Azərbaycan xalqının ümummilli lideri



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə49/208
tarix01.11.2017
ölçüsü4,66 Mb.
#7722
1   ...   45   46   47   48   49   50   51   52   ...   208

107 

 

məqalə  yazmışdır.  Məqalə  bu  sözlərlə  bitirdi:  "Qoy  ədəbiyyat  tarixinə  yazılsın  ki, 



Sabir kimi şairin diriliyində təqdir edən bir kişi olmadısa da, bir nəfər arvad oldu ki, 

şairin ... səhhəti üçün, milyonçu kişilərə rəğmən, öz varından keçəcək qədər böyük bir 

hamiyyət göstərdi". 

Keçən əsrin əvvəllərində Tiflisdə "Qızlar İnstitutu" adlı orta məktəbdə müxtəlif 

millətlərin  qızları  öz  ana  dillərində  təhsil  alırdı.  Yalnız  azərbaycanlılardan  başqa. 

Həmidə  xanımı  bu  məsələ  çox  narahat  edirdi.  O,  məktəbin  rəhbərlərilə  məsələni 

müsbət  həll  etdi  və  Azərbaycan  dili  müəlliminin  əmək  haqqını  özü  ödədi,  halallıq 

elədi. 


Həmidə xanım gənclərin savadlanması və gələcəyin inkişafını təhsildə görürdü. 

O,  atasının  vəsiyyətini  və  özünün  çoxdankı  arzusunu  1909-cu  ildə  həyata  keçirdi. 

Kəhrizlidə ilk olaraq oğlan və qızların birlikdə oxumasını gerçəkləşdirən məktəb açdı. 

Yoxsulların, kimsəsizlərin balaları oxuya, savada cəlb edildi. O zaman şenlikdə tibbi 

yardımdan söhbət belə gedə bilməzdi. Bu işin də öhdəsindən gəldi, xalqın yaralarına 

məlhəm  oldu.  Yoluxucu  xəstəliklərin  sayı  artmışdı.  Tez-tez  ölənlər  olurdu.  Həmidə 

xanım xəstələrə özü peyvənd edir, tibbi yardım göstərir, dava-dərmanla təchiz edirdi. 

Həmidə  xanım  Kəhrizlini  su  ilə  təchiz  etmək  üçün  iki  kəhriz  vurdurdu. 

Həmyerlilərinin savabını qazandı. Böyük çətinliklərlə şenlikdə dəyirman tikdirdi. İlk 

olaraq Şuşada, sonra isə Kəhrizlidə xalça emalatxanası açdı, çeşidli Qarabağ xalçaları 

toxundu. Bayram şənliklərində yoxsulların süfrəsini bol etmək üçün hamıya pay-ülüş, 

sovqatlar  paylayır,  əl  tuturdu.  Hal-hazırda  xeyli  qaçqınlar  onun  mülkündə  sığınacaq 

tapır, yaşayır. 

Səksən  il  ömür  sürən  yüksək  ziyalı,  həmfikirlərilə,  eli-obasıyla  ünsiyyət 

yaradan, əsilzadə, zəhmətsevər, candan keçən Həmidə xanım əsil el anası, ağbirçək bir 

sima idi. Onun öz kəndində büstünün ucaldılması çox mətləblərdən xəbər verir. Belə 

analar nə unudular, nə yaddan çıxar. 

Xain  ermənilərin  1905-1906-cı  illərdə  Qarabağda  talanlar  törətdiyi,  adamları 

vəhşicəsinə  məhv  etdiyi  dövrdə  də  Həmidə  xanımın  müdrikliyinin  və  el  ağbirçəyi 

olduğunun  bir  daha  şahidi  oluruq.  Həmidə  xanım  həmin  dövrdə  bir  dəstə  atlı  ilə 

Ağdama  gəlir  və  camaatla  görüşmək  istədiyini  Cəfər  bəyə  bildirir.  "Cəfər  bəy  uca 

səslə dedi ki, ey əyanlar və müsəlmanlar! Həmidə xanım zəhmət çəkib bu uzaq yolları 

gəlməkdə  məqsədi aşağıdakılardan ibarətdir: Həmidə  xanım buyurur ki,  mən Qalada 

bizim qan qardaşlarımızın çox zəhmət  və  əziyyət çəkdiklərini  eşitdim. Mənə  məlum 

oldu  ki,  kəndlərdə  yaşayan  ermənilər  yolları  kəsərək  camaatın  Qalaya  ərzaq  və  mal 

gətirməsinə, eləcə  də  dəyirmana  getmələrinə  mane  olurlar.  Buna  görə  də  mən bütün 

sursatları ilə birlikdə iki yüz atlı toplayaraq onların köməyinə gəlmişəm. Mən bir övrət 

olsam da, müsəlman qardaşlarımızın belə əziyyət çəkməsi gecə-gündüz mənə əziyyət 

verərək  rahat  buraxmırdı.  Qardaşlarımız  Şuşada  belə  əziyyətlərə  məruz  qaldıqları 

halda  biz  burada  rahat  yeyib-içib,  yata  bilmərik.  Mənə  yaraşmaz  ki,  siz  olan  yerdə 

mən  xalqımızın  bu  əziyyətdən  qurtarılması  üçün  mübarizə  aparam.  Ona  görə 

cənablarınızdan  xahiş edirəm ki, siz də  qüvvələr toplayıb  mənim  gətirdiyim  atlılarla 




108 

 

birlikdə  zir-zibili  müsəlman  qardaşlarımızın  yolundan  təmizləyəsiniz  ki,  onlar  rahat 



yaşaya bilsinlər". 

Meydana  yığışan  camaat  yuxarıda  deyilən  sözləri  eşitcək  Həmidə  xanımı 

ürəkdən  alqışladılar.  Hətta  bəzi  şəxslər  bu  sözlərin  təsirindən  kövrələrək  ağladı. 

Camaat cavab verdi ki, biz yeddi yaşından yetmiş iki yaşına kimi hamımız malımız və 

canımızla bu yolda mübarizə aparmağa hazırıq. O yolkəsənlər də öz layiqli cavablarını 

alacaqlar. Odur ki, siz narahatçılıq keçirmədən öz məqamınıza qayıdın, Allah-təalanın 

köməyi ilə biz bu işlərin hamısına əncam çəkərik. 

Aydan  arı,  sudan  duru,  günəşdən  nurlu,  hünərli,  zəfərli  el  analarımızla  bağlı 

mətləbi  sona  çatdırarkən  həqiqətlə  səsləşən,  ibrətamiz  rəvayəti  xatırlamaq  yerinə 

düşərdi.  Bir  nəfər  islamın  yaradıcısı  Məhəmməd  Peyğəmbərin  (s.)  hüzuruna  gələrək 

soruşur:  "Ya  Rəsuləllah!  Kimə  yaxşılıq  edim?"  Buyurur:  "Anana!"  Yenə  ərz  edir: 

"Daha kimə?" Buyurur: "Anana!.." Dördüncü dəfə  soruşur. Buyurur: "Atana  yaxşılıq 

et!" 

İmkanı  nəzərə  alaraq  el  anası  ilə  bağlı  XX  əsrin  əvvəlinə  qədərki  tarixi 



xatırladıq.  Bu  olsa-olsa  dəryadan  damla,  analar  laləzarından  dərilən  qönçə  ilə 

müqayisə edilə bilər. 

Həmidə xanım xeyriyyə məclisinə iki yüz manat nağd pul və iki yüz pud un və 

arpa bağışlayıb ehtiramla öz kəndinə təşrif apardı. Allah ondan razı olsun"[40] 

 

 



109 

 

 



QONAQPƏRVƏRLĠK 

 

Bəşər  mədəniyyətinin  dəyərlərindən  biri  olan  qonaqpərvərlik  adəti  xalqın 

fəaliyyətini,  eyni  zamanda,  əldə  etdiyi  uğurları  əbədiləşdirən  ədəb  xəzinəsidir.  Milli 

xarakter, özünüdərk və digər milli dəyərlərin məcmusu bu ədəb xəzinəsində çox aydın 

əks olunmuşdur. 

Xalq  öz  həyatının  canlı  lövhələrini,  məişət  tərzini  qonaqpərvərlikdə  yaşatmış 

və  onu  davam  etdirməyə  çalışmışdır.  Qonaqpərvərliyin  mahiyyətində  dostluq, 

səmimiyyət, şəfqət, mehribanlıq, ehtiyacı olana əl tutmaq, yardım etmək kimi yüksək 

insani  keyfiyyətlər durur. Bu  kimi  keyfiyyətlər  müəyyən adət və ənənələrin icrası və 

davranış  qaydalarında  öz  əksini  tapır.  Bu  isə  ev  sahibinin  mənəvi-əxlaqi 

keyfiyyətlərinin aynasıdır. 

Hər bir xalqın qonaqpərvərlik adəti özünəməxsus xüsusiyyətləri ilə fərqləndiyi 

kimi, icra xüsusiyyətlərinə görə də seçilir. Lakin bütün xalqlarda qonağa böyük diqqət 

yetirilməsi  şübhəsizdir.  Qonaqpərvərlik  xalqın  qiymətli  sərvətinə  çevrilərək  onun 

həyat  tərzini  əks  etdirən  bir  güzgü  olmaqla  yanaşı,  həm  də  insanları  mənən 

zənginləşdirən mühüm amildir. 

Avropa  ilə  Asiyanın  ayırıcında  yerləşən  Azərbaycan  gözəl  təbiətə  və  zəngin 

sərvətlərə malik bir ölkədir. Ölkə ərazisinin əlverişli təbii-coğrafi mövqeyi, məhsuldar 

torpaqları, yerüstü və yeraltı sərvətləri burada ulu əcdadlarımızın yaşayıb-yaratması və 

zəngin  irs  qoyub  getməsinə  hər  cür  şərait  yaratmışdır.  Məhz  bu  zəmin  üzərində 

xalqımız özünün maddi və mənəvi mədəniyyətini yaratmış və inkişaf etdirmişdir. Bu 

zənginlik onun süfrə mədəniyyətində də müşahidə olunur. 

Qonaqpərvərlik  adətinin  tarixi  köklərinin  qədim  olduğu  şübhəsizdir.  İbtidai 

icma quruluşu dövründə bütün insanlarda maddi və mənəvi mədəniyyət bir-biri ilə sıx 

vəhdətdə  idi.  İnsanlar  arasındakı  münasibətlər  də  adətlərə  və  vərdişlərə  uyğun 

qurulurdu.  Lakin  zaman  keçdikcə  ibtidai  icma  quruluşu  dağıldı  və  ayrı-ayrı  tayfalar 

müxtəlif həyat tərzi ilə bir-birindən fərqlənməyə başladılar. 

Qonaqpərvərliyin  tarixi  köklərini  çox  güman  ki,  qan  qohumluğuna  əsaslanan 

qəbilənin formalaşdığı və inkişaf etdiyi bir dövrdə axtarmaq lazımdır. Çünki ayrı-ayrı 

qəbilələr  bir-biri  ilə  ünsiyyət  saxlamağa,  iqtisadi  münasibətlər  qurmağa,  gələcək 

həyatın  zəruri  tələbatını  ödəmək  üçün  əlaqə  yaratmağa  ehtiyac  duymuşlar.  Aydındır 

ki, qəbilə daxilində insanlar bir-biri ilə sıx surətdə bağlı olmuşlar. Müxtəlif qəbilələr 

arasındakı belə bağlılıq onların tayfa ittifaqlarında birləşməsi ilə nəticələnmişdir. 

Beləliklə,  insanların  tədricən  bir-birinə  gediş-gəlişi  formalaşmış,  nikah 

vasitəsilə  qohumluq  əlaqələri  meydana  gəlmişdir.  Bu  isə  öz  növbəsində  insanlar 

arasında  yaxın  münasibətləri  zəruri  etmiş  və  nəticə  etibarilə  birgə  əməyin  labüdlüyü 

zərurətindən  doğan  kənd  icmaları  formalaşmışdır.  İqtisadi  münasibətlər  və  nikah 

əlaqələri zəminində yaranmış gediş-gəliş qonaqpərvərliyin meydana gəlməsinə gətirib 

çıxarmışdır. 



Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə