Azərbaycan xalqının ümummilli lideri



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə42/208
tarix01.11.2017
ölçüsü4,66 Mb.
#7722
1   ...   38   39   40   41   42   43   44   45   ...   208

93 

 

məclis  aparıbdır.  Məclislərdə,  hikmətamiz  fikirlər  söyləyib,  ədəb-ərkan  nümunəsi 



göstəribdir.  Ailədə  hər  hansı  bir  narazılıqda  ağsaqqal  sözü  eşidilib[25],  küsənləri 

barışdırıb, ayrılanları qovuşdurubdur. 

Uzaq  səfərlərə  çıxanlara,  min  bir  əziyyətlə  üzləşənlərə  möhkəm  cansağlığı, 

səbir,  uğurlu  yol  diləyibdir.  "Uğurun  xeyirli  olsun,  sağ  get,  salamat  qayıt"  xeyir-

duasını veribdir. Səfərdən uğurla qayıdanları qarşılayıb elinə-obasına "gözünüz aydın 

olsun" deyibdir. 

Şenliyə  mötəbər  qonaq  gələndə  də  ona  müraciət  edilib.  O,  qonağı  qarşılayıb, 

məclisində  iştirak  edib,  yola  salanda  da  uğurlu  yol  arzulayıbdır.  Toyda  olduğu  kimi, 

vayda da, yasda da ağsaqqal məsləhəti eşidilib. 

Ağsaqqal  elin-obanın  təsərrüfat  həyatında  da  öz  sözünü  deyib,  torpağın 

əkilməsi,  becərilməsi,  suvarılmasında,  məhsulun  yığılmasında,  maldarlıqda  dölün 

başlanması,  sürünün  otarılması,  dağa,  arana  köçmə  məsələləri  ilə  bağlı  öz 

mülahizələrini söyləyib, məsləhətini veribdir[26]. 

Səbri  ümman  ağsaqqallar  bütün  zamanlarda  qəlb  sındıranlara,  könül 

bulandıranlara, 

aravuranlara, 

araqarışdıranlara, 

sözgəzdirənlərə, 

yaltaqlara, 

ikiüzlülərə,  bədxahlara  qarşı  çıxmışlar.  Satqınlara,  üzüdönüklərə,  qəlbi  kasadlara, 

qorxaqlara,  riyakarlara,  şərəfsizlərə,  etibarsızlara,  mənsəbpərəstlərə  qarşı  amansız 

olmuşlar.  Cahilləri,  nadanları,  hədyanları,  oturuşunu-duruşunu  bilməyənləri,  yersiz 

hərəkət  edənləri,  yolunu  azanları,  cızığından  çıxanları  qayğıkeş  ağsaqqal  sözü  ilə, 

yazılmamış qanunlarıyla tənbeh etmiş, nəsihət vermiş, tərbiyələndirmişlər. 

Xalqımız  həmişə  göydə  tanrını,  yerdə  peyğəmbəri,  el-obada  ağsaqqalı  böyük 

bilmişdir.  Ona  sonsuz  məhəbbətini,  dərin  ehtiramını  göstərən  müqəddəs  varlıq  kimi 

qarşısında  baş  əyər,  diz  çökər,  əlindən  öpərlər.  Bu  münasibətlə  söylənən  deyimlər

 

olduqca  ibrətamizdir:  "Allahsız  yerdə  otur,  ağsaqqalsız  yerdə  oturma",  "Böyüyün 



sözünə  baxmayan  böyürə-böyürə  qalar",  "Ağsaqqalı  olmayanın,  böyüyü  də  olmaz", 

"Böyük  olan  yerdə  kiçik  danışmaz",  "Yol  -  böyüyün,  su  -  kiçiyindir".  Ağsaqqallıq 

həm  də  müraciət  formasıdır:  "Ağsaqqal,  buyurun",  "Ağsaqqal,  söz  sizindir", 

"Ağsaqqal, sizi eşidirik", "Ağsaqqal, fikrinizi bildirin, məsləhətinizi verin", "Ağsaqqal 

sizi  dinləyirik".  Ağsaqqal  haqlı  olaraq  ailənin  kişisi,  el-obanın  başbiləni,  ağası,  bəyi, 

xanı, sultanı sayılardı, xalq elçisi, xalq diplomatiyasının yaradıcısı hesab edilərdi. 

Ağsaqqalın dünyasını dəyişməsi bir qayda olaraq el-oba üçün, xalq üçün böyük 

itki  sayılmışdır.  Onun  gördüyü  işlər,  xeyirxah  əməlləri,  müdrik  kəlamları  zaman-

zaman xatırlanmış, yad edilmiş, rəhmət oxunmuş, məzarı ziyarətgaha çevrilmişdir. 

Göründüyü  kimi,  ibtidai  icma  quruluşundan  üzü  bəri  gələn  ailə,  nəsil,  tayfa 

yaşadığı  kimi  ağsaqqallıq  institutu  da  yaşayır,  yeniləşir,  inkişaf  edir.  Xalqımız  var 

olduqca, ağsaqqallıq da daimi və əbədi qalacaqdır. 

                         Ağsaqqal

                         Müdrik insan ağsaqqal. 

                         Elinə çıraq tutar, 

                         Eldən olan ağsaqqal. 




94 

 

 



 

 

EL ANASI 



 

Qadın - Günəş, çocuq-Ay... nuru Ay Günəşdən alır. 

Qadınsız ölkə çapuq məhv olur, zavallı qalır. 

Hüseyn Cavid 

                                                      Anadı, 

     Ana canım anadı. 

    Elimin ağbirçəyi 

 Analara anadı. 

Qadın  ilahi  qüvvə,  ulu  varlıqdır.  Alilik,  adillik  timsalıdır.  Dünyaya  gətirən, 

qoruyan, saxlayan, kamala  yetirəndir. El anasıdır, dünyalar dünyasıdır. Bəşərə  zinət, 

insanlığa  şöhrətdir.  Qadın  ucalıq,  ülvilik,  bakirəlik,  gözəllik  tacıdır.  Gözlərə  işıq, 

qəlblərə yaraşıqdır. Ana vətəndi, vətən də ana. Nə vətənsiz ana, nə anasız vətən... 

                                                    Dolan gəz

                   Gözüm, könlüm dolan, gəz. 

          Anam birdi, vətən tək, 

           Dur, başına dolan, gəz. 

Tariximizin  qızıl  sətirlərini  bəzəyən  səbri  ümman  analar  zaman-zaman 

kirpiklərilə od götürüblər, sinələrindən yara alıblar. Axıtdıqları qanları torpağa qarışıb, 

müqəddəslik  daha  da  müqəddəsləşib.  "Aslanın  erkəyi,  dişisi  olmaz"  hünərini, 

hikmətini  qazanıblar.  "Ana  haqqı, Tanrı  haqqı"  şərəfini  yaşayıblar.  Qadınlarımız  ana 

olublar, ağbirçək olublar, el anası adını qazanıblar. 

Xatırladaq  ki,  el  anası  -  ağbirçək  adını  qazanmaq  tək-tük  analara  məxsus 

şərəfdir,  şöhrətdir.  Yüzdən,  mindən  birinin  taleyinə  yazılan  xoşbəxtlikdir.  Bu  adı 

daşımaq  son  dərəcə  çətin,  müşkül,  böyük  dözüm  və  məsuliyyətdir.  Çox-çox 

məhrumiyyətlərə  qatlanan can  yanğısıdır. Ağbirçək başdan-binadan, əsildən-nəsildən 

gəlir,  kökdən  köklənir,  pərvəriş  tapır.  Zamanın  imtahanından,  sınağından,  dövrün 

tələbindən  çıxan  ağbirçək  yaşla,  başla,  uzaqgörənlik  və  hünərlə  bağlıdır.  Lakin  o  da 

həqiqətdir  ki,  nadir  hallarda  qabiliyyətə  rəğmən  nisbətən  cavan  analar  da  əməli, 

hünəri, zəfəri, xilqəti, isməti ilə ağbirçək şərəfinə nail ola bilir. El-oba, xalq tərəfindən 

sevilir,  qəbul  edilir.  Bu  müqəddəs  anlamı  zaman  təsdiqləmiş,  tarix  qəbul  etmişdir. 

Ağbirçəklik  səlahiyyəti  və  məsuliyyət  dərəcəsi  müxtəlif  formada  həyata  keçirilir. 

Ailədə  ağbirçək,  nəsildə,  tayfada  ağbirçək,  eldə-obada  ağbirçək,  dövlətdə,  ölkədə, 

xalq arasında ağbirçək. Hərəsinin öz miqyası, öz yeri, öz mövqeyi. 

Ailədə  ağbirçəklik  ehtiramını  qazanmaq  nisbətən  asandır.  Ağbirçək  ailənin 

bütün  çətinliklərini,  qayğılarını  öz  üzərinə  götürür.  Ən  əvvəl  övladlarının,  nəvə-

nəticələrinin  düzgün  tərbiyə  olunmasında,  ərsəyə  gəlməsində  müstəsna  rol  oynayır. 



Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə