115
Azərbaycan hökumətinin Gəncəyə gəlişi ilə eyni vaxtda milli qüvvələrin
arasında ciddi ixtilafların olduğu aşkara çıxdı. Milli Şurada, həmçinin hökumətin
tərkibində təmsil olunmayan bəzi qüvvələr və ilhaqçılar, o cümlədən ittihadçılar
Milli Şuranı hakimiyyətdən uzaqlaşdırmağa çalışırdılar. Onlar öz ümidlərini türk
generalı Nuru paşaya bağlamışdılar. Azərbaycan dövləti faktik olaraq onun
hakimiyyəti altında idi. Milli Şuranın və ona tabe olan hökumətin demokratik
əhval-ruhiyyəli, sol meyilli tərkibi Türkiyə hökumətinin ürəyincə deyildi. Milli
Şura üzvlərinin böyük əksəriyyətinin fikrini ifadə edən M. Ə. Rəsulzadə bildirdi ki,
Milli Şura Azərbaycanın suverenliyini saxlamaq şərtilə güzəştə getməyə hazırdır.
Bu zaman Nuru paşanın yanında siyasi işlər üzrə müşavir işləyən Əhməd bəy
Ağaoğlunun (Ağayevin) vasitəçiliyi ilə belə bir razılıq əldə edildi ki, Milli Şura
buraxılır, bütün ali qanunverici və icraedici hakimiyyət bitərəf Fətəli xan
Xoyskinin yenidən təşkil edəcəyi müvəqqəti hökumətinin əlində cəmləşir.
Beləliklə, milli demokratik qüvvələr Azərbaycan Respublikasının (suverenliyinə
qoruyub saxlamağa müvəffəq olurlar.
İyunun 17-də Milli Şuranın iclasında iki qətnamə qəbul edildi. Birinci
qətnamə yeni yaradılacaq müvəqqəti hökumətin hüququ və vəzifələrinə aid idi.
Qətnamədə göstərilirdi ki, Müvəqqəti hökumət dövlətin müstəqilliyinə, mövcud
siyasi azadlıqlara xələl gətirən dəyişikliklər istisna edilməklə, bütün məsələlərin
həllində tam hüquqa malikdir. O, altı aydan gec olmayaraq Müəssislər məclisini
çağırmalıdır
Həmin gün F. Xoyskinin başçılığı ilə ikinci Müvəqqəti hökumət təşkil
edildi. Hökumətin tərkibində on iki nazir vardı. Nazirlərin yeddi nəfəri bitərəf, beş
nəfəri isə «Müsavat» partiyasından idi.
1918-ci il iyunun əvvəlində Azərbaycanda siyasi vəziyyət olduqca gərgin
idi. Ölkədə, əslində bir-birilə düşmənçilik edən iki hakimiyyət vardı. Bakı
quberniyası Bakı Sovetinin, Gəncə quberniyası və Zaqatala dairəsi Azərbaycan
Demokratik Respublikasının hakimiyyəti altında idi.
F. Xoyski hökumətinin xahişi ilə, həmçinin 4 iyun tarixli Türkiyə-
Azərbaycan müqaviləsinə uyğun olaraq, Azərbaycana təcili surətdə bir türk
diviziyası göndərildi. General Əliağa Şıxlinskinin rəhbərlik etdiyi əlahiddə
Azərbaycan korpusu ilə həmin türk diviziyasının birləşməsi əsasında Qafqaz İslam
ordusu yaradıldı.
İyunun 23-də bütün Azərbaycan ərazisində hərbi vəziyyət elan edildi.
Qafqaz İslam ordusu Nuru paşanın ümumi komandası altında Bakıya doğru hərəkət
etdi.
Azərbaycan Demokratik Respublikasının Gəncə dövründə vəziyyəti son
dərəcə mürəkkəb olmasına baxmayaraq, hökumət bir sıra tədbirlər həyata keçirdi.
İlk növbədə, daxili asayiş bərpa edildi. Yerli idarə orqanlarının işi sahmana salındı.
Dağıdılmış dəmir yollar bərpa edildi, poçt və teleqrafın işi qaydaya düşdü
116
Milli hökumətin Azərbaycan xalqına 1918-ci il 17 iyun tarixli
müraciətnaməsində bütün dövlət idarələrinin, məhkəmə və məktəblərin
milliləşdirilməsi elan edildi.
Qaryagin qəzası yenidən Cəbrayıl adlandırıldı. Ağdaşa şəhər statusu
verildi.
Milli hökümətin Azərbaycan xalqına 1918-ci il 17 iyun tarixli
müraciətnaməsində bütün dövlət idarələrinin, məhkəmə və məktəblərin
milliləşdirilməsi elan edildi.
İyunun 24-də Azərbaycan Dövlət bayrağı qəbul edildi. İlk bayraq qırmızı
rəngdə olub, üzərində ağ fonda aypara və səkkizguşə ulduz rəsmi təsvir
olunmuşdu. Sonralar, 1918-ci il noyabrın 9-da Azərbaycan Demokratik
Respublikasının hazırkı Dövlət bayrağı qəbul edildi. Yeni bayrağın üzərində
aypara və səkkizguşəli ulduz rəsmi yenə saxlanmaqla, o, mavi, qırmızı və yaşıl
rəngdə verildi. M. Ə. Rəsulzadə göstərirdi ki, Azərbaycan Respublikasının üçrəngli
bayrağı «türk milli mədəniyyətinin, müasir Avropa demokratiyasının və İslam
sivilizasiyasının simvoludur».
İyunun 26-da Azərbaycan və Gürcüstan respublikaları arasında Zaqatala
dairəsi üzrə ərazi mübahisələri sülh yolu ilə həll edildi. Zaqatala dairəsi Milli
Şurasının yekdil qərarı ilə Zaqatala həmişəlik Azərbaycan Respublikasına
qovuşdu.
İyunun 27-də Azərbaycan dili dövlət dili elan edildi. Avqustun 11-də
ümumi hərbi səfərbərlik elan edildi.
Sentyabrın 1-də hərbi nazirlik yaradıldı. Baş nazir F. Xoyski eyni
zamanda hərbi nazir oldu. General Səməd ağa Mehmandarov isə nazir müavini
təyin edildi. 1918-ci ilin yayında Bakıda ərzaq vəziyyəti olduqca pisləşdi.
Bakı Sovetinin qoşunları içərisində xəyanətkarlıq baş alıb gedirdi. Sovet
Rusiyasından Bakı bolşeviklərinə müntəzəm olaraq hərbi yardım göndərilirdi.
Lakin türk-Azərbaycan qoşunları irəlilədikcə, Bakı Soveti rəhbərlərinin
özlərinə «müttəfiq» saydıqları daşnaklar və biçeraxovçular daha böyük
xəyanətkarlıq edirdilər. Onların Bakının girəcəyində cəbhəni qoyub qaçmaları Bakı
Sovetini çıxılmaz vəziyyətə saldı.
Bundan istifadə edən eserlər, menşeviklər və daşnaklar iyulun 25-də Bakı
Sovetinin fövqəladə geniş iclasında ingilisləri köməyə çağırmaq haqqında qərarı
səs çoxluğu ilə qəbul etdirdilər. İyulun 31-də S. Şaumyan başda olmaqla, Bakı
Xalq Komissarları Soveti istefa verdi. Hakimiyyət «Sentrokaspi diktaturası»
deyilən eser-daşnak-menşevik «hökumətinin» əlinə keçdi.
«Sentrokaspi diktaturası»nın əhali içərisində dayağı yox idi. O, hərbi
cəhətdən zəif olduğu üçün İrandakı ingilis qoşunlarına bel bağlayırdı. İngilisləri
Bakıya dəvət etmək üçün dərhal Ənzəliyə nümayəndələr göndərildi. Avqustun 4-də
ingilislərin ilk dəstəsi Bakıya daxil oldu. Avqustun 17-də general Denstervil başda
Dostları ilə paylaş: |