106
vəziyyət xeyli gərginləşdi. Zaqafqaziya komissarlığı milli — gürcü, Azərbaycan,
erməni hərbi hissələrinin təşkilini gücləndirdi.
Beləliklə, Sovet Rusiyası Azərbaycan xalqına nəinki milli-ərazi
muxtariyyəti hüququ vermədi, hələ üstəlik onun ərazisinin bir hissəsini—neftlə
zəngin Bakı rayonunu faktik olaraq, ondan qoparıb aldı. Bundan sonra, Müstəqil
Azərbaycan dövləti yaratmaq ideyası milli-demokratik hərəkatda ön plana keçdi.
Ġnqilabi fəhlə hərəkatının inkiĢafı: Fevral inqilabından sonra bolşeviklər
açıq işə keçdilər. Mart ayında «Hümmət» qəzeti yenidən fəaliyyətə başladı. Cənubi
Azərbaycandan gələn fəhlələr, həmçinin İrandakı fəhlələr arasında inqilabi iş
aparmaq üçün, sosial-demokrat «Ədalət» təşkilatını yaratdılar.
Martın 6-da Bakı fəhlə deputatları Soveti, az sonra soldat və matrosların
hərbi deputatlar Soveti təşkil edildi. Azərbaycanın başqa şəhərlərində də Sovetlər
meydana gəldi.
Bakı Sovetinin qərarları ilə şəhərdə çar inzibati, polis və xəfiyyə idarələri
ləğv edildi, qubernator və şəhər qarnizonunun rəisi işdən götürüldü, bir sıra
məmur, o cümlədən xəfiyyə idarəsinin rəisi həbs olundu. Şəhərin mərkəzi və
mədən-zavod rayonlarında, həmçinin iri müəssisələrdə qanun-qaydanı qorumaq
üçün fəhlə milisi təşkil edildi və s.
Beləliklə, Rusiyada olduğu kimi, Azərbaycanın bir sıra şəhərlərində də
ikihakimiyyətlik meydana gəldi. Məsələn, Bakıda Müvəqqəti hökumətə tabe olan
İctimai təşkilatların icraiyyə komitəsi ilə yanaşı, Bakı Soveti də dövlət funksiyaları
yerinə yetirirdi.
Martın axırında Bakı Sovetinin orqanı «İzvestiya» qəzetinin ilk nömrəsi
çıxdı. Apreldə RSDFP Bakı komitəsinin orqanı «Bakinski raboçi» qəzeti yenidən
nəşrə başladı. İyunda «Ədalət» təşkilatının Azərbaycan və fars dillərində «Ədalətin
səsi» qəzetinin ilk nömrəsi buraxıldı.
Həmkarlar hərəkatı genişləndi. May ayında təkcə Bakıda 28 sahə
həmkarlar ittifaqı vardı ki, onların üzvlərinin sayı 20 min nəfərdən çox idi.
1917-ci ilin avqustunda Azərbaycanda olan həmkarlar ittifaqı 50 mindən
artıq fəhləni birləşdirirdi.
Lakin mütləqiyyətin devrilməsi zəhmətkeş kütlələrin həyatında əsaslı
dəyişikliyə səbəb olmadı. Çarizm dövrünün qanunları, müstəmləkə əsarəti, milli
ayrı-seçkilik və s. olduğu kimi qalırdı. Müvəqqəti hökumət hələlik bir sıra vədlər
verməklə öz hakimiyyətini möhkəmləndirmək üçün vaxt qazanmağa çalışırdı.
1917-ci ilin yaz və yayında Bakının bir sıra mədən və zavodlarında
tətillər, mitinq və yığıncaqlar keçirildi. Fəhlələr 8 saatlıq iş günü, əmək haqqının
artırılmasını, onların nifrətini qazanmış sərəncamçıların işdən qovulmasını, mədən-
zavod komissiyalarının sahibkarlar tərəfindən tanınmasını, məhsulun istehsalı və
bölüşdürülməsi üzərində fəhlə nəzarəti qoyulmasını, müştərək müqavilə
bağlanmasını və s. tələb edirdilər.
107
Bu tələblər qəbul olunmasa da, Bakının bəzi müəssisələrində, Zaqafqaziya
dəmir yolunda fəhlələr özbaşına 8 saatlıq iş günü qoydular. Bakıda fəhlələrin tələbi
ilə bir sıra şirkətləri idarə edən müdirlər, sahə və sex rəisləri işdən kənar edildilər,
bəzi sənaye müəssisələrində fəhlə nəzarəti qoyuldu.
Peterburqda 3 iyul hadisələrindən sonra əksinqilab güclü hücuma keçdi.
Belə şəraitdə fəhlələrin mənafeyini müdafiə edə biləcək nüfuzlu və mübariz
təşkilatlar lazım idi. Mədən-zavod komissiyaları bu cür təşkilatlardan idi. Ona görə
fəhlələr-mədən-zavod
komissiyalarının
iyulun 16-da keçirilən növbəti
konfransında bu konfransı daimi fəaliyyət göstərən orqana çevirməyi qərara
aldılar.
Konfrans fəhlələrin mənafeləri uğrunda inadla mübarizə aparırdı. İyulun
27-də Konfransın iclasında müştərək müqavilə bağlanılmasını sahibkarlardan tələb
edən qərar qəbul olundu. Əks təqdirdə ümumi tətilə başlamaqla hədələdilər.
Müştərək müqavilə bağlanılmasının kapitalistlər tərəfindən uzadılmasına
etiraz əlaməti olaraq, avqustda Bakının çox mədən və müəssisələrinin fəhlələri
tətil etdilər.
Sentyabrın 17-də mədən-zavod komissiyaları konfransının növbəti
iclasında Müvəqqəti hökumətin siyasəti pisləndi və sahibkarlara mədən-zavod
komissiyalarının danışıqsız tanınmasını, fəhlələrin işə götürülməsi və işdən
çıxarılmasında bu komissiyaların iştirakını, müştərək müqavilənin bağlanılmasını
tələb edən ultimatum verildi. Fəhlələrin ultimatumu rədd edildi.
Sentyabrın 27-də Bakının bütün mədənlərində, sənaye müəssisələrində,
Xəzər ticarət donanmasında ümumi tətil başladı. Tətilə rəhbərlik etmək üçün P.
Çaparidze, M. Əzizbəyov, M. Basin, İ. Fioletov və başqalarından ibarət Mərkəzi
tətil komitəsi yaradıldı. Mərkəzi tətil komitəsinin icazəsi ilə yalnız dəmiryolçular,
xəstəxanaların işçiləri, neft və su kəmərlərinin fəhlələri işləyirdilər.
Sentyabr ümumbakı tətilində 65 mindən çox fəhlə və qulluqçu iştirak
edirdi. Tətilçiləri şəhərin bütün əməkçiləri, Bakı qarnizonunun inqilabçı soldatları,
Xəzər hərbi donanmasının matrosları müdafiə edirdilər.
Mərkəzi tətil komitəsi əslində şəhərin iqtisadi həyatına rəhbərliyi ələ
almışdı. O, əhalinin ərzaqla təmin edilməsinə, nəqliyyat vasitələrinın
bölüşdürülməsinə, mədənlərin və başqa obyektlərin qorunmasına nəzarət edirdi.
Oktyabrın 2-də müştərək müqavilənin qəbul olunması haqqında protokol
imzalandıqdan sonra tətil dayandırıldı. Sentyabr ümumi tətili proletariatın
kapitalistlər və müvəqqəti hökumət üzərində böyük qələbəsi idi.
Sentyabr hadisələrindən sonra bolşeviklərin nüfuzu xeyli artdı. Oktyabrın
13-də Bakı Sovetinin eser-menşevik İcraiyyə Komitəsi istefa verməyə məcbur
oldu. S. Şaumyan başda olmaqla Bakı Sovetinin Müvəqqəti İcraiyyə Komitəsi
seçildi.
1917-ci ilin oktyabrında bolşeviklər Rusiyada hakimiyyəti ələ aldıqdan
sonra, noyabrın 2-də Bakı fəhlə deputatları Sovetinin Bakı hərbi deputatları Soveti
Dostları ilə paylaş: |