Azərbaycan xalqının ümummilli lideri



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə51/208
tarix01.11.2017
ölçüsü4,66 Mb.
#7722
1   ...   47   48   49   50   51   52   53   54   ...   208

112 

 

zamanda  "İskəndərnamə"də      Nüşabənin    İskəndəri,  "Xosrov  və  Şirin"də  Məhin 



banunun  Xosrovu,  "Leyli  və  Məcnun"da  Leylinin      atasının      gələn      elçiləri 

qarşılaması  və  s.  bu  kimi  təsvirlərə  yer  vermişdir.  Nizami  Gəncəvinin  təsvirlərində 

qonaqpərvərlik  Azərbaycan  xalqının  məişətində  adi  hal  alan  adət  kimi  açıq-aydın 

nəzərə çarpır və  şair ona böyük rəğbət bəslədiyini aydın büruzə verir. 

"Xosrov  və  Şirin"  əsərində 

qonaqlar 

üçün 

açılan 


bol 

yeməklərlə  dolu  süfrədən  bəhs 

edərkən  şair  göstərir  ki,  yemək 

süfrəsində  inək,  qoyun,  quş  və 

balıq  ətindən  hazırlanmış  müxtəlif 

çeşidli  yemək  növləri  vardır[9]. 

"İskəndərnamə"  poemasında  da 

qonaqlıq süfrəsində

 

müxtəlif çeşidli 



yeməklər, meyvələr, badamlı halva, 

hətta  şərab  və  s.  olduğu  təsvir 

edilir[10]. Həmin əsərdə  həmçinin, 

şair  yenə  də  qonaqlıq  süfrəsindən 

bəhs  edərək  burada  toğlu  ətindən 

hazırlanmış  yeməklər,  süfrənin 

bərəkəti  sayılan  uzun  və  dəyirmi 

çörəklər,  məsus  və  riçal,  paxlava, 

halva  və  şərbət  olduğunu  göstərir. 

Orta əsrlərdə elə bir müəllif yoxdur 

ki,  qonaqdan  bəhs  edərkən  ona 

süfrə  açılmasının  vacibliyini  qeyd 

etməmiş  olsun.  Məsələn,  XII  əsrin 

görkəmli şairi Əfzələddin Xaqani yazır: 

Səhər-səhər süfrə döşə, huri sənə mehman gələ 

Və yaxud: 

Gəzirəm bir qonaq ki, süfrəsinə 

     Ola layiq bu can, tapmayıram (11). 

XIII  əsrə  aid  müəllifi  bəlli  olmayan  “Dastani-Əhməd  Hərami”  dastanında  isə 

belə deyilir: 

Bişirdi xoş təamlar həm buyurdu

   Qonaqlıq etdi, acları doyurdu (12). 

Şeyx İbrahimin qonaqpərvərliyindən orta əsr müəllifi Şərafəddin Yəzdi də bəhs 

edir.  “O  yerdə  Şeyx  İbrahim  bir  münasib  ziyafət  tərtib  verdi.    Həmişə  və  dövlətin 

səadətli dövrlərində, ona köməkçi olduğu kimi, hərənin özünə layiq peşkəşlər təqdim 

edib yaxşı bir qul olmaq mərasimini yerinə yetirdi”(13). Bu məsələni digər bir orta əsr 

müəllifi  Xandəmir  də  qeyd  edir.  O,  Şeyx  İbrahimin  hədiyyə  və  sovqatlarla 



113 

 

sahibqıranın  (Əmir  Teymur  nəzərdə  tutulur  –  Ş.B.)  hüzuruna  gəlməsindən  bəhs  edir 



(14).  Görkəmli  Aəzrbaycan  şairi  İmaməddin  Nəsimi  də  “əkrim  o  əz  zeyfə”,  yəni 

“qonağa  hörmət  et”  deyir  (15).  Başqa  bir  yerdə  isə  şair  “Xidmətə  bel  bağladım 

mehmanı  gözlər  gözlərim”  dedikdə  də  qonağa  xidmətin  əsas  və  vacib  məsələ 

olduğunu vurğulayır (16). 

Azərbaycanda  qonağa  həmişə  böyük    hörmət,    diqqət  və  qayğı 

göstərildiyindən, hər bir evdə rahatlıq  tapmasına   lazımi şərait yaradılmışdır. Hər bir 

ailə qonağı böyük hörmətlə qarşılamağı, saxlamağı və  yola salmağı özünə borc

 

bilir, 



şərəf sayırdı. Qonaqpərvərlik adəti təkcə tanışlar arasında geniş yayılmış  adət olaraq  

qalmırdı,  o

 

həmçinin  qəriblər,  tamamilə 



tanış  olmayan  adamlar  və  səfərə  çıxan 

səyyahlar üçün də tətbiq edilirdi (171). Bu 

məsələni  öz  əsərində  şərh  edən  Aleksandr 

Düma  göstərir  ki,  Azərbaycan  ərazisində 

olduqları zaman yerli əhalidən bir dəstə ilə 

rastlaşarkən 

onlar 

tərəfindən 



qonaqpərvərlik  əlaməti  olaraq  ona  ilk 

növbədə  duz-çörək  təklif  edilmişdir. 

Vidalaşarkən  səmimiyyətlə  əllərini  sıxıb  

ayrıldıqda    dəstənin    başçısı  yenə  

qonaqlara  duz-çörək təklif etmiş, həmçinin 

onların  axşam  və  səhər  yeməklərinin 

qayğısına  qalmışdır[18].  Bu  onu  göstərir 

ki, Azərbaycanda qonaqpərvərlik insanların 

daxili    tələbatından    irəli  gəlir.      Yəni  

qonaq 


 

şəxsən 


 

dəvət 


edilib-

edilməməsindən,  ev  sahibinin    onu  

tanıyıb-tanımamasından  asılı  olmayaraq, 

hər  kəs  ölkəsinə  gələn  ziyarətçiyə  öz 

qonağı kimi baxmış, onu

 

səmimiyyətlə qarşılayıb yola salmağı özünə borc bilmişdir. 



Xalqımızı fərqləndirən cəhətlərdən biri də məhz budur. 

Səfər boyu onları müşayiət edən bələdçi barədə də fikir söyləməyi unutmayan 

A.Düma belə yazır: "Dərbənddən bura qədər xidmətimizdə duran, bizi heç bir şeydən 

korluq  çəkməyə  qoymayan  azərbaycanlı  bələdçimiz  yanımızda  idi.  İnsafla  demək 

lazımdır  ki,  o,  üzərinə  düşən  məsuliyyətli  işin  öhdəsindən  layiqincə  gəlirdi"[19] 

Göründüyü kimi, səfərə gələnlərin ixtiyarına hətta bələdçi belə verilirdi. 

Ölkəni  tanımadıqlarına,  yollara  bələd  olmadıqlarına  görə,  təbii  ki,  səyyahlara 

xüsusi diqqət və qayğı əlaməti olaraq yollarını rahat davam etdirə bilmək üçün onlara 

bələdçi vacib idi. Bələdçi də bütün yol boyu qonaqları sadəcə olaraq müşayiət etməklə 

kifayətlənmir,  eyni  zamanda  onların  ərzaq  tədarükünün  görülməsilə  məşğul  olur  və 

digər işlərdə yardımçı olurdu. 



114 

 

Kastiliyadan  Əmir  Teymurun  sarayına  səfir  gəlmiş  XV  əsr  ispan  diplomatı 



Klavixonun  qonaqpərvərlik  haqqında  məlumatı  da  diqqəti  cəlb  edir.  O  göstərir  ki, 

burada  adət  belədir  ki,  gələn  adamlar  atdan  düşən  kimi  xalça  üstündə  oturmalıdır  və 

dərhal    onun  hüzuruna  hər  evdən  müxtəlif  yeməklər  gətirilir.  Yeməklər  adətən 

düyüdən  hazırlanırdı.  Klavixo  göstərir  ki,  orada  səyyahlar  və  tacirlər  qalmaq  üçün 

xüsusi evlər var və adət belədir ki, hər kim gəlsə, ona hədiyyələr təqdim edilir. Sonra 

müəllif  bələdçidən  də  söhbət  açaraq  qeyd  edir  ki,  belə  bələdçilər  qonaqları  həm  də 

ərzaqla  təmin  edirdilər.  Klavixo  Əmir  Teymurun  gələn  elçiləri  xoş  sözlərlə,  yüksək 

səviyyədə  qarşılamasından  söhbət  açaraq  göstərir  ki,  onların  şəninə  böyük  qonaqlıq 

verilir və təqdim olunan yeməklər müxtəlif çeşiddə olurdu. O, elçilərin Teymura yun 

və ipək parçadan hazırlanmış paltarlar və qılınc bəxş etdiyini göstərir[20]. 

Azərbaycanda  belə  bir  ənənə  hökm  sürür  ki,  yoldan  ötən,  tamamilə  yad  bir 

adam  belə  qonaq  olduğunu  bildirsə,  ev  sahibi  ona  canla-başla  qulluq  göstərməlidir. 

Çox vaxt qonağı yalnız ev sahibi deyil, onun qohum-əqrəbası da evinə dəvət etməyi 

özünə borc bilir. 

Ailə  üzvlərinin  hamısı qəfil  gələ biləcək qonağın qarşılanmasına  həmişə  hazır 

olurdular.  Yüksək  səviyyəli  qonaqların  qarşılanması  üçün  atlı  dəstəsi  göndərilirdi. 

Xüsusi  diqqət  mərkəzində  olan  xarici  müsafirləri  qonaq  düşdükləri  yerin  bütün  şan-

şöhrət  sahibi  olan  adamları  görməyə  gələr  və  onu  təkidlə  öz  evlərinə  dəvət  etməyə 

çalışardılar.  Həyatı  təhlükədə  olub  imdad  diləyən  qonağın  sağlığının  keşiyində 

durmaq üçün ev yiyəsi gözətçi belə qoyurdu. Qonağı evin bütün sakinləri yola salırdı. 

Ev  sahibi  uğurlanan  qonağa  bir  qədər  də  qalmasını  təklif  edirdi.  Ev  sahibi  hörmət 

əlaməti olaraq nəzərləri ilə yola düşən qonağı gözdən itincəyədək müşayiət edirdi. 

Azərbaycan ailələrində evə gələn qonaq üçün ya ayrıca bir tikili, ya da evin bir 

otağı  hazır  saxlanılırdı.  Gələn  qonağın  atı  vardısa,  ilk  növbədə  onun  atının  cilovu 

tutulur  və  atı  lazımi  yerə  bağlayırdılar.  Hətta  atın  dincəlməsi  üçün  lazımi  tədarük 

görülürdü. Ümumiyyətlə, qonağı çoxlu sualla  yormaq, gəlişinin məqsədini soruşmaq 

və  nə  zaman  gedəcəyi  ilə  maraqlanmaq  ev  sahibi  üçün  ədəbdən  kənar  sayılırdı. 

Qonaqlar  yemək-içməklə,  otaqla  və  yataqla  təmin  olunurdular.  Onlar  üçün  ayrılmış 

qonaq otağı ev sahibi tərəfindən daha gözəl, yaraşıqlı və səliqəli bəzədilir. Yalnız öz 

şəxsiyyəti  barədə  məlumat  verdikdən  və  gəlişinin  məramını  bəyan  etdikdən  sonra 

ailənin  bütün  üzvləri  ona  lazım  olan  şeylərin  əldə  edilməsi  işində  yardımçı  olub,  öz 

kömək əllərini uzadırlar. 

Aydındır  ki,  qonaqların  rahatlığının  təmin  olunması,  hər  şeyin  nizama 

salınması,  yemək  tədarükünün  görülməsi,  səliqə-sahman  yaradılması  bir  adamın 

öhdəsinə  düşmürdü.  Evin  nizama  salınmasında,  qonaqların  qəbul  edilməsində  ailə 

üzvlərinin hərəsinin özünəməxsus vəzifəsi vardı. 

Hələ  qədim  zamanlardan  evə  gələn  qonaq  süfrənin  yuxarı  başında 

əyləşdirilirdi.  Onun  yanında  isə  evin böyüyü, ehtiram  sahibi ağsaqqallar və  hörmətli 

şəxslər oturardılar. Söhbəti yalnız böyüklər apara bilərdilər. Qonaqlıq zamanı məclis 

başında çox danışmaq düzgün sayılmırdı, belə ki,  məclisdə hər kəs öz  yerini bilməli 




Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə