Azərbaycan xalqının ümummilli lideri



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə50/208
tarix01.11.2017
ölçüsü4,66 Mb.
#7722
1   ...   46   47   48   49   50   51   52   53   ...   208

110 

 

Qonaqpərvərlik  uzun  bir  inkişaf  yolu  keçərək  hansı  dövrdə  icra  edildiyindən



 

asılı olmayaraq, insanların həyat normasına çevrilmişdir. Təbii ki, qonaqpərvərliyə xas 

adətlər hər bir dövrə müvafiq surətdə icra olunmuşdur. Bu baxımdan konkret dövrün 

müvafiq qanunauyğunluqlarını nəzərdən qaçırmaq olmaz. 

İlk  sinifli  cəmiyyət  və  dövlətlərin  yaranması  qonaqpərvərlik  adətinə  yeni 

çalarlar gətirmişdir. Belə  ki,  qonşu ölkələrlə daimi əlaqələr saxlayan dövlət başçıları 

nəinki oradan gələn hökmdarları, eləcə də qasid və elçiləri də qəbul edərkən müəyyən 

qaydalara,  qonaqpərvərliyə  riayət  etmişlər.  Qədim  mənbələrdə  məhz  qonaqpərvərlik 

barədə məlumata təsadüf edilməsə də, Azərbaycan ərazisində mövcud olmuş ən qədim 

Aratta,  Lullubi, Kuti və digər qonşu ölkələrlə iqtisadi, siyasi əlaqələr quran dövlətlər 

haqqında  bəhs  olunur.  Bu  əlaqələr  zamanı  heç  şübhəsiz  ki,  müəyyən  münasibətlər 

yaranmış və özünəməxsus qəbul mərasimləri icra edilmişdi. 

Mənbələrdə  Manna  hökmdarı  Ullusunun  II  Sarqonu  qəbul  etməsi,  ona  xərac 

verməsi,  hətta  şərəfinə  yazılı  abidə  qoyması  barədə  məlumat  verilir,  eyni  zamanda 

Sarqonun da Manna hökmdarına şərəfli ziyafət verdiyi qeyd edilir[1]. 

Məlum olduğu kimi, İskəndər Şərq əyanlarına  xeyirxah  münasibət bəslədiyini 

göstərmək  üçün  çox  vaxt  məclislərə  zəngin  Midiya  geyimində  gələrdi.  Onun  bu 

hərəkəti  qarşısındakını  necə  yüksək  dəyərləndirdiyini  bildirərdi.  "İskəndər  Midiyaya 

gələrkən  Atropat,  çarın  yaxın  adamları  ilə  birlikdə  onun  şərəfinə  təşkil  olunmuş 

şənliklərdə iştirak etmişdi"[2]. 

Xalqımızın  məişətində  əsrlərdən  bəri  kök  salmış  adətlərdən  olan 

qonaqpərvərlik  onun  varlığını,  gün-güzəranını,  həyat  tərzini,  mənəvi  dünyasını, 

mədəni  səviyyəsini  bütün  çalarları  ilə  təqdim  edən  mütərəqqi  bir  adətdir.  Bu  adət 

Azərbaycan  ərazisində  yaşayanların  kimliyini,  nəyə  qadir  olduğunu  açıqlamaqla 

yanaşı, onların mənəvi dünyasına nüfuz etməyə də imkan yaradır. 

Orta  əsrlərdə  qonaqpərvərlik  adəti  feodal  münasibətlərinin  güclü  təsiri  altında 

olmuşdur. Həmin dövrdə yaşamış müəlliflərin əksəriyyəti Azərbaycanın siyasi-iqtisadi 

vəziyyəti, təbiəti, karvan yolları, münbit torpaqları, buradakı bolluq və ticarət əlaqələri 

barədə geniş məlumatla yanaşı, yerli xalqa da qiymət verməyi unutmamışlar. Orta əsr 

ərəb  müəllifi  əl-Müqəddəsi  Azərbaycan  haqqında  məlumatlarında  yazır  ki,  buranın 

əhalisi fəsahətli və hörmətlidir[3]. Yaqut Həməvi isə Azərbaycan sakinlərinin gülərüz, 

həlim təbiətli və xoşrəftar olmaları ilə fərqləndiyini söyləyir[4]. 

Ərəb  xəlifəsinin  Alban  hökmdarı  Cavanşiri  təmtəraqla  qarşılaması  da  tarixi 

faktdır.  Bu  barədə  məlumat  verən  Moisey  Kalankatuklu  "Albaniya  tarixi"  əsərində 

Cavanşirin xəlifə I Müaviyyə tərəfindən "öz böyük andları və hesabsız mükafatları ilə 

birlikdə öz yanına dəvət etməsindən" bəhs etmişdir: "Xəlifə öz əyanlarına əmr etdi ki, 

onlar  Cavanşirin  qabağına  çıxıb  ona  özü  mindiyi  atları  hazırlasınlar.  Bax  belə  bir 

fövqəladə  ehtiramla  Cavanşiri  saysız-hesabsız  əsgərləri  olan  düşərgəyə  gətirdilər... 

Cavanşiri  yalnız  çarlara  layiq  olan  müstəsna  təmtəraqla  qəbul  etdilər  və  ona  qədər 

burada  heç  kəs  belə  hörmət  görməmişdi".  Müəllif  Cavanşirin  qeyri-adi 

müdrikliyindən  xoşlanan  xəlifənin  ona  və  onunla  gələnlərə  hədiyyələr  bağışladığını 



111 

 

yazır.  M.Kalankatuklu  xəlifənin  yanına  gedən  Cavanşirin  ikinci  səfərini  də  qələmə 



almışdır. O göstərir ki, bu dəfə də şöhrətli hökmdar olan Cavanşir yenə də böyük şan-

şöhrətlə və şərəflə qarşılanır. Axşam yeməyində xəlifə onu öz yanında oturdur. Xəlifə 

ona Hindistandan gətirilmiş fil bağışlayır. Belə hörmətin heç kəsə olunmadığını yazan 

M.Kalankatuklu,  Cavanşirə  və  onun  adamlarına  bağışlanılan  hədiyyələr  haqqında  da 

söz açır; bunlara qızıl qınlı polad qılınc, mirvari ilə süslənmiş kaftan, qızıl xaçlar, ipək 

parçalar, əba və cürbəcür qiymətli geyimlər, bəzəklər, 52 at və s. daxil idi[5]. 

Azərbaycanlılar arasında qonağa hədsiz hörmət və ehtiram göstərmək  mühüm 

şərtlərdən  idi.  Bu  barədə  Aleksandr  Düma  yazır:  "Azərbaycanda,  eləcə  də  bütün 

Qafqazda  hər hansı bir qapını döyüb desəniz ki,  mən əcnəbiyəm, gecələməyə  yerim 

yoxdur,  ev  sahibi  o  saat  ən  böyük  otağını  sizə  verəcəkdir.  Özü  isə  ailəsi  ilə  kiçik 

otaqda yerləşəcək. Üstəlik, onun evində qaldığınız, deyək ki, bir həftə, iki həftə, bir ay 

müddətində  sizə  qayğı  göstərəcək,  korluq  çəkməyə  qoymayacaq"[6].  Qonaq 

müqəddəs sayılır, ona xüsusi hörmət edilməsinə ciddi surətdə riayət olunurdu. 

Öz əsərlərində qonaqpərvərlik kimi nəcib bir adət haqqında dönə-dönə söhbət 

açan dahi şair Nizami Gəncəvi "Yeddi gözəl" əsərində yazır: 

Bağ gülü kimi qonaqsevər idi

    Qönçədəki qızılgül kimi gülərdi. 

     Onun bir hazır qonaq sarayı vardı 

         Ki, boyu yerdən Sürəyyaya ucalırdı. 

                                        Süfrə açıb büsat qurardı, 

             Lütflə bəslənmiş xidmətçilər saxlardı. 

                 Kim gəlsəydi, atının cilovunu tutardılar, 

                                         Qaydayla süfrə açardılar. 

             Ona layiq mehmannəvazlıq edərdilər, 

                       Onun öz şanına görə qonaqlıq verərdilər[7]. 

Göründüyü  kimi,  şair  burada  bir  nəfərin  simasında  bütöv  bir  xalqın 

qonaqsevərliyini tərənnüm etmiş, qonaqpərvərliyə xas olan mühüm cəhətləri yığcam, 

lakin  əsaslı  şəkildə  işıqlandırmışdır.  Şairin  təsvirindən  aydın  olur  ki,  qonaqlar  üçün 

məxsusi  yer  ayrılır,  süfrə  açılır,  büsat  qurulur.  Evə  təşrif  buyuran  qonağın  xüsusi 

hörmət  əlaməti  olaraq  ayrıca  otağa  dəvət  edilməsi  məsələsinə  toxunan    Nizami

 

Gəncəvi yazır: 



Qonaqlar kimi içəriyə, eyvana apardı[8]. 

Bu  misra  hər  bir  ailədə  qonağın  diqqət  mərkəzində  olduğunu  göstərir.  Elə  bu 

təsvirdə  Nizami  fikrinə  davam  edərək  qonağın  və  ev  sahibinin  bir-birinə  hədiyyələr 

təqdim  etməsindən  söhbət  açır.  Müəllifin,  eyni  zamanda,  qonaqların  rahatlığı  üçün 

ayrılmış  guşənin  olduğunu  qeyd  etməsi  o  dövrün  qonaqpərvərlik  adətinə  xas  olan 

xüsusiyyətləri  anlamağımız  üçün  kifayət  qədər  əsas  verir.  Qonaqpərvərliyin  geniş 

tətbiqinə  meyli  səciyyəvi  bir  hal  kimi  dəyərləndirən  Nizaminin  əsərlərində  qonaqlıq 

süfrəsinin təsvirinə tez-tez rast gəlmək olur.  

Nizaminin  əsərlərində  qonaqlıq  məclislərinin  təsviri  bununla  bitmir.  Şair  eyni 



Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə