Azərbaycan xalqının ümummilli lideri



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə57/208
tarix01.11.2017
ölçüsü4,66 Mb.
#7722
1   ...   53   54   55   56   57   58   59   60   ...   208

127 

 

şəxsə  müxtəlif  hədiyyələr  təqdim  edilməsi  həmin  mərasimin  şərtlərindən  biridir. 



Hədiyyə verərkən onun gərəkli olacağına diqqət yetirmək lazımdır. Təbii ki, qonaqlıq 

zamanı ev sahibi tərəfindən  süfrəyə  müxtəlif çeşidli  yeməklər və  şirniyyat  məmulatı 

düzülür. 

Qonaqpərvərlik  adətinin,  xüsusilə  elçilik,  nişan  və  toy  mərasimləri  zamanı 

icrası  daha  diqqətəlayiqdir.  Belə  ki,  burada  qonaqpərvərlik  özünəməxsus  tərzdə  icra 

olunur.  Qız  evinə  oğlan  evi  hədiyyələr  təqdim  edir.  Ev  sahibi  də  gələn  qonaqları 

lazımi qaydada qarşılayıb yola salmağa ciddi riayət etməyə çalışır. 

Azərbaycan xalqının real həyat tərzinin mühüm cəhətlərini özündə əks etdirən 

şifahi  xalq  yaradıcılığı  incilərində,  tarixi  salnamə  olan  dastanlarımızda, 

nağıllarımızda,  əfsanələrimizdə,  aşıq  yaradıcılığı  nümunələrində,  atalar  sözlərində, 

bayatılarımızda  qonaq  və  ona  münasibət  haqqında  geniş  məlumat  verilir.  "Kitabi-

Dədə Qorqud" dastanında deyilir ki, "qonağı gəlməyən qara evlər yıxılsa yey"[53]. Bu 

o  deməkdir  ki,  əgər  bir  evə  qonaq  təşrif  buyurmursa,  deməli,  o  ev  ev  deyil  və 

yıxılması qalmasından vacibdir. Bu, qonağın hər bir evdə necə böyük ehtiram sahibi 

olmasına dəlalət edir. Elə həmin dastanda ən yaxşı qadın evin dirəyi hesab olunur ki, 

onu da bu cür dəyərləndirirlər: "Ozan, evin dayağı oldur ki, yazıdan-yabandan evə bir 

qonaq  gəlsə,  ər  adam  evdə  olmasa,  ol  onu  yedirər,  içirər,  ağırlar,  əzizlər, 

göndərər"[54]. 

Dastanda  xanlar  xanı  xan  Bayandırın  ildə  bir  kərə  toy  edib  Oğuz  bəylərini 

qonaqlaması  barədə  də  bəhs  olunur[55].  Farüq  Sümərin  də  İbn  Fədlanın  verdiyi 

məlumata  əsaslanaraq  oğuzların  doğrucul,  namuslu  və  qonaqpərvər  olduğunu 

söyləməsi dastandan bəlli olan bu fikri bir daha təsdiqləyir (5). 

Təsadüfi  deyildir  ki,  nağıllarımızda  xeyir  qüvvənin  təmsilçiləri  xeyirxah, 

səxavətli, yoxsullara əl tutub kömək edən adamlar sayılır. 

"Koroğlu"  dastanında  deyilir  ki,  Koroğlu  bir  qarının  qapısını  döyüb,  gecə 

qonaq saxlamasını xahiş edir. Qarı da "qonaq Allah qonağıdı" - deyir[57]. Koroğlunun 

özü  isə  qonağı  barədə  "Qonaq  ki  var,  mənim  əzizim,  iki  gözümdü"  -  söyləyir[58]. 

Dastanda  xanın  qurduğu  məclisin  təsviri  isə  belə  verilir:  "Elə  ki,  üzrxahlığını  elədi, 

yemək-içmək başlandı, saqi girdi məclisə, Ələmqulu xan dəlilərə burada bir qonaqlıq 

verdi,  bir  qonaqlıq  verdi  ki,  nə  deyim.  Yedilər,  içdilər,

 

çalğıçılar  çaldı,  oxuyanlar 



oxudu, gecədən də bir az keçmiş məclis dağıldı"(59)Koroğlu: 

      Çənlibeldə köçüm, qonum, 

 Atlazdan biçilər donum, 

     Ortadan qalxmaya xonum

           Gündə yüz qonağım ola!..(60) 

-  deyir.  Göründüyü  kimi,  məişətdə  həlledici  rol  oynayan  qonaqpərvərlik  adəti  görk 

səciyyəsi  daşımır,  yaşam  tərzinin  bir  parçası  kimi,  arzuolunan  bir  hal  kimi  təqdir 

edilir.  Bu  adətin  yaranması  cəmiyyətin  özünün  tələbatı  ilə  baş  vermiş,  məhz  bu 

zəmində də müəyyən qaydalar formalaşmışdır. 

Xalqlar,  o  cümlədən  insanlar  arasında  dağılmaz  körpü  salan  qonaqpərvərlik 




128 

 

adəti  haqqında  dastanlarımızda  xeyli  məlumat  vardır.  Burada  xalqın  bütün 



təbəqələrinə  məxsus  olan  mehmannəvazlıq  öz  əksini  tapmışdır.  Dövrün  hadisələrini 

əks  etdirməklə  yanaşı,  xalqın  real  həyat  tərzi  ilə  səsləşən  dastanlarımızda  xeyirxah 

hisslər, vətənpərvərlik, azadlıq uğrunda mübarizə duyğuları ilə yanaşı, qonaqpərvərlik 

adəti  də  tərənnüm  olunur.  Dastanlarımızda  qonaqpərvərlik  adəti  gündəlik  yaşam 

tərzinin bir parçası və icrası mütləq zərurət olan keyfiyyət kimi ön plana çıxır. Bu adət 

eyni zamanda sadə adamların münasibəti, tərbiyəsi kimi işıqlandırılır. 

Nəsillərdən-nəsillərə  keçib,  əsrlərin  sərhədini  aşan  müdrik  atalar  sözlərində 

qonaq və ona hörmət barədə belə deyilir: 

-

 

Qonaq bərəkət gətirər. 



-

 

Qonaq sevənin süfrəsi boş olmaz. 



-

 

Qonaq süfrənin yaraşığıdır. 



-

 

Qonaq evin gülüdür. 



-

 

Qonağa da qurban olum, gəldiyi yollara da. 



-

 

Qonağın ruzusu özündən qabaq gələr. 



-

 

Qonaqsız ev - susuz



 

dəyirman. 

-

 

Gəlmək qonaqdan, yola salmaq ev yiyəsindən[61]. 



Xalqımız arasında qonağa olan münasibət inam və etiqadlarda da özünəməxsus 

şəkildə əks olunmuşdur. Məsələn: 

-

 

İki nəfər baş-başa verərsə, deyərlər evə qonaq gələcək(62) 



-

 

Gözləri yol çəkən adamın evinə qonaq gələr, deyərlər. 



-

 

Guya başından bir tük ayrılıb üzünə düşsə, deyərlər qonağın gəlir[63]. 



-

 

Səfərə gedənin dalınca su atarlar, deyərlər qoy aydınlıq olsun[64].  



 

Qonaqpərvərlik  inanclarda  da  öz  əksini  tapıb.  Belə  ki,  "elimizin  sınanmış 

inanclarına  yaxşı  bələd  olan  nənələrimiz  xəmirə  bulaşmış  əllərinə  baxaraq  onun 

çırtladığını  görəndə,  tez  əl-ayağa  düşər,  ay  qız,  ay  gəlin,  hazırlaşın,  evə  qonaq 




129 

 

gələcək"  deyərdilər.  Qonağın  gələcəyini  qapı  ağzında  ayaqqabının  ayaqqabı  üstünə 



düşməsi  də  sınanmışdı  ellərimizdə.  Bir  də  görürdün  ki,  söhbət  əsnasında  deyərdilər: 

vay, sağ gözüm səyriyir" və ya sevinir, deməli, qonağımız gələcək[65]. 

Qədim  el  havalarında  da  ("Qonağam  sizə",  "Evlərinin  altı  qaya",  "Qaragöz") 

qonaqdan  söz  açılır[66].  Xalq  arasında  qonaqlıqla  bağlı  məzəli  əhvalatlar  da 

yayılmışdır.  Hətta  bəzən  qonaqla  bağlı  yer  adlarına  da  təsadüf  edilir.  Belə  ki, 

Azərbaycanın Quba bölgəsində Qonaqkənd adlı şəhər tipli qəsəbə vardır. 

Ev  sahibi  qonağın  adətən  təhlükəsizliyinə  təminat  verirdi.  Belə  ki,  ev  sahibi 

qonağın bütün rahatlığı ilə bərabər, sağ-salamat yola salınması, heç kəs tərəfindən ona 

xətər  yetirilməməsi  üçün  cavabdeh  olurdu.  Təsadüfi  bir  qonağın  və  ya  hər  hansı 

səyyahın  müəyyən  evdə  mehman  olduğu  müddətdə,  onun  qayğısına  qalmaq  ev 

yiyəsinin üzərinə düşürdü. Qonağın malının mühafizəsinə təminat da buraya daxil idi. 

Qonaq  evi  tərk  etdikdən,  yəni  yola  salındıqdan  sonrakı  vəziyyət  ev  sahibinin 

səlahiyyətindən kənar sayılırdı. Amma qonağın evi tərk etdikdə müəyyən bir xahişi və 

ya arzusu olardısa, təbii ki, onun istəyini yerinə yetirmək üçün ev sahibi əlindən gələni 

əsirgəməz  və  lazım  gələrsə,  qonağını  müəyyən  yerədək  ötürməyi  və  ya  lazımi  yerə 

aparmağı özünə borc bilərdi. 

Qonağa hörmət uzun əsrlər boyu hər bir ailənin, hər bir evin borcu sayılmışdır, 

qonaq isə müqəddəs, toxunulmaz bir şəxs hesab olunmuşdur. Heç şübhəsiz ki, bir sıra 

adətlər  kimi,  qonaqpərvərlik  adəti də  bəşəriyyətin  inkişaf  prosesi ilə əlaqədar  olaraq 

bir sıra dəyişikliklərə məruz qalmışdır. 

Qonaqpərvərlik ictimai həyatımızda, məişətimizdə, münasibətlərimizdə mənəvi 

keyfiyyətlərin hərtərəfli ifadəsinə xidmət edir. Cəmiyyətin tərəqqisinə yönəldilmiş bir 

adət  kimi  mədəniyyətlərin  yaxınlaşmasına  və  çulğalaşmasına  gətirib  çıxarır.  Əmin-

amanlığa  çağıran  bu  adətlə  xalqlar  arasında  yaranan  ünsiyyət  və  təmas  müsbət 

nəticələr verir. 

Azərbaycanda icra olunan qonaqpərvərlik adəti bir çox xalqlar üçün örnək ola 

bilər.  Bu  adət  hər  bir  dövrdə  və  təbii  ki,  hər  bir  cəmiyyətdə  xalqın  zövqünü,  həyat 

təcrübəsini  və  əxlaqını  nümayiş  etdirir,  zəngin  mənəvi  keyfiyyətlərinin  bariz 

nümunəsi kimi ön plana çıxır, insanlar arasında həssas münasibətlərin təzahürü kimi 

formalaşır.  İnsanların  həyatındakı  özünəməxsus  əlamətlər  rəngarəngliyi  ilə  seçilən 

keyfiyyətlərlə  yanaşı,  onların  dünyagörüşünə,  təfəkkür  tərzinə,  o  cümlədən 

qonaqpərvərliyə də sirayət edir. 

Azərbaycan  xalqının  mənəvi  sərvəti  olan  qonaqpərvərlik  adətində  zəngin 

ənənələrimiz,  xalqın  məişət  tərzi  öz  təcəssümünü  tapır  və  mövcud  olduğu  dövrün 

səciyyəvi  xüsusiyyətlərini  əks  etdirir.  Humanist  mahiyyətli  Azərbaycan 

qonaqpərvərliyi öz əhəmiyyətini və təsir qüvvəsini bu gün də itirməmişdir. 

Xalqımızın  mənəvi  mədəniyyəti  tarixində  mühüm  yer  tutan  Azərbaycan 

qonaqpərvərliyi  əsrlərin  keşməkeşindən  zəmanəmizə  qədər  gəlib  çatmış,  qorunub 

saxlanmışdır.  Milli  iftixarımız  olan  bu  adət  bütün  dünyada  bizə  şərəf  gətirmişdir. 

Qonaqpərvərlik Azərbaycan xalqının fədakar, cəfakeş olduğunu bir daha bariz şəkildə 




Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə