92
1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi münasibətilə verilən əhv-
ümumidən sonra Vətənə qayıdan M. Ə. Rəsulzadə «Müsavat» partiyasına girdi və
tezliklə onun rəhbəri oldu.
«Müsavat» Qərbin nümunəsində kapitalist inkişaf yolunu müdafiə edən
liberal burjua partiyası idi.
«Müsavat»ın qəbul olunmuş ilk proqramında milli və dil fərqlərindən asılı
olmayaraq, bütün müsəlman xalqlarını müstəqillik və tərəqqi uğrunda mübarizədə
birləşdirmək ideyası əsas məqsəd götürülürdü.
«Müsavat»ın fəaliyyəti getdikcə genişlənir, Azərbaycanın müxtəlif
yerlərində onun şöbələri yaradılırdı.
Birinci dünya müharibəsi illərində milli-siyasi fəallığın artması: 1914-
cü ilin yayında birinci dünya müharibəsi başlandı. Şimali Azərbaycanda hərbi
əməliyyatlar getməsə də, müharibənin məhrumiyyətləri lap ilk çağlarından hiss
olunurdu. Müharibənin yaraları ilə əlaqədar olaraq, xeyriyyə cəmiyyətlərinin
qayğıları olduqca artdı. Milyonçu Şəmsi Əsədullayevin oğlu Mirzə Əsədullayevin
sədr olduğu və H. Z. Tağıyevdən böyük pul yardımı alan Bakı müsəlman
«Xeyriyyə cəmiyyəti»nin üzvləri didərginlərə, yaralılara, qaçqınlara kömək
məqsədilə bütün cəbhə boyu türk xalqlarının yaşadıqları rayonlara getdilər.
Cəmiyyətin fəaliyyətində gənc şair Əhməd Cavad (1891-1937-ci illər) yaxından
iştirak edirdi. O xeyriyyəçilik məqsədilə Şimali Qafqaza, Gürcüstana, Türkiyəyə və
başqa yerlərə gedib çıxmışdı. Onun köməyi ilə kimsəsiz uşaqlar üçün yetim evləri
təşkil edilmişdi.
Müharibənin əvvəllərində Bakıda qadın xeyriyyə cəmiyyəti yaradıldı. Bu
cəmiyyət, ilk növbədə, xaricdə təhsil alan azərbaycanlı gənclərə müharibə ilə
əlaqədar maddi çətinlikləri dəf edib, öz təhsillərini başa vurmaları üçün vəsait
toplayıb göndərirdi. Az sonra Bakıda Qaçqınlara kömək komitəsi təşkil edildi.
Şəhərdə onun çoxlu şöbələri vardı. Milli-demokratik ziyalılar, şəhərin varlıları
Komitəyə yaxından kömək edirdilər.
Bu dövrdə Yelizavetpolda ali təhsilli həkimlər Xudadat bəy Rəfibəyov və
Həsən bəy Ağayev tərəfindən yaradılmış «Yelizavetpol tibb cəmiyyəti» əhaliyə
çox zaman pulsuz xidmət edir, imkansız xəstələrə dərman almağa vəsait verirdi.
1915-ci ilin yazında rus müstəmləkəçilərinə arxalanan erməni millətçiləri
tərəfindən törədilən Qars qırğını ilə əlaqədar böyük müsibətlərə düçar olmuş türk
əhalisinə kömək etmək üçün Yelizavetpolda Ələkbər bəy Rəfibəyovun rəhbərliyi
altında ianə komissiyası yaradıldı. Komissiyanın üzvləri on min manatlarla vəsait
toplayıb zərərçəkənlərə çatdırdılar.
Bu zaman, birinci dünya müharibəsinin təsiri altında Azərbaycanda milli-
azadlıq hərəkatı yenidən vüsət aldı. M. Ə. Rəsulzadə bu hərəkatın ideya rəhbəri
oldu. O, əsası hələ XX əsrin ilk illərində Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev,
Cəlil Məmmədquluzadə tərəfindən qoyulmuş milli-azadlıq ideyalarını yeni ictimai
93
şəraitdə inkişaf etdirdi. M. Ə. Rəsulzadənin milli-azadlıq ideyaları qəzet və jurnal
səhifələrində dərc edilərək yayılırdı.
1914-cü ilin axırlarında «Dirilik» jurnalında M. Ə. Rəsulzadənin «Dirilik
nədir?» silsilə məqalələri dərc olundu. O elmi surətdə əsaslandırdı ki, Araz
çayından şimalda yaşayan və indiyədək rəsmi adı məlum olmayıb, gah türk, gah
tatar, hətta «müsəlman» kimi hallandırılan bu xalq hazırda Arazın o tayında İran
hakimiyyəti altında «Azərbaycan» adı ilə qərar tutan xalqla eyni mənşədəndir.
Xalqımızın azərbaycanlı kimi tanıdılması istiqamətində bəzi demokratik ziyalılar
əvvəllər də cəhdlər göstərmişlər, lakin «Azərbaycan» termininin ictimai-siyasi
həyatda istinasız olaraq xalqın rəsmi adına çevrilməsi M. Ə. Rəsulzadənin
xidmətinin nəticəsidir.
Milli-azadlıq hərəkatında M. Ə. Rəsulzadənin əsas şüarı «türkləşmək,
islamlaşmaq, müasirləşmək» idi. Belə bir şüar vaxtilə Ə. Hüseynzadə tərəfindən də
irəli sürülmüşdü. M. Ə. Rəsulzadə türk xalqlarının bir dövlətdə birləşdirilməsini
təbliğ edən pantürkizmin və bütün millətlərdən olan müsəlmanların vahid
dövlətinin yaradılmasını təbliğ edən panislamizmin əleyhinə olub, həm
pantürkizmə, həm panislamizmə milliliyin itirilməsi kimi qiymət verirdi. Göstərirdi
ki, «...müsəlman ölkələrində milli özünüdərketmənin oyadılması prosesini
qüvvətləndirmək lazımdır». O, türk birliyinə müstəmləkəçilərə qarşı mübarizədə
birgə çıxış etmək vasitəsi kimi baxırdı.
1915-ci il oktyabrın 2-də M. Ə. Rəsulzadə «Açıq söz» qəzetinin nəşrinə
başladı. Bu qəzet, əslində, gizli fəaliyyət göstərən «Müsavat» partiyasının orqanı
idi. Qəzetin ilk nömrəsinin baş məqaləsində göstərilirdi ki, «dəhşətlərinə şahid
olduğumuz böyük müharibə böyük bir həqiqəti—əsrimizin milliyyət əsri olduğunu
isbat etdi... Ayrı-ayrı millətlər bir millət olaraq yaşaya bilmək üçün hər şeydən
əvvəl özlərini bilməli, müəyyən fikir və əməllər ətrafında birləşərək böyük bir
məfkurəyə... sahib olmalıdırlar». M. Ə. Rəsulzadə cəmiyyətin sinfi təbəqələşməsini
qəti rədd edərək, demokratik prinsiplər əsasında xalqın bütün zümrələrinin
birliyinə onun milli, dini və mənəvi inkişafının, bütövlüyünün və müstəqilliyinin
əsası kimi baxırdı.
Bu dövrdə sosial-demokratların içərisində milli məsələnin həllinə müxtəlif
cür yanaşılırdı. Azərbaycan xalqının siyasi cəhətdən hələ yetişmədiyini iddia edən
menşeviklər, eserlər milli məsələnin həlli yolunu bu xalqa yalnız milli-mədəni
muxtariyyət verilməsində (mədəni təşkilatlar yaratmaq, ana dilində məktəblər
açmaq və s.) görürdülər. S. Şaumyan da Qafqaz xalqlarına vilayət (ərazi)
muxtariyyəti verilməsinin əleyhinə çıxırdı. Buna görə hətta V. İ. Lenin onu ciddi
tənqid etmişdi.
V. İ. Lenin başda olmaqla bolşeviklər milli-mədəni muxtariyyətin əksinə
olaraq, xalqlara, vahid çoxmillətli dövlətin tərkibində qalmaq şərti ilə, vilayət
muxtariyyəti verilməsinə tərəfdar idilər. O göstərirdi ki, barışmaz sinfi mübarizə,
proletar beynəlmiləlçiliyi, bütün millətlərdən olan proletarların birgə fəaliyyəti
Dostları ilə paylaş: |