Azərbaycan xalqının ümummilli lideri



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə53/208
tarix01.11.2017
ölçüsü4,66 Mb.
#7722
1   ...   49   50   51   52   53   54   55   56   ...   208

117 

 

olarkən  şahı öz  əyanlarının əhatəsində  gördük. Mən oranın adətincə  baş əydim  və  o 



mənə  xalçanın  üzərində  oturmağı  təklif  etdi.  Sonra  bizə  oranın  adətincə  bişirilmiş 

dadlı  yeməklər  təqdim  edildi.  Görüşüb  ayrıldıq.  O  bizi  yenə  dəvət  etdi.  Lütfkarlıqla 

bizə  çay  kənarında  tikilmiş  sarayını  göstərdi.  Burada  da  o  bizi  müxtəlif  şirniyyat 

şeylərinə  qonaq etdi. Ümumiyyətlə, Uzun Həsən tərəfindən tez-tez  dəvət  olunurduq. 

Bəzən  biz  onun  çadırında  yemək  yeməli  olurduq.  Uzun  Həsənin  yanında  olmadıqda 

isə o bizə çox vaxt müxtəlif tələbat mallarını özü göndərirdi. Təcili olaraq məni evlə 

də  təmin  etdilər"[28].  Xatirələrində  Uzun  Həsənin  qonaqlara  göstərdiyi  iltifat 

haqqında bəhs edən müəllif fikrinə davam edərək yazır ki, Uzun Həsənin yanına dəvət 

olunanda  onun  tərəfindən  bizə  bəxş  edilmiş  kaftan  təqdim  olundu.  Sonra  isə  o  bizə 

pul,  müxtəlif  əşyalar  və  at  göndərdi.  Nəhayət,  Şamaxıdan  Dərbəndə  yola  düşərkən 

zaman-zaman türk kəndlərində qalırdıq, orada bizi çox yaxşı qarşılayırdılar[29]. Belə 

xatirələr Antoni Cenkinson tərəfindən də qələmə alınmışdır. İngilis taciri və dənizçisi 

Antoni  Cenkinson  XVI  əsrdə  böyük  dəniz  səyahətinə  çıxmış  və  Azərbaycan 

ərazisində də olmuşdur. Xatirələrində  müəllif xalqımızın qonaqpərvərlik adətinə dair 

məlumat  da  vermişdir.  O,  Şamaxıda  Abdulla  xanın  yanında  qonaq  olarkən 

səmimiyyətlə  və  çox  yaxşı  qarşılandığını  qeyd  edir.  Nahar  yeməyinə  dəvət 

olunduğundan söhbət açan qonaq hörmət əlaməti olaraq ona ev yiyəsinin yanında yer 

göstərildiyini  söyləyir.  Yerə  qiymətli  xalı  döşəndiyini  və  burada  dəvət  olunanların 

yerdə ayağı qatlanmış vəziyyətdə oturduqlarını (bardaş qurub oturmaq nəzərdə tutulur 

B.Ş.) qeyd edir. "Onlar

 

görəndə ki, mən bu cür oturmağa adət etməmişəm, məxsusi 



mənim  üçün  masa  gətirilməsi  rica  olundu.  Beləliklə,  süfrə  salındı  və  onun  üzərinə 

müxtəlif  yeməklər  düzüldü. Sayı 140 olardı. Bunu  yığışdırıb yerinə  meyvələrlə  dolu 

və  digər  yeməklərlə  bəzədilmiş  (sayı  150  olardı)  süfrə  açdılar.  Mənə  burada  "xoş 

gəldin"  deyildi.  Ertəsi  gün  isə  məni  ova  dəvət  etdilər.  Ov  əyləncəli  keçdi.  Dönəndə 

oranın  adətilə  tikilmiş  uzun  paltar  təqdim  etdilər  və  məni  geyindirib  xanın  yanına 

apardılar. Əlini öpdüm. Sonra o məni yanında oturtdu və naharı birlikdə etdik. Söhbət 

əsnasında  ovun  necə  keçdiyi  barədə  xəbər  aldı.  Qayıdarkən  mənə  əla  at  bağışladı. 

Yolu  davam  etmək  üçün  hətta  bələdçi  və  nəzarətçi  də  verdi.  Nəhayət,  Ərdəbilə 

çatarkən  xaricilər və  müxtəlif səyahətçilər üçün nəzərdə  tutulmuş ağ daşdan tikilmiş 

karvansarada  yerləşdirildik.  Burada  hamı  ərzaq  və  at  üçün  yemlə  təmin  olunur"[30]. 

Hər hansı bir səyyahın və ya tacirin müəyyən bir evə qonaq sifəti ilə müraciət etməsi 

və  yüksək  səviyyədə  qəbul  olunması  qonaqpərvərlik  adətinin  Azərbaycanda  mühüm 

əhəmiyyət kəsb etdiyinə dəlalət edir. Şah İsmayıl Xətayi yazır: 

      Yenə mehman gördüm, könlüm şad oldu, 

      Mehmanlar, siz bizə səfa gəldiniz! 

      Qar-qış yağar ikən, bahar-yaz oldu, 

       Mehmanlar, siz bizə səfa gəldiniz![31] 

Varlı adamların, dövlətlilərin həyətlərində qonaqlar üçün ayrıca tikili mövcud 

olurdu.  Belə  tikililər,  adətən,  ümumi  həyətin  münasib  yerində  inşa  edilirdi. 

Karvansaraların olmadığı yerlərdə (əsasən dağlıq bölgələrdə və kəndlərdə) buna daha 




118 

 

çox ehtiyac duyulurdu. 



Qonaq  evi  görkəmi,  yaraşığı  və  sahmanı  ilə  diqqəti  cəlb  etməlidir.  Onun 

bəzədilməsi də mühüm şərtlərdən hesab olunur. Bu həm ev sahibinin zövqünü, həm də 

qonağa  hörməti  əks  etdirən  əlamətdir.    Evin  və  ya  qonaq  üçün  ayrılmış  otağın 

bəzədilməsi onun  rahatlığını  və  tam  sərbəstliyini təmin etmək məqsədi daşıyır. Hər 

bir  ailə  belə  evlərin  və  ya  otaqların  əsasən  xalçalarla  bəzədilməsinə    üstünlük  verir. 

Özü  də  qonaq  otaqlarını  bəzəmək  üçün  bir  neçə  xalçadan  ibarət  dəst  xalçalar 

ölçüsünə,  formasına  və  kompozisiyasına  görə  müxtəlif  olur:  otağın  orta  hissəsinə 

sərilmiş iri xalça (xalı), yuxarı tərəfdə yerə salınan "baş" xalça və ortadakı iri xalçanın 

yanlarında  salınan  "kənarə  xalça"[32]. 

Bundan  əlavə,  qonaq  otaqları  yataq 

ləvazimatı ilə təchiz olunur və müxtəlif 

əşyalarla,  hətta  musiqi  aləti  ilə 

tamamlanırdı.  Ev  sahibinin  qonaq 

qarşısında  böyük  məsuliyyət  daşıması 

ilə  bərabər,  qonağın  da  özünü  necə 

təqdim  etməsi,  ədəb-ərkanı  da  vacib 

sayılır.  Qarşılıqlı  anlaşma  və  səmimi 

münasibət  öz  növbəsində  qonağın 

davranış  tərzində  təzahür  edirdi.  Ədəb 

qaydalarına  uyğun  hərəkət  etmək, 

təmkinini pozmamaq, düşdüyü yad mühitdə, oranın adətinə müvafiq davranmaq kimi 

xüsusiyyətlər  qonağın  üzərinə  düşən  məsuliyyətdir.  Qonaq  qətiyyən  ailənin  daxili 

işlərinə qarışmamalı və yersiz müdaxilə etməməli idi. Beləliklə, ev sahibi və qonağın 

qonaqpərvərlikdə  mövcud  davranış  qaydalarına  riayət  edərkən  hərəkətləri  ölçülü 

olmalı,  bir-birini  tamamlamalı,  xalqın  adətlərinə  uyğun  şəkildə  icra  olunmalı, 

qarşılıqlı səmimiyyətlə müşayiət edilməli idi. 




119 

 

Azərbaycanda  olarkən  lütfkar  və  nəzakətli  tacirlər  tərəfindən  dəfələrlə  qonaq 



edilən,  mehribanlıq,  gülər  üz  görən  XVII  əsr  alman  alimi  Adam  Oleari  öz 

məlumatlarında qeyd edir ki, azərbaycanlılar bizim üçün yeni, çoxdan arzu etdiyimiz 

bir  xalq  idi  ki,  biz  onlarla  daha  yaxından  tanış  olmağa  can  atırdıq.  Müəllif  qonaqlıq 

mərasimində musiqinin müşayiətindən və musiqi alətlərindən də söhbət açır[33]. 

Adətə  görə,  çalğı  olan  məclisdə  ona  qulaq  asmamaq,  başqa  bir  işlə  məşğul 

olmaq, çox danışmaq ədəb qaydalarından kənar sayılırdı. 

Şamaxıda  varlı bir adamın evində  qonaq qalan Aleksandr Düma  xatırlayır ki, 

ev  yiyəsi  onun  şərəfinə  yaxşı  süfrə  açmış,  şam  və  çıraq  yandırılmış,  xalça  ilə 

bəzədilmiş xüsusi bir otaqda hər cür rahatlığının təmin olunmasına imkan yaratmışdı. 

Hətta A.Düma özünün qaldığı otaqda masa üzərində kağız və qələm belə qoyulduğunu 

qeyd  edir[34].Qonaq  evinin  və  ya  otağının  bəzədilməsi  heç  də  formal  xarakter 

daşımırdı. Evin içi və ya qonaq otağı yüksək zövqlə bəzədilirdi. Qonaq burada qaldığı 

müddətdə  otaqda  olan  hər bir əşya  qonağın istifadəsinə  və ixtiyarına  verilirdi,  lazım 

gəlsə,  hətta  ona  bağışlana  da  bilərdi.  Əlbəttə,  ev  sahibləri  qonaq  evlərinin  daxili 

görkəmi  ilə  yanaşı,  xarici  görkəminin  də  yaraşıqlı  olması  üçün  əllərindən  gələni 

əsirgəmirdilər.Azərbaycan  ərazisinə  müxtəlif  məqsədlərlə  təşrif  buyurmuş  qonaqları 

müvəqqəti sığınacaq yerləri olan ev tipli karvansaralarda yerləşdirirdilər. Azərbaycana 

müxtəlif  zamanlarda  gəlmiş  səyahətçilər  və  tacirlərin  demək  olar  ki,  əksəriyyəti  belə 

karvansaraların  mövcudluğundan  bəhs  etmiş,  hətta  onların  daxili  və  xarici  görünüşü 

barədə  söz  açmağı belə  unutmamışlar.1561-1563-cü illər  ərzində  Səfəvilər dövründə 

Azərbaycana gəlmiş ingilis səyyahı, tacir Antoni Cenkinson Ərdəbil şəhərində yalnız 

hörmət  məqsədilə  əcnəbiləri  və  səyyahları  yerləşdirmək  üçün  ağ  daşdan  tikilmiş 

yaraşıqlı  karvansarada  qaldığını  qeyd  edərkən  göstərir  ki,  burada  hamıya  yemək 

verilməklə yanaşı, hətta atlar belə yemlə təmin olunurdu. 




Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə