Azərbaycan xalqının ümummilli lideri



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə59/208
tarix01.11.2017
ölçüsü4,66 Mb.
#7722
1   ...   55   56   57   58   59   60   61   62   ...   208

133 

 

düzəldilmiş bu alət 81 simdən ibarətdir. Simlər alətin üzərinə elə bir üsulla çəkilir ki, 



hər üç sim yerdə köklənə bilsin... Quruluşu kanon, rübab və nühzədən əxz edilmiş bu 

alət  (müğni  -  T.B.)  sarı  ərik  ağacından  düzəldilmişdir.  Çanağı  rübab  çanağından 

böyük,  həm  də  enli  və  üçbucaq  formalıdır,  onun  dəstəsində  33  sim  vardır[7].  Onun 

haqqında  hələ XIV əsrdə  yaşamış böyük Azərbaycan musiqişünası Xacə Əbdülqadir 

Maraği  "Məqasid  əl-əlhan"  əsərində  yazır:  "...Müstəsim  zamanının  ən  görkəmli 

alimlərindən biri olan Əbdül Mömin Səfiəddin Urməvi elm ilə əməlin vəhdəti rəmzi, 

bir  çox  görkəmli  sənətkarların  müəllimi  olmuşdur.  Şərqin  məşhur  musiqişünasları 

Şəmsəddin  Səhrəvərdi,  Əli  Sitayi,  Həsən  Zafer  və  Hüsaməddin  Qotluq  Buğa  onun 

yetişdirmələridir"[8]. Səfiəddin 1294-cü ildə Bağdad həbsxanasında vəfat etmişdir. 

Əbdülqadir  Marağayi.  Şərqin  musiqi  məclisində  öz  yeri,  səsi,  sözü  ilə 

şöhrətlənən Əbdülqadir ibn Qeybi əl-Hafiz əl-Marağayinin doğulduğu il dəqiq məlum  

deyil. Onun təxminən XIV əsrin ortalarında Marağa  şəhərində dünyaya  gəldiyi qeyd 

edilir. 


Ölməz bəstəkarımız Üzeyir Hacıbəyov yazır: "Yaxın Şərq xalqları musiqisinin 

nəzəri  və  əməli  inkişaf  tarixində  başlıca  yeri  dünyada  məşhur  olan  iki  nəfər 

Azərbaycan  alimi,  nəzəriyyəçi,  musiqişünas  tutur:  Səfiəddin  Urməvi  və  Əbdülqadir 

Marağayi (XIV əsr)" (9). 

Əbdülqadir Marağayinin musiqi təlimi  sahəsində  müxtəlif illərdə yazılmış bir 

sıra  qiymətli  əsəri  olmuşdur.  "Came  əl-əlhan",  "Məqasid  əl-əlhan",  "Kənz  əl-əlhan" 

adlı  əsərlərində    musiqinin    nəzəri  və  əməli      məsələləri      barədə    ətraflı  məlumat 

verilir. Əbdülqadirin "Came-əl-əlhan" əsərində musiqi elmi, təsniflər, musiqi alətləri, 

çalıb-oxumaq  qaydaları  və  bir  sıra  başqa  musiqi  sahələri    barədə    zəngin    məlumat 

verilir.  C.Farmer  göstərir  ki,  Marağayinin  öz  dəsti-xəttilə  yazılan  bu  əsərdən    iki  

nüsxənin    biri    "Nuri  Osmaniyyə",  digəri  isə  Oksford  Universitetinin    Badalyan  

kitabxanasında saxlanılır. 

Marağayinin  "Kənz  əl-əlhan"  adlı  başqa  bir  musiqi  əsəri  təranələr  xəzinəsinə 

həsr edilmişdir. Təəssüf ki, bu əsərdən hələlik bir nüsxə əldə edilməmişdir. Təkcə onu 

demək  olar  ki,  Marağayi  "Məqasid  əl-əlhan"  əsərində  özü  bəstələdiyi  təsnif  və 

havaların adlarını çəkir və oxuculara bu məsələlər barədə daha ətraflı məlumat almaq 

üçün  "Kənz  əl-əlhan"  əsərinə  müraciət  etməyi  tövsiyə  edir.  Marağayinin  məşhur 

musiqi əsərlərindən biri də "Məqasid-əl-əlhan"dır. Əsər "Badalyan", İstanbulda "Rauf 

Yektabəyin"  kitabxanaları  və  Leyden  Universitetinin  kitabxanasında  saxlanır.  Lakin 

İranın Məşhəd kitabxanasında saxlanılan nüsxənin əsli və ən qədim olduğu göstərilir. 

Bu nüsxədə müəllifin zərif və gözəl xətti nəzərə çarpır. Kitabın 1418-ci ildə yazıldığı 

aydın oxunur. 

Kitab  88  səhifədən  ibarətdir.  Kitabdakı  başlıqlar,  musiqi  alətlərinin  adları, 

başqa izah və məlumatlar seçilsin deyə qırmızı hərflə yazılmışdır. 

Kitab  müqəddimə,  12  bölmədən  və  bir  neçə  fəsildən  ibarətdir.  Əbdülqadir 

müqəddimədə  yazır:  "Kitabı  qədim  müəlliflərin  fikirlərindən  istifadə  edərək  qələmə

 

aldım.  Əsəri  çox  ixtisarla  yazmağa  çalışdım.  Məqsədim  odur  ki,  oxucular  müxtəlif 




134 

 

kitablara  müraciət  etməyə  ehtiyac  duymasınlar".  Əsərdə  səsin  yaranması  və  hansı



 

amillərə  tabe  olması,  nəğmə  və  fəsil  barədə  izahlar,  simlərin  lazımi  nisbətlərə 

bölünməsi    və    simlərin    müxtəlif  qaydada  köklənməsi  yolları  haqqında  olduqca 

qiymətli fikirlər vardır. Əsas pərdələr, onların düzülüşü,  simlər üzərində barmaqların 

gəzişməsi,  dəvələr,  avazlar  və  onların  qədim  şöbələri  və  elmi  şərhləri  izah  edilir. 

Sonra  təsniflərin  bəstələnməsi  qaydaları,  onların  adları,  musiqinin  təsir    gücündən  

ətraflı  bəhs  edilir.  Kitabın  ən  maraqlı  bölmələrindən  biri  də  çalıb-oxumağın  qanun-

qaydaları,  məşhur  çalğıçılar,  oxuyanlar,  musiqi  alətləri  və  onların  istifadə  edilməsi 

yolları şərh edilir[10]. 

Marağayi  də  Urməvi  kimi  musiqi  yazı  işarələri,  tabulatura  düzəltmək  işində 

böyük təşəbbüskarlıq göstərmişdir. Hətta onun bəzi kitablarında sadə tabulaturalar öz 

əksini tapmışdır. 

Marağayinin  hələ  XV  əsrdə  ana  dilində  yazdığı  şeri  insana  musiqi  təsiri 

bağışlayır: 

  Ey cami cahan bəhre səfa bizni unutma

   Vey mahi cəbin mehri liqa bizni unutma. 

                              Ayrılması canım qılınc ilə eşqindən. 

 Gər çərxi-fələk qıldı cida bizni unutma. 

       Vardır Kərəmindən bu qədər bircə təvəqqə, 

  Gər saldı cida bizni qəza, bizni unutma. 

Biz, Şərqin bu böyük oğlunu düşünərkən gözümüz önündə musiqinin nəzəri və 

əməli  problemlərinə  əvəzsiz  incilər  bəxş  edən  alim,  musiqiyə  şeir  qoşan  gözəl  şair, 

şerə  musiqi  bəstələyən  ustad  bəstəkar,  bəstələdiyi  mahnını  özünəməxsus  avazla 

oxuyan  təbli  müğənni,  oxuduğu  havaları  mahirən  çalan  çalğıçı,  müdrik  kəlamlarını 

zərif qəlbi və  zərif barmaqları ilə vərəqlərə  nəqş edən rəssam və  xəttat  Marağayinin 

ölməz obrazı canlanır. 



Əbubəkir  ġirvani  və  Nurəddin  Maraği.  Əbdülqadir  Marağayinin  həməsri 

olan  görkəmli  Azərbaycan  musiqi  xadimlərindən  biri  də  Məhəmməd  ibn  Əbubəkir 

Şirvanidir. 

Əbubəkir  Şirvani  tam  mənasında  dövrünün  musiqi  sultanı  olmuşdur.  Onun 

həyat  və  zəngin  yaradıcılığı  haqqında  məlumat  hələlik  son  dərəcə  azdır.  Musiqi 

ümmanından  bizə  yadigar  qalan  "Musiqi-İxvanus  Səfa"  adlı  əsəri  xalqımızın  musiqi 

tarixinin  öyrənilməsində  xüsusi  əhəmiyyət  kəsb  edir.  Həmin  əsərdə  musiqimizin 

nəzəri və əməli məsələlərinə dair qiymətli fikirlər söylənilir[11]. 

XV  əsr  görkəmli  Azərbaycan  musiqişünası  Nurəddin  Marağinin  də  böyük 

xidmətləri olmuşdur. Onun 1413-cü ildə yazdığı "Məqasid-əl-ədvar" əsəri Şərq musiqi 

mədəniyyətinə töhfə kimi qiymətləndirilir. Əsərdə musiqinin tarixi, nəzəri məsələləri, 

alətlərin adları və istifadə tərzi haqda bəzi maraqlı məlumat verilmişdir. 

XV-XVI  əsrlərdə  yaşayıb-yaratması  ehtimal  olunan  Əbdülmömin  ibn 

Səfiəddin  ibn  Məhyəddinin  "Behcat  ər-ruh"  musiqi  əsəri  ən  kamil  və  bitkin  musiqi 

araşdırması sayılır. Əsər müqəddimə, on fəsil və nəticədən ibarətdir[12]. 



Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə