Azərbaycan XX əSRĠN ƏVVƏLLƏRĠNDƏ



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə53/69
tarix21.07.2018
ölçüsü1,91 Mb.
#57614
1   ...   49   50   51   52   53   54   55   56   ...   69

110 
 
nəticəsində  milli  hərəkat  daha  radikal  xarakter  aldı  və  demokratik  istiqamətdə   
inkişaf etdi. 
2.  Birinci  rus  inqilabı  illərində  ilk  dəfə  olaraq  meydana  gəlmiş  milli 
partiyalar  ümumxalq  azadlıq  mübarizəsinə  rəhbərlik  edəcək  qədər  güclü  deyildi. 
Ona  görə  də  milli  qüvvələr,  başlıca  olaraq,  azadlıq  hərəkatının  görkəmli 
liderlərinin  və  onların  güclü  təsiri  altında  olan  cəmiyyətlərin  və  təşkilatların   
ətrafında   birləşirdilər. 
İlk partiyalar - «Difahi» və «Müdafiə» məhəlli təşkilatlar idi. «Qeyrət»in 
heç  məramnaməsi  belə  qəbul  edilməmişdi.  «İttifaqi-müslimin»  isə  Rusiya 
müsəlman-türk  xalqlarının  birgə  siyasi  təşkilatı  olmuşdur.  İrtica  illərinin 
əvvəllərində həmin partiyalar  öz  fəaliyyətlərini  dayandırdılar. 
2.  Tətil hərəkatında azərbaycanlı fəhlələrin faizi çox  yüksək deyildi. Bu, 
əsasən,  onunla  əlaqədar  idi  ki,  azərbaycanlı  fəhlələrin  əksər  hissəsi,—  hətta  iri 
sənaye  şəhəri  olan  Bakının  özündə  belə,  —  ticarət,  xırda  istehsal  və  xidmət 
sahələrində  çalışırdılar.  Əgər  həmin  sahələrin  fəhlələri  işi  buraxıb  günlərlə,  hətta 
on  günlərlə  tətil  edərdilərsə,  onların  ailələri  aclıq  çəkərdi,  həmçinin  bir  sıra  qida 
maddələri satılmamış qaldığından xarab ola bilərdi. Ən başlıcası isə, bu kateqoriya 
fəhlələrin  neftçilərdən,  dəmiryolçulardan  fərqli  olaraq,  sahibkarları  işlənilməmiş 
tətil günlərinin pulunu ödəməyə məcbur edə bilən güclü ictimai təşkilatları yox idi. 
4.  Tətillərdən  ən  çox  zərər  çəkən  qeyri-milli  kapital  idi.  Belə  ki,  uzun 
sürən,  mütəşəkkil  və  izdihamlı  tətillər,  başlıca  olaraq,  neft  və  dağ-mədən  sənaye 
sahələrində,  dəmir  yol  nəqliyyatında  baş  verirdi.  Bu  istehsal  və nəqliyyat  sahələri 
isə,  demək  olar  ki,  bütünlüklə  rus,  əcnəbi  və  erməni  kapitalistlərinə,  həmçinin  
dövlətə məxsus idi. 
5.  Kəndlilərin  torpaqsızlıqdan  korluq  çəkmələrinin  başlıca  səbəbkarı 
mütləqiyyət  idi.  Xəzinə  ən  iri  torpaq  sahibi  olub,  Azərbaycanda  əkinə  yararlı 
torpaqların  2/3  hissəsindən  çoxunu  öz  əlində  saxlayırdı.  Ona  görə  də,  Rusiyada 
kəndlilər,  başlıca  olaraq,  torpaq  sahiblərinə  qarşı  mübarizə  apardıqları  halda, 
Azərbaycanda  kəndli  hərəkatı,  ilk  növbədə,  mütləqiyyətə  və  onun  yerlərdəki 
əlaltılarına qarşı çevrilmişdi. 
 
 
 
 
 
 
 
 
 
 
 


111 
 
III FƏSĠL 
 
AZƏRBAYCAN DEMOKRATĠK RESPUBLĠKASI 
 
§ 1. AZƏRBAYCAN ZAQAFQAZĠYA SEYMĠNĠN TƏRKĠBĠNDƏ. 
 BAKI QUBERNĠYASINDA SOVET HAKĠMĠYYƏTĠ  
QURULMASI 
 
Zaqafqaziya  seyminin  yaradılması:  1918-ci  il  yanvarın  6-da 
Ümumrusiya  Müəssislər  məclisi  Sovet  hökuməti  tərəfindən  qovuldu.  Bununla,  
milli  azlıqların  Rusiya  daxilində  özlərinin  muxtar  qurumlarını  yaratmaq  yolunda 
son ümidləri puça çıxdı. 
Müəssislər məclisinə Zaqafqaziyadan seçilmiş nümayəndələr fevralın 23-
də  Tiflisdə  toplaşaraq  özlərinin  qanunverici  orqanını—Zaqafqaziya  seymini 
(parlamentini)  yaratdılar.  Seymdə  üç  fraksiya  —  gürcü,  Azərbaycan  və  erməni 
fraksiyaları  vardı.  M.  Ə.  Rəsulzadənin  başçılıq  etdiyi  Azərbaycan  fraksiyası  44 
nümayəndədən  ibarət  idi.  Burada  «Müsavat»  və  «İttihad»  partiyaları,  bitərəf 
demokratlar  və  «Hümmət»  qrupları,  eserlərə  yaxın  olan  «Müsəlman  sosialist  
bloku»  təmsil  edilmişdi. 
Seymin  gürcü,  Azərbaycan  və  erməni  millətinin  hərəsindən  bir 
nümayəndə  olmaqla,  üç  nəfərdən  ibarət  rəhbərliyi  yaradıldı.  Seymin  sədri  gürcü 
menşeviki N. Çxeidze  idi. 
Seymin bütün fəaliyyəti fraksiyaların mübarizəsi şəraitində keçmişdir. Bu 
mübarizənin əsasını fraksiyaların bir-birinə ərazi iddiaları təşkil edirdi. 
Ermənilərin  azərbaycanlılara  ərazi  iddiaları  tamamilə  əsassız  olub, 
olduqca faciəvi şəkil almışdı. 
Sovet  Rusiyasının  köməyinə  arxalanan  Bakı  Sovetinin  mövqeləri    
getdikcə möhkəmlənirdi. Sovetdə S. Şaumyanın rəhbərlik etdiyi bolşeviklər başlıca 
qüvvə  idilər.  Bundan  başqa  burada  daşnaklar,  eserlər,  menşeviklər  də  təmsil 
edilmişdilər.  
Lakin  Bakıda  real  hakimiyyət  olmaq  üçün,  hər  şeydən  əvvəl, 
azərbaycanlıların  nüfuzu  altında  fəaliyyət  göstərən  şəhər  dumasını,  Müsəlman 
Milli  Şurasını  qovmaq,  milli  qoşun  hissələrini  tərk-silah  etmək  lazım  idi.  Şəhər 
duması  hələ  də  maliyyə  işlərinə  rəhbərlik  edir,  pul  buraxır,  şəhər  nəqliyyatına   
nəzarət  edirdi. 
Bolşeviklər  «Müsavat»a  özlərinin  ən  təhlükəli  və  güclü  rəqibi  kimi 
baxırdılar.  Bu  partiyanın  müsəlman  əhalisi  içərisində  böyük  nüfuzu  vardı. 
«Müsavat» Azərbaycana muxtariyyət verilməsini təkidlə tələb edirdi 
Bakı  bolşevikləri  Azərbaycan  milli  qüvvələrini  darmadağın  etmək  üçün 
ciddi hazırlaşırdılar. Qızıl ordunun yeni hissələri təşkil edildi.  Moskvadan Bakıya 
döyüşçülər dəstəsi, iki təyyarə, iki zirehli maşın və 5 min tüfəng göndərildi. 


112 
 
Bolşevik  Bakı  Soveti  Azərbaycan  xalqına  qarşı  mübarizədə  daşnak 
partiyası və Erməni Milli Şurası ilə asanlıqla dil tapa bildi. 
1918-ci  il  martın  29-da  bolşeviklər  silahlı  qüvvə  ilə  Azərbaycan  hərbi 
hissələrini  Lənkərana  aparmağa  hazırlaşan  «Evolina»  gəmisinə  gəlib,  onları  tərk-
silah etdilər. 
Azərbaycan  hərbi  hissələrinin  bolşeviklər  tərəfindən  tərk-silah  edilməsi 
şəhərin  müsəlman  əhalisi  içərisində  böyük  həyəcana  səbəb  oldu.  «Müsavat» 
partiyası  əhalini təmkinli  olmağa,  fitnəkarlıqlara  uymamağa  çağırırdı.  Ayın  30-da 
səhər şəhərin müxtəlif yerlərində azərbaycanlıların müsadirə edilmiş silahların geri 
qaytarılmasını tələb edən özbaşına mitinqləri başlandı. 
Bakı  Soveti  nəinki  müsadirə  edilmiş  silahları  qaytarmadı,  hələ  üstəlik, 
Qızıl ordu hissələrinin hücuma keçmələri üçün bəhanələr axtardı. Bu zaman Qızıl 
ordunun süvari dəstəsinə fitnəkarcasına atəş açılması hərbi əməliyyatlara başlamaq 
üçün bəhanə oldu. Bu müharibədən Bakıdakı erməni liderləri yerli azərbaycanlılara 
divan tutmaq üçün istifadə  etdilər. 
Martın 30-da şəhərin müsəlmanlar yaşayan məhəllələri toplardan və Xəzər 
sahilində  dayanmış  hərbi  gəmilərdən  atəşə  tutuldu,  havadan  bombardman  edildi. 
Müsəlmanları  ucdantutma  qırmağa  başladılar.  İki  gün  ərzində  on  mindən  artıq  
azərbaycanlı, başlıca olaraq qoca, qadın və uşaq qətlə yetirildi. 
Martın  30-da  S.  Şaumyan  başda  olmaqla,  Bakı  və  ətraf  rayonların  
İnqilabi  Müdafiə  Komitəsi  yaradıldı.  İnqilabi  Müdafiə  Komitəsi  müsəlmanlara 
ultimatum  verərək,  Bakı  Sovetini  danışıqsız  tanımağı  və  silahlı  müqavimətin 
dayandırılmasını  tələb  etdi.  Müsəlmanlar  ultimatum  şərtlərini  qəbul  etmələrinə 
baxmayaraq, ermənilər heç nəyə məhəl qoymadan qırğın və talanları daha iki gün 
davam etdirdilər. 
Martın  axırlarında  Bakıda  yerli  müsəlman  əhalisinə  qarşı  ―vətəndaş 
müharibəsi‖,  ―sinfi  mübarizə‖  adı  ilə  aparılan  hərbi  əməliyyatlar  sinfi 
mənafelərdən tamamilə uzaq, əsl millət qırğını idi.  
Mart hadisələrindən sonra S. Şaumyanın ermənipərəst siyasətinin nəticəsi 
olaraq, Bakı şəhəri müsəlman əhalisindən təmizləndi. 
Azərbaycanlıların  bütün  ümidləri  Zaqafqaziya  seyminə  qalmışdı.  Qanlı 
mart hadisələri haqqında Tiflisə xəbər çatan kimi Zaqafqaziya seyminin müsəlman 
fraksiyasının üzvləri Bakıda erməni-bolşevik cinayətkarlarına hərbi müdaxilə yolu 
ilə  cavab  verilməsini  tələb  etdilər.  Seymin  üzvü  olan  daşnak  liderləri  ilə  S. 
Şaumyanın başçılıq etdiyi Bakı Soveti arasında sıx əlaqə vardı.  
Bu  zaman  Azərbaycanda,  xüsusən  Yelizavetpol  quberniyasında  Bakı 
qırğınını  törədənlərə  qarşı  geniş hərəkat  başlamışdı.  Bakı müsəlmanlarına kömək 
üçün  silahlı  dəstələr  düzəldilir,  hətta  osmanlı  türklərini  köməyə  çağırış  sədaları 
eşidilirdi. 
Aprelin  17-də  Zaqafqaziya  hökümətinin  xüsusi  iclasında  Yelizavetpol 
quberniyasına səfərdən qayıtmış F. Xoyski bildirdi ki, hökümət  Bakı hadisələrinə 


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə