Azərbaycan XX əSRĠN ƏVVƏLLƏRĠNDƏ



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə62/69
tarix21.07.2018
ölçüsü1,91 Mb.
#57614
1   ...   58   59   60   61   62   63   64   65   ...   69

130 
 
Bir neçə kiçik kitabxana və qiraətxana çox zəif maddi bazaya malik olub, 
məhdud  oxucu  kütləsinin  belə  tələbatını  ödəyə  bilmirdi.  Bundan  başqa, 
kitabxanalardan  kitab  götürmək  üçün  qoyulan  girovun  və  kitabdan  istifadə 
müddətinin  gecikməsinə  görə  alınan  cərimənin  son  dərəcə  yüksək  olması  kasıb 
oxucuların  buraya  gəlməsinə  imkan  vermirdi.  Kənd  yerlərində  isə  oxucuların 
böyük əksəriyyəti kitab oxumaq imkanından məhrum idi. 
Bakıda  sənaye  muzeyi,  texniki  muzey,  pedaqoji  muzey  vardı.  Bunlar, 
əslində,  eksponatlar  saxlanan  kiçik  fondu  xatırladaraq,  demək  olar  ki,  heç  bir 
mədəni-maarif işi aparmırdı. 
Fəhlələrin təşəbbüsü ilə Bakıda bir neçə fəhlə klubu və xalq evi açılmışdı. 
Bunlarda kitabxanalar, dram  və  musiqi dərnəkləri təşkil  edilmişdi. 
Əsrin  əvvəllərindən  başlayaraq,  ümumi  fəhlə  kursları  adlanan  kurslar 
fəaliyyət göstərirdi. Bakı kursları xüsusilə fərqlənirdi. 1908-ci ildə həmin kurslarda 
450  müdavim  vardı  ki,  onların  da  190  nəfərindən  çoxunu  azərbaycanlılar  təşkil 
edirdi. 1909-cu ildə «Nicat» cəmiyyətinin axşam kurslarında 280 adam oxuyurdu. 
Bakının bəzi mədən-zavod rayonlarında da axşam kursları açılmışdı. 
Azərbaycan  Demokratik  Respublikasında  mədəni-maarif  işləri  milli 
məzmun  aldı.  Dövlət  dili  elan  edilmiş  Azərbaycan  dilində  çap  məhsullarının 
çoxalması bunun üçün əlverişli şərait yaratdı. Kitabxanalar ana dilində olan kitab 
və dövri mətbuat vasitələri ilə zənginləşdirildi. 
Bir  sıra  yeni  kitabxanalar  açıldı.  Hətta  bəzi  kənd  məktəblərində  də 
kitabxana-qiraətxana  təşkil  edildi.  Bakıda  mərkəzi  kitabxananın  və  kütləvi 
kitabxanaların layihələri hazırlandı. 
«Türk  ocağı»,  «Mədəni-maarif»,  «Nəsiri-maarif»  və  digər  cəmiyyətlər 
mədəni-maarif  işlərinin  genişləndirilməsində  mühüm  rol  oynadılar.  Bu 
cəmiyyətlərin  xətti  ilə  çoxlu  kitabxana,  axşam  kursları,  özfəaliyyət  dərnəkləri  və 
başqaları təşkil edildi. 
Səhiyyə  XX  əsrin  əvvəllərində  Azərbaycanda  səhiyyənin  vəziyyəti  çox 
acınacaqlı  idi.  Bakı  quberniyasında  105  həkim,  30-a  yaxın  aptek  vardı. 
Yelizavetpol  quberniyasında  vəziyyət  daha  pis  idi.  1909-cu  ildə  burada  cəmi  9 
həkim  və  27  feldşer  vardı.  Həkimlər  əsasən  şəhər  yerlərində  işləyirdilər,  kənd 
əhalisi, əslində, tibbi yardımdan məhrum idi. 
Xəstəxanaların  sayı  olduqca  az  idi.  Hətta  bütün  Zaqafqaziyada  Moskva 
quberniyasının bəzi qəzalarında olduğundan xeyli az xəstəxana vardı. 1910-cu ildə 
xəstəxanalarla nisbətən yaxşı təmin edilmiş Bakı şəhərində 34 xəstəxana fəaliyyət 
göstərirdi.  Bu  xəstəxanalarda  41  həkim,  60  feldşer  və  113  başqa  tibb  işçisi 
çalışırdı.  Birinci  dünya  müharibəsi  illərində  Bakıda  hərbi  qospitallarla  yanaşı, 
çoxlu  lazaret  təşkil  edildi.  Həmin  hərbi  xəstəxanalarda  çarpayıların  sayı  5800-ə 
çatırdı. 
Səhiyyə  xidmətinin  yarıtmaz  olması nəticəsində  yoluxucu  xəstəliklər  baş 
alıb  gedirdi.  Mədə-bağırsaq  xəstəlikləri,  malyariya,  revmatizm,  traxoma  geniş 


131 
 
yayılmışdı.  1910-cu  ildə  Bakı  quberniyasının  150-yə  yaxın  yaşayış  məntəqəsini, 
xüsusilə  Lənkəran,  Cavad,  Quba  və  Şamaxı  qəzalarını  vəba  xəstəliyi  bürümüşdü. 
Azərbaycanda  bir  yaşınadək  olan uşaqlar arasında  ölüm halları  Mərkəzi  Rusiyada 
olduğundan xeyli yüksək idi. Bu, Bakıda 38 faiz təşkil edirdi. 1914-cü ildə şəhərdə 
«Uşaqlar  arasında  ölüm  halları  ilə  mübarizə  cəmiyyəti»nin  sanatoriyası  açıldı  və 
uşaq xəstəxanasının tikintisinə başlandı. 
Azərbaycan  Demokratik  Respublikası  zamanında  əhalinin  sağlamlığına 
xüsusi  qayğı  göstərilirdi.  Respublika hökumətinin  fəaliyyətə  başladığı  ilk gündən 
səhiyyə  nazirliyi  təşkil  edildi.  Maliyyə  imkanlarının  son  dərəcə məhdud  olmasına 
baxmayaraq, 1919-cu ilin fevralında səhiyyənin inkişafı üçün 4,5 milyon manatdan 
artıq vəsait buraxıldı. 
Bakı,  Gəncə,  Şuşa  və  Lənkəranda  pulsuz  dövlət  xəstəxanaları,  35  yeni 
kənd xəstəxanası, 56 feldşer məntəqəsi, şəhərlərdə apteklər açıldı. Kənd yerlərində 
əhaliyə tibbi yardım göstərmək məqsədilə şəhərlərdən sanitar dəstələri göndərildi. 
Ali  və  orta  təhsilli  tibb  kadrlarının  olduqca  çatışmaması  səhiyyənin  işini 
yaxşılaşdırmağa  ciddi  maneçilik  törədirdi.  Bütün  bunları  nəzərə  alan  Respublika 
hökumətinin sərəncamı ilə, 1919-cu ilin sentyabrında Bakı Dövlət Universitetində 
tibb fakültəsi təşkil edildi, Bakıda üçillik feldşer məktəbi açıldı 
 
§ 2. ELM. MƏTBUAT 
 
XX  əsrin  əvvəllərində  Azərbaycanda  elm  çox  ləng  inkişaf  edirdi.  Çar 
hökuməti  elmi-zehni  inkişafa  milli  oyanışın  əsaslarından  biri  kimi  baxaraq, 
müstəmləkələrdə  bu  sahəyə  lazımi  diqqət  yetirmirdi.  Bununla  belə,  iqtisadi 
inkişafın tələbləri bəzi elmi axtarışlar aparılmasını zəruri edirdi. 
Texniki  elmlər  sahəsində  başlıca  tədqiqat  işləri  neft  geologiyası,  neft 
texnikası  və  neft  kimyası  ilə  əlaqədar  idi.  Özünün  yüksək  ixtisaslı  milli  texniki 
kadrları  olmayan  Azərbaycanda  bu  elm  sahəsi  ilə  Rusiyadan  gələn  alimlər, 
həmçinin  Geoloji  komitə,  Rus  texniki  cəmiyyəti,  Dağ-mədən  komitəsi  kimi 
mərkəzi idarələr məşğul olurdular. 
D.  V.  Qolubyatnikov,  İ.  M.  Qubkin  və  digər  rus  alim  və  mühəndisləri 
tərəfindən Abşeronda geoloji quruluşun öyrənilməsi, neftin kimyəvi üsullarla emalı 
prosesinin  texniki  cəhətdən  təkmilləşdirilməsi  sahəsində  bir  sıra  kəşflər,  ixtiralar 
edildi.  Bunun  nəticəsində  neft  yataqlarının  dəqiq  yerini  aşkara  çıxarmaq  xeyli 
asanlaşdı, neft  məhsullarının  təmizlənməsində turşulardan  və qələvilərdən istifadə 
genişləndi.  1916-cı  ildə,  ilk  dəfə  olaraq,  neftin  proliz  üsulu  ilə  -  hava  vurmadan 
400-1200 dərəcə qızdırmaqla emalına başlandı. 
Kimya  elminin  inkişafı,  əsasən,  neft  istehsalı  ilə  məhdudlaşırdı.  Neft 
emalı istisna edilərsə, heç bir istehsal sahəsində kimya laboratoriyası yox idi. 


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə