Azərbaycan XX əSRĠN ƏVVƏLLƏRĠNDƏ



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə63/69
tarix21.07.2018
ölçüsü1,91 Mb.
#57614
1   ...   59   60   61   62   63   64   65   66   ...   69

132 
 
Təbiət  elmləri  sahəsində  irəliyə  doğru  bəzi  addımlar  atıldı.  Rus  alimləri 
tərəfindən  Azərbaycanın  təbiəti  və  kənd  təsərrüfatı  istehsalı  şəraiti  öyrənilərək  bir 
neçə elmi əsər yazıldı. 
Sarıtəpə,  Ağstafa,  Cəfərxan  təcrübə  stansiyaları  təşkil  edildi.  Bu 
stansiyalarda bitkilərin genetika və seleksiyası üzrə elmi tədqiqatlar aparılmasa da, 
yaxşı  bitki  növlərinin  seçilib  çoxaldılması  və  yayılması,  həmçinin  başqa 
regionlarda  yetişən  kənd  təsərrüfatı  bitkilərinin  yerli  şəraitə  uyğunlaşdırılması 
sahəsində müəyyən işlər görüldü. 
Tibb  elmləri  çox  ləng  irəliləyirdi.  Bu  sahədə  tədqiqatlar,  əsasən,  Bakı 
həkimlər  cəmiyyətinin  üzvləri  tərəfindən  aparılırdı.  Lakin  həmin  cəmiyyətin 
kifayət  qədər  maliyyə  vəsaitinin  olmaması  geniş  tədqiqatlar  aparılmasına  imkan 
vermirdi.  Bir  sıra  elmi-kütləvi  əsərlər,  o  cümlədən  N.  Nərimanovun  «Vəba», 
«Vərəm» və başqaları nəşr edildi. 
Humanitar elmlər sahəsində müəyyən irəliləyiş vardı. Bu cəhətdən tarix 
və ədəbiyyatşünaslıq xüsusilə fərqlənirdi. 
1905-ci ildə Rəşid bəy İsmayilovun «Müxtəsər Qafqaz tarixi» və 1905—
1913-cü  illərdə  Hacı  Şeyx  Həsən  Gəncəvinin  dördcildlik  «Zübdətüt  təvarix» 
kitabları  nəşr  olundu.  Ümumiyyətlə,  Qafqazın  və  Şərq  İslam  ölkələrinin  tarixinə 
həsr  olunmuş  bu  kitablarda  Azərbaycanın  XIX  əsr  siyasi-mənəvi  tarixindən  də 
bəhs edilirdi. 
Mətbuat  səhifələrində  Fərhad  Ağazadə,  Şair  Tahir  Musayev  və 
başqalarının  Azərbaycan  tarixinin  müxtəlif  məsələlərinə  dair  məqalələri  dərc 
olundu. 
Rus  tarixçiləri,  həmçinin  bir  qrup  rus  zabiti  və  məmurları  tərəfindən 
Qafqazın  tarixinə dair  xeyli  kitab  yazıldı.  Həmin  kitablarda  Azərbaycan tarixinin 
bəzi məsələlərinə toxunulurdu. 
M.  Ə.  Rəsulzadənin  Azərbaycan  xalqının  məişətinə  və  ictimai-siyasi 
tarixinə  həsr  etdiyi  «Acı  bir  həyat»  (1912),  «Cəmaət  idarəsi»  və  «Bizə  hansı 
hökumət faydalıdır» (1917) kitabları nəşr olundu. 
Ədəbi  tənqid  və  ədəbiyyatşünaslığın  inkişafında  F.  Köçərli,  C. 
Məmmədquluzadə, N. Nərimanov və başqaları mühüm rol oynamışlar. Onlar bədii 
sənətkarlıq, ədəbiyyat və dil məsələlərinə, Azərbaycan, həmçinin rus klassik irsinin 
bir sıra görkəmli nümayəndələrinin yaradıcılığına dair çoxlu  ədəbi-tənqidi məqalə 
və publisistik əsərlər həsr etmişlər. 
Coğrafiya  elminin  bəzi  uğurları  vardı.  1904-cü  ildə  Mollazadənin 
coğrafiya məsələlərinə həsr olunmuş kitabı Azərbaycan dilində çapdan çıxdı. Daha 
sonra  Qafur  Rəşad  Mirzəzadənin  Qafqaz  coğrafiyasına  dair,  Yusif  Əliyev  və 
Fərhad Ağazadənin Avropa ölkələrinin coğrafiyasına dair əsərləri nəşr olundu. 
Bu  dövrdə  pedaqoji  elmlər  sahəsində  müəyyən  inkişaf  gözə  çarpırdı. 
Həsən  bəy  Zərdabi,  Həbib  bəy  Mahmudbəyov,  Rəşid  bəy  Əfəndiyev  və 


133 
 
başqalarının  elmi-pedaqoji  əsərləri  və  məqalələri,  tədris  vəsaitləri  məktəb-təlim 
işinin yaxşılaşmasına xeyli kömək etdi. 
Vaxtilə, başlıca olaraq rus alimləri tərəfindən az-çox inkişaf etdirilən elm 
sahələri Azərbaycan Demokratik Respublikası zamanı bir qədər tənəzzülə uğradı. 
1919-cu ildə Adil xan Ziyadxanovun «Azərbaycan tarixinə, ədəbiyyatına, 
siyasətinə  dair  oçerklər»i  nəşr  edildi.  Zəngin  faktik  materiala  və  tarixi  mənbələrə 
istinadən  yazılmış  bu  elmi-kütləvi  əsərdə,  əsasən,  Azərbaycan  Demokratik 
Respublikasının  siyasi  tarixindən,  onun  inkişaf  perspektivlərindən  bəhs  edilirdi. 
Kitab  rus  və  ingilis  dillərinə  tərcümə  olunaraq,  o  zaman  Parisdə  öz  işini  davam 
etdirən Beynəlxalq sülh konfransının üzvləri arasında yayılmışdı. 
Paris  sülh  konfransında  Azərbaycan  numayəndə  heyətinin  üzvləri 
tərəfindən  elmi  dəyəri  olan  bir  sıra  kitabça  və  məqalələr,  o  cümlədən  «Qafqaz 
Azərbaycanı  Respublikası»,  «Azərbaycan  Respublikası.  Qafqaz  Azərbaycanının 
iqtisadi  və  maliyyə  vəziyyəti»,  «Qafqaz  Azərbaycanı  Respublikasının  Paris  sülh 
konfransından  tələbləri»  adlı  kitabçalar  hazırlanıb  buraxıldı.  Həmin  kitabçalarda 
Azərbaycanın  lap  qədimlərdən  başlayaraq  müasir  dövrə  qədərki  tarixi, 
etnoqrafiyası,  iqtisadiyyatı,  mədəniyyəti,  xalqın  yadelli  işğalçılara  qarşı 
mübarizəsi,  milli-azadlıq hərəkatı, müstəqil dövlət  quruculuğu  və  digər məsələlər 
barəsində yığcam məlumatlar verilirdi. Təbliğat-informasiya məqsədilə yazılmış bu 
kitabçalar 1919-cu ildə Parisdə ingilis və fransız dillərində nəşr edilərək, konfrans 
iştirakçılarına paylanmışdı. 
Müstəqil  Azərbaycan  dövlətinin  qarşısında  özünün  elmi  kadrlarını 
hazırlamaq, milli elmi-tədqiqat mərkəzləri yaratmaq mühüm vəzifə olaraq dururdu. 
1919-cu  ilin  axırı-1920-ci  ilin  əvvəllərində  Bakıda  «Müsəlman  Şərqini  öyrənən 
cəmiyyət»,  Maarif  nazirliyinin  nəzdində  arxeologiya  şöbəsi  yaradıldı.  Bunlar 
Azərbaycanın  qədim  və  orta  əsr  tarixi  abidələrini  araşdırıb  öyrənməklə  məşğul 
olurdular. 
Bu  zaman  fəaliyyətə  başlayan  Bakı  Dövlət  Universitetində  müxtəlif  elm 
sahələri  üzrə müəyyən  tədqiqatlar aparmaq  imkanı  yaranmışdı.  Universitetin  elmi 
şurası vardı, o, həmçinin, alimlik dərəcələri vermək hüququna malik idi 
Mətbuat: XX əsrin  əvvəllərində Azərbaycanda mətbuat inkişaf edirdi. 
1903-1905-ci  illərdə  Tiflisdə  Azərbaycan  dilində  ilk  qəzetlərdən  biri 
«Şərqi-Rus» qəzeti nəşr edildi. Qəzetin redaktoru  görkəmli maarifçi Məmmədağa 
Şahtaxtinski (1848-1930-cu illər) idi. Onun xüsusi mətbəəsi də vardı. 
«Şərqi-Rus»  qəzetində  C.  Məmmədquluzadə,  M.  Ə.  Sabir, A.  Səhhət,  F. 
Köçərli, M. S. Ordubadi və başqa ziyalıların  bir sıra  məqalələri dərc olunmuşdu. 
Qəzetin  səhifələrində  ictimai  həyatın  müxtəlif  məsələləri,  o  cümlədən 
xalqın milli özünüdərki,  mədəniyyət, ədəbiyyat məsələləri haqqında yazılırdı. 
Birinci rus inqilabı illərində Azərbaycanda bir sıra yeni qəzet və jurnallar 
çıxmağa başladı. 


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə