Azərbaycan XX əSRĠN ƏVVƏLLƏRĠNDƏ



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə61/69
tarix21.07.2018
ölçüsü1,91 Mb.
#57614
1   ...   57   58   59   60   61   62   63   64   ...   69

128 
 
müəllimlər  birlikdə  3  faiz  təşkil  edirdi.  Müəllim  heyəti,  əsasən,  rus-Azərbaycan 
məktəblərini bitirənlərdən ibarət idi. 
Birinci  dünya  müharibəsi  illərində  və  çarizm  devrildikdən  sonra 
Zaqafqaziyada  yaranmış  ictimai-siyasi  sabitsizlik  şəraitində,  bütün  başqa  sahələr 
kimi,  maarif  sahəsi  də  geriləməyə  başladı.  Ələlxüsus,  Bakıda  mart  qırğınlarından 
sonra  müsəlman  əhalisinin  şəhəri  tərk  etməyə  məcbur  olması,  həmçinin  Bakı 
quberniyası  qəzalarında  minlərlə  müsəlmanın  məhvi  ilə  nəticələnən  erməni-
bolşevik terroru azərbaycanlıların maariflənməsi işinə ciddi zərbə vurdu. 
Azərbaycan  Demokratik  Respublikası  yarandıqdan  sonra  milli  məktəb 
quruculuğuna  başlandı.  Azərbaycan  türkcəsinin  dövlət  dili  elan  edilməsi  bu  işə 
güclü təkan verdi. 
1918-ci  ilin  avqustunda  Gəncə,  Şuşa,  Cavanşir,  Zəngəzur,  Cəbrayıl 
qəzalarının  maarif  orqanlarında  işləyən  yüksək  vəzifəli  erməni  və  rus  məmurları 
milli kadrlarla əvəz edildi. 
Avqustun  28-də  xalq  maarifinin  milliləşdirilməsi  haqqında  qanun  qəbul 
olundu. Mövcud məktəblərin çoxu milliləşdirildi. 
Azərbaycan dilinin tədrisi bütün məktəb proqramlarına daxil edildi. Hətta 
tədris rus dilində olan məktəblərdə Azərbaycan dilinə məcburi fənn kimi həftədə 3-
4 saat ayrıldı. 
Lakin milli kadrların çatışmaması üzündən, bir çox hallarda, tədris ana dili 
əvəzinə rus dilində aparılırdı. 
Ona  görə,  ilk  tədbir  olaraq,  Gəncə,  Şəki  və  Şuşa  şəhərlərində  milli 
məktəblərin  aşağı  sinifləri  üçün  200  müəllim  hazırlayan  qısa  müddətli  kurslar 
təşkil edildi. 
Maarif  Nazirliyinin  nəzdində  Bakı  xalq  məktəbləri  müdiri  Mahmud  bəy 
Mahmudbəyov,  1-ci  gimnaziyanın  müdiri  Rəşid  bəy  Əfəndiyev,  1-ci  realnı 
məktəbin  müəllimi  Abdulla  Şaiq  və  digər  görkəmli  pedaqoqlardan  ibarət imtahan 
komissiyası  yaradıldı.  Müəllim  işləmək  arzusunda  olanlar  imtahan  verərək,  bu 
komissiyanın  qərarı  ilə  müvafiq  sənəd  alırdılar.  Qori  müəllimlər  seminariyasının 
Azərbaycan  şöbəsi  Qazağa  köçürüldü.  1918-ci  ilin  noyabrında,  Firudin  bəy 
Köçərlinin böyük səyi nəticəsində, həmin şöbə müstəqil seminariya kimi fəaliyyətə 
başladı. 
1919-cu  ilin  martında  ərəb  əlifbasından  latın  əlifbasına  keçmək  üçün 
parlament komissiyası yaradıldı. 
Həmin  ilin  yayında milli  müəllim  kadrları hazırlamaq  üçün  Bakı,  Gəncə, 
Şəki,  Şuşa,  Qazax,  Salyan,  Qusar  və  Zaqatalada  xüsusi  pedaqoji  kurslar  təşkil 
edildi. 
Türkiyədən 50 nəfər kişi və qadın müəllimi dəvət olundu. 
Bu  zaman  Respublikada  ibtidai,  orta  və  natamam  orta  məktəblərin  sayı 
700-ə  çatırdı.  Bu  məktəblərdə  48  min  nəfərdən  artıq  şagird  təhsil  alırdı.  Onların 


129 
 
yarıdan  bir  qədər  çoxunu  -  24260  nəfərini  azərbaycanlı  şagirdlər  təşkil  edirdi. 
Təhsil alanlar içərisində 2 minə yaxın azərbaycanlı qız vardı. 
23  orta  və natamam  orta  təhsil müəssisəsi,  o  cümlədən  6 kişi  və  4  qadın 
gimnaziyası,  5  realnı  məktəb,  3  müəllimlər  seminariyası,  3  qadın  məktəbi, 
politeknik  və  ticarət  məktəbləri  fəaliyyət  göstərirdi.  Bakıda  4  kişi  və  4  qadın 
gimnaziyası,  3  realnı  məktəb,  müəllimlər  seminariyası,  qadın  məktəbi,  politexnik 
və ticarət məktəbləri, Gəncədə kişi gimnaziyası, müəllimlər seminariyası və qadın 
məktəbi, Şəkidə kişi gimnaziyası və qadın məktəbi, Şuşada realnı məktəb, Qazaxda 
müəllimlər seminariyası, Salyanda realnı məktəb vardı. 
1919-cu ildə Azərbaycanda 23 yeni ibtidai və orta məktəb açıldı. 
Azərbaycanda  ilk  dəfə  olaraq,  minlərlə  gəncin  milli  ordu  sıralarına 
çağırılması da məktəb-təhsil işinə müəyyən təsir göstərirdi. 
Azərbaycan dilində dərsliklər olduqca az idi. Dərsliklərin hazırlanması ilə 
məşğul  olan  xüsusi  komissiya  yaradıldı.  Bir  sıra  dərs  kitabları  nəşr  edildi. 
Məktəblərdə Rusiya tarixi əvəzinə ümumi türk tarixi öyrənilməyə başlandı. 
Savadsızlığın ləğvi üçün bir sıra addımlar atıldı. 1919-cu ildə Bakı, Şəki, 
Şuşa, Qazax və Zaqatalada yaşlılar üçün Azərbaycan dilində axşam kursları açıldı. 
Ali təhsilli mütəxəssislərə hədsiz dərəcədə böyük ehtiyac vardı. 
1919-cu ilin sentyabrında Azərbaycanda ilk ali təhsil ocağı - Bakı Dövlət 
Universiteti  təsis  edildi.  Noyabrın  15-də  Universitetdə  dərslər  başlandı.  Dörd 
fakültənin təşkili nəzərdə tutulurdu. Hələlik isə iki fakültə - tarix-filologiya və tibb 
fakültələri fəaliyyət göstərirdi. Universitetdə 877 tələbə təhsil alırdı. Bundan əlavə, 
217  nəfər  azad  dinləyici  vardı.  Bakıda  politexnik  institutun  və  Gəncədə  kənd 
təsərrüfatı institutunun təşkili üzrə layihələr hazırlandı. 
Parlamentin  qəbul  etdiyi  xüsusi  qərara  əsasən,  1919-1920-ci  dərs  ilində 
100  nəfər  abituriyent  və  tələbəni  dövlət  hesabına  təhsil  almaq  üçün  İngiltərə, 
Fransa,  İtaliya,  Türkiyə  və  Rusiyanın  ali  məktəblərinə  göndərmək  nəzərdə 
tutulurdu. Onlardan yalnız 13 nəfər Rusiyada baş verən hadisələrlə əlaqədar olaraq, 
oraya oxumağa gedə bilmədi. 
Azərbaycan  hökuməti  demokratik  prinsiplərə  sadiq  qalaraq,  ölkədə 
yaşayan  bütün  millətlərin  maariflənməsinə  səy  göstərirdi;  hələ  1918-ci  il 
sentyabrın 7-də milli azlıqların ana dilində təhsili haqqında qanun qəbul edilmişdi. 
1919-cu  il  oktyabrın  1-də  Dağlıq  Qarabağın  erməni  məktəbləri  üzrə 
xüsusi  müfəttişlik yaradıldı. 
 Mədəni-maarif  müəssisələri:  XX  əsrin  əvvəllərində  Azərbaycanda  bir 
neçə  kiçik  kitabxana  və  qiraətxana  müəssisələri  açıldı.  Bunlar  əsasən  Bakıda   
yerləşirdi. 
Birinci  rus  inqilabından  sonra  meydana  gəlmiş  mədəni-maarif  
cəmiyyətləri  tərəfindən  Bakıda,  Şuşada,  Şamaxıda  və  Azərbaycanın  digər  qəza 
mərkəzlərində kitabxana və qiraətxanalar açıldı. 


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə