
xanlarını, о cümlədən İrəvan xanını, guya "Hacı Çələbi xana qarşı hərbi əməliyyat
planını müzakirə etmək" üçün Gəncə yaxınlığındakı düşərgəsinə dəvət etdi. II
İrakli danışıqlar zamanı hiylə işlədərək öz müttəfiqlərinə xəyanət etdi. O, Qızılqaya
adlı yerdə onunla danışıqlar aparmaq üçün gəlmiş müttəfiqlərini - Azərbaycan
xanlarını əsir alaraq Gürcüstana üz tutdu. Ona qarşı düşmənlə ittifaqa girmiş
xanlardan fərqli olaraq, Azərbaycanın ümumi siyasi mənafeyini üstün tutan Hacı
Çələbi xan bu xəbəri alan kimi gürcü qoşunlarına qarşı hücuma keçərək II İraklini
Tiflis yaxınlığında haqladı və ağır məğlubiyyətə uğratdı. II İrakli Azərbaycan
xanlarını sərbəst buraxaraq bir qrup süvari ilə Tiflisə qaçdı. Gürcü çarının piyada
qoşunlarından min nəfər öldürüldü və əsir götürüldü [41, 1, 238-239, 390-391;
115, 57-58]. II İrakli ilə "dostluğun" "dadını" görmüş Azərbaycan xanları, о
cümlədən İrəvan xanı bundan sonra gürcü çarından üz çevirib Hacı Çələbi ilə
birləşdilər.
Həsənəli xan Qacarın (1755-1759) və varisi Hüseynəli xan Qacarın (1759-
1783) dövründə Kartli-Kaxeti çarı İrəvan xanlığına daha tez tez yürüşlər etməyə
başladı. 1759-cu ildə İrəvan xanlığı məhz bu viranedici yürüşlər nəticəsində II
İraklinin xəzinəsinə illik bac ödəməyə məcbur oldu [166, 129]. Bununla
kifayətlənməyən II İraklinin İrəvan xanlığına hərbi yürüşləri 1762-1765, 1778-
1779-cu illərdə də davam etdi [214, 31]. Bununla belə, II İrakli İrəvan xanlığını
özündən asılı hala sala bilmədi.
Bəhs olunan dövrdə Cənub-Qərbi Qafqazın açarı və ən güclü qalası hesab
olunan İrəvanın hərbi-strateji əhəmiyyəti böyük olduğundan [166,205] İrəvan
xanlığı qonşu dövlətlərin diqqət mərkəzində idi. Bu dövrdə İranda real hakimiyyəti
ələ keçirən Kərim xan Zand gürcü çarının Azərbaycan xanlıqlarına hücumlarından
narazı qaldığını bildirərək Hüseynəli xandan II İrakliyə bac verməyi
dayandırmasını təbb etdi. Belə olacağı təqdirdə Kərim xan Zənd onu müdafiə
edəcəyinə söz verdi [115, 60]. Bu, bölgədəki siyasi vəziyyəti xeyli gərginləşdirdi.
Hətta, 1770-ci ilin yazında İrəvan uğrunda Kərim xan Zəndlə II İrakli arasında
müharibə olacağı gözlənilirdi [166, 142].
Bu mürəkkəb vəziyyətdə İrəvan xanlığı nəinki öz müstəqilliyi uğrunda
mübarizə aparır, həm də Azərbaycanın digər xanlıqlarında və qonşu dövlətlərdə
baş verən hadisələrə biganə qalmırdı. 1775-ci il iyunun 23-də İrəvan xanı
174
Hüseynəli xan, Qars mühafizi İzzət Mehmet paşa vasitəsilə Osmanlı dövlətinə
məktub göndərdi. Məktubda İrəvan xanının Rusiyanın Dağıstan ərazisindəki
fəaliyyətindən doğan narahatlığı ifadə olunurdu [191, 107; 125,38]. İrəvanı daim
diqqət mərkəzində saxlayan Osmanlı dövləli isə Rusiyanın Kartli-Kaxeti çarlığı
vasitəsilə Cənubi Qafqaza, о cümlədən İrəvana müdaxiləsinin güclənməsindən
ehtiyat edirdi. Sultan III Mustafa (1757-1774) öz vəzirinə yazdığı məktubda bu
müdaxilənin qarşısnıı almaq tədbirlərini müzakirə etmək üçün onunla görüşüb
məsləhətləşməyin zəruri olduğunu bildirirdi [14; 20, 57; 124, 159]. Şübhəsiz ki, II
İraklinin İrəvan xanlığına olan işğalçılıq niyyəti Azorbaycanın digər xanlıqlarını da
narahat edirdi. Məsələn, Şəki xanı Məhəmməd Həsən xan 1776-cı ildə Osmanlı
dövlətinə göndərdiyi məktubunda II İraklinin İrəvan qalasına hücum edəcəyi
təqdirdə Azərbaycan xanlarının və Dağıstan hakimlərinin ona qarşı birləşəcəyini
bildirirdi [20, 67].
Qeyd olunan dövrdə İrəvan xanlığının Kartli-Kaxeti çarlığı üçün iqtisadi
əhəmiyyəli çox böyük idi [166,205]. Məhz bu səbəbdən 1779-cu ilin əvvəllərində
II İrakli və oğlu Levan 12 minlik qoşunla (5 mini dağıstanlı muzdlu döyüşçü idi)
İrəvan qalasını mühasirəyə aldı və yenidən Hüseynəli xandan bac tələb ctdi. Lakin
İmeretiyada baş vermiş üsyanı yatırmaq üçün gürcü çarı İrəvanın mühasirəsindən
əl çəkib geri dönməyə məcbur oldu. II İrakli Gürcüstana qayıdarkən İrəvan
xanlığından bac əvəzinə çoxlu sayda silahsız dinc əhalini əsir alaraq özü ilə
Gürcüstana apardı [41, II, 73-74; 115, 60].
Kərim xan Zəndin ölümü (1779, mart — red.) İranda hakimiyyət uğrunda
mübarizənin və Azərbaycanda ara müharibələrinin daha da kəskinləşməsinə səbəb
oldu. Yaranmış əlverişli şəraitdən istifadə edən II İrakli İrəvan xanı Hüseynəli
xandan yenidən bac tələb etdi. Hüseynəli xan isə buna rədd cavabı verdi. II İrakli
1779-cu ilin sentyabrında 20 minlik qoşunla yenidən İrəvan xanlığına yürüş etdi
[53,22; 159,112]. Hüseynəli xan Osmanlı imperiyasının dəstəyinə arxalanaraq
Gürcüstana köçürülmüş ailələrin geri qaytarılmasını tələb etdi. Axalsıxlı Süleyman
paşanın vasitəçiliyi ilə Hüseynəli xanla II İrakli arasında sülh danışıqlarına
başlandı [214, 68-69]. II İrakli əvvəlcə sülh danışıqlarını yubatdı
*
. Lakin hadisələr
sonradan elə cərəyan etdi ki, Kartli-Kaxeti çarı sülh müqaviləsinin bağlanması
üçün özü addım atmalı oldu. Səbəblər aşağıdakılar idi: əvvəla, İrəvan xanı heç də,
erməni tarixçisi V.R.Qriqoryanın yazdığı kimi, gürcü çarından yarımasılı [214,73]
vəziyyətdə deyildi. Müstəqil xarici siyasət
*
yeridən Hüseynəli xan Qacar digər
*
Rus tarixçisi T.Q.Butkovun əsərində II İrakli ilə İrəvan xanı arasında sülh müqaviləsinin 1780-ci il
mayın ortalarında bağlanması haqqında məlumat verilir [bax: 41,11,75]. Lakin İrəvan xanı Hüseynəli
xanla II İrakli arasında gedən danışıqlar dəfələrlə baş tutmamışdı. Bu danışıqlarda İrəvan xanının
oğlanları Məhəmməd bəy və Qulaməli xan iştirak etmişdi. Nəhayət, bu sülh müqaviləsinin bağlanması
1781-ci ilin noyabrında baş tutdu [bax: 214.71,72,73].
*
1781-ci ildə xoylu Əhməd xanın Naxçıvan xanlığına hücumuna etiraz edən İrəvan xanı Hüseynəli xan
Qacar ona hədələyici məktub göndərərək öz ordusunu təcili Naxçıvan qalasından uzaqlaşdırmasını tələb
etdi. İrəvan xanı öz məktubunda Naxçıvan xanlığına özü sahib olmaq istədiyini bildirdi [115, 62].