Azərbaycan xalqının ümummilli lideri



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə56/208
tarix01.11.2017
ölçüsü4,66 Mb.
#7722
1   ...   52   53   54   55   56   57   58   59   ...   208

125 

 

Əliməmməd  ağanın  gəldiyini  görcək  bütün  məclisdəkilər  ayağa  qalxır  (xan  və 



oğlundan başqa), onlara yuxarı başda yer göstərilir. Gələnlər oturanlara təzim edərək 

yuxarı başa keçib göstərilən yerdə əyləşirlər. Yeni gələnlər oturan kimi təkrar xana və 

ətrafdakılara  təzim  edirlər,  cavabında  da  yerdə  oturanlar  nizam  ilə  əyilib-qalxırlar". 

Y.V.Çəmənzəminli bu qonaqlıq süfrəsini belə təsvir edir: "Otağı başdan-başa tutmuş, 

yeri  sumağı  rəngdə  olan  incə  haşiyəli  xalının  ortasına  ətrafı  zəncirli  tirmə  süfrə 

salınmış, üstünə qızıl, gümüş qablarda şirni, çərəz və şərbətlər düzülmüşdü"[49]. 

Azərbaycana gələn dövlət xadimlərinə, hərbçilərə, yazıçı və alimlərə göstərilən 

qonaqpərvərliyə dair çoxlu tarixi fakt qeydə alınmışdır. Bu barədə H.Quliyev yazır: "I 

Pyotrun  Dərbənddə  yaşayan  azərbaycanlılar,  knyaz  Dolqorukinin  Bakı  və  Salyan 

əhalisi,  Şamaxı  hərbi  qubernatorunun  Şuşa  əhli  tərəfindən,  A.Bestujev-Marlinskinin 

Quba,  M.Y.Lermontovun  Qusar  camaatı,  Qazan  Universitetinin  professoru 

İ.Beryozinin  A.Bakıxanov  tərəfindən  mehribancasına  qarşılanması  və  onlara 

göstərilən qonaqpərvərlik buna misal ola bilər"[50]. 

Uzun  əsrlər  keçib,  Azərbaycanda  tarix  boyu  müxtəlif  mənşəli  gəlmə  tayfalar 

yerli  əhali  ilə  qaynayıb-qarışıb  və  milli  zəmində  heç  bir  fərq  hiss  etməyiblər. 

V.L.Veliçko  bu  barədə  haqlı  olaraq  yazır:  "Heç  şübhəsiz  ki,  azərbaycanlıların  qanı 

alicənab  qandır;  onlar  təbiətən  xeyirxah,  ürəyigeniş,  cəsarətlidirlər,  əqli  və  mənəvi 

inkişafa  qadirdirlər"[51].  Elə  bu  xüsusiyyətlərə  görədir  ki,  müxtəlif  dövrlərdə 

deportasiya  olunmuş  xalqlar  məhz  Azərbaycan  ərazisində  məskunlaşıb  yaşaya 

bilmişlər. 

Cəmiyyətdə  ən  mühüm  ünsiyyət  saxlamaq  vasitəsi  olan  qonaqpərvərlik  adəti 

müxtəlif  xalqların,  eləcə  də  eyni  xalqın  və  ya  müxtəlif  etnik  qrupların  üzvləri,  hətta  

bir  sıra  sosial  təbəqələr  arasında  geniş  yayılmışdır.  Qonaqpərvərlik  bir-birindən 

uzaqda  yaşayan  millətləri  bir-birinə  doğmalaşdırır,  bu  da  tərəqqiyə,  mədəni  inkişafa 

xidmət edir. Gündən-günə möhkəmlənən qarşılıqlı əlaqələr, yaxınlaşma, zənginləşmə 

obyektiv inkişaf prosesidir. Qonaqpərvərliyin icrası yalnız yaxşı

 

süfrə bəzəyib qonağı 



yola  salmaqdan  ibarət  deyildir.  Qonaqpərvərlik  həm  də  fikirləri,  düşüncələri 

bölüşməkdir. O, intellektual  səviyyənin  daha  da  inkişafı üçün bir vasitə,  mədəniyyət 

və mənəviyyat ətrafında fikir mübadiləsi deməkdir. Qiraət etməklə bilik sahibi olmaq, 

tarixin  incəliklərinə  vaqif  olmaq  kimi  xüsusiyyətlər  həmin  məclislərdə  mühüm  yer 

tutmuşdur. 

Kənd  həyatında  müşahidə  olunan  qonaqpərvərlik  adəti  özünəməxsusluğu  ilə 

daha  da  fərqlənirdi.  Burada  dinin  də  müəyyən  dərəcədə  təsiri,  rolu  şübhəsizdir.

 

Ümumiyyətlə,  dinin  yayıldığı  ərazilərdə  cəmiyyətin  inkişafına  onun  təsiri 



inkaredilməzdir.  Qonaqpərvərlik  və  din  bir-biri  ilə  müəyyən  mənada  sıx  tellərlə 

bağlıdır. Təsadüfi deyil ki, qonaq Allah müsafiri sayılır. Bu xüsusiyyət Azərbaycanda 

geniş yayılmışdır. Məsələn, Allah qonağı istəmirsinizmi? - sualına ev sahibinin cavabı 

belə olur ki, "Allaha da qurban olum, qonağına da". Qonaq da bilir ki, heç vaxt getdiyi 

yerdən rədd cavabı almayacaq, dəvətsiz də gedə bilər və kobud söz eşitməz. Ona görə 

də qətiyyətlə hər hansı bir evin qapısını utanmadan döyə bilər. 




126 

 

Evində  yedirdib-içirdib  yola  salmaq,  qonağın  müxtəlif  ehtiyaclarını  təmin 



etmək  o  qədər  təbii  hal  almışdı  ki,  bunu  başqa  cür  təsəvvür  etmək  belə  mümkün 

deyildi. Qonaqlar arasında ayrı-seçkilik qoyulmurdu. Kasıblara belə əl tutmaq özü də 

qonaqpərvərliyə  xas  xüsusiyyətlərdən  idi.  Qonaqlara  xidmət  bununla  bitmiş  hesab 

olunmur.  Bəzən  evinə  ən  əziz  qonağı  gəlmiş  adam  yalnız  evdə  onun  qulluğunda 

durmaqla kifayətlənməyib, bulaq başına, meşənin qoynuna aparmağı da zəruri sayır. 

Qonaqpərvərlik  adəti  xüsusən  bayram  mərasimlərində  özünü  qabarıq 

göstərirdi.  Ramazan  bayramında  iftara  qonaq  dəvət  etmək  və  ya  gedərkən  şirni 

aparmaq,  Qurban  bayramında  isə  qurbanlıq  ətindən  də  götürüb  yaxın  qohumlara, 

qonşulara  paylamaq  məqsədilə  qonaq  getmək  artıq  bir  ənənə,  borc  halını  almaqla 

yanaşı, həm də savab sayılır. Belə ki, bu bayramlarda nəfsi qorumaqla bərabər, oruc 

tutanlara  ziyafət  vermək,  imkanı  olanların  mərhəmət  göstərib  Allah  yolunda  qurban 

dedikləri heyvanların ətinin bölüşdürülərək paylanması kimi keyfiyyətlər insanları bir-

birinə  isinişdirir  və  daha  da  yaxınlaşdırır.  Xüsusən  də  Novruz  bayramı  günlərində 

hamı  bir-birinə  qonaq  gedərdi,  küsülülər  barışar,  hədiyyə  təqdim  olunar,  şirnilər 

paylanardı. 

Öz  zənginliyi  və  rəngarəngliyi  ilə  seçilən  Novruz  bayramı  mərasimlərində 

Hollandiya dənizçisi Yan Streys də iştirak etmişdir. Dənizçi azərbaycanlıların Novruz 

bayramını necə qeyd etdiklərindən söhbət açır. O, eyni zamanda qonaq olduğu xanın 

açdığı  süfrənin  təsvirini  verir.  Bununla  yanaşı,  müəllif  daha  sonra  yazırdı  ki,  bizim 

zadəganlar,  mən  də  onlarla  birlikdə,  gah  bu,  gah  da  digər  azərbaycanlının  yanına 

yeməyə  qaçırdıq  və  möhkəm  əmin  idik  ki,  müsəlmanların  yemək-içməyi  ilə  bizim 

boş, ac qarınlarımız  arasında  din ayrılığı barədə  heç bir narazılıq  yaranmayacaq. Bu 

isə öz növbəsində, Azərbaycanda qonağa hörmət barədə  fikrimizi təsdiq etməyə əsas 

verir.    Doğrudan  da  yurdumuzda  qonaqlara  heç  bir  fərq  qoyulmamış,  dini  və  milli 

mənsubiyyətinə  görə  əsla  ayrı-seçkilik  edilməmişdir.  Burada  yardımsevərlik, 

xeyirxahlıq,  səmimilik,  dürüstlük,  sadəlik  və  müxtəlif  xalqlara  münasibət  məsələləri 

bir-biri ilə çulğalaşmışdır. 

Etnoqrafik 

materiallar 

Ordubad 


bağbanları 

arasında 

xüsusi 

bir 


qonaqpərvərliyin  mövcudluğunu təsdiq edir. Bu adət bostanpozma adlanırdı. Məhsul 

yığımından sonra bağbanlar qonaq çağırır və onu yola salarkən yetişdirdikləri müxtəlif 

məhsullardan pay qoyurlar[52]. Göründüyü kimi, el-oba heç vaxt bir-birindən kömək 

əlini əsirgəməyib, dara düşənə birgə səylə yardım etməyə çalışıb. Əvəzsiz yardımetmə 

halları bu gün də mövcuddur. 

Azərbaycanda  qonaqpərvərlik  vasitəsilə  icra  olunan  digər  adətlərdən  biri  də 

damazlıq adətidir. Belə ki, heyvanı olmayan kəndli qonaqlıq edib ən yaxın adamlarını 

evinə dəvət edir və elə bu məclisdə gələnlər ona hansı heyvanı bağışlaya biləcəklərini 

elan edirlər. Ertəsi gün vəd etdikləri heyvanı göndərirlər. 

Müasir dövrdə qonaqpərvərliyə bir sıra hallarda xüsusi diqqət yetirilir ki, bu da 

özünü ad günləri, elçilik, nişan və toy mərasimləri zamanı daha qabarıq şəkildə büruzə 

verir.  Ad  gününü  təbrik  etmək  dəb  halını  almışdır.  Bu  zaman  ad  günü  qeyd  olunan 




Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə