Azərbaycan XX əSRĠN ƏVVƏLLƏRĠNDƏ



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə55/69
tarix21.07.2018
ölçüsü1,91 Mb.
#57614
1   ...   51   52   53   54   55   56   57   58   ...   69

115 
 
Azərbaycan hökumətinin Gəncəyə gəlişi ilə eyni vaxtda  milli  qüvvələrin  
arasında ciddi  ixtilafların  olduğu aşkara  çıxdı. Milli Şurada, həmçinin hökumətin 
tərkibində  təmsil  olunmayan  bəzi  qüvvələr  və  ilhaqçılar,  o  cümlədən  ittihadçılar 
Milli Şuranı hakimiyyətdən uzaqlaşdırmağa çalışırdılar. Onlar öz  ümidlərini  türk 
generalı  Nuru  paşaya  bağlamışdılar.  Azərbaycan  dövləti  faktik  olaraq  onun 
hakimiyyəti  altında  idi.  Milli  Şuranın  və  ona  tabe  olan  hökumətin  demokratik 
əhval-ruhiyyəli,  sol  meyilli  tərkibi  Türkiyə  hökumətinin  ürəyincə  deyildi.  Milli 
Şura üzvlərinin böyük əksəriyyətinin fikrini ifadə edən M. Ə. Rəsulzadə bildirdi ki, 
Milli  Şura  Azərbaycanın  suverenliyini  saxlamaq  şərtilə  güzəştə  getməyə  hazırdır. 
Bu  zaman  Nuru  paşanın  yanında  siyasi  işlər  üzrə  müşavir  işləyən  Əhməd  bəy 
Ağaoğlunun   (Ağayevin)   vasitəçiliyi  ilə belə bir  razılıq əldə edildi ki, Milli Şura 
buraxılır,  bütün  ali  qanunverici  və  icraedici  hakimiyyət  bitərəf  Fətəli  xan 
Xoyskinin  yenidən  təşkil  edəcəyi  müvəqqəti  hökumətinin  əlində  cəmləşir.   
Beləliklə,  milli  demokratik  qüvvələr  Azərbaycan  Respublikasının  (suverenliyinə 
qoruyub saxlamağa müvəffəq olurlar. 
İyunun  17-də  Milli  Şuranın  iclasında  iki  qətnamə  qəbul  edildi.  Birinci 
qətnamə  yeni  yaradılacaq  müvəqqəti  hökumətin  hüququ  və  vəzifələrinə  aid  idi. 
Qətnamədə  göstərilirdi  ki,  Müvəqqəti  hökumət  dövlətin  müstəqilliyinə,  mövcud 
siyasi  azadlıqlara  xələl  gətirən  dəyişikliklər  istisna  edilməklə,  bütün  məsələlərin 
həllində  tam  hüquqa  malikdir.  O,  altı  aydan  gec  olmayaraq  Müəssislər  məclisini 
çağırmalıdır 
Həmin  gün  F.  Xoyskinin  başçılığı  ilə  ikinci  Müvəqqəti  hökumət  təşkil 
edildi. Hökumətin tərkibində on iki nazir vardı. Nazirlərin yeddi nəfəri bitərəf, beş 
nəfəri isə «Müsavat» partiyasından idi. 
1918-ci il iyunun əvvəlində Azərbaycanda siyasi vəziyyət olduqca gərgin 
idi.  Ölkədə,  əslində  bir-birilə  düşmənçilik  edən  iki  hakimiyyət  vardı.  Bakı 
quberniyası  Bakı  Sovetinin,  Gəncə  quberniyası  və  Zaqatala  dairəsi  Azərbaycan 
Demokratik Respublikasının hakimiyyəti altında idi. 
F.  Xoyski  hökumətinin  xahişi  ilə,  həmçinin  4  iyun  tarixli  Türkiyə-
Azərbaycan  müqaviləsinə  uyğun  olaraq,  Azərbaycana  təcili  surətdə  bir  türk 
diviziyası  göndərildi.  General  Əliağa  Şıxlinskinin  rəhbərlik  etdiyi  əlahiddə 
Azərbaycan korpusu ilə həmin türk diviziyasının birləşməsi əsasında Qafqaz İslam 
ordusu  yaradıldı. 
İyunun  23-də  bütün  Azərbaycan  ərazisində  hərbi  vəziyyət  elan  edildi. 
Qafqaz İslam ordusu Nuru paşanın ümumi komandası altında Bakıya doğru hərəkət 
etdi. 
Azərbaycan  Demokratik  Respublikasının  Gəncə  dövründə  vəziyyəti  son 
dərəcə mürəkkəb  olmasına  baxmayaraq, hökumət  bir  sıra tədbirlər həyata keçirdi. 
İlk növbədə, daxili asayiş bərpa edildi. Yerli idarə orqanlarının işi sahmana salındı. 
Dağıdılmış dəmir yollar bərpa edildi, poçt və teleqrafın işi qaydaya düşdü 


116 
 
Milli  hökumətin  Azərbaycan  xalqına  1918-ci  il  17  iyun  tarixli 
müraciətnaməsində  bütün  dövlət  idarələrinin,  məhkəmə  və  məktəblərin 
milliləşdirilməsi elan edildi. 
Qaryagin  qəzası  yenidən  Cəbrayıl  adlandırıldı.  Ağdaşa  şəhər  statusu 
verildi. 
Milli  hökümətin  Azərbaycan  xalqına  1918-ci  il  17  iyun  tarixli 
müraciətnaməsində  bütün  dövlət  idarələrinin,  məhkəmə  və  məktəblərin 
milliləşdirilməsi elan edildi. 
İyunun 24-də Azərbaycan Dövlət bayrağı qəbul edildi. İlk bayraq qırmızı 
rəngdə  olub,  üzərində  ağ  fonda  aypara  və  səkkizguşə  ulduz  rəsmi  təsvir 
olunmuşdu.  Sonralar,  1918-ci  il  noyabrın  9-da  Azərbaycan  Demokratik 
Respublikasının  hazırkı  Dövlət  bayrağı  qəbul  edildi.  Yeni  bayrağın  üzərində 
aypara  və  səkkizguşəli  ulduz  rəsmi  yenə  saxlanmaqla,  o,  mavi,  qırmızı  və  yaşıl 
rəngdə verildi. M. Ə. Rəsulzadə göstərirdi ki, Azərbaycan Respublikasının üçrəngli 
bayrağı  «türk  milli  mədəniyyətinin,  müasir  Avropa  demokratiyasının  və  İslam 
sivilizasiyasının simvoludur». 
İyunun  26-da  Azərbaycan  və  Gürcüstan  respublikaları  arasında  Zaqatala 
dairəsi  üzrə  ərazi  mübahisələri  sülh  yolu  ilə  həll  edildi.  Zaqatala  dairəsi  Milli 
Şurasının  yekdil  qərarı  ilə  Zaqatala  həmişəlik  Azərbaycan  Respublikasına 
qovuşdu. 
İyunun  27-də  Azərbaycan  dili  dövlət  dili  elan  edildi.  Avqustun  11-də 
ümumi hərbi səfərbərlik elan edildi. 
Sentyabrın  1-də  hərbi  nazirlik  yaradıldı.  Baş  nazir  F.  Xoyski  eyni 
zamanda  hərbi  nazir  oldu.  General  Səməd  ağa  Mehmandarov  isə  nazir  müavini 
təyin edildi. 1918-ci ilin yayında Bakıda ərzaq vəziyyəti olduqca pisləşdi. 
Bakı  Sovetinin  qoşunları  içərisində  xəyanətkarlıq  baş  alıb gedirdi.  Sovet 
Rusiyasından Bakı bolşeviklərinə müntəzəm olaraq hərbi yardım göndərilirdi. 
Lakin  türk-Azərbaycan  qoşunları  irəlilədikcə,  Bakı  Soveti  rəhbərlərinin 
özlərinə  «müttəfiq»  saydıqları  daşnaklar  və  biçeraxovçular  daha  böyük 
xəyanətkarlıq edirdilər. Onların Bakının girəcəyində cəbhəni qoyub qaçmaları Bakı 
Sovetini çıxılmaz vəziyyətə saldı. 
Bundan istifadə edən eserlər, menşeviklər və daşnaklar iyulun 25-də Bakı 
Sovetinin  fövqəladə  geniş  iclasında  ingilisləri  köməyə  çağırmaq  haqqında  qərarı 
səs  çoxluğu  ilə  qəbul  etdirdilər.  İyulun  31-də  S.  Şaumyan  başda  olmaqla,  Bakı 
Xalq  Komissarları  Soveti  istefa  verdi.  Hakimiyyət  «Sentrokaspi  diktaturası» 
deyilən eser-daşnak-menşevik «hökumətinin» əlinə keçdi. 
«Sentrokaspi  diktaturası»nın  əhali  içərisində  dayağı  yox  idi.  O,  hərbi 
cəhətdən  zəif  olduğu  üçün  İrandakı  ingilis  qoşunlarına  bel  bağlayırdı.  İngilisləri 
Bakıya dəvət etmək üçün dərhal Ənzəliyə nümayəndələr göndərildi. Avqustun 4-də 
ingilislərin ilk dəstəsi Bakıya daxil oldu. Avqustun 17-də general Denstervil başda 


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə