Azərbaycan XX əSRĠN ƏVVƏLLƏRĠNDƏ



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə48/69
tarix21.07.2018
ölçüsü1,91 Mb.
#57614
1   ...   44   45   46   47   48   49   50   51   ...   69

100 
 
sürgündən,  katorqadan  qaçanlar  buraya  axışırlar.  Onların  hamısı  burada  nəinki 
özlərinə sığınacaq tapır, həm də quldur bandaları ilə birləşərək onları məhv etməyə 
göndərilən  qoşunlara  silahlı  müqavimət  göstərirlər.  Yelizavetpol  qəza  hökuməti 
həmin  bandalarla  çoxillik  arasıkəsilməz  müharibə  aparır.  Bandanın  biri 
dağıdıldıqda, əvəzində başqası meydana gəlir. 
Çar  hökuməti  qaçaqlara  kömək  göstərməkdə  şübhə  edilən  kəndlərin 
əhalisinə  amansız  divan  tuturdu.  1912-ci  ildə  Yelizavetpol  qəzasının  Goranboy-
Əhmədli və ona qonşu olan bir neçə kəndində 92 nəfər həbs edilmişdi. Onları bu 
rayonda  Qatır  Məmmədin  başçılıq  etdiyi  qaçaqlara  kömək  göstərməkdə 
təqsirləndirirdilər. Bütün bunlara baxmayaraq, 1913-cü ilin avqustunda Goranboy-
Əhmədli kəndində günün günorta çağı hamının gözü qarşısında iki strajniki vurub 
öldürdülər.  Az  sonra  Qatır  Məmməd  həbs  olunaraq,  uzaq  İrkutsk  quberniyasına   
sürgün edildi. 
Birinci  dünya  müharibəsi  illərində  kəndli  hərəkatı  ciddi  təqiblərə  məruz 
qaldı. 
1916-cı ildə təkcə  Yelizavetpol  quberniyasında  278  yeni  polis məntəqəsi 
təşkil edildi. Bu məntəqələrdə iki minə yaxın strajnik xidmət edirdi. 
Dağınıq  kəndli  çıxışlarını  çar  hökuməti  asanlıqla  yatırırdı.  Kəndlilər  çox 
zaman dağlara, meşələrə çəkilərək, cəza dəstələrinə müqavimət göstərirdilər. 
 
§ 4. MĠLLĠ ĠSTĠQLAL HƏRƏKATININ BAġLANMASI VƏ ĠNKĠġAFI. 
ĠNQĠLABĠ BÖHRANIN DƏRĠNLƏġMƏSĠ 
 
Milli  istiqlal  hərəkatının  baĢlanması  və  inkiĢafı: Rusiyada 1917-ci ilin 
fevral  inqilabı  nəticəsində  çarizm  devrildi,  müvəqqəti  burjua  höküməti  təşkil 
edildi.  İnsan  hüquqlarının  qorunması,  bütün  xalqların  və  millətlərin  bərabərliyi 
üçün təminatlar elan olundu. 
Keçmiş  Rusiya  imperiyasının  bütövlüyünü  saxlamağa  çalışan  Müvəqqəti 
hökumət müstəmləkələrdə  öz hakimiyyət  orqanlarını  yaratdı.  Martın 9-da  Qafqaz 
canişinliyi  Xüsusi  Zaqafqaziya  komitəsi  ilə,  qubernatorlar  quberniya  komissarları 
ilə  əvəz  olundu.  Bakıda,  Yelizavetpolda  İctimai  təşkilatların  icraiyyə  komitələri 
meydana gəldi. 
Rusiyanın  başqa  yerlərində  olduğu  kimi,  Azərbaycanda  da gizli  fəaliyyət 
göstərən siyasi partiyalar, təşkilatlar açıq işə keçdilər və yeniləri yaradıldı. 
1917-ci  ilin  martında  «Müsavat»  partiyası  açıq  fəaliyyətə  başladı. 
Yelizavetpolda  Nəsib  bəy  Yusifbəylinin  başçılığı  ilə  yeni  «Türk  ədəmi-
mərkəziyyət partiyası» təsis edildi. 
Martın  29-da,  milli  hərəkata  vahid  rəhbərlik  etmək  məqsədi  ilə  siyasi 
xadimlər  tərəfindən  Bakıda  demokratik  əsaslarda  «Müsəlman  Milli  Şurası» 
yaradıldı. Bu təşkilatda Azərbaycanın müsəlman əhalisinin bütün təbəqələri, siyasi 
partiya  və  təşkilatları  təmsil  olunurdu.  Milli  hərəkatla  əlaqədar  bütün  tədbirlər, 


101 
 
demək  olar  ki,  bu  Şura  tərəfindən  hazırlanıb  həyata  keçirilirdi.  «Müsəlman  Milli 
Şurası»-nın demokratik ziyalılardan ibarət müvəqqəti  icraiyyə  komitəsi  yaradıldı. 
Məmmədhəsən Hacınski komitənin sədri, M. Ə. Rəsulzadə isə sədr müavini  təyin 
olundu.  «Müsəlman  Milli  Şurası»nın  Azərbaycanın  bütün  şəhər  və  qəzalarında 
şöbələri vardı. 
Bu  zaman  Bakıda,  Yelizavetpolda  və  Azərbaycanın  bir  sıra  şəhərlərində 
daşnaklar  özlərinin  «erməni  milli  şuraları»nı,  kadetlər  isə  «rus  milli  şuraları»nı 
yaratdılar. 
1917-ci  il  aprelin  15-dən  20-dək  Bakıda  Qafqaz  müsəlmanlarının 
qurultayı keçirildi. Qurultayda ilk dəfə olaraq milli ərazi muxtariyyəti ideyası irəli 
sürüldü.  «Müsavat»  partiyasının  lideri  M.  Ə.  Rəsulzadənin  məruzəsi  üzrə  qəbul 
edilmiş  qərarda  deyilirdi  ki,  «...Rusiyanın  müsəlman  xalqlarının  mənafeyini  ən 
yaxşı  təmin  edən  dövlət  quruluşu  forması ərazi-federasiya  prinsiplərinə  əsaslanan 
demokratik respublikadır». 
Bu  zaman  Rusiyanın  müsəlman  xalqlarının  milli-azadlıq  hərəkatında  iki 
əsas  cərəyan  vardı.  Tatar  ticarət  burjuaziyasının  çoxluq  təşkil  etdiyi  cərəyan—
unitaristlər müsəlmanlara yalnız milli-mədəni muxtariyyət vermək şərti ilə onların 
vahid  Rusiya  dövlətinin  tərkibində  qalmasına  tərəfdar  idilər.  Unitaristlər  geniş 
Rusiya  bazarının  əllərindən  alınmasından  ehtiyat  edirdilər.  Başlıca  olaraq 
Azərbaycan milli ziyalılarının, yeni yaranmış sənaye burjuaziyasının daxil  olduğu  
ikinci  cərəyan-federalistlər  Rusiyada  federativ  burjua  respublikası  daxilində 
müsəlmanlara ərazi muxtariyyəti verilməsini tələb edirdilər. 
1917-ci  il  mayın  1-dən  11-dək  Moskvada  keçirilən  Ümumrusiya 
müsəlmanları  qurultayında  M.  Ə.  Rəsulzadə  Rusiyanı  federativ  şəkildə  qurmaq 
haqqında məruzə ilə çıxış etdi. Qurultay unitaristlərin təklifini rədd edərək, M. Ə. 
Rəsulzadənin  «...Türküstan,  Qazaxıstan,  Başqırdıstan  və  Azərbaycan—Dağıstan 
kimi  bir  neçə  muxtariyyətlərdən  ibarət  olan  gələcək  Rusiyanı  federativ  şəkildə 
qurmaq»  haqqında  irəli  sürdüyü  qətnaməni  271    səsə  qarşı  446  səs  çoxluğu  ilə 
qəbul etdi. 
Həmin  il  iyunun  ikinci  yarısında  «Müsəlman  demokratik  «Müsavat» 
partiyası»  ilə  «Türk  ədəmi-mərkəziyyət  partiyası»  birləşib,  «Türk  ədəmi-
mərkəziyyət  partiyası  «Müsavat»  adını  aldı.  Partiyanın  başçısı  Məmməd  Əmin 
Rəsulzadə, onun Yelizavetpol şöbəsinin rəhbəri Nəsib bəy Yusifbəyli oldu. 
Müxtəlif  sosial  təbəqələrin  təmsil  olunduğu  «Müsavat»  partiyası 
dövlətçilikdə  milli  ərazi  muxtariyyəti  formasını,  iqtisadiyyatda  isə  kapitalizmin 
Qərb  inkişaf  modelini  müdafiə  edirdi.  M.  Ə.  Rəsulzadə  deyirdi  ki,  «Müsavat» 
sinnfi deyil, milli partiyadır. «Müsavat»ın fəaliyyəti xeyli genişləndi. Onun nəinki 
Azərbaycanın  bütün  qəzalarında, hətta Tiflis,  İrəvan,  Həştərxan,  Daşkənd,  Kiyev, 
Təbriz, Rəşt, İstanbul və digər yerlərdə də şöbələri yaradıldı. 
1917-ci  ilin  sentyabrında  Azərbaycanda  panislamistlər  tərəfindən 
yaradılıb,  əvvəlcə  «Rusiyada  müsəlmanlıq»,  sonralarsa,  «İttihad»  adlandırılan 


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə