88
Biz müsəlmanlara bəzi ali məktəblərə girmək haqqı verilməmişdir. Başqa
məktəblərə isə yalnız diplom almaq xatirinə girilməkdədir. Çünki ali məktəblərdən
birini, məsəla filologiya fakultəsini bitirən bir türk (Azərbaycanlı - T. Ə.) gənci
diplom alıb vətənə döndüyü zaman ancaq, «vodka»nın sərtlik dərəcəsini təyin
etməklə məşğul olmaq məsburiyyətindədir. Bu yüksək təhsilli gənc müsəlman
olduğu üçün yalnız Qafqazda deyil, bütün Rusiya sərhədləri daxilində orta dərəcəli
məktəblərdə müəllimlik etmək hüququndan məhrumdur. Bu haqq bizdən
alınmışdır. Məmur olmaq məsələsinə gəlincə, bu gün Qafqaz daxilində bir yüksək
təhsilli mülki hakim istisna edilərsə, öz vətənində xidmət edən bir müsəlman
məmuruna rast gəlməzsiniz... Əgər bütün Rusiya bir dəniz, Qafqaz da onun
sahilləri olaraq düşünülərsə, sizə gərəkli olmayan nə qədər boş və səfil kimsə
varsa, hamısını bizim Qafqaz sahillərinə fırıldadıb atırsınız və bunlar da əslən
əxlaqsız olan bir idarənin məmur kadrlarını tamamlamağa yaramış olurlar. Bizim
ölkəmizdə dövlət idarəsinin idealı: rüşvət və xalqa əziyyət verməkdir. Kim 90
yaşlı bir qocanın əlindən loğmasını qoparıb alırsa, o, bizdə ən yaxşı məmur
sayılır...
İndiki anda İrəvan və Gəncə od içərisində yanır. Hadisə oradan da Şuşaya
sıçramışdır. Üç aydan bəri buralarda silahlı iki cəbhə qurulmuşdur... Bu qanlı
qardaş vuruşu hökumətcə təhrik edilmiş və sonra qabağı alınmamışdır... Cənablar,
iki ildən bəri qanlar içərisində üzməkdə olan ölkəmizdə cəsədləri ayaq altı edərək
keçməkdəyik... Biz anaların qucaqlarından alınıb havaya fırladılan südəmər
uşaqların havada ikən xəncərlərə keçirildiklərini görmüş olanlardanız, biz hamilə
qadınların qarnına saplanan xəncərlərin açdığı yaralardan uşaq əllərinin yerindən
çıxarıldığını görənlərdənik. Şifahi, mətbuat və digər təbliğat vasitələri ilə aramızda
nifaq toxumu səpən provokatorlar utansınlar, yanğın və alovlardan xoşlananlar iş
başından çəkilsinlər, dəlik-deşik edilən cəsədlərdən, anaların və uşaqların
fəryadından, inləməsindən həzz alanlar rədd olsunlar!».
«Vətən səsi» qəzeti, 1 avqust 1990-cı il.
2-ci sənəd
1906-CI ĠLĠN FEVRALINDA TĠFLĠS SÜLH DANIġIQLARI
ZAMANI Ə. AĞAYEVĠN NĠTQĠNDƏN
«Budur neçə ildir ki, biz Qafqaz camaatı bir qəribə vəziyyətə düşmüşük
ki, bir dəstə hamını qorxu altında saxlayıb heç kəsə fürsət vermirlər ki, nə öz
fikrini, nə də öz işlərini, necə ki, lazımdır, izah etsinlər. Camaat işinə müdaxilə
edən şəxslər və qulluqçular həmişə qorxu içərisindədirlər. Əgər bir kəs cürət edib
öz fikrini açıq-açığa danışsa və yainki bir qulluqçu cürət edib öz insafına görə iş
görsə, həmin saat möhrlü kağızlar gəlib, qətl fərmanı yetişər. Belə dolanmaq
89
olmaz! Buna bir axır qoymaq gərəkdir. Qulluqçulardan və sahib-mənsəblərdən
bəziləri o qədər alçaq, o qədər rəzil oldular ki, bu qorxu kağızlarından vahimə edib
insaflarından və ixtiyarlarından keçirlər. Və qorxu kağızlarını mülahizə edib
kağızları göndərən tərəfə meyil edib, müqabil tərəfə bilə-bilə ədalətsizlik və
amansızlıq edirlər. Əgər işlər belə gedirsə, əsla dolanmaq olmaz. Bu hərəkətlərə
terror deyib eləcə təmizə çıxarırlar. Lakin terrora müəyyən dərəcəyə qədər dözmək
olar. Bir dövlətdə ki, danışmağa və yazmağa izn vermirlər, insanları zülm və
zorakılıqdan azad edib, insaniyyətə xidmət etmək qəsdilə qəddarlar və zalımlar
əleyhinə terror mümkündür. Lakin terror bu dərəcəyə keçdikdə səbr ediləsi və
dözüləsi deyil.
Bir adamı, bir qulluqçunu öz millətinə xidmət etməyə və ya öz insafına
görə iş görməyə qorxudub vicdansızlıqa, ədalətsizliyə dəvət edən terror davam
edərsə, bizim vilayətdə nə azadlıq, nə hürriyyət, nə ədalət, nə də bərabərlik əmələ
gələ bilər. Hal-hazırda qulluqçuların çoxu, bəlkə hamısı boyunlarını alçaqcasına
terror dəstələrinin qabağında əyib, ancaq onlara xoş gələn işlər tutub bu tərəfə hər
cür cövr, zülm, sitəm, sonsuz səfa etməkdədir.
Biz müsəlmanlar bu halətdə davam etməyəcəyik və aşkar deyirik ki,
hərgah işlər elə gedərsə, nə qədər Qafqazda bir elə terror dəstələri hökm edərsə,
Qafqazda asayiş və təhlükəsizlik bərpa olunmayacaqdır. Biz heç kəsin barəsində
şeytançılıq etmərik. Ancaq sülhün xatirəsi üçün məclisin diqqətini bu nöqtəyə cəlb
edərik və deyərik ki, Qafqazda olan mənsəb sahibləri və hakimlərin çoxu erməni
terrorundan qorxub ədalət və insaf ilə iş görmürlər. Asayiş və dinclik olması üçün
hər nə təşəbbüs və tədbir görülsə, bu qulluqçular qorxularından bir əlac etməyib
ancaq bir tərəfə zülm və səbr edəcəklər və buna görə də heç vaxt asayiş
olmayacaqdır».
M. S. Ordubadi. Qanlı illər.
Bakı, 1991, səh. 111-112.
§ 3. MĠLLĠ HƏRƏKATIN VƏ ĠNQĠLABĠ MÜBARĠZƏNĠN
ZƏĠFLƏMƏSĠ VƏ YENĠDƏN YÜKSƏLMƏYƏ BAġLAMASI.
AZƏRBAYCANLILARIN BĠRĠNCĠ DÜNYA
MÜHARĠBƏSĠNDƏ ĠġTĠRAKI
Ġrticanın hücumu: Çarizmin 1907-ci il 3 iyun çevrilişindən sonra
Rusiyanın hər yerində irtica hücuma keçdi.
Azərbaycanın, demək olar ki, bütün qəzalarında hərbi vəziyyət elan edildi.
Yüzlərlə fəhlə və kəndli dara çəkildi, həbsxanaya salındı, sürgün olundu. 1907-ci
ilin axırlarında təkcə Bakının mərkəzi şəhər həbsxanasında min nəfərdən artıq
siyasi məhbus vardı.
Dostları ilə paylaş: |