Azərbaycan XX əSRĠN ƏVVƏLLƏRĠNDƏ



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə54/69
tarix21.07.2018
ölçüsü1,91 Mb.
#57614
1   ...   50   51   52   53   54   55   56   57   ...   69

113 
 
biganə  qalmaqla,  regionun  müsəlman  əhalisini  ayağa  qaldıra  bilər.  İclasda 
müsəlman  fraksiyasının  təkidi  ilə  hökümət  400  nəfərlik  hərbi  dəstənin  Bakıya 
göndərilməsi  haqqında  qərar  qəbul  etdi.  (Lakin  bu  qərar  kağız  üzərində  qaldı). 
Zaqafqaziya  seymi  adından  S.  Şaumyanla  danışıqlar  aparmaq  üçün  biri  erməni, 
digəri azərbaycanlı olmaqla iki nümayəndə Bakıya göndərildi. 
Mart  qırğınından  sonra  Azərbaycan  milli  qüvvələri  müsəlman  siyasi 
partiyaları ətrafında daha sıx birləşdilər. 
1918-ci  il  aprelin  22-də  Zaqafqaziya  seymi  müstəqil  Zaqafqaziya 
Demokratik  Federativ  Respublikasının  yaradıldığını  elan  etdi.  Gürcüstan, 
Azərbaycan  və  Ermənistan    müstəqil  respublikalar  elan  edilərək,  bu  federasiyada 
birləşdilər. 
Aprelin 26-da A. Çxenkelinin başçılığı ilə federativ hökümət təşkil edildi. 
Azərbaycandan  beş  nümayəndə,  o  cümlədən  F.  Xoyski  daxili  işlər  naziri,  N. 
Yusifbəyli maarif naziri sifətilə bu hökümətə daxil oldular. 
Lakin  yeni  hökümətin  ömrü  az  oldu.  Gürcüstan,  Azərbaycan  və 
Ermənistan  respublikaları  arasında  iqtisadi  bağlılığın  olmaması  onların  bir-birinə 
yaxınlaşmasına imkan vermədi. 
Seymin  daxilində  milli  zəmində  ixtilaflar  Zaqafqaziya  Federativ 
Respublikasının  son  dərəcə  zəiflətdi.  Mayın  26-da  Gürcüstan  Respublikasının 
Federasiyasının tərkibindən çıxması ilə Zaqafqaziya seymi dağıldı. 
Mart 
hadisələrindən 
sonra 
Bakıda 
bolşeviklərin 
hakimiyyəti 
möhkəmləndi.  Aprelin  20-də  müsəlman  müxalifətinin  başlıca  dayağı  olan  şəhər 
duması  Bakı  Soveti  tərəfindən  buraxıldı.  Bütün  inzibati  aparat  yenidən  quruldu. 
Yeni fəhlə-kəndli milisi yaradıldı. 
Sovet  Rusiyası  ərzaq,  pul,  silah,  döyüş  sursatı,  həmçinin  döyüşçülər 
göndərməklə  Bakı  Sovetinə  yardım  göstərirdi.  S.  Şaumyanın  rəhbərlik  etdiyi 
bolşevik Bakı Soveti açıq ermənipərəst siyasət yeridirdi. 
Aprel  ayında  bolşeviklər  Sovet  hakimiyyətini  bütün  Bakı  quberniyasına 
yaymaq  üçün  hərbi  əməmliyyatlara  başladılar.  Lənkəran,  Şamaxı,  Salyan, 
Kürdəmir və Qubada Sovet hakimiyyəti quruldu. 
Mart  hadisələrindən  sonra  bolşeviklər  müsəlman  əhalisi  içərisində  öz 
nüfuzlarını  tamamilə  itirmişdilər.  Odur  ki,  Bakı  quberniyasının  qəzalarında 
azərbaycanlılar  sovet  qoşunlarını  düşməncəsinə  qarşıladılar,  onlara  müqavimət 
göstərdilər. 
1918-ci  il  aprelin  25-də  Bakı  quberniya  Xalq  Komissarları  Soveti 
yaradıldı.  Bu  hökümət  tarixə  ―Bakı  kommunası‖  adı  ilə  daxil  olmuşdur.  Xalq 
Komissarları  Sovetinin  sədrliyində  S.  Şaumyan  seçildi.  Hökumətdə  iki  nəfər 
azərbaycanlı  komissar  –  şəhər  təsərrüfatı  komissarı  bolşevik  N.  Nərimanov  və 
torpaq komissarı sol eser M. Vəzirov vardı. Səkkiz millətin nümayəndəsinin təmsil 
olunduğu  Xalq  Komissarları  Sovetində  komissarların  yarıya  qədəri,  həm  də 
əhəmiyyətliləri ermənilərdən ibarət idi. 


114 
 
1918-ci il mayın 1-də Bakı Xalq Komissarları Sovetinin bəyannaməsi elan 
edildi.  Bəyannamədə  bildirilirdi  ki,  Xalq  Komissarları  Soveti  Ümumrusiya 
Mərkəzi  höküməti  ilə  ən  sıx  əlaqə  saxlayacaqdır  və  onun  bütün  dekret  və 
qərarlarını özü üçün vacib bilir. Bakı Xalq Komissarları Soveti ―Bakı fəhlələrini və 
Bakı  quberniyasının  kəndlilərini  bütün  Rusiyanın  fəhlə  və  kəndliləri  ilə  sıx 
birləşdirməyi‖ özünün başlıca vəzifələrindən biri hesab edir. 
Mayın  27-də  Tiflisdə  keçmiş  seymin  müsəlman  üzvlərinin  fövqəladə 
yığıncağı  toplandı.  Yığıncaqda  müsəlman  fraksiyası  özünü  Azərbaycan  Milli 
Şurası  elan  etdi.  M.  Ə.  Rəsulzadə  Milli  Şuranın  sədri  seçildi.  Yığıncaqda  qəbul 
edilmiş  qərarda  göstərilirdi  ki,  müəssisələr  məclisi  çağırılana  qədər  Azərbaycanı 
Milli Şura və müvəqqəti hökümət idarə edəcəkdir. 
1918-ci  il  mayın  28-də  axşam  Milli  Şura  Azərbaycan  Demokratik 
Respublikasının yaradıldığını elan etdi. 
Həmin gün Ermənistan da öz müstəqilliyini elan etmişdir. 
Müstəqil Azərbaycan Demokratik Respublikasının yaranması ilə əlaqədar 
olaraq İstiqlal bəyannaməsi qəbul edildi. Bəyannamədə deyilirdi ki, rus qoşunları 
çıxıb  getdikdən  və  Zaqafqaziya  Federativ  Respublikası  parçalandıqdan  sonra 
yaranmış  vəziyyət  Azərbaycandan  xalqı  ağır  daxili  vəziyyətindən  çıxarmaq  üçün 
öz  dövlət  orqanını  yaratmağı  tələb  edir.  Azərbaycan  demokratik  respublika 
formasında  suveren  müstəqil  dövlətdir.  Azərbaycan  Demokratik  Respublikası 
milliyyətindən, dini etiqadından, sosial vəziyyətindən və cinsindən asılı olmayaraq, 
bütün vətəndaşların hüquq bərabərliyinə təminat  verir. (Sənədə  bax). 
Fətəli  xan  Xoyski  (1875-1920-ci  illər)  başda  olmaqla  Azərbaycan 
Demokratik Respublikasının  ilk hökuməti  təşkil  edildi. 
Mayın  30-da  Azərbaycanın  müstəqilliyinin  elan  edilməsi  haqqında 
dünyanın bir sıra dövlətlərinə radio ilə xəbər verildi. 
İlk  Azərbaycan  hökuməti  son  dərəcə  ağır  bir  şəraitdə  fəaliyyətə  başladı. 
Ölkədə  hərc-mərclik  baş  alıb  gedirdi.  Bakı  bolşevikləri  və  erməni-daşnak 
ekstremistləri  tərəfindən  hər  an  hücum  təhlükəsi  gözlənilirdi.  Əhalinin  içərisində 
ilhaqçılıq  (Türkiyə  ilə  birləşmək)  meylləri  artırdı.  Belə  vəziyyətdə  Azərbaycan 
hökuməti kömək üçün Türkiyəyə müraciət etməyə  məcbur oldu. 
1918-ci  il  iyunun  4-də  Batumda  Türkiyə  ilə  Azərbaycan  Demokratik 
Respublikası arasında sülh və dostluq haqqında müqavilə bağlandı. Bu müqaviləyə 
əsasən, Türkiyə hökuməti «qayda-qanunu və ölkənin təhlükəsizliyini təmin etmək 
üçün  ehtiyac  olduğu  təqdirdə  Azərbaycan  Respublikası  hökumətinə  silahlı 
qüvvələrlə yardım etməyi» öz öhdəsinə götürdü. 
1918-ci  il  iyunun  16-da  Azərbaycan  Milli  Şurası  və  hökumət  Tiflisdən 
Gəncəyə  köçdü.  Gəncə  Azərbaycan  Demokratik  Respublikasının  müvəqqəti 
paytaxtı  elan  edildi.  Bu  zaman  şəhərdə  Nuru  paşanın  başçılığı  ilə  300 nəfər  türk 
hərbi təlimatçısı vardı. Onları Azərbaycan  hökuməti dəvət  etmişdi. 


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə