94
zəminində millətlərə hətta müstəqil dövlətini yaratmağa qədər öz müqəddəratını
təyin etmək hüququ verilə bilər.
Milli-demokratlar bolşeviklərin milli siyasətinə xalqları sinfi cəhətdən
parçalamaq yolu ilə bu xalqların milli bütövlüyünü məhv etmək kimi baxırdılar.
Onlar millətin bütün təbəqələrinin mənafeyinin eyni dərəcədə müdafiə olunduğu
vilayət muxtariyyətinə tərəfdar idilər.
Mətbuat səhifələrində, leqal və gizli fəaliyyət göstərən təşkilatların
vasitəsilə xalqı milli birliyə, türk və müsəlman birliyinə çağırışlar xeyli
qüvvətləndi. Sosial-demokratlarla hələ əlaqəni üzməyən, hətta 1914-cü ildə M.
Qorkinin «Ana» romanının bir hissəsini Azərbaycan dilinə çevirən M. Ə.
Rəsulzadə millətlərin öz müqəddəratını təyin etmək prinsipinə bolşeviklərin
deklarativ yanaşmasına tam yəqinlik hasil edərək, onlardan tamam uzaqlaşdı.
Müharibə uzandıqca milli-müstəmləkə zülmü daha da şiddətlənir, əhalinin
mövcud quruluşdan narazılığı durmadan artırdı.
1916-cı
ilin noyabrında IV Dövlət dumasında Zaqafqaziya
müsəlmanlarının yeganə deputatı Məmməd Yusif Cəfərov müxalifətə qoşularaq
müsəlman fraksiyası adından hökumətə etimad göstərmədiyini bildirmiş və bütün
xalqlara azadlıq verilməsini tələb etmişdir. O demişdir ki, hələ heç vaxt milli zülm
bu səviyyəyə çatmamış, Rusiya mərkəzi bürokratik mexanizmi «özgə xalqların»
2
hissiyyatı ilə bu dərəcədə oynamamış, onların məişət və mənəvi xüsusiyyətlərini
bu qədər eybəcər hala salmamışdır.
Azərbaycanlıların birinci dünya müharibəsində iĢtirakı: Birinci dünya
müharibəsi cəbhələrində 200 nəfərədək azərbaycanlı zabit vuruşmuşdu. Onlar
çarizmin özünə yaxın saydığı xan-bəy, burjua ailələrinə mənsub adamlar idilər. Bu
zabitlərin içərisində generallardan Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski,
Hüseyn xan Naxçıvanski, polkovnik İbrahim ağa Orucov, mayor Zülfüqar Bağırov,
ştabs-kapitan Tərlan Əliyarbəyov və başqaları vardı.
Müharibənin əvvəllərində Port-Artur qəhrəmanı general-leytenant S.
Mehmandarovun komandir olduğu 21-ci piyada diviziyası Lodz əməliyyatı zamanı
xüsusi fərqləndi. Az sonra II Qafqaz ordu korpusunun komandiri təyin olunan
Mehmandarov müharibənin sonuna yaxın artıq korpuslar qrupuna komandanlıq
edirdi ki, bu da ordu komandanlığına bərabər vəzifə idi. O, hərbi xidmətlərinə görə
dəfələrlə qızıl qılıncla, Rusiyanın, həmçinin İran, İngiltərə, Fransa və Rumıniyanın
müxtəlif döyüş ordenləri ilə təltif edilmiş, artilleriya üzrə tam general rütbəsinə
qədər yüksəlmişdi.
Port-Arturun digər qəhrəmanı general-mayor Ə. Şıxlinski müharibənin ilk
günündən Rusiya paytaxtını artilleriya ilə müdafiənin rəisi təyin olundu. Sonra,
ağır artilleriya üzrə taktiki döyüş hazırlıqlarına rəhbərlik etmək üçün, Şimal-Qərb
cəbhəsinə göndərildi.
2
Çar höküməti müstəmləkə əhalisinin bu cür – ―inorodtsı‖ – adlandırdı.
95
Bir müddət Baş qərargahda işləyən Şıxlinski müharibəni 10-cu ordunun
komandanı vəzifəsində başa vurdu. Onun hərbi xidmətləri Rusiyanın yüksək döyüş
ordenləri və qızıl qılıncla qiymətləndirildi, Şıxlinskiyə general-leytenant rütbəsi
verildi.
General-leytenant, Hüseyn xan Naxçıvanskinnn komandanlıq etdiyi 1-ci
və 2-ci qvardiya süvari diviziyaları Şərqi Prussiyada alman qoşunlarına qarşı
müvəffəqiyyətli döyüşlər apararaq, onları bir sıra strateji mövqelərdən vurub
çıxartdılar. Onun hərbi hissələri düşmənin canlı qüvvəsinə böyük tələfat verdi,
xeyli hərbi qənimət ələ keçirdilər. Naxçıvanskiyə süvari qoşun üzrə tam general
rütbəsi verildi. O bir sıra döyüş ordenləri ilə, o cümlədən «Müqəddəs Georgi»
ordeninin bütün dörd dərəcəsi ilə təltif edildi.
Vuruşmalarda qəhrəmanlıq göstərərək, yüksək döyüş ordeni olan Georgi
xaçı ilə təltif edilmiş onlarca azərbaycanlı zabit vardı.
İlk azərbaycanlı təyyarəçisi Fərrux Qayıbov özünün idarə etdiyi «İlya
Muromets № 16» təyyarəsi ilə düşmən istehkamlarına, körpülərə və digər hərbi
obyektlərə aramsız zərbələr endirir, havadan onların mövqelərinin şəkillərini çəkir,
alman təyyarələrini atəşə tuturdu. 1916-cı ilin sentyabrında Vilno səmasında onun
üstünə gələn dörd alman təyyarəsi ilə qeyri-bərabər döyüşdə F. Qayıbov düşmənin
üç təyyarəsini vurub saldı, özü isə od tutub yanan təyyarənin içərisində komanda
üzvləri ilə birlikdə həlak oldu.
Nijqorod draqun alayının rotmistri Teymur Novruzov öz eskadronu ilə
düşmən süvarilərini qılıncdan keçirərək, onların iki ağır topunu qənimət götürdü.
O, «Müqəddəs Georgi» ordeninin dörd dərəcəsi ilə təltif edilmişdi.
Birinci dünya müharibəsi zamanı «Qafqaz süvari diviziyası»nın tərkibində
azərbaycanlılardan təşkil olunmuş «Tatar (Azərbaycan-T. Ə.) süvari alayı» da
vardı. Çar generalları, velikorus millətçiləri bu alayı təhqiranə tərzdə «Dikaya
diviziya» adlandırırdılar. Alayın döyüşçüləri özlərinin cəsurluqları ilə xüsusilə
fərqlənirdilər.
Müharibə cəbhələrində 3 min nəfərədək azərbaycanlı iştirak etmişdi.
1915-ci ilin iyununda çar hökuməti «özgə xalqlar»dan olan 18 yaşından
23 yaşınadək gənclərin cəbhəarxası işlərə səfərbərliyi haqqında fərman verdi. IV
Dövlət dumasında deputat Məmməd Yusif Cəfərov müsəlman fraksiyası adından
çıxış edərək, çar hökumətinin müstəmləkə əhalisinə qarşı çevrilmiş bu fərmanını
ciddi tənqid etdi və «özgə xalqlar»dan olanların tarla işləri qurtaranadək
cəbhəarxası işlərə səfərbərlikdən saxlanmasına nail oldu.
Ġnqilabi fəhlə hərəkatında tənəzzül və nisbi yüksəliĢ: İrtica illərində
sosial-demokratiyanın sıraları xeyli seyrəldi. Təqiblərdən yaxa qurtara bilmiş
bolşeviklər gizli işə keçdilər.
Fəhlələrin ara-sıra kiçik tətilləri baş verirdi. 1909-cu ildə bu tətillərdə 20
mindən artıq fəhlə iştirak etmişdi. Tətilçilərə amansız divan tutulurdu. Həmin ilin
üç ayı ərzində Bakıdan 12500 fəhlə sürgün olunmuşdu.
Dostları ilə paylaş: |