Azərbaycan XX əSRĠN ƏVVƏLLƏRĠNDƏ



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə52/69
tarix21.07.2018
ölçüsü1,91 Mb.
#57614
1   ...   48   49   50   51   52   53   54   55   ...   69

108 
 
ilə birgə iclasında Sovetin İcraiyyə Komitəsi Bakı şəhərində və Bakı rayonunda ali 
hakimiyyət  orqanı  elan  edildi.  Bakı  Soveti  İcraiyyə  Komitəsinin  yeni  tərkibi 
seçildi.  Buraya  S.  Şaumyan,  M.  Basin,  P.  Caparidze,  İ.  Fioletov,  M.  H.  Vəzirov 
(sol  eser)  və  başqaları  daxil  oldular.  S.  Şaumyan  yenidən  İcraiyyə  Komitəsinin 
sədri  seçildi.  Bu  iclasda,  həmçinin,  Bakı  fəhlə  deputatları  Soveti  ilə  Bakı  hərbi 
deputatları  Sovetini  birləşdirərək,  onu  Bakı  fəhlə  və  əsgər  deputatları  Soveti 
adlandırmaq qərara alındı. 
Beləliklə,  bolşevik  Bakı  Soveti  Bakı  rayonunu  Azərbaycandan  ayıraraq, 
orada Sovet hakimiyyəti elan etdi. 
1917-ci  il  dekabrın  ortalarında  fəhlə  və  əsgər  deputatları  Sovetinə  yeni 
seçkilər  keçirildi.  Sovetin  yeni  tərkibinə  190  deputat,  o  cümlədən  «Müsavat» 
partiyasından  18  deputat  seçildi.  Deputatların  çoxunu  əksəriyyəti  rus  olan  eserlər 
və  bolşeviklər  təşkil  edirdilər.  Sovetin  İcraiyyə  Komitəsi  sədrliyinə  bolşevik  P. 
Çaparidze  seçildi. Bu zaman  S. Şaumyan  Sovet  Rusiyası tərəfindən Qafqaz işləri 
üzrə müvəqqəti  fövqəladə komissar təyin edilmişdi. 
Kəndli  hərəkatı:  Çarizmin  devrilməsi  və  Müvəqqəti  hökumətin 
yaradılması  kəndlilərin  torpaq  sarıdan  korluğuna,  onların  hüquqsuzluğuna  son 
qoymadı.  Müvəqqəti  hökumətin  Xüsusi  Zaqafqaziya  Komitəsi  tərəfindən  hələ 
martın  18-də  elan  edilmiş  müraciətində  göstərilirdi  ki,  çar  hökumətinin  qoymuş 
olduğu  vergilər  ödənilməlidir,  torpaqları  tutmaq  və  mülkədarın  itaətindən  çıxmaq 
qadağan olunur, keçmiş məhkəmələr və idarələr dəyişməz qalır. 
1917-ci ilin yazından başlayaraq kəndli çıxışları gücləndi. Kəndlilər vergi 
verməkdən  boyun  qaçırır,  əkin  yerlərini  və  su  mənbələrini  zəbt  edir,  cəza 
dəstələrini  tərk-silah  edirdilər. 
Mayda  Nuxa  qəzasının  Zəyzit  kənd  yoxsulları  bəylərə  məxsus  su 
mənbələrini  zəbt  etdi  və  silaha  sarılaraq  onların üzərinə göndərilən  cəza  dəstəsini 
qovdular. Müvəqqəti hökumət tərəfindən yenicə yaradılmış Nuxa İcraiyyə komitəsi 
zəyzitliləri  baykot  etdi—onlarla  hər  cür  əlaqə  saxlamaq  qadağan  olundu.  Lakin 
zəyzitlilər öz  mübarizəsini dayandırmadılar. 
Yayda  Yelizavetpol  quberniyasının  bütun  qəzalarını  kəndli  həyəcanları   
bürüdü. 
İyun ayında Şuşa qəzasının Hindarx kəndində yoxsulların çıxışına tezliklə 
Şuşa  və  Cavanşir  qəzalarının  kəndliləri  də  qoşuldular.  Bu  qəzalarda  kəndli 
çıxışlarının əsas təşkilatçılarından biri müəllim Salman Əlibəyov idi. 
İyul  ayında  Yelizavetpol  qəzasının Gəlgəldi,  Bolçalı  və  Qazax  qəzasının 
Çaxmaqlı  kəndlərində  xüsusilə  kəskin  çıxışlar  oldu.  Kəndli  çıxışlarına  Müseyib 
Əliyev, Əmiraslan Süleyman oğlu rəhbərlik edirdilər. 
Yelizavetpol  qəzasının  Miskinli  kəndində  Rüstəm  Əliyev  kəndli 
deputatları  Soveti  yaratdı.  Onun  təşkil  etdiyi  silahlı  kəndli  dəstəsi  yoxsulları 
cəsarətlə müdafiə   edirdi. 


109 
 
Yelizavetpol  quberniyasının  komissarı  Xüsusi  Zaqafqaziya  Komitəsinə 
məlumatında Yelizavetpol, Ərəş, Nuxa, Qazax və Zəngəzur qəzalarında kəndlilərin 
mübarizəsinin  gücləndiyini  qeyd  edərək  göstərirdi  ki,  qəza  milisi  onların 
öhdəsindən  gələ  bilmir  və  kəndli  çıxışlarını  yatırmaq  üçün  təcili  kazak  hissələri 
göndərilməlidir. 
Kəndli  hərəkatının  getdikcə  qorxunc  forma  almasından  təşfişə  düşən 
Xüsusi  Zaqafqaziya  Komitəsi  kəndliləri  bir  qədər  sakitləşdirmək  üçün,  1912—
1913-cü illərin aqrar qanunlarına əsasən onların məcburi şəkildə verməli olduqları 
ödənc pulunun ödənilməsini iyunun 7-dən  müvəqqəti olaraq  dayandırdı.  
Avqustun  20-də  Qazax  qəzasının  Çaylı  kəndində  kəndlilər  üsyan  etdilər. 
Onlar  dörd  gün  Yelizavetpoldan  göndərilən  cəza  dəstəsinə  qarşı  mətanətlə 
vuruşdular və hökumət qoşunlarını dəfələrlə məğlub edib qaçmağa məcbur etdilər. 
Payızda kəndli çıxışları daha da kəskinləşdi. 
Xüsusi  Zaqafqaziya  Komitəsinın  məlumatında  deyilirdi  ki,  Naxçıvan  və 
Şərur-Dərələyəz  qəzalarında  üsyan  etmiş  kəndlilərin  qarşısını  yerli  hakimiyyət 
orqanları heç cür ala bilmirlər. 
Dekabrda  Yelizavetpol  qəzasında  Alabaşlı  kəndinin  kəndliləri  üsyan 
edərək, knyaz Qolitsının mülkünü dağıtdılar. 
Kəndli  çıxışlarından  bərk  qorxuya  düşmüş  Zaqafqaziya  komissarlığı 
1917-ci il dekabrın 16-da «Dövlət, keçmiş xanədən, kilsə, monastır, hüquqi şəxslər 
və  xüsusi  sahibkar  torpaqlarının  torpaq  komitələrinə  verilməsi  haqqında»  qanun 
qəbul  etdi.  Qanuna  görə,  torpaqlar  bilavasitə  kəndlilərə  deyil,  mülkədarların 
başçılıq  etdikləri  torpaq  komitələrinə  verilirdi.  Kəndlilər  müəyyən  olunmuş 
şərtlərlə torpaq komitələrindən torpaq icarəyə götürməli idilər. 
Bu  qanun  müxtəlif  yollarla  böyük  mülkədarların  ixtiyarındakı  geniş 
torpaq mülklərini onların özündə saxlayırdı. Belə ki, qanunla «ölkə torpaq fondu» 
adlanan  fond  yaradılır  və  buraya  «məlum  normadan  yuxarı»  xüsusi  sahibkar 
torpaqları  daxil  edilirdi.  Lakin  «məlum  normanın»  miqdarı  dəqiq  müəyyən 
olunmamışdı.  Zəhmətkeş  kəndlilər  1917-ci  il  16  dekabr  tarixli  qanunla  əslində 
torpaq ala bilmədilər. 
Azərbaycan  kəndlilərinin  rus  müstəmləkəçilərinə  qarşı,  torpaq  uğrunda 
mübarizəsi  son  dərəcə  kəskinləşib,  hətta  silahlı  üsyan  dərəcəsinə  çatmasına 
baxmayaraq, bu mübarizə yenə də pərakəndə şəkildə aparılır və qeyri-mütəşəkkil 
xarakter  daşıyırdı.  Kəndlilərin  əsas  kütləsinin  siyasi  şüurunun  yetişməməsi  də  öz  
mənfi təsirini göstərirdi. 
*** 
Azarbaycanda milli hərəkatın bir sıra xüsusiyyətləri vardı. 
1.  Xalq azadlıq hərəkatına loyal mövqedə dayanan milli burjuaziya deyil, 
demokratik  əhval-ruhiyyəli  ziyalılar  rəhbərlik  edirdilər.  Milli  partiyaların  özəyi 
müsəlman ziyalılarından ibarət idi. Azadlıq hərəkatına ziyalıların rəhbərlik etməsi 


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə