Azərbaycan XX əSRĠN ƏVVƏLLƏRĠNDƏ



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə51/69
tarix21.07.2018
ölçüsü1,91 Mb.
#57614
1   ...   47   48   49   50   51   52   53   54   ...   69

106 
 
vəziyyət  xeyli  gərginləşdi.  Zaqafqaziya  komissarlığı  milli  —  gürcü,  Azərbaycan, 
erməni hərbi hissələrinin təşkilini gücləndirdi. 
Beləliklə,  Sovet  Rusiyası  Azərbaycan  xalqına  nəinki  milli-ərazi 
muxtariyyəti  hüququ  vermədi,  hələ  üstəlik  onun  ərazisinin  bir  hissəsini—neftlə 
zəngin  Bakı  rayonunu  faktik  olaraq,  ondan  qoparıb  aldı.  Bundan  sonra,  Müstəqil 
Azərbaycan dövləti yaratmaq ideyası milli-demokratik hərəkatda ön plana keçdi. 
Ġnqilabi fəhlə hərəkatının inkiĢafı: Fevral inqilabından sonra bolşeviklər 
açıq işə keçdilər. Mart ayında «Hümmət» qəzeti yenidən fəaliyyətə başladı. Cənubi 
Azərbaycandan  gələn  fəhlələr,  həmçinin  İrandakı  fəhlələr  arasında  inqilabi  iş 
aparmaq üçün, sosial-demokrat «Ədalət» təşkilatını yaratdılar. 
Martın 6-da Bakı fəhlə deputatları Soveti, az  sonra soldat və matrosların 
hərbi  deputatlar  Soveti  təşkil  edildi.  Azərbaycanın  başqa  şəhərlərində  də  Sovetlər   
meydana gəldi. 
Bakı Sovetinin qərarları ilə şəhərdə çar inzibati, polis və xəfiyyə idarələri 
ləğv  edildi,  qubernator  və  şəhər  qarnizonunun  rəisi  işdən  götürüldü,  bir  sıra 
məmur,  o  cümlədən  xəfiyyə  idarəsinin  rəisi  həbs  olundu.  Şəhərin  mərkəzi  və 
mədən-zavod  rayonlarında,  həmçinin  iri  müəssisələrdə  qanun-qaydanı  qorumaq 
üçün  fəhlə milisi təşkil edildi və s. 
Beləliklə,  Rusiyada  olduğu  kimi,  Azərbaycanın  bir  sıra  şəhərlərində  də 
ikihakimiyyətlik  meydana  gəldi.  Məsələn,  Bakıda  Müvəqqəti hökumətə  tabe  olan 
İctimai təşkilatların icraiyyə komitəsi ilə yanaşı, Bakı Soveti də dövlət funksiyaları 
yerinə yetirirdi. 
Martın  axırında  Bakı  Sovetinin  orqanı  «İzvestiya»  qəzetinin  ilk  nömrəsi 
çıxdı. Apreldə RSDFP Bakı komitəsinin orqanı «Bakinski raboçi» qəzeti yenidən 
nəşrə başladı. İyunda «Ədalət» təşkilatının Azərbaycan və fars dillərində «Ədalətin 
səsi» qəzetinin ilk nömrəsi buraxıldı. 
Həmkarlar  hərəkatı  genişləndi.  May  ayında  təkcə  Bakıda  28  sahə 
həmkarlar ittifaqı vardı ki, onların üzvlərinin sayı 20 min nəfərdən çox idi. 
1917-ci ilin avqustunda  Azərbaycanda  olan həmkarlar ittifaqı  50  mindən 
artıq fəhləni birləşdirirdi. 
Lakin  mütləqiyyətin  devrilməsi  zəhmətkeş  kütlələrin  həyatında  əsaslı 
dəyişikliyə  səbəb  olmadı.  Çarizm  dövrünün  qanunları,  müstəmləkə  əsarəti,  milli 
ayrı-seçkilik və s. olduğu kimi qalırdı. Müvəqqəti hökumət hələlik bir  sıra vədlər 
verməklə öz hakimiyyətini möhkəmləndirmək üçün vaxt qazanmağa çalışırdı. 
1917-ci  ilin  yaz  və  yayında  Bakının  bir  sıra  mədən  və  zavodlarında 
tətillər,  mitinq  və  yığıncaqlar  keçirildi.  Fəhlələr  8  saatlıq  iş  günü,  əmək  haqqının 
artırılmasını, onların nifrətini qazanmış sərəncamçıların işdən qovulmasını, mədən-
zavod  komissiyalarının  sahibkarlar  tərəfindən  tanınmasını,  məhsulun  istehsalı  və 
bölüşdürülməsi  üzərində  fəhlə  nəzarəti  qoyulmasını,  müştərək  müqavilə 
bağlanmasını və  s.  tələb edirdilər. 


107 
 
Bu tələblər qəbul olunmasa da, Bakının bəzi müəssisələrində, Zaqafqaziya 
dəmir yolunda fəhlələr özbaşına 8 saatlıq iş günü qoydular. Bakıda fəhlələrin tələbi 
ilə bir sıra şirkətləri idarə edən müdirlər, sahə və sex rəisləri işdən kənar edildilər, 
bəzi sənaye müəssisələrində fəhlə  nəzarəti qoyuldu. 
Peterburqda  3  iyul  hadisələrindən  sonra  əksinqilab  güclü  hücuma  keçdi. 
Belə  şəraitdə  fəhlələrin  mənafeyini  müdafiə  edə  biləcək  nüfuzlu  və  mübariz 
təşkilatlar lazım idi. Mədən-zavod komissiyaları bu cür təşkilatlardan idi. Ona görə 
fəhlələr-mədən-zavod 
komissiyalarının 
iyulun  16-da  keçirilən  növbəti 
konfransında  bu  konfransı  daimi  fəaliyyət  göstərən  orqana  çevirməyi  qərara   
aldılar. 
Konfrans  fəhlələrin  mənafeləri  uğrunda  inadla  mübarizə  aparırdı.  İyulun 
27-də Konfransın iclasında müştərək müqavilə bağlanılmasını sahibkarlardan tələb 
edən qərar qəbul olundu. Əks təqdirdə ümumi tətilə başlamaqla hədələdilər. 
Müştərək  müqavilə  bağlanılmasının  kapitalistlər  tərəfindən  uzadılmasına 
etiraz  əlaməti  olaraq,  avqustda  Bakının  çox  mədən  və  müəssisələrinin  fəhlələri  
tətil etdilər. 
Sentyabrın  17-də  mədən-zavod  komissiyaları  konfransının  növbəti 
iclasında  Müvəqqəti  hökumətin  siyasəti  pisləndi  və  sahibkarlara  mədən-zavod 
komissiyalarının  danışıqsız  tanınmasını,  fəhlələrin  işə  götürülməsi  və  işdən 
çıxarılmasında  bu  komissiyaların  iştirakını,  müştərək  müqavilənin  bağlanılmasını 
tələb edən ultimatum verildi. Fəhlələrin ultimatumu rədd edildi. 
Sentyabrın  27-də  Bakının  bütün  mədənlərində,  sənaye  müəssisələrində, 
Xəzər  ticarət  donanmasında  ümumi  tətil  başladı.  Tətilə  rəhbərlik  etmək  üçün  P. 
Çaparidze,  M.  Əzizbəyov,  M.  Basin,  İ.  Fioletov  və  başqalarından  ibarət  Mərkəzi 
tətil  komitəsi  yaradıldı.  Mərkəzi  tətil  komitəsinin icazəsi  ilə  yalnız dəmiryolçular, 
xəstəxanaların işçiləri, neft və su kəmərlərinin fəhlələri işləyirdilər. 
Sentyabr  ümumbakı  tətilində  65  mindən  çox  fəhlə  və  qulluqçu  iştirak 
edirdi. Tətilçiləri şəhərin bütün əməkçiləri, Bakı qarnizonunun inqilabçı soldatları, 
Xəzər hərbi donanmasının matrosları müdafiə edirdilər. 
Mərkəzi  tətil  komitəsi  əslində  şəhərin  iqtisadi  həyatına  rəhbərliyi  ələ 
almışdı.  O,  əhalinin  ərzaqla  təmin  edilməsinə,  nəqliyyat  vasitələrinın 
bölüşdürülməsinə, mədənlərin və başqa obyektlərin qorunmasına nəzarət edirdi. 
Oktyabrın  2-də müştərək müqavilənin qəbul olunması haqqında  protokol 
imzalandıqdan  sonra  tətil  dayandırıldı.  Sentyabr  ümumi  tətili  proletariatın 
kapitalistlər və müvəqqəti hökumət üzərində böyük qələbəsi idi. 
Sentyabr hadisələrindən sonra bolşeviklərin nüfuzu xeyli artdı. Oktyabrın 
13-də  Bakı  Sovetinin  eser-menşevik  İcraiyyə  Komitəsi  istefa  verməyə  məcbur 
oldu.  S.  Şaumyan  başda  olmaqla  Bakı  Sovetinin  Müvəqqəti  İcraiyyə  Komitəsi   
seçildi. 
1917-ci  ilin  oktyabrında  bolşeviklər  Rusiyada  hakimiyyəti  ələ  aldıqdan 
sonra, noyabrın 2-də Bakı fəhlə deputatları Sovetinin Bakı hərbi deputatları Soveti 


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə