Azərbaycan xalqının ümummilli lideri



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə48/208
tarix01.11.2017
ölçüsü4,66 Mb.
#7722
1   ...   44   45   46   47   48   49   50   51   ...   208

105 

 

Qaydadı,  kişinin  yarı,  əhdi-ilqarı,  kişinin  anası,  işıqlı  dünyası  deyiblər.  Qıraq 



Kəsəmənli Qaçaq Kərəmi dünyaya gətirən, ərsəyə yetirən, igidlik, mərdlik, mübarizlik 

dərsi  keçən  Qıraq  Kəsəmənli  Gülgəz  xanım  əsilli-nəsilli  tayfadan  olmuşdur.  Yeri 

gələndə at belində hünərdə, zəfərdə. Yeri gələndə məsləhətdə, məşvərətdə. Qanı su ilə 

yumaqda.  Qanlara,  qırğınlara  ismət  örpəyi  göstərməkdə.  Bir  elin  arxası,  dayağı, 

hünəri. 

Tuğra  xanım.  Rusiyadan  1917-ci  ildə  İrana  qaçmış  Mirəhməd  xanın  qadını, 

dağlar qızı Tuğra xanım 1919-cu ildə başına 10 min igid toplayıb Lənkərana gəlir və 

Azərbaycan  Cümhuriyyəti  hakimiyyətinin  burada  da  bərqərar  olmasına  köməklik 

göstərir. 

Analar  köçər,  analar  yaşar  bu  dünyada.  Ana  vətənləşər,  vətən  analaşar  bu 

dünyada... 

Əsrlərcə adları məlum olmayan neçə-neçə ağbirçək analarımız tarixin qaranlıq 

səhifələrində  qalsalar  da  zaman-zaman  xalqımıza  təlim-tərbiyə,  öyüd-nəsihət  dərsi 

veriblər,  əməllərini  nəsildən-nəsillərə  keçirərək  bizlərə  ərməğan  ediblər.  Hazırda 

ağbirçəklik ənənəsi davam edir, yaşayır, öz əvəzsiz rolunu oynayır. 



Ağabacı  xanım.  Tədbirli,  uzaqgörən,  təbli  şair  Ağabəyim  ağa  Ağabacının 

xalqımızın  ləyaqətli  qadınları  arasında  xüsusi  yeri  vardır.  Ağabəyim  Qarabağ  xanı 

İbrahimxəlil  xanın  gəncəli  Cavad  xanın  bacısı  Tutibəyimdən  olan  qızı,  Xurşidbanu 

Natəvanın bibisi idi. O, 1782-ci ildə Şuşada anadan olmuşdur. Ağabəyim ağa ərəb və 

fars  dillərini  mükəmməl  bilmiş,  təhsilli,  tədbirli  bir  qadın  olmuşdur.  Qarabağ-İran 

münasibətlərindəki  gərginliyi  azaltmaq  məqsədilə  Ağabəyim  ağa  İranın  şahı,  Ağa 

Məhəmməd  şah  Qacarın  qardaşı  oğlu  Baba  xan  Fətəli  şaha  ərə  verilir.  O,  İran-

Qarabağ, Rusiya-İran münasibətlərinin yaxşılaşmasında çox işlər görmüşdür. 

1811-ci  ildə  İngiltərənin  fövqəladə  səfirini  və  onun  xanımını  qəbul  edərkən, 

səfir  Böyük  Britaniya  kraliçasının  etimadnamə  və  hədiyyələrini  məhz  Ağabəyim 

ağaya  təqdim  etmişdir.  Bu  hadisə  Ağabəyim  ağanın  Şərq  qadınına  məxsus  yüksək 

mədəniyyətinin və şair təbiətinin təzahürüdür. Şair Ağabəyim ağanın bizə gəlib çatan 

bəzi  şeir  nümunələrindəki  yüksək  bədii  xüsusiyyətləri,  insanlarda  ülvi  məhəbbət 

hissləri oyadır: 

Səhərin gülşən çağında 

     Nə gəzirsən bağı, bülbül?! 

Oxudun, ağlım apardın 

      Oldun mənə yağı, bülbül?! 

 

     Bülbül, geyibsən al-yaşıl 



      Qolların boynumdan aşır. 

                                                Ağlamaq mənə yaraşır 

       Qoy ağlayım, barı, bülbül! 

AĢıq  Pəri.  Geniş  ərazidə  tanınan  şuşalı  Ağabəyim  ağadan  sonra  nüfuzu, 

istedadı və  şairliyi ilə  şöhrətlənən  Aşıq Pəri olmuşdur. Əslən  Arazın sahili Maralyan 




106 

 

Kəndindən  olan  Aşıq  Pəri  1826-cı  ildə  Şuşaya  gəlmiş,  oranın  musiqi,  şeir-sənət 



dünyası  ilə  tanış  olmuş,  savad,  elm  və  mədəniyyətlə  zənginləşmişdir.  Qeyri-adi 

gözəlliyi, daxili zənginliyi, hikmətli kəlamları, qəlbə nüfuzedici şeirləri, hazırcavablığı 

hamını  valeh  etmişdir.  İsmətilə,  qüdrətilə,  ədəb-ərkanı  ilə  eldə-obada  tanınmış, 

sevilmişdir.  Analar  anası,  elin  qeydinə  qalan,  halına  yanan,  əlindən  gələn  köməkliyi 

əsirgəməyən, yoxsullara ürək qızdıran, dərdlərinə şərik çıxan. Dərya kamalı, istedadı 

və  hünərilə deyişmələrdə  üstünlük qazanan,  məğlub edən, qalib  gələn şair, yenilməz 

bir sima. 

Aşıq  Pəri  Qarabağda  deyişmələrilə  ad  qazandı,  aşıq  şerinin  ilhamverici  bir 

qüvvəsinə çevrildi. Çoxlarının Aşıq Pərinin ağlına və istedadına heyran qaldığını qeyd 

edən Firidun bəy Köçərlidən oxuyuruq: "Aşıq Pəri o zamankı savadlı və təhsil görmüş 

ədəbi  simaların  diqqət  mərkəzində  dayanırdı.  Onun  üstünə  hər  tərəfdən  mənzum  və 

mənsur  məktublar  axışıb  gəlirdi.  Şairə  də  öz  növbəsində  ona  hörmət  göstərənləri 

özünün doğruluq, ədalət, insana hörmət, təmiz məhəbbət və səmim dostluq hisslərini 

dərindən ifadə edən ahəngdar şeirlərilə ruhlandırırdı". 



Həmidə  xanım.  "Ot  kökü  üstə  bitər"  demiş  babalarımız,  ulularımız.  Qarabağ 

xanlığının layiqli törəmələrindən olan Həmidə xanım həyatı boyu öz keçmişinə,

 

əzəli 


kökünə  minnətdar  olmuş,  bu  müqəddəsliyi  şərəflə  daşımış,  ləyaqətlə  yaşamışdır. 

1873-cü  ildə  Ağcabədinin  Kəhrizli  kəndində  dünyaya  gələn  Həmidə  xanım  Qarabağ 

xanı İbrahim xanın qardaşı oğlu Məmməd bəy Cavanşirin nəvəsi Əhməd bəyin qızıdır. 

Böyük Cəlil Məmmədquluzadənin ömür-gün yoldaşı, taleyinə şam-çıraq tutanıdır. 

Həmidə  xanım  Cavanşirin  dərin  biliyi,  geniş  dünyagörüşü,  zəngin  təcrübəsi, 

yüksək mədəniyyəti, alicənablığı, nəzakətliliyi qibtəyə layiqdi. Xanımlar xanımı, ellər 

gözəli, el qədrini bilən, eli üçün yanan el anasıydı. Ürəyi geniş, qəlbi təmiz, hamının 

qeydinə qalan, hamı üçün candan yanan, əl tutan, arxa duran, havadar olandı. İllah da 

xəstələrə, yoxsullara, şikəstlərə... 

Həmidə  xanım  ilk  olaraq  atası  Əhməd  bəyin  miras  qoyub  getdiyi  torpaqlara, 

mülklərə,  bağlara,  bağçalara,  zəmilərə,  var-dövlətinə  yiyə  durdu,  qorudu,  saxladı, 

inkişaf etdirdi. Varis kimi,  sahib kimi. Quruculuq,  xeyriyyəçilik, humanistlik işlərini 

genişləndirdi.  El  anası,  ağbirçək  kimi  gördüyü  və  heç  vaxt  unudulmayan  işlərinin 

bəzilərini  xatırlatmaqla  kifayətlənməyə  məcburuq.  Heç  şübhəsiz,  "Molla  Nəsrəddin" 

jurnalının  nəşr  edilməsində,  maddi  və  mənəvi  yardım  göstərməsində  müstəsna 

xidmətləri olmuşdur. 

Böyük  şairimiz Mirzə Ələkbər Sabir xəstələnir, ciddi  müalicəyə ehtiyacı olur. 

Onun Tiflisdə müalicəsini Mirzə Cəlil və Həmidə xanım həyata keçirir. Böyük şairin 

bu münasibətlə Abbas Səhhətə yazdığı məktubdan oxuyuruq: 

"Mirzə Cəlil və Həmidə xanım cənablarından çox razıyam. Bilmirsən mənə nə 

qədər  ehtiram  edirlər!  Bu  neçə  müddətdə  tamam  məxaricimi  və  zəhəmatımı 

mütəhəmmil  olmuşlar.  Mənim  mehmanxana,  ya  xəstəxanada  yatmağıma  razı 

olmadılar, öz evlərində mənzil vermişlər. Xülasə, bilmirəm nə dil ilə təşəkkür edim". 

Həmidə  xanımın  Sabirə  göstərdiyi  qayğı  haqqında  isə  Üzeyir  bəy  Hacıbəyov  xüsusi 




Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə