Azərbaycan XX əSRĠN ƏVVƏLLƏRĠNDƏ


partiya  meydana  gəldi.  Qara  bəy  Qarabəyovun  sədr  olduğu  bu  partiya  millətlər



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə49/69
tarix21.07.2018
ölçüsü1,91 Mb.
#57614
1   ...   45   46   47   48   49   50   51   52   ...   69

102 
 
partiya  meydana  gəldi.  Qara  bəy  Qarabəyovun  sədr  olduğu  bu  partiya  millətlər 
arasında fərqi yalnız onların dini mənsubiyyətində görür, ona görə də milli azadlığa 
müsəlman xalqlarının ümumi qurtuluşu çərçivəsində baxırdı. İttihadçıların fikrincə, 
Azərbaycan xalqının müstəqil dövlət yaratması İslam birliyinn  parçalamaq demək 
idi.  Onlar  Azərbaycana  Rusiya  daxilində  yalnız  milli-mədəni  muxtariyyət   
verilməsinə tərəfdar   idilər. 
Bu  dövrdə  Azərbaycan  milli  hərəkətında,  eləcə  də  Müsəlman  Milli 
Şurasının fəaliyyətində milli-demokratların «Müsavat» partiyasından sosialistlərin 
«Hümmət»  və  «Ədalət»  təşkilatlarından  və  İslam  radikalistlərinin  «İttihad»   
partiyasından ibarət üç əsas ictimai-siyasi qüvvə vardı. 
«Müsavat»  partiyasının  rəhbərlik  etdiyi  milli-demokratik  qüvvələr 
Azərbaycan  dövləti  yaratmaq  uğrunda  mübarizə  aparırdılar.  Məhz  buna  görə  də 
xalqın  böyük  əksəriyyəti  «Müsavat»ın  arxasınca  gedirdi.  «Müsavat»ın  nüfuzu 
durmadan  artırdı.  Müəssislər  məclisinə  seçkilər  zamanı  Azərbaycan  qəzalarında 
səslərin 90 faizi bu partiyaya verilmişdi. 
«Hümmət»  və  «Ədalət»  təşkilatları  RSDF(b)P-nin  mövqeyindən  çıxış 
edərək,  xalqı  yalnız  sinfi  mübarizəyə  çağırırdılar.  Lakin  müstəmləkə  əsarətində 
olan, milli ayrı-seçkiliyin ağır məngənəsində boğulan xalq sinfi mübarizədən daha 
çox  milli-azadlıq  mübarizəsinə  qoşulur,  müstəqil  Azərbaycan  dövləti  yaratmağa 
can  atırdı.  Millətlərin  öz  müqəddəratını  təyin  etmək  hüququnu  bolşeviklər 
Azərbaycanda  Rusiyasız  təsəvvür  etmirdilər.  Ona  görə  də  sosial-demokratlar 
azərbaycanlı  əhalinin  az  qismini,  başlıca  olaraq,  beynəlmiləl  tərkibli  Bakı 
fəhlələrinin müəyyən hissəsini öz tərəflərinə çəkə bilmişdilər. 
İttihadçıların  Azərbaycanın  müstəqilliyi,  hətta  ona  ərazi  muxtariyyəti 
hüququ verilməsi əleyhinə çıxmaları onları xalq arasında nüfuzdan salmışdı. Buna 
baxmayaraq,  onlar  müəyyən  klerikal  dairələrə  arxalanaraq,  Müsavatçı 
demokratlara  qarşı  inadla  mübarizə  aparırdılar.  Təsadüfi  deyil  ki,  Yelizavetpolda 
Müəssislər məclisinə seçkilər zamanı «Müsavat»ın liderlərindən olan N. Yusifbəyli 
üzünü  azərbaycanlılara  tutaraq  demişdi:  «Kimə  istəyirsiniz  səs  verin,  hətta 
daşnaklara və cuhudlara da, ancaq «İttihad»a səs verməyin». 
Azərbaycan  milli-azadlıq  hərəkatında  başlıca  olaraq  üç  istiqamətdə 
mübarizə aparılırdı. 
1.  Milli  partiyalar,  xüsusən  «Müsavat»,  ilk  növbədə,  Müvəqqəti 
hökumətin müsəlman xalqlarının əleyhinə çevirilmiş siyasətinə qarşı çıxırdı. Çünki 
Müvəqqəti  hökumət  çarizmin  müstəmləkəçilik  siyasətini  daha  incə  və  üstüörtülü 
şəkildə davam etdirir, azərbaycanlıları separatçılıqda təqsirləndirərək, milli-azadlıq 
hərəkatını boğmağa çalışır, Zaqafqaziya xalqları arasında dini ayrı-seçkilik salaraq, 
erməni  və  gürcülərə  bir  sıra  üstünlüklər,  o  cümlədən  milli qoşun  yaratmağa icazə 
verir, Rusiya üçün uğursuz imperialist müharibəsini inadla davam etdirirdi və  s. 
2.  Milli  partiyalar  Fevral  inqilabından  sonra  Azərbaycanda,  xüsusən 
Bakıda inqilabi orqan kimi meydana gəlmiş fəhlə deputatları  Sovetinə qarşı daim 


103 
 
mübarizə aparırdılar. Sovetin tərkibində azərbaycanlılar yox dərəcəsində idi. Eser-
menşevik-daşnak  blokunun  rəhbərlik  etdiyi  bu  Sovet  Müvəqqəti  hökumətin 
müstəmləkəçilik  siyasətinə  tərəfdar  çıxır,  «vahid  və  bölünməz»  Rusiya  ideyasını 
təbliğ  edirdi.  Azərbaycanlıları  geridə  qalmış,  inqilab  üçün  yetişməmiş  xalq  elan 
edən  Sovet  onları  inqilabi  orqanlara  yaxın  buraxmırdı.  Hətta,  Bakı  fəhlələrinin 
böyük  hissəsini  təşkil  edən  Cənubi  Azərbaycandan  gəlmiş  azərbaycanlılar 
seçkilərdə iştirak etmək hüququndan məhrum edilmişdilər. 
3.  Azərbaycan  milli  qüvvələri  durmadan  güclənən  erməni-daşnak 
təhlükəsinə  qarşı  ciddi  müqavimət  göstərirdilər.  Rusiyanın  köməyi  ilə  «Böyük 
Ermənistan»  dövləti  yaratmağa  böyük  ümidlər  bəsləyən  erməni  millətçiləri  rus 
müstəmləkəçiləri  ilə  dil  tapmağa  çalışır,  hətta  birinci  dünya  müharibəsi  zamanı 
ayrıca  silahlı  dəstələr  təşkil  edib  Türkiyə  cəbhəcinə  Rusiyanın  köməyinə   
göndərirdilər. 
Erməni  Milli  Şurası  öz  silahlı  qüvvələrini  sürətlə  artırırdı.  Bu  məqsədlə, 
başlıca  olaraq,  cəbhələrdən  gətirilib  yenidən  komplektləşdirmək  üçün  Bakıda 
cəmləşdirilən minlərlə erməni əsgər və zabitindən istifadə edilirdi. 
Azərbaycan  iqtisadiyyatında  üstün mövqe  tutan, hərbi  cəhətdən hazırlıqlı 
və ruslar tərəfindən müdafiə olunan erməni millətçilərinə qarşı mübarizədə, adətən,  
bütün  müsəlman partiyaları öz qüvvələrini birləşdirirdilər. 
Oktyabrın  22-də  Bakı  Sovetinə  seçkilərdə  «Müsavat»  bütün  partiyaları 
geridə  qoyaraq,  səslərin  40  faizə  qədərini  -  9617  səs  qazandı.  Halbuki 
zəhmətkeşlərin əsas müdafiəçisi kimi çıxış edən bolşeviklər cəmi 15 faiz - 3823 səs 
aldı.  Əhalinin  yarıdan  çoxunu  qeyri-azərbaycanlılar  təşkil  etdiyi  Bakıda 
«Müsavat»ın  qələbəsinin  əsas  səbəbi  ondan  ibarət  idi  ki,  bu  partiya  bir  sıra 
problemlərin  həllində  inqilabi-demokratik  mövqelərdə  dururdu.  Belə  ki, 
«Müsavat»  müharibənın  dərhal  dayandırılaraq,  təzminatsız  və  ilhaqsız  sülh 
bağlanmasına,  bütün  torpaqların  müsadirə  edilib,  heç  bir  şərt  qoymadan,  pulsuz 
kəndlilərə verilməsinə, zəhmətkeşlərin ən ümdə tələblərinin ödənilməsinə və digər 
radikal tədbirlərə tərəfdar çıxırdı. 
Lakin,  seçkilərdə  parlaq  qələbə  çalmasına  baxmayaraq,  «Müsavat»  Bakı 
Sovetinə seçkilərin demokratik əsaslarda aparılmamasını, burada kəndlilərin təmsil 
olunmamasını tənqid edərək, hakimiyyətin belə bir Sovetə verilməsinə qarşı çıxdı 
və  Sovetin  İcraiyyə  Komitəsinə  daxil  olmadı.  Bununla  da,  «Müsavat»  böyük  bir 
səhvə yol verdi. Belə ki, Sovetin İcraiyyə Komitəsindən milli mübarizə məqsədilə 
istifadə  olunmalı  idi.  Bakı  Sovetinə  başçılıq  edən  S.  Şaumyan  sonralar  
«Müsavat»ın  bu  səhvindən istifadə etdi. 
1917-ci  il  oktyabrın  26-dan  31-dək  Bakıda  «Türk  ədəmi-mərkəziyyət 
partiyası  «Müsavat»ın  I  qurultayı  keçirildi.  Qurultayda  500  nümayəndə  iştirak 
edirdi.  «Müsavat»ın  qəbul  etdiyi  yeni  proqramda  deyilirdi:  «...hər  millət  öz 
hüdudları olan əraziyə malikdir, yəni həmin regionda əksəriyyəti təşkil edir ki, ona 
ərazi  muxtariyyəti  hüququ  verilməlidir.  Bizim  partiyanın  fəaliyyət  işığında  bu 


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə