Azərbaycan xalqının ümummilli lideri



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə58/208
tarix01.11.2017
ölçüsü4,66 Mb.
#7722
1   ...   54   55   56   57   58   59   60   61   ...   208

130 

 

təsdiq  edir.  Qonağa  müstəsna  diqqət  və  tükənməz  qayğı,  sədaqət  və  inam  sağlam 



mənəvi-əxlaqi tərbiyəni özündə əks etdirir. 

Azərbaycanda  yaşayanlar  nəyə  qadir  olduqlarını  uzun  əsrlər  boyu  öz  yaxşı 

əməlləri ilə sübuta yetiriblər. Xüsusən də qonaqpərvərlik adəti ilə hər şeyin fövqündə 

durduqlarını açıq-aşkar göstəriblər. 

Qonaq  yaxşı qarşılanarsa, ev sahibi də ad-san qazanar və bu xüsusiyyətə görə 

xalqın şöhrəti ölkənin hüdudlarından kənarda yayılar. 

Mənəvi  tərbiyənin  inkişafında  ülviyyətə 

səsləyən  bir  adət  olaraq 

qonaqpərvərlik müstəsna rol oynayır. 

 

 

 

 

 

 



131 

 

MUSĠQĠ 

 

                         Musiqi can verir ruha əzəldən

                              Musiqi qəlb alır min bir gözəldən. 

                    Xəyalı oxşayan hər təranəsi 

                           Bir şair qəlbidir, bir canan səsi. 

                           Hər incə pərdənin öz aləmi var

                             Bəzən nəşəsi var, bəzən qəmi var. 

                  Musiqi daşları gətirir dilə

                         Ram olur səsinə vəhşilər belə... 

                                                    Səməd Vurğun 

 

Azərbaycanı  dünya  xalqları  musiqili,  şairli-şeirli,  sazlı-sözlü,  min  bir  avazlı, 

Nizamili,  Füzulili,  Urməvili,  Marağalı,  Nəvvablı,  Ələsgərli,  Üzeyirli,  Vurğunlu, 

Şəhriyarlı xalq kimi tanıyır. Bitməz-tükənməz musiqimiz əsrlərcə xalqımızın ürəyində 

döyünmüş,  qanına  hopmuş,  iliyinə  işləmişdir.  Böyük  Üzeyir  Hacıbəyov 

azərbaycanlıların musiqi istedadına qiymət verərək yazır: "Qafqaz millətləri içərisində 

musiqiyə ən müstəfid olanları Azərbaycan türkləridir desək, zərrəcə mübaliğə olmaz. 

Bunların bir çoxu, məşhur xanəndə və sazəndələri yalnız özlərinin içində deyil, bəlkə 

ümumi Qafqaz millətləri arasında tanınmış və şöhrət qazanmış musiqarlardır"[1]. 

Əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə keçən, xalqın nəcib duyğu və arzularını, 

hüzn və həsrətini, nisgil və kədərini, mübarizə və qələbəsini tərənnüm edən çoxəsrlik 

Azərbaycan xalq musiqisi öz dərin rişələrindən qidalanaraq cilalanmış və küreyi-ərzin, 

demək olar ki, hər yerində səslənərək özünə layiq şərəfli bir yer tutmuşdur. 

MusiqiĢünaslıq. Dünya musiqisinin təşəkkül tapması, inkişaf etməsi və müasir 

dövrdə  yüksək  səviyyəyə  yüksəlməsində  qədim  və  zəngin  mədəniyyətə  malik  olan, 

geniş ərazidə məskunlaşan türk xalqlarının rolu son dərəcə böyük və əvəzedilməzdir. 

Bu xalqların təbiətində,  mənəviyyatında, dünyagörüşündə,  düşüncə  tərzində, dilində, 

qəlbində  ecazi  musiqi  aləmi  hökmrandır.  Onların  özləri  kimi  torpaqlarında  da  bir 

əsrarənglik, avazlıq, şairanəlik, heyrətamiz gözəllik qərar tutur. Orta əsr Şərq musiqi 

mədəniyyətini zinətləndirən, dövrünün ən qüdrətli musiqişünas alimi Səfiəddin Əbdül 

Mömin  ibn  Yusif  ibn  Faxir  əl-Urməvi  1216-cı  ildə  Urmiya  şəhərində  doğulmuş, 

burada  boya-başa  çatmışdır.  Səfiəddin  o  dövrdə  İslam  dünyasının  mədəni  mərkəzi, 

böyük  elm  ocağı  sayılan  Bağdad  şəhərinə  gedir,  "Müstənsəriyyə"  mədrəsəsində 

təhsilini davam etdirir. Bir sıra Şərq

 

dillərini öyrənən gələcəyin böyük sənətkarı gərgin 



əməyi, fövqəladə istedadı nəticəsində tarix, ədəbiyyat, xəttatlıq, musiqi və başqa elm 

sahələrində məşhurlaşmağa başlayır (2).  

Lakin  bir  an  belə  əfsanəvi    udunu  dilə  gətirməyi  unutmayan  Urməvi  imkan 

düşdükcə  saray  şənlik  və  təntənələrində  iştirak  edər,  Şərq  musiqisini  acgözlüklə 

dinləyər, məqam düşdükcə ara-sıra özü də çalardı. 

"Məcmu-məxtut"  adlı  bir  əsərdə  deyilir:  "...O,  ud  çalmaqda  öz  zamanında 




132 

 

əvəzsizdir".  XIV  əsrin  əvvəllərində  yaşayan  bir  ədib  Səfiəddinin  məclisində  iştirak 



edərək hadisəni müşahidə edənlərdən biri ilə danışmışdır. Müşahidəçi demişdir: "Bir 

gün ruzigarın əllaməsi, hünər və sənətin ustadı Səfiəddin Əbdül Möminin hüzurunda, 

Bağdad bağlarının birində imiş. Ustad ud çalırmış. Musiqinin gözəl sədası yaxınlıqda 

pərvaz edən bülbülü cəlb edir. Bülbül səsə gəlir. Uçub qarşıdakı budağa qonur. Sonra 

daha da yaxınlaşıb musiqini dinləyənlərin lap yanına gəlir. Nəhayət, sevincdən coşub 

qanad  çalmağa  başlayır,  udun  səsinə  səs  verir,  axırda  o  qədər  şeyda  olur  ki,  gəlib 

adamların arasında oturur, oxuyur"[3]. 

Urməviyə dünyəvi şöhrət qazandıran,  musiqi aləmində əvəzsiz inci sayılan iki

 

kitabı  daha  məşhurdur.  Onlardan  biri  1252-ci  ildə  Bağdadda  tamamlanan  "Kitab  əl-



ədvar"  ("Musiqi  dövrləri  haqqında  kitab")  əsəridir.  O  bu  əsəri  tanrıya  müraciətlə 

başlayır  və  risalənin  əhəmiyyətini  yada  salır:  "Əmrlərinə  tabe  olduğum  və  qəlbinin

 

istəklərinə əməl etməkdə xoş əlamət gördüyüm mənə tapşırdı ki, onun üçün müəyyən 



intervallar  və  silsilələr  haqqında,  ritmik  dairələr  və  onların  növləri  haqqında  qısa 

məlumat yazım, bu, elmə və təcrübəyə bir xeyir versin. Onun tapşırığına itaətkarlıqla 

əməl  edərək,  mən  hafizəmdə  olanları  yazdım.  Bu  sənəti  diqqətlə  öyrənən  əvvəllər 

bilmədiyi və çoxusunu zamanın məhv etdiyi bir sıra şeylərə vaqif olar" (4).  

Ərəb dilində yazılan əsər on beş fəsildən ibarətdir. Musiqinin bir sıra  mühüm

 

sahələrini  özündə  cəm  edən  əsər  öz  əhəmiyyətini  indi  də  saxlamaqdadır.  Burada 



musiqi  səsinin  gücü,  pərdələrin  bölüm  qaydaları,  intervallar  və  onların  nisbətlər 

qaydaları,  ritmlər,  çalğı  alətləri,  muğamlar  və  onların  adları,  ifa  tərzləri,  emosional 

təsiri  və  bir  sıra  başqa  mühüm  məsələlərə  geniş  yer  verilir.  Əsərin  ən  maraqlı 

cəhətlərindən biri də  not  yazısı  məsələsidir. Səfiəddin özünəməxsus  ustalıqla  musiqi 

səslərini  kağız  üzərində  qeydə  götürmüşdür.  Onun  səs  düzümü  udun  sim  və 

pərdələrini nəzərə alaraq tərtib edilmişdir. 

Səfiəddin  orta  əsr  Şərqinin  böyük  musiqişünası  və  yeni  musiqi  sisteminin 

banisi, Şərqdə yazı notu icad edən ilk bəstəkar hesab olunur[5]. 

Səfiəddin  Urməvinin  digər  mıısiqi  əsəri  "Risaleyi-Şərəfiyyə"  adlanır.  Alim 

risaləni  XII  əsrin  70-ci  illərində  Təbriz  şəhərində  yazmışdır.  O,  əsərin  yazılmasının 

səbəbini  bildirərək  yazır:  "Bu  bir  əsərdir  ki,  harmonik  nisbətlər  haqqında  elmi 

araşdırır  və  bunu  qədim  yunan  müdriklərinin  müəyyənləşdirdiyi  əsaslar  üzərində 

bəyan edir. Eyni zamanda onların əsərlərində və müasir alimlər tərəfindən yaradılmış 

əsərlərdə  rast  gəlmədiklərimi  də  bura  əlavə  etmişəm.  Bu  əsər  "Hakimi-aləmin" 

kitabxanasının zənginləşdirilməsi naminə yazılmışdır"[6]. 

"Risaleyi-Şərəfiyyə" beş fəsildən ibarətdir. Alim əsərində səs, səsin yaranması, 

səs  birləşmələri,  intervallar  arasında  nisbətlərin  təsnifi,  onların  müəyyənləşdirilmə 

qaydaları,  vəznlərin  mahiyyəti,  melodiya  yaratmaq  məsələləri  və  musiqi  alətləri 

haqqında dərin elmi araşdırmalar aparır və nəzəri mülahizələr söyləyir. 

Böyük musiqişünas həm də iki simli alətin yaradıcısıdır. Onlardan biri "nühzə" 

(əylənmə),  digəri  isə  "muğni"  (sövq  verən)  adlanır.  Nühzə  "çəng"  (arfa)  və  kanon 

formasında  tərtib  olunmuşdur.  Dördbucaqlı  formalı,  qırmızı  söyüd  ağacından 




Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə